ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   39   40   41   42   43   44   45   46   ...   118

 
141 
 
Axır, açulub dəri-icabət
İbrami-dua yetürdi hacət (14, 49).  
 
Buradan məlum olur ki, yəhudilərə xas olan ibrami dua uşağın 
olmasına  bir  vasitə  olur.  Bu  da  onu  deməyə  əsas  verir  ki,  çarəsiz 
qadınlar  uşaqsızlıqdan  qurtarmaq  üçün  başqa  dinə  mənsub  olan 
müxtəlif xalqların dualarına müraciət edirdilər.  
Uşaqsızlıqla bağlı məsələlər sınamalarda da öz əksini tapmışdır: 
«Uşağı  olmayan  qadına  birinci  uşağı  olmuş  ananın  ilk  südündən 
içirsən, onun da uşağı  olar»,  «Uşaqlı qadın  uşağı  olmayan qadının 
başına məclis süfrəsi çırpsa, uşağı olar», «Uşağı olmayan qadın yu-
xuda yumurta görsə, uşağı olar» və s.» (5, 94). 
Xalqımızın  özünəməxsus  mənəvi  sərvətləri  və  əsrlərin  sərhəd-
dini aşaraq bu günümüzə qədər gəlib çatan müəyyən əxlaqi dəyər-
ləri,  mənəvi  keyfiyyətləri  və  bunları  özündə  ehtiva  edən  adət  və 
ənənələri vardır. Lakin bununla bərabər özünəməxsus təsəvvürlərlə 
əlaqədar  olaraq  ovsunçular  tərəfindən  icra  olunan  müxtəlif  ayinlər 
mövcud olmuşdur ki, bunlardan biri də çillə kəsməkdir. 
 Çillə doğuşdan, toydan sonra keçən 40 günlük müddətdir. Fars 
dilindəki  «çehel»,  yəni  40  sözündən  götürüldüyü  ehtimal  olunur. 
Lakin  nəzərə  alaq  ki,  türk  dilində  olan  çilə  sözünün  mənası  əzab-
əziyyət anlamı verir. Ümumən çilləyə düşmək müəyyən sıxıntı çək-
mək,  ağırlığa  düçar  olmaq  deməkdir.  Bu  baxımdan  da  icra  olunan 
çillə  kəsmə  ayini  məhz  şəxsin  çillədən  mütləq  çıxmasına  xidmət 
edir,  yəni  onun  uşaqsızlıq  kimi  sıxıntısından  azad  olmasını  təmin 
etmiş olur.  
El arasında mövcud olan təsəvvürə görə gəlinin uşağı olmurdu-
sa,  deməli  o,  çilləyə  düşmüşdür.  Çilləyə  düşmək  nə  deməkdir?  Ər 
evinə  köçmüş  gəlin  40  gün  müddətində  çillə  gözləməlidir.  Yəni 
onun  yanına  həmzat  olan  (uşağı  olub  qalmayan),  övladı  olmayan 
qadın və ya ruhi xəstə adam gələrdisə, aydındır ki, gəlinin xəbəri ol-
madan istər-istəməz ona çillə düşdüyü güman edilərdi. Bəzən həm-
zat hesab olunan qadın özü qəsdən, bilərək təzə gəlinin üstünə get-
məklə  öz  həmzatını  onun  üzərinə  tökərək  bu  minvalla  gələcəkdə 


 
142 
 
doğulacaq  uşağının  qalmasını  təmin  etməyə  çalışırdı.  Təsəvvürə 
görə,  bu  ona  həmzatını  tökməyə  səbəb  olardı.  Bundan  əlavə  məhz 
40 gün müddətində yas yerindən çıxıb gəlinin üstünə gəlmək, gəli-
nin  özünün  yasa  getməsi  və  s.  çilləyə  düşmə  səbəbi  ola  bilər. 
Qəribədir ki, pişiyin də həmzat olduğu söylənilir (12).  
 Bundan  başqa  «belə  güman  var  idi  ki,  gəlin  vaxtından  əvvəl 
doğmuş («uşağı düşmüş») qadınla rastlaşmadan da çilləyə düşə bi-
lər. Qadına çillə guya ölüdən də düşə bilərdi. Bunu müəyyən etmək 
üçün  belə  ovsun  icra  olunurdu:  ovsunçu  qadın  iki  qaba-kasaya  su 
tökür  və  qabların  biri  «ölü»,  digəri  «qırmızı-diri»  adlandırılırdı. 
Sonra  da  içəriyə  8-9  yaşlı  qız  çağırılır  və  kasalardan  birini 
götürməyi  ona təklif edirdilər və bununla da çillənin  ölüdən və  ya 
diri adamdan düşdüyü müəyyən olunurdu» (4, 267). Niyə məhz 8-9 
yaşlı  qız  uşağına  ehtiyac  duyulurdu.  Çünki  bu  yaşda  qızlar  təmiz 
hesab  olunur,  aybaşı  olmurdular.  Etnoqrafik  müşahidələrlə  təsdiq 
edə bilərik ki,  bəzi  ovsunçu qadınlar çillə kəsərkən uşağı  olmayan 
gəlini  məhz  belə  yaşda  qızların  ayaqları  altından  keçirirdilər. 
Bundan  başqa  daha  bir  ayin  də  var  ki,  «çilləli  onunla  eyni  gündə 
toyu  olmuş  başqa  uşaqlı  qadının  ərinin  şalvarının  iki  paçası 
arasından  keçir;  üzərlik  tüstüsünə  tutulmuş  qırx  köynək  yaxasını 
suya  salır  və  həmin  suda  çimir;  qəbiristanlığa  gedib  yeddi  qəbrin 
hərəsindən bir ovuc torpaq götürür və geri baxmadan evə gətirərək 
suya  tökür  və  çərşənbə  günü  bu  suda  çimir;  xəlvətcə  o,  bir  zahı 
arvadın üstünə gedib çilləsini tökür və s.» (5, 94).   
Abşeronun  Qala  kəndində  «Seyidgah»  adlı  pir  vardır.  Məlum 
olduğuna  görə  «bu  pir  qəbiristanda  yerləşir.  Seyidgahda  iri  daşlar 
var. Övladı olmayan qadınlar oraya şüşə qablar atarmışlar. Əgər şü-
şələr sınarmışsa, deməli onların övladı olacaqmış, hərgah atılan şüşə 
qablar  sınmazdısa,  deməli  uşaqları  olmayacaqdı»  (16,  20).  Övlad-
sızlığın ailələrə verdiyi sıxıntı o qədər faciəvi hesab edilirdi ki, hər 
cür  ayinlər  icra  olunur,  bu  isə  müxtəlif  davranış  və  hərəkətlərdə 
özünü göstərirdi. Məsələn, Abşeronda pirə gedən «qadın arxası pirə 
tərəf dayanıb başı üstündən ora bir daş atardı. Hərgah daş sınardısa, 
zənn  edilərdi  ki,  uşaq  olacaq,  lakin  bir  qədər  gec-tezliyi  vardır. 


 
143 
 
Bundan  sonra  qadın  üç  dəfə  qarnını  oradakı  qəbrə  sürtməli  idi.» 
Bundan  əlavə Deşikdaş  adlanan çillə inamgahında xüsusi mərasim 
qaydası ilə çilləlini 3-7 dəfə bu daşdan alıb-verərdilər (17, 31-33).  
Çillə  kəsmək  icra  olunan  bir  ayindir.  Lakin  bu  ayin  müəyyən 
təsəvvürlərlə  bağlı  keçirilir.  Bu  təsəvvürlər  isə  uzun  zaman  keçsə 
də, ibtidai dini inamlarla bağlıdır. Ruha inam, təbiətdə mövcud olan 
əşyalara  müəyyən  məna  yükləmək,  onları  müqəddəsləşdirmək  və 
qurban  vermə  yolu  ilə  sanki  onlardan  mədət  ummaq  ibtidai  dü-
şüncələrin qalıqlarıdır.   
Təsəvvürə görə, çillə gəlinə müxtəlif şəkildə, yəni ayrı-ayrı əş-
yalardan  da  (su,  heyvan,  ağac,  qaya,  yol  və  s.)  toxuna  bilər.  Hətta 
bunun üçün öncədən tədbirlər görülürdü ki, gəlini çillədən qorusun-
lar. Məsələn, Abşeron bölgəsində  gəlin  gedən qızın  kəbini kəsilər-
kən onun saçlarını və bəndlərini açmaq adəti var idi ki, bu da onun 
çilləyə  düşməməsi  üçün  edilirdi.  Bundan  sonra  çilləyə  düşməməsi 
üçün «kəbindən qayıdanlar qız olan otağa keçməzdilər» (17, 14).  
Uşaqsız  gəlini  çillədən  çıxarmaq  üçün  xüsusən  Novruz  bayra-
mının əhəmiyyəti var idi. Belə ki, məhz bayram zamanı çillə kəsən 
uşaqsız  gəlinin  başı  üzərində  cücərmiş  səməni  tutur,  digəri  isə  sə-
məniyə su tökür, kənarlardan axan su ilə «buğdanı göyərdən, bu gə-
lini  də  göyərt»  sözləri  deyilirdi.  Bundan  əlavə,  gəlini  bar  verən 
meyvə  ağacının  ətrafında  dolandırırdılar.  Bununla  gəlinin  də  «bar 
verəcəyinə» ümid edilirdi. Novruzda axar su kənarına gedən uşaqsız 
qadın  «uşaqsızlığın  daşını  atdım»-deyərək  suya  daş  atırdı.  Novruz 
bayramı  zamanı  həmçinin  doğmayan  qadını  ağacın  altında  yatızdı-
rırdılar,  onunla  təxminən  eyni  vaxtda  ərə  gedib  uşaq  sahibi  olan 
doğmuş qadının evindən ona çörək gətirir, çörəyin altından onu ke-
çirirdilər.  Təndirdə  bişən  çörəyi  uşaqsız  gəlinin  başı  üzərində  bö-
lürdülər.  
Quba-Xaçmaz bölgəsində Novruz bayramının axır çərşəmbəsin-
də uşağı olmayan qadınlar xəncər, tüfəng götürüb qəbirlərin üstün-
dən üç dəfə o yan bu yana tullanırdılar. Görünür, canlı olmayan ölü-
lərin  məzarında  öz  dərdlərini,  çillələrini  sanki  bu  hərəkətləri  ilə 
məhv edirlər.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə