ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   53   54   55   56   57   58   59   60   ...   118

 
184 
 
Üzə durma, ara vurma
Zülmünən anda düşərsən. 
Hər yetənlə olma tanış, 
Yazın olar boranlı qış, 
Fikir eylə, sonra danış, 
Qəfil kəməndə düşərsən (56, 28). 
  
Mahmud Şəbüstəri isə belə yazır: 
 
Çalış başqalarda axtarma nöqsan, 
İncimə desələr səndə var ondan. 
Özün qeybət etmə, dinləmə onu
Yaxşı bil onların bir olduğunu. 
Qeyrə böhtan atma, böyük günahdır, 
Yetimi incitmə bu da nahaqdır (52, 214). 
 
Orta  əsrlərdə  dinin  insanlara  gətirdiyi  normalar  da  vardı.  Din 
xadimlərinin  cəmiyyət  üçün  müəyyənləşdirdiyi  əxlaq  normalarının 
əsasını  nə  təşkil  edirdi?  Hər  bir  müsəlmanın  son  nəfəsinədək  mü-
qəddəs kitab olan Qurani-Kərimdə tövsiyə edilən nəsihətlərə riayət 
etməsi  zəruri  sayılırdı.  Bununla  bərabər,  əxlaq  sahəsində  sonralar 
müsəlman ilahiyyatçılar tərəfindən irəli sürülən fikirlər şəriət qayda-
larının formalaşmasına təkan verdi. Quranda valideynlərə böyük də-
yər  verilməsi  də  əxlaqi  keyfiyyətlər  sırasındadır.  Müqəddəs  kitab-
dan  göründüyü  kimi  «islam  dini  uzun  əsrlərdən  bəri  bəşəriyyətin 
yaratmış olduğu əxlaq normalarından – valideynlərə hörmət etməyi, 
dul qadınlara və yetimlərə əl tutmağı, çoxuşaqlı ailələrə yardım et-
məyi  savab  (xeyirxahlıq)  saymış,  özünü  öldürməyi,  oğurluğu, 
yalançı  şahidliyi  və  ikiüzlülüyü  isə  pisləmişdir.  İslam  dini  həmin 
əxlaq  normalarını  özünün  əxlaqi  sərvəti  kimi  əsrlərlə  saxlamış  və 
adamlara bu əxlaq qaydalarına riayət etməyi tövsiyə etmişdir» (49, 
96).  Nəzərə  almaq  lazımdır  ki,  dinin  təsiri  orta  əsrlər  üçün  daha 
səciyyəvidir:  Allahın  daxilən  qəbul  edilməsi,  oruc  tutmaq,  zəkat 
vermək,  namaz  qılmaq  və  s.  kimi  dini  fəaliyyət  adət  halını  alır  və 


 
185 
 
müəyyən  vərdişlər  formalaşırdı.  İnsanın  şəxsiyyətini  müəyyənləş-
dirən onun daxili məni, mənəvi dünyası ortaya çıxırdı.  
Azərbaycanın  feodal  cəmiyyətində  əsas  götürülən  meyarlar 
hökmdar  və  təbəələr,  ağsaqqallar  və  kiçiklər,  böyük  qardaş,  kiçik 
qardaş,  ər  və  arvad  münasibətlərində  ifadə  olunurdu.  Bu  qarşılıqlı 
münasibətlərin  zəminində  itaətkarlıq,  sədaqətlilik  dururdu.  «Əda-
lətli şah» obrazına hədsiz inam da dövrün səciyyəvi təsəvvürlərinə 
daxil idi. Birmənalı şəkildə yuxarılar və aşağılar, güclülər və zəiflər 
prinsipi  dövrün  əxlaqi  keyfiyyətlərini  müəyyənləşdirirdi.  Bütöv-
lükdə orta əsrlər cəmiyyətinə xas olan təsəvvürlər və şüurlarda for-
malaşan  əxlaqi  meyarların  ölçüsü  tərbiyə  prosesində  öz  həllini 
tapırdı. 
Əxlaqın əsas kateqoriyası olan xeyir və şər orta əsrlərdə mühüm 
anlayış kimi əhəmiyyət kəsb etmişdir. İnsanların baş verən hadisə-
lərə münasibətində təqdirəlayiq sayılan və ictimai çoxluq tərəfindən 
qəbul edilən əxlaqi meyarlar xeyrin məzmununu təşkil edir. Birgə-
yaşayış  qaydalarında  mənfi  səciyyə  daşıyan  davranışlar  isə  şər 
qüvvələrin mahiyyətinə xarakterikdir. Təsadüfi deyil ki, N.Gəncəvi 
də xeyirlə şər haqqında maraqlı hekayə yazmışdır. 
Əxlaq  tərbiyəsi  bütün  münasibətlərdə  zəruri  olan  meyardır.  O, 
istər ailə, istər  cəmiyyət daxilində həyata keçirilən ölçülü davranış 
formasıdır.  Əxlaq  tərbiyəsi  cəmiyyət  tərəfindən  qəbul  edilmiş, 
sabitləşmiş  təsəvvürlərdən  asılıdır.  Müəyyən  nizam-intizam  qayda-
larına  riayət  etməyi  gərəkli  edir.  Cəmiyyət  daxilində  hökm  sürən 
qaydalar  necə  idisə,  ona  uyğun  olaraq  şəxsiyyətin  formalaşması 
labüd  sayılırdı.  Yüksək  əxlaqlı  insanlar,  fəzilət  sahibi  şəxsiyyətlər 
böyük iradəyə malik olurlar. Orta əsrlərdə kamil insan, fəzilət sahibi 
müəyyən keyfiyyətlərə malik olmalı idi. Bu xüsusda Niyazi Mehdi 
haqlı olaraq göstərir: «Orta əsr mədəniyyətində davranış din, əxlaq 
və  şəxsiyyətin  estetik  mədəniyyəti  ilə  sıx  bağlı  olan  hadisə  kimi 
qavranılırdı.  Fəzilətli  şəxsə  ancaq  müəyyən  davranış  tipləri  icazə 
verilirdi  və  ya  ondan  müəyyən  davranış  tipləri  gözlənilirdi.  Dav-
ranış dini mənaların, əxlaqi xüsusiyyətlərin, lətif təbiətin bildiricisi 
kimi duyulurdu» (22, 33).       


 
186 
 
Hər  bir  dövrün  özünəməxsus  əxlaqi  şüur  tərzi  olduğu  kimi, 
müxtəlif dövrlər üçün əsas normalar da – borc, məsuliyyət, ləyaqət, 
ədalət, xoşbəxtlik haqqında təsəvvürlər də vahid bir xətti təşkil edir. 
Xeyirlə  şərin,  pislə  yaxşını  seçə  bilmək  qabiliyyəti,  öz  davranış  və 
hərəkətlərini  müəyyən  mərhələdə  cilalamağı  bacarmaq,  hər  sahədə 
əxlaqi keyfiyyətlərin tamlığını təmin etmək vacib şərtdir. Xüsusən, 
içki və tiryəkin zərəri barədə qeydlər vardır. Məsələn, Füzuli tiryək-
lə şərabın insan həyatında fəlakət olduğunu bu sözlərlə ifadə edir: 
 
Ey xirəd rəhgüzarının tikəni, 
Tanrı xar eyləsin səni əkəni! 
Baisi – nikbətü fəlakətsən, 
Bəs ki, bədşəklü bədqiyafətsən (39, 253). 
 
Atalar məsəlində deyilir ki, «paxırı çaxır açar» (64, 135). Yəni 
insanın  düşməni  olan  içki  təsir  göstərdiyi  andan  etibarən  onun 
paxırlarının açılmasına səbəb olar. Çünki içkili başda ağıl olmaz.  
Əxlaq tərbiyəsinin başlıca məsələsi ədalət prinsipinin olmasıdır. 
İnsan nə qədər  yüksək və ali keyfiyyətlərə malik olursa olsun, hər 
hansı  bir  məqamda  ədaləti  pozduqda  onun  əxlaqi  keyfiyyətləri 
(intellektuallığı, zəkası, mədəni davranış tərzi, hazırcavablığı və s.) 
heçə enir. Yüksək əxlaqi tərbiyə sahibi olmaq təklikdə ikən heç nəyi 
ifadə etmir. O ünsiyyətdə, cəmiyyət içərisində fərqli keyfiyyət kimi 
qabarıq şəkildə özünü büruzə verir, həlledici göstərici və əsas meyar 
kimi  qəbul  edilir.  Əqidə,  dönməz  prinsipial  mövqe,  yüksək  mədə-
niyyət,  ağayanalıq,  savad  və  s.  bütün  bunları  təqdim  edə  bilmək 
bacarığı  əxlaq  tərbiyəsinin  təsdiq  məqamlarıdır.  Belə  bir  məsəl  də 
var ki, «yaxşı nümunə ən yaxşı nəsihətdir.»  
Tərbiyədə əhəmiyyətsiz məsələ yoxdur. Hər bir addımın, davra-
nışın və s.nin rolu böyükdür. Əxlaq anlayışının kəsb etdiyi məzmun 
insanla  cəmiyyətin  qarşılıqlı  təması  və  təsiri  nəticəsində  möhkəm-
lənən  tərbiyəsi  ilə  təsdiqlənir.  Uşaqlıq  illərindən  etibarən  əxlaqi 
keyfiyyətlərin aşılanması insanın həyatını zənginləşdirir. İctimai rə-
yin nəzərə alınması əxlaq tərbiyəsində əsas şərtlərdən biridir. Əxlaq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə