ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   37   38   39   40   41   42   43   44   ...   118

 
135 
 
suaxan  tipli  yerləşgələr  Azərbaycanın  xüsusən  kənd  yerlərində 
mövcud olurdu.  
El içində məqsədyönlü, təmənnasız şəkildə birinə yardım edən-
lərə deyirlər ki, «hamam suyu ilə özünə dost tutur». Hamamla bağlı 
xalq  arasında  belə  məzəli  məsəl  də  yayılıb  ki,  bir  kəndlinin  evinə 
qonaq  gələn  şəhərli  ondan  «hamamınız  varmı?»-deyə  soruşur. 
Hamamın nə olduğunu bilməyən kişi arvadının yanına gedib məslə-
hət istəyəndə arvadı ona belə cavab verir ki, qonaq bizi bağışlasın, 
hamamımızı bizdən xəbərsiz uşaqlar yeyib. Bu məsəl avam adamlar 
haqqında,  sualın  cavabını  bilmədən  ağzına  gələni  danışanlar 
barədədir (15, 190). Hamamla bağlı tapmacada belə deyilir: 
 
Bu yanı daş, 
O yanı daş, 
İçində qırx-əlli baş (29, 202). 
 
Beləliklə, Azərbaycan üçün günbəzli, səkkizbucaqlı salonlardan 
olan  giriş  və  çimmə  otaqları,  kiçik  yerləşgələri,  çimmə  yerində 
«xəznə»ləri,  «külxan»  adlanan  qızdırılma  kamerası  olan  hamamlar 
xarakterik idi. İnşaat mədəniyyətinin mühüm elementi olan hamam-
lar  dərinlikdə  tikilirdi  və  müxtəlif  mərasimlərə  də  xidmət  edirdi. 
Azərbaycanın  müxtəlif  ərazilərində  orta  əsrlərdə  mövcud  olub 
indiyədək  qalan  hamamlar  vardır  ki,  onlar  hal-hazırda  dövlət  tərə-
findən mühafizə olunur. Təhlillər hamam mədəniyyəti, hamamların 
məişətdəki  rolu  və  mahiyyəti  haqqında  geniş  təsəvvür  yaradır. 
Bundan  əlavə  o,  maddi  və  mənəvi  mədəniyyətdə  hamamların  yeri 
barədə  məlumatlanmağa  yardım  edir.  Eyni  zamanda  ənənəvi  xüsu-
siyyətlər  göstərilməklə  xalqın  əsrlər  boyu  sağlam  həyat  tərzinin 
müəyyən olunmasında hamamların mühüm vasitə olduğu göstərilir. 
  
 


 
136 
 
                                ÇİLLƏ  KƏSMƏK  AYİNİ 
Azərbaycan xalqının ailə həyatında övladın böyük rolu olduğu 
şübhəsizdir.  Toy  mərasimi  tamamilə  qurtarandan  sonra  yeni  evlə-
nənlərin hər zaman tanrıdan ilk istəyi övlad dünyaya gətirmək olur. 
Toydan  sonra  qurulmuş  yeni  ailənin  qarşılıqlı  münasibətləri,  evlə-
nənlərin üzərinə düşən vəzifələr və böyük məsuliyyət mühüm məsə-
lələr kimi ön plana çıxır. Evlənmə yalnız iki gəncin cütləşməsi de-
mək  deyildir.  Burada  ailənin  həyata  keçirdiyi  funksiyalar  özünü 
göstərir. Ailənin funksiyalarına nəslin davam etdirilməsi, təsərrüfa-
tın idarə olunmasında iştirak, ailədaxili münasibət və övlad tərbiyəsi 
daxildir.  Lakin  bu  və  ya  digər  səbəb  üzündən  uzun  illər  boyunca 
övladı olmamaq ailə daxilində ağır dərd sayılmışdır.  
Ailənin  funksiyası  kimi  nəsil  artırma  tarixən  evlənən  tərəflər 
üçün mühüm əhəmiyyət daşıyırdı. Nəslin davam etdirilməsi  ailədə 
əsas məsələ hesab olunurdu. Xüsusən ərə gedən qız üçün bu özünü 
yeni ailədə müəyyən qədər təsdiq xarakteri daşıyırdı. Çünki bu həm 
də  qadının  ailədəki  mövqeyi  ilə  bağlı  məsələyə  çevrilirdi.  Belə  ki, 
övladı olmayan qadının həmin evin tamhüquqlu bir üzvü kimi gələ-
cəkdə yaşaya bilməsi sual altında qalırdı. Onu bu səbəbdən ya boşa-
ya,  ya  da  üzərinə  bir  başqa  qız  ala  bilərdilər.  Təsadüfi  deyildir  ki, 
gəlin köçən qıza eldə bu cür xeyir-dua edilərdi ki
 
Anam-bacım, qız gəlin 
Əl-ayağı düz gəlin
Yeddi oğul istərəm 
Bircə dənə qız, gəlin. 
  
Övladı  olmaq  hər  bir  ailə  üçün  böyük  sevinc  və  fərəh  gətirən 
hadisədir.  Varislikdə  və  təsərrüfatın  gələcəkdə  idarə  olunmasında 
övlad  mühüm  əhəmiyyət  kəsb  edirdi.  Belə  ki,  o  təsərrüfatın  idarə 
olunması məqsədilə torpaq payçısı sayılırdı. Ata evindən ona müəy-
yən torpaq payı çatırdı. Bildiyimiz kimi, hər bir dövrdə təsərrüfatın 
davam etdirilməsi, ailənin dolandırılması və məişətin inkişaf etdiril-


 
137 
 
məsi  zəruri  həyat  məsələləri  sayılmışdır.  Təsadüfi  deyildir  ki,  öv-
ladın  dünyaya  gəlməsi  ilə  bağlı  məsələlər  həm  yazılı  mənbələrdə, 
həm  də şifahi  xalq  yaradıcılığı  nümunələrində öz əksini tapmışdır. 
Bu məsələyə toxunan Q.Qədirzadə dastanlarımıza və etnoqrafik ma-
teriallara  əsasən  nəzir  verib  qurban  paylamaq  və  müqəddəs  yerləri 
ziyarət etmək kimi xalqımızda mövcud olan adət haqqında məlumat 
vermişdir. Bununla bərabər müəllif Naxçıvan bölgəsinin materialla-
rı əsasında araşdırmasında onu da qeyd edir ki, «inama görə doğma-
yan  qadının  baş  barmağı  üzərində  yeni  doğulmuş  uşağın  göbəyini 
kəssələr, həmin qadının da uşağı olar. Özünə bildirmədən təzə doğ-
muş qohum qadının uşaq yoldaşından (burada cift və ya son nəzərdə 
tutulur  –  Ş.B.)  bir  tikə  bişirib  doğmayan  qadına  yedirmək  də  son-
suzluqdan qurtarmağa kömək edir.» (2, 132-133)  
Hələ  ««Kitabi–Dədə  Qorqud»  dastanında  Dirsə  xan  da  nəzir-
niyaz və qurban yolu ilə övlad qazana bilir. «Manas» eposunda da 
Manas  nəzir-niyaz  və  qurbanlarla  dünyaya  gəlir...  Qurbanlığın, 
nəzir-niyazın, ehsanın xalq arasında öz yeri vardır. Bu ənənə indi də 
el-obamızda  yaşamaqdadır.  İnsanlar  indi  də  nəzir-niyaza,  qurbanlı-
ğa olan inamlarını itirməmişlər. Görünür, tarixin müəyyən çağların-
da xalq öz adət ənənələrini, etiqadlarını yaşatmaq üçün onları folk-
lor nümunələrinə köçürməklə hifz etmək, qorumaq haqqında düşün-
müşdür.» (7, 193).  
Tarixən bu məsələ demək olar ki, bütün dastanlarımızda yer al-
mışdır. «Kitabi-Dədə Qorqud dastanında bu məsələ ilə əlaqədar belə 
deyilir:  «Dirsə  xan  arvadının  sözü  ilə  böyük  məclis  qurdurdu,  Al-
lahdan  istəyini  dilədi.  Atdan  ayğır,  dəvədən  buğra,  qoyundan  qoç 
qırdırdı. İç oğuz, Daş oğuz bəylərini ora topladı. Ac gördüsə, doy-
durdu. Yalın gördüsə, geyindirdi. Borclunu borcundan qurtardı. Tə-
pə kimi ət yığdı. Göl kimi qımız sağdırdı. Əl götürüb arzularını di-
lədilər. Allah bir ağzı dualının alqışı ilə övlad verdi. Arvadı hamilə 
oldu. Bir neçə müddətdən sonra bir oğlan doğdu» (8, 133-134). 
Bu  cür  məsələlər  xalq  yaradıcılığı  nümunələrimizdə  müxtəlif 
dastanlarımızda  olduğu  kimi,  orta  əsr  müəlliflərinin  əsərlərində  də 
yer almışdır. Nizami Gəncəvi yazır: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə