ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   41   42   43   44   45   46   47   48   ...   118

 
147 
 
Bundan  əlavə  keçmiş  zamanlarda  Ordubad  bölgəsində  uşaqsız 
qadınların  mollada  «göbək  duası»  yazdırıb  özləri  ilə  gəzdirmələri 
məlumdur (4, 378).  
Bəzən uşağa da çillə düşdüyü hesab olunur. Belə ki, Ağdamda 
yerimək vaxtına çatan uşaq ayaq açıb yeriyə bilmədikdə və ayaqla-
rını da çarpazlayıb üst-üstə qoyduqda, onun çiləyə düşdüyünü söy-
ləyirlər. Bunun üçün çillə kəsmə ayini icra edirlər. Uşağı böyürtkən 
kolunun altından keçirirlər, sonra  isə uşaq keçirilən tərəfdən kolun 
budağını kəsib tullayırlar. Bununla da uşağın çilləsi kəsilir (19).  
Ölkəmizdə yeni evlənənlərə və uşağı olmayanlara edilən alqış-
lar  əsasən  bunlardır:  Allah  şirin  payınızı  versin,  oğullu-qızlı  olası-
nız, Allah muradınızı versin və s. 
 Azərbaycan  ərazisində  uşaqsızlıq  və  onunla  mücadilə  üçün 
görülən tədbirlərin olduqca müxtəlif, bölgələr üzrə fərqli olduğunu 
gördük. Xalq arasında çox yaxşı bir ifadə vardır ki,  «suda boğulan 
saman  çöpündən  yapışar».  İnsanlar  tərəfindən  istər-istəməz  rəva 
görülən  və  icra  olunan  bu  tədbirlər  əslində  müəyyən  ümidverici 
təskinlikdən başqa bir şey deyildir. Lakin bu ayinlərin indi də nadir 
hallarda icra olunması ənənəsi bir sıra qadınların şüurunda hələ də 
onun  təsəlli  xarakteri  verməsi  ilə  əlaqədar  ola  bilər.  Xüsusən,  bu 
prosesdə Novruz bayramının rolu daha böyükdür. Çünki araşdırma 
onu  deməyə  əsas  verir  ki,  çillənin  kəsilməsi  ilə  bağlı  ayinlərin 
əksəriyyəti məhz Novruz bayramı zamanı icra olunurdu. Bütün  bu 
davranışların arxasında aydındır ki, inamlar, təsəvvürlər dayanır. Bu 
inamlarda  nəinki  orta  əsrlərdən,  hətta  ibtidai  cəmiyyətdən  izlər 
sezmək  mümkündür.  Deməli,  bəşər  cəmiyyətinin  inkişaf  xəttində 
ənənələrdə  davamlılıq  özünü  büruzə  verir.  Uzaq  keçmişdə  daşlara 
müqəddəs  bir  şey  kimi  baxan  insan  bugün  daşlaşmış  pirlərə  üz 
tutur.  
 
                                
 
 
 


 
148 
 
ADQOYMA   MƏRASİMİ 
Hər bir xalqda olduğu kimi azərbaycanlıların da zəngin və özü-
nəməxsus antroponimiyası etnosun mədəniyyəti, dili, tarixi haqqın-
da müəyyən qədər məlumat verir. O özündə tarixi hadisələrin təsir 
xüsusiyyətlərini əks etdirməklə bir mənbə rolu oynayır.  
Azərbaycan  xalqının  etnoqrafik  irsində  ailə  məsələlərinin  özü-
nəməxsus yeri vardır. Ailə məsələlərində adqoyma adətinin öyrənil-
məsi  də  etnoqrafik  baxımdan  xüsusi  maraq  doğuran  məsələlərdən 
biridir.  Adqoyma  insanların  fərqliliyini  ortaya  çıxararaq  onların 
digərlərindən  seçildiyinin  göstəricisidir.  Bu  isə  əsasən  ilk  növbədə 
uşaqlıqdan etibarən tətbiq olunan bir adət şəklini almışdır. Doğulan 
uşağa  ad  verilməsi  bir  növ  mənsubiyyət  və  kimlik  nümunəsidir. 
Adlar özündə müəyyən məna və çalarları ehtiva edir. Hər bir şəxsə 
körpəlikdən  verilən  və  dəyişilməz  qalan  ad  mühüm  bir  əlamətdir. 
Lakin nadir hallarda adlar bəzən dəyişdirilə də bilər.  
Adların  tədqiqat  obyekti  kimi  öyrənilməsi  mühüm  əhəmiyyət 
daşıyır, «çünki isimlər xalqın və çevrənin mədəni mayasına, dünya-
görüşü  səviyyəsinə,  nələrdən  xoşlanıb  nələrdən  xoşlanmadığına  və 
bilgi və ədəb-ərkanına
 
işarə edər. Bu da dil, tarix və antropologiya 
tədqiqatçıları üçün əhəmiyyətli fayda kəsb edər» (25, 204). 
Adqoyma  mərasimi  haqqında  danışmazdan  əvvəl  adqoyma 
mərasiminin tarixi köklərindən bəhs etmək lazımdır. Lakin daha qə-
dim zamanlar haqqında əlimizdə məlumat olmadığından bu barədə 
tam təsəvvür yaratmaq mümkün deyil. Çünki ibtidai insanlarda nitq 
yarandıqdan  sonra  adqoymanın  necə  olduğunu  söyləmək  çətinlik 
törədir.  Onların  bir-birlərinə  necə  müraciət  etdikləri  naməlumdur. 
Buna baxmayaraq, onların adlarının təbiət və gündəlik həyatla bağlı 
olduqlarını  ehtimal  etmək  mümkündür.  Güman  edə  bilərik  ki,  ad 
əvvəllər  yalnız  tayfaya  və  onun  başçılarına  şamil  edilirdi.  Yalnız 
onu qeyd edə bilərik ki, ibtidai insanlar arasında şəxs adlarının tət-
biq  olunması  tələbat  əsasında  yaranmağa  başlamışdır.  İlk  insanlar 
saylarının az olması etibarilə bir adla kifayətlənmişlər. Sonralar əha-
linin çoxalması və eyni adların təkrarlana bilməsi ehtimalı ilə fərdi 


 
149 
 
adla bərabər əlavə olaraq soyaddan istifadə edilmişdir. Soyadın belə 
əhəmiyyət  kəsb  etməsi,  görünür  hansı  qəbiləyə  mənsub  olma 
zərurətindən  doğa  bilərdi.  Elə  insanlar  qəbilənin  adını  soyad  kimi 
qəbul  edə  bilərdilər.  Aydın  məsələdir  ki,  sonralar  göstərdikləri 
qoçaqlığa və qəhrəmanlığa görə digərləri də adlara layiq görülürdü. 
Bir  mərasim  kimi  adqoymanın  keçirilməsi  haqqında  isə  sonrakı 
dövrlərin məlumatları köməyimizə çatır.  
Adqoyma  haqqında  məlumatlarımızın  mənbəyini  təbii  olaraq 
dastan və nağıllarımızla yanaşı, eyni zamanda şair və mütəfəkkirlə-
rimizin də əsərləri təşkil edir. Tədqiq olunan məsələnin araşdırılma-
sında bu məlumatların əhəmiyyəti isə danılmazdır. 
İnsan  yarandığı  andan  ilk  kövrək  addımlarıyla  ailə  mühitinə, 
ona baxacaq insanlara möhtacdır. Uşaq ailənin davamıdır. Uşaqlara 
ad  qoyulması  bütün  dövrlərdə  olduğu  kimi  orta  əsrlərdə  də  xüsusi 
əhəmiyyət kəsb edirdi.  «Kitabi-Dədə Qorqud» dastanında ad veril-
məsi məsələsi öz geniş  əksini tapmışdır.
 
Dastandan məlum olduğu 
kimi, uşağa adı göstərdiyi hünərə və əməlinə görə layiq bilərdilər və 
bu adı  oğlan uşağına  ağsaqqal  verərdi.  Dədə Qorqud qeyd  edir ki, 
güclü, ərdəmli, hünərli və cüssəli olduğuna görə oğlana ad qoyulur. 
Maraqlıdır ki, dastandan da məlum olduğu kimi oğuz bəyləri ad qo-
yarkən Dədə Qorqudu çağırır, yeniyetmənin atasından isə bəylik və 
taxt alıb verməsini istəyirlər. Dastanda deyilir: «Bu oğlan Bayandır 
xanın  uca  meydanında  vuruşmuşdur.  Sənin  oğlun  bir  buğa  öldür-
müşdür,  qoy  adı  «Buğac»  olsun.  Adını  mən  verdim,  yaşını  Allah 
versin  -  dedi»  (6,  134).  Buradakı  ad  əsasən  şan-şöhrət  mənasında 
başa düşülür və veriləndən çox, qazanılan bir məna çaları kəsb edir. 
El ağsaqqalı hesab olunan Dədə Qorqudun gəlib mərasimdə həddi-
büluğa  çatmış  oğlana  ad  verməsi  kimi  təqdim  olunur.  Burada  ad 
qəhrəmanlıq  rəmzi  və  hünər  əlaməti  kimi  təqdim  olunur.  Deməli, 
oğuzlarda da başqa xalqlarda olduğu kimi kişilik mərhələsinə keçid 
müəyyən ayinlə müşayiət  olunurdu və bu zaman ad da qoyulurdu. 
Mirəli Seyidovun qeyd etdiyi kimi,  «türkdilli xalqlarda şəxsi ad al-
maq şərəf imiş. Qəbilənin üzvü qəbilənin ümumi işi və ümumi xeyri 
üçün  böyük  bir  iş  gördükdən  sonra  ad  almağa  layiq  görülərmiş.» 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə