ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   50   51   52   53   54   55   56   57   ...   118

 
174 
 
gücə malik ola bilər. Bir şərtlə ki, valideyn özü də buna hazır olsun. 
Çünki burada təcrübə danışır. Güclü tərbiyə üsulu kimi ünsiyyət or-
taya çıxır və ömür boyu uşaqla  ailə  arasında bir  bələdçiyə çevrilir. 
Ailə eyni zamanda rahatçılığın təminatı olmaqla yanaşı, həm də bir 
sığınacaqdır.  Bu  isə  öz  növbəsində  evə  diqqət  yetirmək  və  qayğı 
göstərmək kimi  məsuliyyətli  vəzifəni  gərəkli edir. Bu məsuliyyətli 
işin öhdəsindən səbir və ləyaqətlə gəlmək üçün ailə bağları möhkəm 
olmalıdır.  
Uşağa körpəlikdən verilən tərbiyə onun bütün həyatı boyu mü-
hüm  izlər  buraxır.  Uşaqlara  sadəcə  körpə  bir  varlıq  və  ya  ehtiyacı 
olan uşaq kimi deyil, xalqın gələcəyinin qurucuları və şəxsiyyəti ki-
mi baxılmalı və diqqət yetirilməlidir. Bu baxımdan da yaxşı yetişdi-
rilən övlad ailənin xoşbəxt gələcəyi və rahat qocalığı, əksinə pis öv-
lad isə onun faciəsi və bədbəxtliyi deməkdir. Körpələrin özlərindən 
böyüklərin  etdiklərini  kor-koranə  təqlid  etmək  kimi  xüsusiyyətləri 
olur. Övladın erkən yaşlardan bütün hərəkətlərini izləmək lazımdır. 
Ailə daxilində hər hansı məsələyə münasibətdə işlə sözün arasında 
müəyyən bir uçurum varsa, o, uşağa da mütləq təsir göstərəcəkdir. 
Ümumi məsələlər haqqında ibrətamiz söhbətlər vasitəsilə dünya və 
həyat haqqında bilgilərə sahib olmaqla tərbiyəyə nail olmaq olar. 
Körpəlik vaxtından uşağın ailədən götürdüyü keyfiyyətlər gələ-
cək inkişafı dövründə də qorunub saxlanılır. «Kitabi-Dədə Qorqud» 
dastanında haqlı olaraq belə deyilir: 
 
Qız anadan görməyincə öyüd almaz. 
Oğul atadan görməyincə süfrə çəkməz. 
Oğul atanın yetirməsi, iki gözünün biridir. 
Ağıllı oğul olsa, ocağının gözüdür (45, 129-130).  
 
Şeyx  Mahmud  Şəbüstəri  oğulun  ataya  yoldaş  olmasını  belə 
qeyd edir: 
 
Ancaq oğulda atasının əlamətləri varsa
Ona nə demək olar: nur üstünə nur. 
Xoşniyyətli və xoşbəxt oğul 


 
175 
 
Meyvə kimidir, təzə ağacın barına bənzər. 
Südəmər uşaq anasının yanında, 
Beşikdə məhbəsdə olar. 
O böyüyüb həddi-büluğa çatanda 
Əgər kişidirsə, atasına yoldaş olar (62, 152;154). 
 
Bəzən xalq  arasında  yaxşı  övlada  «anasının südü ona halal ol-
sun»  - deyirlər. Yəni  ona anasının haqqı  və çəkdiyi  əziyyət haram 
edilmir. Yaxşı övlad yetişdirmək yalnız ailə üçün deyil, yetişdiyi el-
oba üçün də böyük fəxrdir. Bu ailəyə başucalığı gətirir. Ana və ata 
yaxşı  övladına  sevinc  və  qürur  hissi  ilə  baxır,  onların  başını  aşağı 
etmədiyi üçün fərəhlənir. Yaxşı övlad böyütmək hər valideynin ar-
zusudur. Övladlarının  gələcəyi  ilə bağlı xəyallar  qurmaq, özlərində 
olmayan və ya görmədikləri ən yaxşı şeylərin uşaqları üçün mütləq 
həyata keçirməyi istəmək arzusu da onları özlərindən də çox sevdik-
lərindən doğur. Bu «Kitabi-Dədə Qorqud» dastanında da qeyd olu-
nur: 
 
Ata adını ucaltmayan fərsiz oğul 
Ata belindən enincə, enməsə yaxşıdır. 
Ana bətninə düşüncə doğulmasa yaxşıdır. 
Ata adını yaşatmaqçın ağıllı oğul yaxşıdır (45, 130). 
 
Ananın ailədaxili vəhdətdə mühüm rolu danılmazdır. H.Quliyev 
ailə münasibətlərini tədqiq edərkən tərbiyə məsələsinə ötəri yanaşa-
raq bunun ailədə tamamilə ananın öhdəsinə düşdüyünü qeyd edir (2, 
33). Ailənin birliyinin qorunub saxlanılmasında ana bağlayıcı qüv-
vədir.  Bütün  dövrlərdə  ananın  təmkini,  dözümü  və  əməksevərliyi 
hesabına ailədaxili birlik uzun müddət qorunub saxlanıla bilmişdir. 
Bu  baxımdan  da  ailənin  bütün  məsuliyyəti  demək  olar  ki,  ananın 
üzərinə düşür, o, həmişə ailə bağlarının mənbəyi və mərkəzi qüvvə-
si olmaqla mənəvi tellərlə ailəyə daha sıx və dərindən bağlı olan bir 
varlıqdır.  Çünki  ana  bətnində  övlad  dünyaya  gətirir,  öz  həyatı  ilə 
bərabər yeni bir insan həyatına da cavabdeh olur. O, övladının do-


 
176 
 
ğulduqdan sonra gələcəyi üçün də daim narahatlıq keçirir və bu yol-
da xeyli əziyyət çəkir. Məsuliyyəti bütün aydınlığı ilə dərk edən ana 
ülvi bir varlıqdır.  
Orta əsr şairlərinin əsərlərində mükəmməl qadın obrazları yara-
dılmışdır. Nizami yaradıcılığında Məhin banu, Nüşabə, Leyli, Şirin 
kimi  obrazlar  ağlı,  vəfası,  böyüklüyü,  müdrikliyi  və  insanpərvər-
liyilə  yüksəkdə  duran  obrazlardır.  Nizami  qəhrəman  qadın  obraz-
larını heç də kişidən aşağı səviyyədə görmür, əksinə onları bərabər-
ləşdirir və müstəqil, hazırcavab, gözəl, mətin, kişinin həmdəmi kimi 
təqdim  edir.  Əfzələddin  Xaqani  isə  ana  əməyini  yüksək  qiymət-
ləndirərək yazır: 
  
Əgər olmasaydı ana zəhməti
Qazana bilməzdim heç bu şöhrəti. 
Onun ruzisilə xoş olar halım, 
Onun duasıyla gülər iqbalım (16, 30-31).  
 
Şair burada ailə tərbiyəsində ananın rolunu yüksək qiymətləndi-
rir. Şöhrətini anasına borclu olduğunu qeyd edir. Ailədə ananın rolu 
həqiqətən  də  böyükdür.  O,  daim  evdə  uşaqlarının  və  ailənin  digər 
üzvlərinin  qayğısına  qalmaqla  məşğuldur.  Evə  bağlılıq  onun  həyat 
tərzinin  mühüm  bir  parçasıdır.  Bu  baxımdan  da  ailədə  hər  an  ün-
siyyət saxlanılan, fikri əhəmiyyətli olan, dərdə şərik bir varlıq ana-
dır. Ümumiyyətlə, ana  zəhmətinə yüksək qiymət verən Xaqani bir 
daha nəsihətamiz şəkildə hamıya xitabən deyir: 
 
Hər nə etsən, ana haqqın unutma 
Ki, anadır sənə edən can qurban (16, 276). 
Burada  şair  uca  varlıq  kimi  ananın  öz  övladı  yolunda  canını 
belə əsirgəmədiyini göstərir. Məhəmməd peyğəmbərin ana haqqın-
da  dedikləri  belədir:  «Ən  yaxşı  dost  kimdir?-  sualına  Məhəmməd 
peyğəmbər ana cavabını verir (23, 33). M.Füzulinin yaradıcılığında 
anaya  hörmət  təbliğ  olunan  keyfiyyətlər  sırasındadır.  Ana  ülvi  bir 
varlıq kimi şairin «Hədisi–ərbəin» əsərində daha təsirli verilir: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə