Sona xəyal



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə17/31
tarix08.07.2018
ölçüsü0,83 Mb.
#54631
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

Sona Xəyal 

50 


“Həyəcan dolu beş il” (1998), “Çaylar geri dönmür (1999), 

“Yerlə göy arasında” (2001), “Şuşa nəğmələri” (2001, şə-

rikli), “Ləngəbiz” (2003), “Azərbaycan oxusun” (2003, şə-

rikli), “İldırımlar qanadında (2006), “Yollar” (2007), 

“Azərbaycan bir də Heydər” (2008), “994552010290” 

(2009) və digər  şeir, nəsr, publisistik kitabları, beşcildlik 

“Seçilmiş  əsərlər” (2009) külliyyatında  əksini tapan bütöv 

yaradıcılığı  məhəbbət yüklü poetik karvandır. Və bu kar-

vanın sarvanı isə “onun dumduru göylərə açılan ürəyidir”... 

Şahməmmədin poeziyasını müxtəlif cəhətlərdən səciyyə-

ləndirməyə çalışan müəllif onun poemaları üzərində  də 

xeyli dayanır və şairin “Arxalı dağlar”, “Əsgər qardaşıma”, 

“Atalar, analar, oğullar”, “Müstəntiq”, “Namuslu dünya”, 

“İki oğul atası”, “Qızıl qan” poemalarından söz açır, şairin 

“Karvan” poemasından xüsusi bəhs edir.  

Kitabda xatirələrdən də danışılır.  Şairin “Yeni Şirvan” 

qəzeti redaksiyasında “Gənc Sabirçilər” ədəbi məclisindən 

də söz açan müəllif burada şairin tanış olduğu və indiyədək 

dostluq etdiyi F.Sadıq,  İ Etibar, T.Taisoğlu, G.Rəsul, Q. 

Əziz, T.Ələkbərli, N.Rüstəmov kimi yazarları da yada salır. 

Kitabda diqqətimi çəkən bir məqam var:”Şahməmməd tex-

nikumu qurtarandan sonra təyinatla bir il üç ay Ağsu rayo-

nunun Cəfərli, Ərəbuşağı kəndlərində müəllim işləyib, son-

ra 1967-ci ildə Uzaq Şərqə hərbi xidmətə gedib. Özü ilə üç 

şeir kitabı aparıb–Məmməd Arazın “Ömür karvanı”, Bəxti-

yar Vahabzadənin “İnsan və zaman”, Fikrət Sadığın 

“Cığır” kitablarını əsgərlik balışının altında saxlaya-saxlaya 

yuxularına qatıb... Oradan Azərbaycana–Azərbaycan mət-

buatına, Bəxtiyar Vahabzadəyə, Məmməd Araza, İskəndər 

Etibara, Tahir Taisoğluya  şeir dolu məktubları uçub.. ca-

vablar alıb, ümüd dolu, məsləhət, məhəbbət dolu... İskəndər 

Etibar onun “Nəğmələr”, “Anamın yun palazı”  şeirlərini 

əsgər  şəkli ilə “Yeni Şirvan” qəzetində çap edir. Bu fakt 

uzaq Tayqada, yad ölkədə  əsgərlik edən bir şair gəncin 

duyğularında dərin izlər buraxır...” 



Yaddaşlarda yaşayacaq 

51 


Kitabda şairin yaradıcılığı ilə paralel, onun həyat yolunu 

da izləyən müəllif yeri gəldikcə oxucuları maraqlı nüanslar-

la tanış edir. Burada hərbi xidmətdən qayıdan Şahməmmə-

din Azərbaycan Daxili İşlər nazirliyində işə qəbul edildiyi-

ni və qiyabi universitetin hüquq fakültəsində təhsil aldığını, 

oranı müvəffəqiyyətlə bitirib milis(polis) orqanlarında 

müxtəlif vəzifələrdə çalışdığını  və polkovnik rütbəsinə ki-

mi yüksəldiyini öyrənirik.  

Şahməmməd Moskvada SSRİ  DİN-in Akademiyasında 

təhsil aldığı illərdə (1982-1984) “Avrora”, “Molodaya qvar-

diya”, “Sovetskaya milisiya” jurnallarında şeirləri və daha so-

nralar 1994-cü ildə onun rus dilində “Nastalo vremya” kitabı 

çap olunmuşdur. Bu kitabda gedən  şeirləri moskvalı  şairlər 

İrina Yefimova, İqor Taraseviç, Viktor Zabelişinski tərcümə 

etmiş  və bu kitabın işıq üzü görməsində o zaman Moskvada 

M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsil alan Tahir 

Taisoğlunun və Moskvada yaşayan  şair-tərcüməçi Məmməd 

Faiqin də böyük xidmətləri olmuşdur. Kitabda müəllif şairin o 

vaxtlarla bağlı xatirələrindən də sitatlar vermiş  və oxucuları 

kifayət qədər məlumatlandırmağa çalışmışdır. 

Kitabda şairin şeirlərinə bəstələnmiş mahnılardan da söz 

açılır və bu nəğmələrə öz repertuarında yer ayıran müğən-

nilər də diqqətə çatdırılır.  

Burada şairin ailə həyatı ilə bağlı detallar da maraqlıdır. 

Xüsusən, onun Yəmən xanımla ailə qurması, gözəl övladlar 

böyütməsi, sevgi dolu bir həyatın içindən gələn səslər diq-

qəti çəkir.  

Qurban Bayramovun bütün həyatını, yaradıcılığını  ən 

xırda detallarına kimi bildiyi şair dostunun 60 illik yubile-

yinə ithaf etdiyi bu kitabda 60 illik ömrün hərarəti, 60 il vu-

ran qəlbin çırpıntıları hiss olunur. Şahməmmədin yaradıcı-

lığı haqqında gələcəkdə də kitablar yazılacaq. Biz həm şair 

dostumuza, həm də tənqidçi dostumuza yeni-yeni yaradıcı-

lıq uğurları arzulayırıq. 

 

 “Kredo” qəzeti, 2010  



Sona Xəyal 

52 


QÜRBƏT MİRZƏZADƏ - 50 

 

Azərbaycan tarixi, Azərbaycan  ədəbiyyatı, Azərbaycan 



mədəniyyəti və s. olduğu kimi Azərbaycan ədəbi aləmi ifa-

dəsinin də lüğət tərkibimizə daxil olması zəruridir. Var şair

nasir, dramaturq, publisist, alim, bir də var ədəbiyyat ada-

mı.  Əvvəldə sadaladığım adlara sahib olmaq çətin deyil, 

amma çətini  ədəbiyyat adamı ola bilməkdir.  Ədəbiyyat 

adamı bütünlükdə ədəbi aləmin tanıdığı, qəbul etdiyi adam-

dır.  Ədəbiyyat adamı olmaq təkcə yazmaq deyil, həm də 

yazılanları oxuya bilməkdir. Hər dəfə tanımadığım bir 

adam mənə yeni çap olunmuş kitabım haqqında danışanda, 

düşünürəm ki, hələ də yazara görə deyil, yazılana görə oxu-

yanlar varsa, deməli ədəbi aləm də var, ədəbiyyat adamı da. 

Bu aydın məsələdir ki, yaradıcılğını bəyənib-bəyənmədiyi-

mizdən asılı olmayaraq, hamımız dostlarımızın, yaxınları-

mızın kitablarını oxuyuruq. Amma şəxsən tanış olmadığı-

mız yazıçının, alimin əsərlərini onun yaradıcılığına görə 

oxuyuruq. Bu mənada məni tanımadan imzamı tanıyan, ya-

zılarımı izləyən oxucularıma daha çox hörmət bəsləyir, tə-

sadüfən rastlaşıb tanış olanda qeyd elədikləri fikirlərini da-

ha çox dəyərləndirirəm.  

Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üz-

rə fəlsəfə doktoru Qürbət Mirzəzadə ilə tanışlığımız da belə 

olub. Hər dəfə Ədəbiyyat İnstitutunda rastlaşanda hansı ya-

zımısa oxuduğunu deyib və məndən kitab istəyib. Sonralar 

rəfiqəm  Şəlalə xanım dedi ki, Qürbət Azərbaycan Dövlət 

Universitetində (indiki BDU) onun tələbə yoldaşı olub və 

elə  tələbəlikdə  də  hər  şeylə maraqlanar, çox oxuyar, hətta 

Bakıda, Naxçıvanda keçirilən konfranslarda iştirak edər-

miş. Qürbətin 1986-cı ildə Cəlil Məmmədquluzadənin ana-

dan olmasının 120, “Molla Nəsrəddin” jurnalının nəşrə baş-

lamasının 80 illiyi münasibəti ilə Y. Məmmədəliyev adına 

Naxçıvan Dövlət Pedoqoji İnstitutunda(indiki NDU-də) ke-

çirilən elmi konfransda etdiyi “XX əsrin  əvvəllərində 




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə