ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   51   52   53   54   55   56   57   58   ...   118

 
177 
 
 
Anaların hörmətin tutun ki, müdam 
Qabili-rəhməti-ilah olasız. 
İstək onlar əyağı altında, 
Gər dilərsiz ki, cənnəti bulasız (39, 298). 
 
Burada  şairin  analar  haqqında  Məhəmməd  peyğəmbərin  «cən-
nət  anaların  ayaqları  altındadır»  kəlamını  əsas  götürdüyü  aydın 
sezilir. 
Cəmiyyətin  təməlini  təşkil  edən  ailədə  bu  müqəddəs  yuvanın 
üzvləri olan ana ilə bərabər həmçinin atanın da rolu böyükdür. Ailə-
ni və onun şərəfini hər şeydən yüksək tutan ata evin arxası və daya-
ğıdır. Ana ilə bərabər o da haqqı ödənilməyəcək varlıqdır.  Onların 
zəhmətinin əvəzini heç vaxt  vermək mümkün deyildir. Ata ailənin 
şərəf, ləyaqət və heysiyyətinin keşikçisi olmaqla bərabər, həmçinin 
ailədaxili intizamın tənzimləyicisidir. Övladına olan sonsuz məhəb-
bət, qayğı, şəfqət və mərhəmət onun ailənin bir muhafizəçisi olma-
sını da şərtləndirmişdir. Atanın ailədəki mövqeyi anadan bir az fərq-
lidir. O da ailənin xeyri üçün çalışır. Lakin ondakı zəhm, nüfuz və 
zabitə uşaqlarla onun arasında müəyyən məsafənin olmasını gərəkli 
edir. Əslində ailə daxilində böyüklər tərəfindən yaradılan mühit bu-
nu tələb edir. Atanın simasında uşaqlar həlledici fikrin sahibini, hör-
mətli  adamı  və  eyni  zamanda,  evin  maddi  təminatçısını  görürlər. 
Ata-oğul  münasibətləri  aşağıdakılarda  aydın  görünür:  «Ata  malın-
dan mal olmaz, özün qazanmaq gərək», «Ata olarsan, ata qədrini bi-
lərsən!»,  «Ata  olmaq  asandır,  atalıq  eyləmək  çətin!»,  «Ata  haqqı 
övlada mirasdır», «Atadan qalan mal yanan şama bənzər, əriyib qur-
tarar», «Atalar nə əkiblər, oğullar onu biçiblər», «Ata gözdür, oğul 
onun işığı», «Atana hörmət elə, oğlun da sənə hörmət edər», «oğul 
bəd övlad olsa, öldürər dərd atanı» və s. (71, 72-74). 
Valideynlərin tərbiyədəki rolu barədə Marağalı Əvhədi deyir:  
 
Şiruyə haram süd əmmişdi ey vah
Atası qan oldu xəncərinə, ah. 


 
178 
 
Belə bir oğuldan olan cinayət 
Atanın boynunda qalacaq, əlbət (50, 28-29). 
 
Ata  və  ana  incə  tellərlə  övladlarına  bağlıdırlar.  Valideyn  mə-
həbbətini heç nə ilə əvəz etmək mümkün deyildir. Ailə tərbiyəsinin 
üstünlüyü  də  özünü  bunda  göstərir.  Nəzərə  almaq  lazımdır  ki,  dar 
günün  köməkçisi  də  məhz  ailə  üzvləri  olur.  Həyatının  axırınadək 
övladın ata nəvazişinə ehtiyacı olur. Ata və ananın övlad üzərindəki 
haqqı  çoxdur. Valideynlər övladın ehtiyaclarını fədakarcasına ödə-
məyi  özlərinə  borc  bilirlər.  Atanın  övladına  verdiyi  yaxşı  tərbiyə 
onun  özünün  də  baş  ucalığıdır.  Əməli-saleh  övlad  böyütmək  üçün 
atanın davranış və hərəkətləri bir örnək sayılır. Ata böyüklərə necə 
davranarsa, uşaq da ondan görüb götürər. Bunun üçün isə bir-birinə 
qayğı, nəvaziş göstərmək və sağlam ailə mühitini təmin etmək əsas 
şərtdir. Xaqani Şirvani ailənin başçısının ata olduğunu, həmişə ata-
sının qulluğunda durduğunu və atasının da o hər nə istəsə tapdığını, 
canını belə övladı yolunda qurban verməyə hazır olduğunu söyləyir 
(16,  27).  Valideyn  məhəbbətini  heç  nə  ilə  əvəz  etmək  mümkün 
deyildir.  Ona  görə  də  ailə  tərbiyəsinin  üstünlüyü  də  özünü  bunda 
göstərir. Uşaq ata və anasını daim öz əhatəsində görür. Lakin atanın 
müəyyən  qədər  var-dövlət  qoyması  da  zəruri  şərtdir.  Məsələn, 
«Kitabi-Dədə Qorqud» dastanında deyildiyi kimi:  
 
Oğul daha neyləsin, ata ölüb mal qalmasa, 
Ata malından nə fayda, başda ağıl olmasa (45, 129). 
   
Məhəmməd  Füzuli  qızın  tərbiyəsində  ananın  əhəmiyyətli  rolu 
haqqında yazır: 
Key şux! Nədir bu göftgulər? 
Qılmaq sənə tənə eybculər. 
Nəyçün özünə ziyan edirsən? 
Yaxşı adını yaman edirsən? 
Nəyçün sənə tənə edə bədgu? 
Namusuna layiq işmidir bu? 


 
179 
 
Nazik bədən ilə bərgi-gülsən. 
Əmma nə deyim, ikən yünülsən. 
Lalə kimi səndə lütf çoxdur
Əmma nə deyim, üzün açıqdur. 
Təmkini cünunə qılma tədbil! 
Qızsan, ucuz olma, qədrini bil! 
Hər surətə əks kimi baxma! 
Hər gördüyünə su kimi axma! (36, 156 – 157)  
 
Füzuli ananın dili ilə qızına deyir ki, elə et ki, sənə rəng veril-
məsin  və  aləm  içində  yaxşı  adımız  var,  seçilmiş  adlı-sanlı  adam-
larıq, namusumuzu itirmə. Bunları biz deməməliyik, sən özün insaf 
etməlisən. Əsərdə ananın əxlaq dərsi verməsi onun övladın həyatın-
da  əsas  yer  tutmasına  dəlalət  edir.  Dünyanın  ən  şirin  payı  olan 
övladın  yetişdirilməsində  (xüsusən  qızın)  ananın  misilsiz  rolu  var-
dır.  Lakin  burada  ana  qızına  müraciətlə  «atan  eşitsə  neylərsən?»  - 
deyir  (36,  157–158).  Burada  atanın  zəhmi  ortaya  qoyulur.  Müəllif 
ananın  diliylə  qızları  həmişə  gizli  saxlamağın  gərəkli  olduğunu  da 
söyləyir. Nəticədə Leyli evdə oturmağa məcbur qalır.  
Orta əsrlərdə «hər bir xalqın mədəniyyətində kişi və qadın rolla-
rını  tənzim  edən  özünəməxsus  ənənəvi  qaydalar  olmuşdur.  Lakin 
onların  hamısında  kişinin  başçılığına  üstünlük  verilir.»  (26,  184) 
Doğrudan  da,  ailədə  kişinin  üstünlüyü  hər  şeydə  özünü  göstərirdi. 
Ailə  ənənəsinə  cəmiyyət  tərəfindən  qəbul  edilmiş  qayda  qanuna 
görə  onun  başçısı  kişi  hesab  olunurdu.  Bu  «Kitabi-Dədə  Qorqud» 
dastanında da öz əksini tapıb. Hətta kişiyə belə müraciət edilir: 
 
 
Bəri gəlgil! 
Başım baxtı! 
Evim taxtı! 
Xan babamın göyküsi! 
Qadın anamın sevgisi! 
Atam, anam verdiyi, 


 
180 
 
Göz açıban gördüyüm, 
Könül verib sevdiyim  (45, 22). 
 
Bununla  yanaşı,  dastanın  boylarında  qadına  xoş  xitab  tərzi  də 
yer almışdır: 
 
Bəri gəlgil, başım baxtı, evim taxtı. 
Evdən sıxıb yürüyəndə səlvi boylum! 
Topuğunda sarmaşanda qara saçlım! 
Qurulu yaya bənzər çatma qaşlım! 
Qoşa badam sığmayan dar ağızlım! 
Küz almasına bənzər al yanaqlım! 
Qadınım, dirəyim, döləyim! (45, 17) 
  
Bu  cür  səmimi  və  xoş  münasibət  övlad  tərbiyəsində  mühüm 
şərtdir. Çünki uşaq ata və anasının daim əhatəsində olduğundan gör-
düyünü götürür. Ata ilə ana arasında pis münasibət yaransa, övladın 
tərbiyəsinə təsir edir və uzun zaman da keçsə, yaddan çıxmır.    
Uzun  əsrlər  boyu  süfrə  başına  yığışmaq  Azərbaycan  xalqının 
ənənəsi olmuşdur. Minilliklərdən bəri insanlar fəaliyyətlərinə görə, 
xasiyyətlərinə  görə  qiymət  «süzgəcindən  keçiriləndə»  əxlaq  tərbi-
yələrinə  görə  və  mənəvi  keyfiyyətlərinə  görə  dəyərləndirilmişlər. 
Xalqımız daim bərabərlik, sülh, ədalət, sədaqət, dostluq, qardaşlıq, 
qonaqpərvərlik və s. kimi ümumbəşəri əxlaqi dəyərləri əsas meyar 
götürmüşdur.  
Tərbiyədə  valideyn  məhəbbəti  və  nüfuzu  böyük  rol  oynayır. 
Orta əsr ailəsində qohum-əqrəba ilə əlaqələr daha sıx olurdu. Gediş-
gəliş  zəruriləşirdi.  Xüsusən  qarşılıqlı  yardım  etmək  (həyatın  hər 
sahəsində)  əhəmiyyət  kəsb  edirdi.  Ana  şəfqətinin  tərbiyədə  xüsusi 
yeri  danılmazdır.  Bütövlükdə  hərtərəfli  tərbiyə  prosesində  ailənin 
misilsiz rolu vardır. Tərbiyədəki ahəngin pozulmaması şərtilə övla-
dın  güclü  nəzarət  (lakin  onu  da  o  qədər  də  hiss  etdirməməklə) 
altında saxlanmasına nail olmaq olar.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə