ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   44   45   46   47   48   49   50   51   ...   118

 
156 
 
Adətən  uşaqlara  həyatdan  köçənlərin  adları  qoyulardı.  Lakin 
müasir dövrdə artıq sağlığında da nənə və babaların adları nəvələrə 
qoyulur.  Ailədə  uşaqları  qalmayan  və  tez-tez  ölənlərə,  təki  onlar 
qalsın  deyə,  bəzən  başqa  millətlərə  xas  adlar  da  qoyulur.  Bundan 
əlavə  mənşə  bildirən  adların  da  (Türkan,  Türkel,  Azərin)  xalqımız 
tərəfindən  qoyulması  hallarına  rast  gəlmək  mümkündür.  Tarixən 
tayfa və yer adları (Qacar, Muğan, Əfqan, Altay, Qoşqar, Afşar) ilə 
bağlı qoyulan adlar da vardır. Uşaqlarını arzu etdikləri kimi görmək 
istəyən  böyüklər  ağıllı,  kamallı,  savadlı  hərtərəfli  inkişaf  etmiş 
olsun deyə, onları Vaqif, Aqil, Kamal, Alim, Maarif adlandırmışlar. 
Yüksək  insani  keyfiyyətlər  əsasında  zəruriləşən  adlardan  kişilərə 
verilən Etibar, Mötəbər, Əmin, Ehtiram və başqalarını misal göstər-
mək olar. Zamanla əlaqədar adlar isə Səhər, Gündüz, Zaman və baş-
qalarından ibarətdir. Adların böyük əksəriyyəti gözəlliyi, işığı, mu-
siqini  tərənnüm  edir.  Bu  cür  adlara  Gözəl,  Ziya  və  Təranəni  misal 
göstərmək olar. XX əsrdən etibarən alınma adlar da (Rafael, Flora, 
Roza, Telman və s.) xalqımız tərəfindən mənimsənilmişdir.  
El arasında uşağın adı ilə əlaqədar alqışlarda «adıynan böyüsün, 
adıyla yaşasın, torpağı sanı Allah ömür versin»-deyirlər. Bəzən hə-
min körpəyə bir xəsarət yetdikdə və o vəfat etdikdə el arasında adın 
uşağa düşmədiyini deyirlər. Bundan əlavə əgər bir ailədə (Salyanda) 
doğulan  uşaqlar  dalbadal  ölürdüsə,  axırıncı  dəfə  doğulan  uşağa  ata 
və anasının adını qoymaq adəti vardı və bu zaman onun öz ağırlı-
ğında  əti  qəbiristana  aparıb  basdırırdılar  ki,  bu  «kəfən  dəfn»  adla-
nırdı (13, 281). 
XVIII əsr şairi Xəstə Qasım ad qazanmaq barədə yazır: 
 
Aşiq deyər: adala, 
A çalgınan a dala, 
Əyri, çətin cahanda, 
Ad qazana ad ala (21, 112). 
Azərbaycan bayatılarında da ad qazanma haqqında deyilir: 
 
El batır qəm dəryada


 
157 
 
Kimə gedim mən dada? 
İgid döyüşdə ölsə
Adı qalar dünyada.    
 
və ya  
 
 
 
Mən aşiq xoşa dalı, 
Xoş üzlü, xoş ədalı, 
Mərd igiddə qaydadı, 
Meydanda xoş ad alı (7, 20; 23). 
 
Atalar  sözlərində  deyilir  ki,  «yaxşılıq  adda  qalar,  yamanlıq 
yadda». (20, 131) Ad adamı bəzəməz, adam adı bəzər və s.  
Orta əsr müəlliflərinin əsərlərində (Nizami, Füzuli və başqaları) 
ad qoyulması barədə xatırlatmalar vardır. Görkəmli alim Nəsirəddin 
Tusi isə yazır ki, yeni doğulmuş uşağa ilk növbədə yaxşı bir ad qoy-
maq lazımdır. Çünki münasib olmayan addan xəcalət çəkə bilər (3, 
156).  
Adın əhəmiyyəti, insanın cəmiyyətdə yeri və fəaliyyəti ilə bağ-
lıdır.  O,  insanı  ucaldır.  Ad  keyfiyyət  göstəricisi  kimi  insanın 
yaxşılığı ilə də bağlı olmuşdur. Məsələn, 
 
Xəstə Qasım kimə qılsın dadını? 
Canı çıxsın, özü çəksin odunu
Yaxşı igid yaman etməz adını, 
Çünki yaman addan ölüm yaxşıdı (22, 3).  
 
Müraciət  forması  olduğundan  ad  yaddaşlara  qazınır.  Tələffüz 
olunduğu andan etibarən adın həm milli, həm də dini məzmuna ma-
lik  olması  da  müəyyən  edilir.  Belə  ki,  bütün  müsəlmanlarda  müx-
təlif  tələffüz  şəklində  də  olsa,  Məhəmməd  oğlanlara  verilən  addır. 
Lakin  elə  adlar  da  (Məryəm)  vardır  ki,  müxtəlif  xalqlarda  fərqli 
tələffüz  şəklində  mövcuddur.  Adlar  müəyyən  reallıqlar  əsasında 
formalaşır. O, eyni zamanda dilin inkişafı ilə də bağlıdır. 


 
158 
 
Maraqlıdır ki, bir sıra ailələrdə (Naxçıvan ailələri nəzərdə tutu-
lur  –  Ş.B.)  «adı  uşağın  qulağına  babası,  nənəsi  və  ya  çoxuşaqlı 
qadınlardan  biri  (ağbirçək)  çağırırdı.  O,  ağzını  uşağın  qulağına 
dayayıb üç dəfə ucadan deyir: «sənin adın oldu filankəs»» (5, 167). 
Qubada isə «uşaq doğulduğu gündən on gün keçdikdən sonra mama 
(mamaça  nəzərdə  tutulur)  onu  çimizdirir  və  qundaqlayıb  qucağa 
alır. Sağ qulağına əzan, sol qulağına qamət oxuyub, qoyulacaq adı 
uşağın  qulağına  üç  dəfə  ucadan  söyləyir.»  Bundan  sonra  mama 
üçün xonça hazırlanır və onun qabağına qoyulur, qohum-əqrəba da 
bu xonçaya pul atırlar (15, 24). 
Adqoymanın  mərasimlə  keçirilməsi  bakılılar  arasında  geniş 
yayılmışdır.  Lakin  bəzi  ailələrdə  belə  də  edilirdi  ki,  uşağa  ölən 
adamın adı qoyularkən onun qulağına bu adı evə məhz bu məqsədlə 
çağırılan molla tələffüz edirdi. Məlumdur ki,  «uşağa ad da, əsasən 
qırx  töküləndən  sonra  qoyulur  və  həmin  münasibətlə  mərasim 
keçirilir (Bu bəzi yerlərdə–Abşeronda «Şəbbəxeyir» adlanır). Oğul-
qız böyütmüş ağbirçək bir qadın uşağı qucağına alır və qulağına üç 
dəfə ucadan ona qoyulmuş adı deyir» (2, 116). Bəzi hallarda isə bu 
məqsəd üçün evə molla çağırılır.
 
 
Adqoyma ilə əlaqədar qədim zamanlarda mollanın yanına gedib 
ona  müraciət  edildikdə  o,  «Quran»  açıb  həmin  səhifədə  yer  almış 
bir  sıra  müqəddəslərin  adları  üzərində  dayanır  və  bu  adlardan  biri 
körpəyə qoyulurdu. Əslində bütün ailələrdə adın seçilməsində ailə-
nin zövqü, dünyabaxışı və səviyyəsi əsas təşkil edir. Müasir dövrdə 
milli ənənələrə uyğun gələn adların seçilməsinə diqqət yetirilir.    
Bakıda adqoyma mərasimi barədə məlumat verən informatorun 
dediklərindən aydın olur ki, körpəyə hansı adın qoyulması əvvəlcə-
dən bəlli olsa da, yalnız qırxı çıxdıqdan sonra xüsusi mərasimlə ona 
ad verilir. Əgər körpəyə imam və ya ölən adamın adı qoyulursa, ev-
də mütləq «quran tapşırılır» və molla  adı uşağın qulağına oxuyur. 
O, imamların adlarını bir-bir körpənin qulağına sayır. Nəhayət «oğ-
lum sənin adını qoydum məsələn, Həsən» deyir. Bundan əlavə uşa-
ğın qulağına kəlmeyi-şəhadət, teyyubə oxunur. Sonra isə uşağı qo-
naqlıq  məclisinə  dəvət  olunan  yaxın  qohumlara  və  əziz  adamlara 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə