ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   38   39   40   41   42   43   44   45   ...   118

 
138 
 
 
O şəxs diridir ki, onun yurdunda
Bir övlad ondan yadigar qalar. 
Bu ümidlə səxavət göstərirdi
Dilənçilərə hey pul paylayırdı 
Min bədrə (kisə) pulla bir bədr (tamamlanmış ay)  
 
 
 
 
 
axtarırdı (3, 61). 
 
Məhəmməd Füzuli hətta bu yolda çarəsizlik üzündən insanların 
müxtəlif  əməllərə  baş  vurduğunu,  uşağı  olmayanların  camaata 
nəzir-niyaz verdiklərini söyləmişdir. O, bu xüsusda yazır: 
 
Çox nəzirlər etdi hər məzarə, 
Çox qıldı niyaz kirdigarə.  
Təsir qılıb fəğanü ahi
Övn etdi inayəti – ilahi, 
Bir gecə açıldı babi-rəhmət
Buldu əsəri-dua icabət. (1, 50) 
 
Müəllif elə həmin əsərdə çoxlu nəzir-niyazdan sonra tanrı tərə-
findən dualarının qəbul olunduğunu söyləyərək Qeysin doğulmasını 
qeyd edir. Şair «nəzirlər etdi məzarə»- deməklə ola bilsin ki, pirlərə 
gedib ziyarət etməni nəzərə almışdır. Yeri gəlmişkən qeyd edək ki, 
Azərbaycanın  bir  sıra  bölgələrində  məhz  bu  məqsədə  xidmət  edən 
Çillə  pirləri  mövcud  olmuşdur  ki,  uşağı  olmayan  qadınlar  onlara 
nəzir-niyazlar  qurban  deyirdilər.  Etnoqrafik  materiallardan  da  mə-
lum olur ki, «keçmişdə pirlərə müəyyən ənənəvi səcdə qaydası var-
dı və bu qayda üç ünsürdən ibarət idi: qadın əvvəlcə pirin qarşısında 
ayaq  üstə  əlləri  sinəsinə  çarpaz  vəziyyətdə  durub  yalvarır,  sonra 
əyilərək  piri  öpür  daha  sonra  torpağından  bir  çimdik  götürüb  suya 
salıb içirdi.» (4, 269-270) Əslində pirlərdən uşağının olmasını arzu 
edirdi. Naxçıvanda bu məqsədlə Əshabi-Kəhf adlanan yerə ziyarətə 
gedirdilər.  Ümumən  pirləri  təkcə  övlad  arzusu  ilə  ziyarət  etmirlər. 
Pirləri  ziyarət  zamanı  insanlar  müxtəlif  diləklər  tuturlar.  Əshabi-


 
139 
 
Kəhfdə arzu tutub mətləb istəyənlər mağaranın tavanından üzəriləri-
nə su damlası düşənədək gözləyirlər.  Əgər bu olardısa, deməli, dü-
şüncəyə  görə  istəkləri  həyata  keçəcək.  Uşağının  olmasını  istəyən 
«pirə getmiş qadın əvvəlcə 7 dəfə onun başına dolanmalı idi. Dolan-
ma sitayişçinin pirə qurban olmağa hazır olmasını, tabeçiliyini ifadə 
edir.  Malın  qurban  verilməsi  isə  sitayişçinin  arzu  etdiyini  verməsi 
üçün piri «razı salmasıdır.»» (4, 379)  
Azərbaycanın  demək  olar  ki,  əksər  bölgələrində  övlad  dilə-
məkdən  ötrü  pirlər  mövcuddur.  Şəkinin  Oxud  kəndindəki  Yelbaba 
pirində  yeddi  qəbirdən  biri  sonsuzluğa  son  qoymaq  üçün  ziyarət 
edilir. Pirlər əslində müxtəlif dövrlərdə ictimai-siyasi və mədəni hə-
yatda mühüm rol oynayan şəxsiyyətlərə, müxtəlif dini təriqət sahib-
lərinə  məxsus  olurdu.  Bunu  tarixi  mənbələr  və  eyni  zamanda  on-
ların  dəfn  olunduğu  qəbir  abidələrində  həkk  olunmuş  kitabələr 
sübuta yetirir. (11)  
Pirlərə  ziyarət  barədə  XVII  əsrdə  Azərbaycanda  olmuş  alman 
səyyahı Adam Oleari də məlumat vermişdir. O, şəxsi müşahidələri-
nə əsaslanaraq yazır ki, İmam Qurqud adlı müsəlman müqəddəsinin 
qəbri böyük mağaranı xatırladır və yüksək qayalıqdan ibarət dağda 
salınmışdır.  Qəbrin  qoruyucusu  qismində  bir  qoca  qadın  əyləşir. 
Burada qurban vermək üçün ziyarətə gələn olanda qəbrin üstünə qı-
zılı  rəngdə  parça  çəkilir.  Müxtəlif    yerlərdən  qadınlar  və  qızlar 
ayaqyalın  gəlib  qəbri  öpürlər,  diz  çöküb  dualar  edərək  istədikləri 
diləyi diləyirlər. Duadan sonra oranı mühafizə edən, yanan çıraq tu-
tan və həmçinin müqəddəs sayılan qarıya qurbanlarını (pendir, yağ, 
süd, çörək, pul və s.) təqdim edirlər. Sonra gün ərzində bu və qırx 
müqəddəsin  dəfn  olunduğu  yerdə  şənlənən,  rəqs  edən  şəxslər 
tərəfindən güclü səs gəlir. (10, 297)  
Topladığımız etnoqrafik məlumatlardan da məlum olur ki, övla-
dı  olmayan  qadın  özü  və  yaxud  onun  üçün  dilək  tutan  bir  başqası 
ziyarət  etdiyi  pirə  simvolik  olaraq  balaca  beşik  bağlayır  və  orada 
qoyur, əgər beşik yırğalanırsa, bu diləyin qəbul olunduğu və qadının 
uşağının olacağı anlamına gəlir. Əks təqdirdə, beşik sallanmadıqda 
uşağın olmayacağına inanırlar. Ümumiyyətlə, pirə gedənlər qəlblə-


 
140 
 
rində böyük inamla oraya yollanmalıdırlar. Qeyd edək ki, Şərqin bir 
sıra  ölkələrində  olduğu  kimi,  müasir  Türkiyə  ərazisində  də  pirlərə 
gedib müxtəlif diləklər diləmək kimi təsəvvürlər hələ qalmaqdadır.  
Pirlərə ərlə arvadın birgə getdiyi də olurdu. Məsələn, «Abşeron-
da  Ağdaş  pirinə  gedən  ər-arvad  qarşı-qırşıya  oturaraq  paltarlarının 
ətəklərini üst-üstə qoyaraq üstündə çəkiclə bir mıx çalırdılar. Əgər 
mıx daşa keçsə, deməli uşaqları olacaqdı.» (4, 270) Bu faktı təsdiq-
ləyən  Ə.Ələkbərovun  Novxanı  kəndi  yaxınlığındakı  Ağdaş  pirində 
keçirilən mərasim haqqında verdiyi məlumatlarda göstərilir ki, «pirə 
gələn insanlar daşa özləri gətirdikləri mıxı çalırlar, əgər mıx daşı de-
şib keçirsə, onda həmin adamın uşağı olacaqdır. Əgər mıx sınırsa və 
ya daşa keçmirsə, onda bu qadın üçün faciə ilə nəticələnirdi. Əgər 
mıx daşa keçmirsə, bu o deməkdir ki, həmin qadının uşağı olmaya-
caqdır.  Belə  ki,  «daşın  şahidliyindən»  sonra  ərin  haqqı  vardır  ki, 
başqa arvad alsın» (15, 106). 
Maraq doğuran cəhət budur ki, uşaqsızlıq ailə üçün o qədər ağır 
dərd idi ki,  hətta övladın olması  yolunda ailələr müxtəlif addımlar 
atır, qeyri-müsəlman dini  ocaqlarına (kilsə, atəşgah və s.) belə  ge-
dirdilər,  şam  yandıraraq  bir  olan  Allaha  pənah  aparırdılar.  Q.Qey-
bullayev qeyd edir ki, Azərbaycanda yaşayan xınalıqlarda uşaq istə-
yən qadınlar atəşgaha gedərkən özləri ilə ət aparır, sal daş üstündəki 
alov  üzərində  qovurub  ziyarətçilərə  paylamalı  idi.  Nəzirinin  qəbul 
olunduğunu yoxlamaq üçün isə daşla çala qazıyıb oraya alov yaxın-
laşdırırdı və beləliklə də, orada alov  yaranıb,  sönsə deməli,  uşağın 
olacağı güman edilirdi (4, 270-271). 
Uşağın  olması  ilə edilən dualar ilə bağlı XVII  əsr Azərbaycan 
şairi Məsihinin məlumatı da maraq doğurur: 
 
Ol səyidə çün güm oldu vayə
Möhtac olundular duayə. 
Hal əhlidin aldılar dualar, 
Ümmid ilə qıldılar ətalar. 
Açdılar üzə dəri-məbərrat
Pəhn eylədilər büsati-xeyrat. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə