Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə53/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   49   50   51   52   53   54   55   56   ...   219

 176 

onun görümünə yaxınlaşıram. Çətin ömrünün son günlərində öz 

daxili baxışlarıyla gördüklərini mən də görürəm. 

Gəncədəki evləri – uşaqlığının evləri, ömrünün ilk yeddi 

ilini yaşadığı ev – bu ev indiyəcən durur. Ata-anasının otaqları, 

özünün və iki qardaşının otağı. Gecələr qardaşlarıyla balış 

davası. Dayəsi Nastya xalayla ayrılığı, bu ayrılığın uşaq 

qəlbinə təsiri. 



"Sonralar çox ayrılıqlar gördüm, amma bu ilk ayrılığın 

acısını, ağrısını uzun zaman çəkdim"... 

"Cavan ölən bibimin adını qoymuşdular mənə: Suğra. 

Amma heç kəs ürək eləyib bu adla çağırmırdı. O vaxt türk 

şairəsi Nigar xanım bint Osman çox məşhur idi, anam Cavahir 

xanım da onun şerlərini çox sevirdi, bir gün qərara gəlib 

babama – Ələkbər bəyə dedi ki, o bədbəxtin adını çəkməyi heç 

kim ürək eləmir, icazə ver bu qızın adını Nigar qoyaq. Babam 

dinməyib, amma nahar eləyəndə, – Cəvahir,  şərab gətir, – 

balaca Nigarın sağlığına içək" – deyib. 

İndi anamın xatirələri mənim hafizəmdə  məskən saldığı 

kimi, onun da yaddaşında  əcdadlarından eşitdiyi söhbətlər, 

adlar, əhvalatlar yaşayırdı. Böyük bir nəslin keçmişi Rəfi bəyin 

adıyla bağlı idi. Rəfi bəyin gərək ki, Cavad xana qohumluğu 

çatır, ya o bunun qaynatası olub, ya bu onun – anam bunu 

dəqiq bilmirdi. Rəfibəyli nəslinin ulu babası Mirzə  Kərimin 

məşhur  şərqşünas Mirzə Kazımbəylə qohumluq dərəcəsi 

barəsində də ancaq fərziyyələr eşitmişdi. 

Amma bəzi ailə tarixçələrini çox yaxşı danışardı: Ata babası 

Ələkbər bəy, ana babası Mirzə bəy, habelə Hadı bəy Rəfibəyli 

və bir neçə başqa Gəncə  və Qarabağ cavanları at belində 

Peterburqa təhsil almağa gediblər. Doqquz ay yol gediblər, altı 

il orda oxuyublar, bu müddətdə Qafqaza dəmir yolu çəkilib və 

onlar vətənlərinə qatarla qayıdıblar. Mirzə bəy hərbi təhsil alıb, 

Ələkbər bəy ziyarət üzrə mütəxəssis imiş. 

Anamın bir dayısı – Məmməd də vaxtilə Peterburqda təhsil 

alıb, inqilabçılara qoşulub Gəncəyə qayıdandan sonra öz 




 177 

həmfikirləriylə bir yerdə gecələr gizli intibahnamələr çap 

edirmişlər. Başqa bir qohumumuzun – Eyyub bəyin atası isə 

pristav imiş, gecələr bu inqilabçıların keşiyini çəkirmiş ki, 

onlara dəyib-toxunan olmasın. 

Sonra Məmməd vərəm xəstəliyinə tutulur və vida kağızı 

yazaraq özünü öldürür. 

O kağız nənəmdən anama qalmışdı. Anam onu qoruyub 

saxlamışdı. İndi həmin kağız məndədir. 

Anamın bircə xalası vardı – Cəvahir xanımın böyük bacısı 

Göyçək xala... Göyçək xala əri Məşədi Süleymanla qırx il 

yaşamışdı. 



"Hərdən qəsdən sataşırdım ona: "– Ay xala, – deyirdim, – 

bir kişiylə qırx il yaşamaq olar?" "– Kiri, az, – deyirdi, – ərə 

gedəndə, o evə ki gəlin gedirsən, gərək ordan tabutun çıxsın". 

Çox möhkəm prinsipləri vardı, deyirdi ki, ər arvada xəyanət 

edə bilər, öz işidir, amma arvad hökmən ərinə sadiq olmalıdır. 

"Bizim xoruz özgə damında banlasın, amma bizim damımızda 

özgə xoruz banlamasın"

Mənim də yadıma gəlir bu, balaca, yumru, dümağ saçlı qoca 

qarı. Yadımdadır, cığara kağızı kimi nazik yuxa salardı. 

–Doğrudan yadındadır? – anam mənə baxır və yaddaşından 

keçən hansı xatirələrəsə gülümsünür. – Düz deyirsən, çox nazik 

yayardı yuxanı. Çox dadlı da xörək bişirərdi. Yazıq arvadın 

ürəyi də elə  təmiz idi, lap uşaq kimi. Görürsən könlümə bir 

xörək düşəndə deyirdim: "Ay xala, Məşədi Süleyman dayını 

yuxuda görmüşəm, yarpaq dolması sifariş eləyib" – anamın 

gözləri gülür – yazıq arvad o saat durub dolma bükərdi... 

Ərinin ata evində mülkü, otaqları vardı.  Əri öləndə  səksən 

minə satıb, hamısını yetim-yesirə paylayıb; "filankəsin uşağı 

olmur, filankəsin adamı ölüb" – və öz-özünə o dünyada yer 

alırmış, demə. Amma bir az qızıl saxlamışdı, mənə verdi, dedi: 

"Bu mənim can haqqımdır, məni gərək öz puluma basdırasan. 

Mənə qəbir də düzəltmə, – dedi, – gərək mənim qəbrim itsin". 

Sonsuz idi, ona görə belə vəsiyyət eləmişdi. "Sonsuza qəbir 



 178 

düzəltmək günahdır", – deyərdi. 

Nə biləydi anam ki bir gün onun özünü də  həmin o 

qəbiristanlıqda – nənəsinin, anasının, dayısının, dayısı 

oğlanlarının yanında basdıracayıq. Göyçək xala da orda

onların arasındadır. Amma başdaşı yoxdur, qəbri itib. Öz 

vəsiyyətinə görə... 

Anamın ata babası  Ələkbər bəy Rəfibəyli (1859-1919) 

böyük nüfuza malik olan bir adam imiş. 

Anamın vəfatından xeyli sonra, onun arxivini araşdırarkən 

bir qovluq gördüm. Qovluğun üstündə öz xəttiylə "Babam, 

atam və anam. Şəkillər, vəsiqələr" yazmışdı. Qovluğun içində 

müxtəlif materiallar, kağızlar, sənədlər vardı. Görünür, 

arxivlərdə  araşdırmalar aparan tədqiqatçı alimlərimizin hansısa 

iki maraqlı  sənədin üzünü köçürüb anama veribmiş. Həmin 

sənədləri olduğu kimi gətirirəm: 

MVD 

ELİSAVETPOLĞSKİY 



POLİÜİMEYSTERĞ 

18 İÖLƏ 1907 Q. 

№176 

Q.ELİSAVETPOLĞ 



Soverşenno sekretno. 

 

Qospodinu Elisavetpolğskomu qubernatoru 

 

Raport 

 

Na üirkulərnoe predpisanie, ot 30 maə s. q. za № 571, 



donoşu Vaşemu Prevosxoditelğstvu, çto kak mnoö 

ustanovleno, musulğmanskie partii "Difai" i "Mudafie" 

suhestvuöt na sredstva, sobiraemıe neleqalğno s 

musulğmanskoqo naseleniə qubernii. Rukovoditeləmi pervoy 

partii əvləötsə Elisavetpolğüı: Alekber bek Rafibekov i Axund 

Molla Mamed Paşa Namaz Zade... 

Partiə "Difai" presleduet üelğ: zaşitu interesov svoeqo 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə