ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   52   53   54   55   56   57   58   59   ...   118

 
181 
 
Uzun əsrlər boyu  xalqımızın  adət  və ənənələrinə uyğun olaraq 
Azərbaycan  ailəsində  uşaqlara  tətbiq  olunan  tərbiyə  üsulları  bun-
lardan ibarət olmuşdur:   
 
1. Məsuliyyət hissinin aşılanması; 
2. Yaxşı və pis hərəkətin mahiyyətinin açıqlanması; 
3. Mənfi cəhətlərdən uzaqlaşdırılmasına nail olunması; 
4. Nizam – intizama alışdırılması;    
5. Böyüklərə hörmət və qayğı göstərilməsi; 
6. Qonaqpərvərliyə riayət edilməsi
7. Vətənpərvərlik hissinin aşılanması və s. 
 
Ailə tərbiyəsinin özü də çoxsahəlidir və müxtəlif istiqamətlidir. 
Belə ki, buraya əmək, fiziki, əxlaq, estetik və s. tərbiyə daxildir. Hər 
bir xalqın inkişaf tarixində özünəməxsus tərbiyə və təlim qaydaları 
mövcuddur. Eləcə də, Azərbaycan xalqının əsrlər boyu nəsillərdən-
nəsillərə  ötürülən  ədəb-ərkan  qaydaları,  milli  mentalitetinə  uyğun 
davranış  normaları  formalaşmışdır.  Z.Göyüşov  yazır:  «Tərbiyənin 
ecazkar  gücü  bundadır  ki,  o,  insanda  olan  çoxlu  meylləri,  qabiliy-
yəti  istənilən  istiqamətdə  inkişaf  etdirir  və  beləliklə  yalnız  tək-tək 
adamları  deyil,  bütün  bəşəriyyəti  kamilləşdirməyə  kömək  edir. 
Tərbiyə özü sənətdir. Bu sənət nəsillərdən-nəsillərə təkmilləşir» (6, 
62). Ailə daxilində ən vacib məsələ bir-birinin şəxsiyyətinə hörmət 
etməkdir. 
Orta əsrlərdə əmək tərbiyəsinin aşılanmasının zəruri əlamətləri 
var idi. Təsərrüfat işləri ənənəvi xarakter daşıyırdı. Ər çöl işlərində, 
qadın isə öhdəsinə düşən ev işlərindəki fəaliyyətlərilə ardıcıl şəkildə 
məşğul olurdular. Bu əsrlər boyu hökm sürmüş məişət ənənələrinin 
qorunub saxlanılması ilə bağlıdır. Zəruri vasitə olan təsərrüfat işləri 
üçün  yeni  ailə qurulmadan əvvəl buna hazırlanırdılar. Uşaq doğul-
duqdan sonra ailədə verilən əmək tərbiyəsi gələcək həyata hazırlan-
manın ilk addımlarından biri hesab olunurdu. İnsanlar əmək vərdiş-
lərinə  ailə  daxilində  əvvəlcədən  yiyələnirdilər.  Ailədə  uşaqlar 
müəyyən yaş həddinə çatdıqda təsərrüfat işlərində köməklik göstə-


 
182 
 
rirdilər.  Burada  uşaqların  əməyi  yüngülləşdirməkdəki  rolu  özünü 
büruzə  verir.  Ailələrdə  qarşılıqlı  köməklik  və  əməkdaşlıq  tərbiyə 
edilirdi. Məlumdur ki, orta əsrlərdə gəlir mənbəyi əsasən təsərrüfat-
la  bağlı  olmuşdur.  Birgə  fəaliyyət  qarşılıqlı  yardım  formalarının 
əmələ  gəlməsini  də  zəruriləşdirirdi.  Ailədə  qıza  və  oğlana  fərqli 
yanaşılırdı. Daha doğrusu, qızlara və oğlanlara fərqli davranış qay-
daları  aşılanırdı.  Qızlardan  əsasən  ev  işlərində  köməkçi  kimi,  oğ-
lanlardan  isə  çöl  işlərində  istifadə  olunurdu.  Qızlara  tikmək,  toxu-
maq, yemək bişirmək, evi yığışdırmaq öyrədilirdi.   
Əldə olunan materiallar sübut edir ki, orta əsrlərdə fiziki tərbi-
yənin  də rolu böyük olmuşdur. Uşaqlara müəyyən  yaşdan  etibarən 
çovqan oynamaq, ova getmək, at çapmaq, qılınc oynatmaq və s. öy-
rədilirdi. Onlar bu idman növlərindən bayramlar, toy mərasimləri və 
digər  el  şənliklərində  məharətlə  istifadə  edir,  yarışlar  təşkil  edir-
dilər. Bununla da böyüdükdən sonra gənclər zorxana oyunçuları və 
şatır  kimi  yetişə  bilirdilər.  Bu  da  fiziki  cəhətdən  daha  möhkəm 
olmağı  təmin  edirdi.  Xüsusən,  döyüş  zamanı  hünər  göstərib,  cəsur 
olmaq fiziki tərbiyənin nəticəsində əldə olunurdu.   
Ümumiyyətlə, bəşər tarixinin inkişafı gedişində əxlaqın nizam-
lanması  prosesi birdən-birə baş  verməmişdir. Uzun zaman xüsusən 
ibtidai icma cəmiyyətində əxlaqın tənzimlənməsinə müxtəlif mərhə-
lələrdən  sonra  nail  olunmuşdur.  Qəbilə  və  tayfaların  yaranması  ilə 
ailə daxilində yeni adətlər formalaşmağa başlayır. Bu da öz növbə-
sində müəyyən davranış tərzində və icra olunan adətlərdə özünü bü-
ruzə verirdi. Artıq qəbilə münasibətlərində müəyyən qadağalar tət-
biq  olunurdu.  VIII  əsrdə  yaşamış  Azərbaycan  şairi  İsmayıl  ibn 
Yəsar yazır: 
 
 
Camaat, buraxın bu öyünməyi, 
Danışın insafla, ədalətlə siz. 
Əgər cahilsiniz, görün keçmişdə 
Necə yaşamışdır sizin nəsliniz 
Torpağa gömdünüz siz qız olanda, 


 
183 
 
Tərbiyə eylərik amma qızı biz (52, 25). 
 
Bu ibtidai cəmiyyətdən ayrılıb yeni həyata qədəm qoyan feoda-
lizmin  tələblərinə  ayaq  uydurmağa  çalışan  ərəblər  üçün  edilən 
müraciətdir.  Burada  bəşəriyyətin  inkişaf  mərhələlərindəki  fərq 
vurğulanır.  
Orta əsrlərin feodal cəmiyyətində xüsusi mülkiyyətin formalaş-
ması ilə asılı təbəqənin, ayrı-ayrı insanların fikir və təsəvvürləri də 
dəyişikliyə uğrayır. Orta əsrlər dövrünün mahiyyətindən irəli gələn 
xüsusiyyətlər  əxlaq  tərbiyəsində  də  təcəssüm  olunurdu.  Əxlaqi 
şüurun fərqi sonrakı dövrlərə nisbətən qabarıq nəzərə çarpır. Feodal 
əxlaqı  özünəməxsus  şəkildə  ölçü  və  meyarlara  söykənən,  çərçivə-
lənən, dinlə möhkəmləndirilmiş qarşılıqlı münasibətlərin təzahürün-
də  özünü  göstərirdi.  Geniş  miqyasda  götürüldükdə,  bütün  dünya 
xalqlarına  xarakterik  olan  feodal  əxlaqı  normaları  mövcud  idi.  Bu 
da məişətin müxtəlif sahələrində özünü göstərirdi. 
Aşıq Misgin Abdal xalqın əxlaqi məziyyətlərini öz məsləhətlə-
rilə belə tövsiyə edir: 
 
Namərdinən yoldaş olma, 
Uzun ağrı çəkər başın. 
Halalılan ərsiyə çat
Daş qalalar sökər başın. 
Xayın çıxma Yaradana 
Qibləgahdı ata-ana. 
Arxalanma bəyə, xana, 
Qoy sağ olsun nökər başın (56, 28). 
 
Müəllifin  ata-anaya  verdiyi  qiymət,  halallıqla  yaşamağı  təbliğ 
etməsi açıq-aydın görünür. Başqa bir şerində də müəllif öz nəsihət-
lərini belə dilə gətirir. 
 
Adamsansa tələ qurma, 
Tələyə, fəndə düşərsən. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə