ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   42   43   44   45   46   47   48   49   ...   118

 
150 
 
Müəllif adqoyma adətinin xalqın etnopsixologiyasını da öyrənməyə 
kömək etdiyini söyləyir (4, 48; 52). Təsadüfi deyildir ki, dahi mütə-
fəkkir şair Nizami Gəncəvi  adın  əhəmiyyətini  xüsusi vurğulayaraq 
deyir: 
 
İstər gözəl, istər çirkin surətlə get, bunun əhəmiyyəti  
yoxdur. 
Sənə qalan yalnız apardığın ad olacaq (12, 177). 
 
Qul  Əlinin  «Qisseyi-Yusif»  əsərində  də  ad  qoyma  ilə  bağlı 
məqam  yer  almışdır.  Qardaşının  başına  gələn  hadisələrlə  əlaqədar 
ad qoyan və bunu öz övladlarının adlarında yaşatmağa çalışan digər 
qardaşın daxili duyğuları şair tərəfindən belə təsvir olunur: 
 
Beniyəmin aydı: Tanrı buyruq oldı, 
On iki oğlana bana ruzi qıldı, 
Hər birinə bir dürlü ad atanıldı, 
Sənin qayğun üzə səbəb qıldım imdi (16, 127). 
 
Bu adlar qardaşı Yusifin aqibəti ilə bağlı (Tənqiz, Qurt,  Quyu, 
Qayğu, Arslan, Qərib və s.) verilmiş adlardır.  
Q.Rəcəbli haqlı olaraq qeyd edir ki, oğlan uşaqları yalnız həddi-
büluğa çatdıqda «igidlik imtahanı» verəndə adlara layiq görülürdü-
lər (11, 243). Əlbəttə, uşağa hünər göstərdikdən sonra verilən ad heç 
də onun çatdığı yaşa qədər adsız yaşadığına dəlalət etmir. Bu sadəcə 
uşaqların  yaş  dövrünün  böyüklük  mərhələsinə  qədəm  qoyması  ilə 
əlaqədardır. Əslində bu ad sonradan aldığı təxəllüs və ya ləqəb kimi 
mahiyyət  kəsb  edirdi.  Sadəcə  fərq  onda  idi  ki,  adəti  üzrə  təxəllüsu 
hər  kəs  özü  götürür,  burada  isə  kiminsə  tərəfindən  verildiyi  bəlli 
olur.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  «türk  etnik-mədəni  sistemində 
Qorqud atanın kainatda olan nə varsa, hamısına ad verməyi ilə bağlı 
inanış  Qorqudu  həmin  məna  aləminin  yaradıcısı  kimi  səciyyələn-
dirməyə imkan verir» (10, 38). 


 
151 
 
«Kitabi Dədə-Qorqud» dastanında qoyulan adların hamısı (Qa-
zan  xan,  Qanturalı,  Dönəbilməz,  Tüləkvuran,  Bamsı  Beyrək  və  s.) 
türk mənşəlidir. Burada ərəb mənşəli adlara az rast gəlinir. Deməli, 
adlar özü də müəyyən məsələlərin həll edilməsinə xidmət edir. Ad-
larda Məhəmməd, Əli, Həsən, Hüseyn, İsmayıl, Fatma, Aişə, Səki-
nə,  Zeynəb,  Zəhra  və  başqalarına  rast  gəlinməsi  lap  sonrakı  dövr-
lərə, İslam dininin daha çox yayıldığı dövrə gedib çıxır. Maraq do-
ğuran cəhət odur ki, sonrakı dövrlərdə ərəb mənşəli adların qoyul-
ması daha üstün hesab olunmuşdur. Məsələn şah Təhmasibin qızla-
rının  adları  belə  idi:  Gövhər,  Pərixan,  Xədicə,  Zeynəb,  Məryəm, 
Fatimə, Şəhrəbanu, Xanış. Oğlanlarının adları isə Hüseyn, İbrahim, 
Bədiüzzaman  olmuşdur  (18,  298-300).  Şah  İsmayılın  oğlanlarının 
adları isə Təhmasib, Əlqas, Bəhram, Sam Mirzə idi (27, 77). 
İslam dininin  yayılmasından sonra adların tərkibinə yenilərinin 
daxil olması dövrün reallığına çevrilməyə başlayır. Antroponimiya-
da ərəb adlarının artması dinin yayılması ilə bilavasitə əlaqədardır. 
Ətraf mühit, müxtəlif hadisələrin insanlar tərəfindən qəbul edilməsi 
şəxs adlarında da özünü təzahür etdirən xüsusiyyətlərdəndir. Başqa 
qonşu  xalqlarla  əlaqələrin  olması  tarixən  eyni  ərazini  paylaşan 
qövmlərin advermə məsələsinə də təsir etmişdir. Bu baxımdan azər-
baycanlıların  adlarında fars və ərəb kökənli adların olmasını misal 
göstərmək olar. Qeyd edək ki, «məlum olduğu kimi bütün türkdilli 
xalqların qədim dini görüşlər sistemində səma kultu əsasında təbiət 
qüvvələrinin canlandırılması duran tenqri xüsusi yer tutur» (32, 83). 
Qədim  dövrlərdə  adlar  əsasən  uşaqların  fiziki  görünüş  və  inkişa-
fından asılı olaraq qoyulurdu.   
Ərəblərin cahiliyyə dövründə aldığı adlar sonralar dəyişməmiş-
dir. Lakin zaman keçdikcə sonrakı dövrlərdə daha gözəl adların qo-
yulması  əmr  edilmişdir.  Dinini  dəyişib  müsəlman  olmaq  istəyən 
şəxsin adını da dəyişməsi onun öz haqqıdır. Məhəmməd peyğəmbə-
rin arvadları və qızlarının adlarının qoyulması böyük hörmət əlamə-
ti sayılmışdır.  
Məhəmməd  peyğəmbər  Mariyyadan  doğulan  oğluna  elə  səhəri 
gün  İbrahim adını verir (23, 106). Deməli,  adqoymanın  vaxtı  yox-


 
152 
 
dur. Onu yeddi və qırx gün gözləməyin əhəmiyyəti yoxdur. İslama 
görə  ad  qoyma  atanın  hüququ  sayılır.  Ad  qoyulmasında  ehtiyatlı 
davranmaq,  diqqət  yetirmək  lazımdır.  Hədislərdə  deyilir  ki,  siz  qi-
yamət  günündə  öz  və  ata  adıyla  çağrılacaqsınız.  Ən  sevimli  adlar 
Abdulla  və  Əbdürrəhmandır.  Məhəmməd  peyğəmbər  peyğəmbər-
lərin isimlərini qoymağı məqbul saymışdır. Bundan əlavə, Məryəm 
zamanında  özlərindən  əvvəlki  peyğəmbərlərin  və  yaxşı  adamların 
adlarını  qoyardılar.  Hədislərdən  aydın  olur  ki,  peyğəmbər  ad  qoy-
manın  çox  keçmişdən  adət  olduğunu  bəyan  etmişdir.  O,  Allahdan 
başqalarına  qulluq  mənası  daşıyan  adların  qoyulmasını  haram  bu-
yurmuşdu.  Bununla  yanaşı  Məhəmməd  peyğəmbər  bütpərəstliklə 
bağlı qoyulan adlarla yanaşı, mənası gözəl olmayan isimlərin dəyiş-
dirilməsini  tövsiyə  etmişdir  (23,  108-109).  Qurani-Kərimdə  Mə-
həmməd  peyğəmbər  Rəsul,  Nəbi,  Emin  kimi  64  adla  qeyd  olun-
muşdur. Öz adı isə həm anasının arzusu, həm də babası Əbdülmü-
təllibin rəyi ilə qoyulmuşdur.  
Adlar orta əsrlərdə döyüş meydanında da kimlik göstəricisi ki-
mi səslənmişdir. «Kitabi Dədə-Qorqud» dastanında deyilir: 
 
Sübh tezdən öz yerindən duran igid, nə igidsən? 
Bədəvi atını oynadaraq gələn igid  nə igidsən? 
İgidin igiddən ad gizlətməsi eyibdir, 
Adın nədir, igid, söylə mənə! (6, 219) 
 
Deməli, igidin ad gizlətməsi eyib sayılmışdır. 
M.Özgü Aras
 mə nbə lə r ə sasında yazır: «ə rə blə rdə n kə narda 
müsə lman  olan  millə tlə rin  fə rdlə rinin  isimlə ri  də ,  islam  inanc  və  
ə xlaqına zidd olmadıqca qalmış, müsə lman adı olaraq tanınmış və  yayıl-
mışdır. İlk müsə lman Türk Dövlə tlə rində n Qaraxanlıların dövlə t xadimi 
Satuk,  X  ə srdə   müsə lman  olunca,  Ə bdülkə rim  adını  almışdır. 
«Satuk'un 
müsə lman
  adı 
Ə bdülkə rim
,  oğlu  Musanın  əvvəlki  adı 
Baytaş  idi»-
deyə   qeyd  edilir.  Amma  Sə lcuk,  Alpaslan  kimi  isimlə r 
də yişmə miş, müsə lman adı olaraq tanınmış və  yayılmışdır» (23, 113).  
Xalqımızda  adqoyma  ilə  bağlı  maraqlı  məqamlar  mövcuddur. 
Tarixən qızlara və oğlanlara nənə və babaların adlarının qoyulması 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə