ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   40   41   42   43   44   45   46   47   ...   118

 
144 
 
Ümumiyyətlə, ayinin icrası belə həyata keçirilirdi. Çillə kəsilər-
kən deyilən əsas sözlər bunlardan ibarətdir:   
 
Həzrət Süleyman eşqinə
Cin qızı Mərcan hökmünə
Bəni-adəmdən, bəni-heyvandan
Cindən, şəyatindən, axar sudan
Köklü ağacdan, dibli qayadan, 
Yeddi yolun ayrıcından –   
Hər kəsin çilləsinə düşmüsənsə
Çilləni kəsdim (6, 9). 
 
 Maraqlıdır  ki,  çillə  kəsilməzdən  əvvəl  gəlinin  əl  və  ayağının 
baş  barmaqları  iplə  bağlanılır  ki,  sonra  bu  iplər  qayçı  ilə  kəsilsin. 
Beləliklə, «bu proses üç dəfə təkrar olunur; sonra iplər çilləsi kəsilə-
nin başı üstə tutulub xüsusi «qırxaçan camı» vasitəsilə onların üzə-
rindən  su  axıdılır.  Bununla  da  dərd-bəlanın  yuyulub  aparılmasına, 
qadının  övlad  anası  olacağına  inanılır»  (5,  95).  Azərbaycanın  gör-
kəmli  yazıçısı  Y.V.Çəmənzəminlinin  çillə  haqqında  mülahizəsi  də 
maraq  doğurur.  Belə  ki,  müəllif  göstərir  ki,  farsca  çehel  yəni,  qırx 
sözündən  yaranan  bu  məfhum  qırx  pərilərə  aid  olmalıdır  ki,  sa-
milərdə daha çox rast gəlinən qırx rəqəmi arilərə və türklərə keçmiş 
olmalıdır.  O  yazır:  «çilə  arilərə  qarşı  gələ  bilən  bəlaları  dəf  etmək 
üçün qurulmuş bir ayindir. Bu bəla nə tərəfdən gələ bilərdi? «Həzrət 
Süleyman,  cin  və  şəyatin»  sözləri  bəlanın  samilərdən  və  bilxassə 
ərəblərdən törəyə biləcəyini andırır, çünki div arilərə məxsus olduğu 
kimi «cin və şəyatin» də samilərə məxsus fənalıq pəriləridir. Burada 
anlaşılmaz bir nöqtə var ki, o da axar su, köklü ağac, dibli qaya və 
yolayrıcının işə qarışdırılmasıdır. Bunlar zərdüştilər tərəfindən təq-
dis edilən amillər olduğu halda cinlər və şəyatinlər cərgəsinə qoyul-
muşdur. Bu adətin bir çox təsirlərə düşüb pozulduğunu göstərir» (9, 
87-88). 
  
 
 Çillə  kəsmə  ayininin  rəngarəngliyi  görünür,  onun  qadına  düş-
mə  səbəblərindən  irəli  gəlirdi.  Məsələn,  «bəzi  yerlərdə  isə  gəlinə 


 
145 
 
ölüdən  çillə  düşdüyünü  müəyyən  etdikdə  onu  üç  dəfə  ölüyuyanın 
qıçları arasından keçirdirlər» (4, 268). Çillə kəsməklə bağlı daha bir 
maraqlı fakt da mövcuddur. Bu da ondan ibarətdir ki, «çillə kəsilər-
kən  bəzən  dəvənin  qarnının  altından  keçilərdi»  (17,  27).  Yuxarıda 
qeyd  olunanlardan  da  göründüyü  kimi,  ayinin  icrası  müxtəlif  olsa 
da,  bir  mahiyyətə  xidmət  edir  ki,  o  da  dünyaya  uşağın  gəlməsi  ilə 
bağlıdır. 
Qubada mövcud olan çillə ilə bağlı ayinlərə görə  «ölüdən qırx 
düşmüş adama bu qırxdan azad olub, uşağı olması üçün hansı ölü-
nün  qırxına  düşmüşsə,  həmin  ölünün  qəbrini  tapıb  onun  qəbrinin 
ayaq tərəfindən açıb üç gün üç gecə ağzı açıq qaldıqdan sonra qəbri 
yenə  də  bərkidirlər,  bununla  da  uşağı  olmayan  qadını  qırxdan 
qurtarırlar.»  
Çillə  ilə  bağlı  ayinlər  çoxçeşidlidir.  Məsələn,  Quba  şəhərində 
çillə  kəsmənin  qaydası  aşağıdakı  ardıcıllıqla  icra  olunur:  «Quba 
şəhərinin qəbiristanlığında olan «İncə piri»nin üstünə axır çərşənbə 
günü mama ilə uşağı olmayan qadın, mamanın əlində, içində Quran 
ayələri ilə yazılmış bir tas (buna el arasında «qırx açar» deyirlər) və 
tasın içinə qoyulmuş qoyunun çənə sümüyü ilə tısbağanın çanağının 
üstündən, uşağı olmayan qadının başına su tökür və həmçinin qadı-
nın  dırnaqlarını  qayçı  ilə  kəsir,  başından  da  yeddi  tük  qırıb  əlində 
saxladığı yeddi rəngli ipilə bunları bir yerə toplayır və qayçı ilə doğ-
rayır. Bununla da qadının qırxı kəsilir. Bu mərasim bitdikdən sonra 
qırxlı  qadın  mama  tərəfindən  verilmiş  bardağı  və  ya  şüşəni  «İncə 
piri»nin  daşına  vurub  sındırmaqla  evinə  qayıdır.  Mamanın  bu 
zəhmətinə görə nəzir verirlər. Uşağı olmayan qadın qabı vurub sın-
dırdıqdan  sonra  dala  baxmamalıdır»  (13,  21).  Maraqlıdır  ki,  təkcə 
Quba  bölgəsində  çillə  ilə  bağlı  icra  olunan  müxtəlif  ayinlər 
mahiyyət  etibarilə  fərqlənir.  Məsələn,  bu  bölgədə  «pambıq  otu» 
adlanan bir bitki yetişir ki, onu qaynadıb uşağı olmayan qadını onun 
buğuna  verirlər.  Bundan  əlavə  «buğa  girmək»  adlanan  ayin  də 
mövcuddur.  Buna  əsasən  toyuq  peyinini  bir  dəmirin  üstündə 
istilədib  onun  buğunu  doğmayan  qadına  verirlər.  Qubanın  İsnov 
kəndində  bir  başdaşı  (bu  başdaşı  «Çilləxana»  adlanır)  ilə  yanında 


 
146 
 
bitmiş  ağac  arasında  dar  bir  məsafə  vardır  ki,  inanca  görə  sonsuz 
qadın  buradan  üç  dəfə  keçməlidir.  Əgər  daş  onu  sıxarsa,  uşağının 
olmayacağı söylənilir. Hətta uşağı olsun deyə qadınların «ölü yuyan 
taxta»nın  altından  belə  keçdiyi  hallarına  rast  gəlinirdi  (13,  21-22). 
Eyni zamanda «Qubada Seyid Kəlayağı pirinə (Afurca kəndi) daha 
çox övladı olmayanlar, doğuş zamanı uşağı itirən həmzad qadınlar 
gedər.  İnanca  görə,  Seyid  Kəlayağı  pirinin  iri  daşının  dar  içindən 
keçərkən qorxan gəlinin boynuna uşaq tez düşər» (18, 90). 
Çillə kəsmək Abşeronda daha bir ayinlə də «həll edilirdi», yəni 
«gəlinin  başının  altına  torbanın  içində  bir  az  un  qoyardılar.  Səhər 
bir  nəfər  qadın  həmin  unu  və  çilləlini  götürüb  qəbiristanlığa  apa-
rardı. Orada bir qəbrin üstündə xəmir yoğurar, o biri qəbrin üstündə 
xəmiri  kündələyər,  üçüncü  qəbrin  üstündə  xəmiri  yayar,  dördüncü 
qəbrin üstündə xəmirdən bıçaq ilə xəmiraşı kəsərək çilləlinin başı-
nın üstündən atardı. Bundan sonra bir ağ ip (iplik) götürüb çilləlinin 
boyunu ölçər və həmin ipi xırda-xırda kəsib deyərdi «hər nəyin çil-
ləsinə düşmüsənsə, çilləni ondan kəsdim»» (17, 19). Ancaq həftənin 
beşinci  günü  -  cümə  olanda  çillə  kəsilirdi.  Gəlin  başı  yaylıqlı  dizi 
üstə  üzü  qibləyə  doğru  oturur.  Onun  başı  üstündən  çiləkəsən  ov-
sunçu bir yaylıq da salıb üzərindən yarım stəkan su tökməklə qayçı 
vasitəsilə suyu kəsir. Bunu o, Allaha müraciət etməklə və imamları 
köməyə  çağırmaqla  edir.  Bəzən  çiləkəsən  ovsunçu  gəlinin  çiləsi 
kəsildikdən  sonra  oğlu  olduğunu  yuxuda  görür.  Sonra  da  real  hə-
yatda onun çiləsini kəsir (20). 
Çillə  kəsməkdən  əlavə,  uşağı  olmayanlar  üçün  başqa  ayin  də 
icra  olunurdu.  Bu  da  imam  ehsanı  ilə  bağlı  idi.  Belə  ki,  bu,  imam 
ehsanı  verildikdən,  qadın  molla  lazımi  duaları  oxuduqdan  və  masa 
üzərindəki  təamlar  yeyilib-yığışdırıldıqdan  sonra  süfrənin  üzərində 
qalan  qırıntıların  uşağı  olmayan  qadının  başı  üstündən  çırpılması 
ayini idi. İmam süfrəsi bükülüb əldə saxlanılmalıdır, onu yerə qoy-
maq  olmaz.  Gəlinin  başına  imam  süfrəsinin  qırıntıları  tökülərkən 
onun  oturduğu  döşəmənin  üzərinə  də  bir  örtü  salınır.  Bu  örtünün 
üzərinə tökülənləri barlı ağacın dibinə boşaldıb «mənim barım sənin 
olsun, sənin barın mənim olsun»-deyirlər (20). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə