Sona xəyal



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə18/31
tarix08.07.2018
ölçüsü0,83 Mb.
#54631
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

Yaddaşlarda yaşayacaq 

53 


ədəbi-estetik fikir və “Molla Nəsrəddin” adlı  məruzəsi 

Azərbaycan Ali və Orta ixtisas Təhsili Nazirliyinin (indiki 

Təhsil Nazirliyi) I dərəcəli diplomuna layiq görülmüşdür.  

1988-ci ildə universiteti bitirən Qürbət Qaradağ 

rayonundakı 127 saylı orta məktəbə Azərbaycan dili və 

ədəbiyyatı müəllimi vəzifəsinə  təyin edilmişdir. 1993-cü 

ildə  həmin rayondakı 105 saylı  məktəbə, 2007-ci ildə  hə-

min rayondakı 321 saylı məktəbə köçürülmüşdür. Hal-hazı-

ra kimi pedaqoji fəaliyyətini davam etdirir. 1998-ci ildən 

ali kateqoriyalı müəllimdir. Çünki, Qürbət müəllim eyni za-

manda 1990-cı ildə AMEA-nın Nizami adına  Ədəbiyyat 

İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində “Əkbər Ağa-

yevin  ədəbi-tənqidi görüşləri” mövzusunda tədqiqat işi 

aparmış və 1998-ci ildə müvəffəqiyyətlə müdafiə edib, filo-

logiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 

Qürbət Mirzəzadənin həmin dissertasiya mövzusunda 

yazdığı “Tənqidçi dünyası” adlı monoqrafiyası 2000-ci ildə 

Azərbaycan Dövlət nəşriyyatında çap olunmuşdur. Kitabın 

elmi redaktoru və ön sözün müəllifi filologiya elmləri dok-

toru  Şamil Salmanov, rəyçiləri filologiya elmləri doktoru 

Akif Hüseynli və filologiya elmləri namizədi Tahirə Məm-

məddir. Şamil Salmanov kitaba yazdığı “Tənqidçi mövqe-

yindən” adlı ön sözdə  həm  Əkbər Ağayevin  ədəbiyyatşü-

naslıq fəaliyyətindən söz açmış, həm də Qürbət Mirzəzadə-

nin öz monoqrafiyasında  Əkbər Ağayevin yaradıcılığına 

verdiyi qiymətə öz münasibəttini bildirmişdir.  

Girişdə tənqidi, ədəbi prosesin dəyər və qiymətləndirmə 

meyarı hesab edən müəllif ilk növbədə  ədəbi tənqid haq-

qındakı dəyərli fikirlərini oxucularla bölüşür. Ümumilikdə, 

Azərbaycan  ədəbi tənqidindən söz açan tədqiqatçı 

M.F.Axundov, M.Kazımbəy, F.Köçərli,  Ə.Hüseynzadə, 

Ə.Ağaoğlu,  Ə.Topçubaşov, A.Sur, S.Mümtaz, S.Hüseyn, 

M.Quliyev, B.Çobanzadə, H.Zeynallı,  Ə.Nazim, M.Arif, 

M.Rəfili, M.Cəfər, C.Cəfərov, F.Qasımzadə, M.Quluzadə, 

Ə.Sultanlı, M.Hüseyn, H.Araslı, C.Xəndan, M.Təhmasib, 



Sona Xəyal 

54 


M.İbrahimov, Mir Cəlal və b. nümayəndələrinin adını çəkir 

və onların elmi irsinin araşdırılmasının bu gün tənqidimizin 

qarşısındakı  ən zəruri məsələlərdən biri olduğunu qeyd 

edir. Daha sonra görkəmli tənqidçi  Əkbər Ağayevə keçid 

alaraq, onun çoxşaxəli fəaliyyətinin əsas cəhətlərini diqqətə 

çatdıraraq yazır: ”Ə.Ağayevin tənqidçi-ədəbiyyatşünas fəa-

liyyəti Azərbaycan ədəbi-bədii, nəzəri-estetik fikrinin müx-

təlif problem məsələlərini ehtiva edir, onun ideya-sənətkar-

lıq axtarışlarının özünəməxsusluğunu, ümumilikdə  ədəbi-

bədii təcrübəni vahid bədii sistem kimi dərk və qiymətlən-

dirməyin üsul və vasitələrini, sənətin ayrı-ayrı estetik kate-

qoriyalarını, xüsusilə, növ, janr, ənənə və novatorluq kimi 

nəzəri problem məsələlərin  əhəmiyyət doğuran tərəflərini 

üzə  çıxarmağa xidmət edir. Azərbaycan  şeirinin inkişaf 

mərhələlərinə, sənətkarlıq məsələlərinə sistemli, məqsəd-

yönlü tədqiq marağı, nəsr və dramaturgiyanın mövzu və 

problematikasına, bədii ümumiləşdirmə, tipik xarakter və 

konflikti  şərtləndirən amillərə, tərcümə  nəzəriyyəsinə  həsr 

olunan çoxsaylı məqalələr, ardıcıl araşdırmalar Ə.Ağayevin 

bir tənqidçi-ədəbiyyatşünas kimi universal yaradıcı  fəaliy-

yətini  ədəbi-bədii təcrübənin ümumi inkişaf axarında öy-

rənməyə zəmin yaradır”. 

Monoqrafiyanın I fəsli “Ədəbi proses və tənqidin nəzəri-

metodoloji axtarışları” adlanır. “Tənqid ədəbi prosesin hə-

rəkətverici amili kimi” bölümündə müəllif Azərbaycan 

ədəbi tənqidinin təşəkkül və inkişaf prosesindən danışır, 

tənqidin professional səviyyədə formalaşmasında mühüm 

rol oynayan faktları diqqətə çatdırmağa çalışır. Tədqiqatçı 

“tənqidin ictimai-estetik təbiətini; əsas mahiyyətini, spesifi-

kasını obyektiv baxımdan əks etdirən” Mirzə Fətəli Axun-

dov nəzəri irsini, “dünyanın digər xalqlarının  ədəbi-bədii 

fikri ilə müqayisədə Azərbaycan və ümumən Şərq ədəbiy-

yatının ümumi vəziyyətinin Firudin bəy Köçərli təhlilini, 

“ədəbiyyatın, sənətin həyatla, zamanla, cəmiyyət həyatında 

gedən proseslərlə  əlaqəsinin”  Əli Nazim izahını, “sənətin 



Yaddaşlarda yaşayacaq 

55 


ideya-estetik mənbəyini, ictimai şüur forması kimi özünə-

məxsus səciyyəvi cəhətlərini aydınlaşdıran” Hənəfi Zeynal-

lı fikrini, eləcə də digər tənqidçilərin fikirlərini öz tərəzisin-

də çəkərək qiymətləndirir. Müəllif o dövrün görkəmli təd-

qiqatçıları olan Bəkir Çobanzadənin, Salman Mümtazın 

Əkbər Ağayevin sənət müəllimləri olduğunu xüsusi vurğu-

layır və  tənqidçinin sənətə,  ədəbiyyata münasibətinin for-

malaşmasında, onun yetişməsində böyük xidmətləri oldu-

ğunu qeyd edir. Qürbət Mirzəzadə ədəbi irsi, dəyərli fikir-

ləri haqqında söz açdığı tənqidçilərin yaddaqalan, tədqiqatçı-

lar tərəfindən tez-tez səsləndirilən, hətta bəzən aforizmləşmiş 

fikirlərindən sitatlar da verib öz fikrini əyaniləşdirir ki, bu da 

tədqiqat işini daha sanballı, detalları daha inandırıcı edir. 

“Əkbər Ağayevin tənqidçi fərdiyyəti” bölümündəsə 

tənqidçinin hansı istiqamətlərdə  və hansı üsullarla, özünə-

məxsus cəhətlərlə fəaliyyət göstərdiyi diqqətə çatdıran müəllif 

onun “tənqidçi məni”ni açmağa çalışır və onun harda, necə, 

ədəbi-nəzəri fikrin hansı inkişaf mərhələlərində formalaş-

dığını göstərir. Tədqiqatçının qənaətinə görə, “Ümumən, 

Ə,Ağayevin tənqidçilik fəaliyyəti  ədəbi-bədii təcrübəni 

qiymətləndirmək, geniş  və  əhatəli elmi-nəzəri təhlillə üzvi 

surətdə  əlaqələndirmək vasitəsi, bütövlükdə  ədəbiyyatın, 

sənətin ideyalılığına, xəlqiliyinə xidmət etmək nümunəsi idi”. 

Monoqrafiyanın II fəsli “Əkbər Ağayevin tənqidində 

Azərbaycan  ədəbiyyatı  məsələləri” adlanır. Bu fəsil də iki 

bölümdən ibarətdir. “Nəsr və dramaturgiyada tarixilik və 

müasirlik, ənənə və novatorluq problemi” bölümündə Əkbər 

Ağayevin Cəfər Cabbarlı, Məmməd Səid Ordubadi, Süley-

man Rəhimov, Mir Cəlal, Mehdi Hüseyn, Sabit Rəhman

Qılman  İlkin,  İlyas  Əfəndiyev, Bayram Bayramov, İsmayıl 

Şıxlı kimi yazıçıların haqqında məqalələr yazdığını qeyd edən 

müəllif sonra heç də bu yazılar haqqında geniş  bəhs açmır. 

Sadəcə bir-iki əsərdən qısa qeydlərlə kifayətlənir. Dramatur-

giyadan danışanda isə yenə  də  Əkbər Ağayevin  əsərləri 

haqqında məqalə  və resenziya yazdığı dramaturqların adını 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə