Sona xəyal



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə20/31
tarix08.07.2018
ölçüsü0,83 Mb.
#54631
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

Yaddaşlarda yaşayacaq 

59 


Tanınmış şair, tənqidçi Hikmət Məlikzadənin “Raqif Nazi-

moğlu yaradıcılığında həyat kodeksi və ictimai düşüncə” 

adlanan kitabı giriş və beş hissədən ibarədir. 

Müəllif girişdə zaman-məkan anlayışına öz prizmasın-

dan açıqlama verərək, insan həyatının bu çərçivəsizlikdəki 

rəngarəng mənzərəsini çəkməyə çalışıb. Əsərin dili müasir 

ədəbiyyat baxımından çox qəlizdir. Hətta bəzi məqamların 

anlanılması belə şəxsən mənim üçün çətindir. Sadə yazma-

ğa alışsam da, kitabın dili hardasa məni öz yoluna çəkmək 

istəyir. Lakin bu fəlsəfəçilikdən uzaq olmağa çalışıram... 

Birinci hissə “Raqif Nazimoğlunun yaradıcılığında həyat 

kodeksi” adlanır. Düzünü desəm, son zamanlar bu “ko-

deks” sözünə rast gəlməmişəm və bu söz mənə hardasa lap 

sovet dövrünü xatırlatdı. Hətta o vaxt həvəslə oxuduğum 

“Kommunist əxlaqının kodeksi” adlı kitab da var idi. Am-

ma burada Raqif yaradıcılığında həyat kodeksini işıqlandır-

mağa çalışan müəllifin ilk cümləsi belədir: ”İlk olaraq de-

yək ki, Raqif Nazimoğlunun yazdığı  əsərlərin sənətkarlıq 

xüsusiyyətlərindən, bədii-estetik dəyərindən, cazibəli oriji-

nallığından bəhs edərkən onun zəngin şifahi xalq ədəbiyya-

tı  xəzinəsindən bəhrələndiyini nəzərdən qaçıra bilmərik”. 

Bax, bununla razıyam və mənə elə gəlir ki, sadə xalq dilin-

də səlis, təmiz şeirlər yazan Raqifin yaradıcılığına elə belə 

yanaşmaq lazımdır. Pafosa, fəlsəfəçiliyə ehtiyac yoxdur. 

Çünki, Raqifin şeirlərində başa düşülməyəcək, dərin təhlilə 

ehtiyacı olan qarmaqarışıq və qəliz misralar yoxdur. Raqi-

fin poeziyasında doğrudan da folklordan gələn elementlər 

çoxdur. Bu da onun milli ruhda, ənənəvi yazı manerasının 

əsasını təşkil edir.  

Bu bölümdə müəllif şairin yaradıcılığında tarixilik prob-

lemini önə  çəkir və onun “Bəxtimə düşən Cavid taleyi” 

poemasını diqqətə çatdırır. “Ədəbiyyat üçün müasirlik və 

tarixilik kimi kodekslərin mühüm əhəmiyyəti var. Tarixi 

hadisələri və tarixi şəxsiyyətləri geniş şəkildə səciyyələndi-

rilir”,- yazan müəllif şairin yaradıcılığını elə bu istiqamətdə 



Sona Xəyal 

60 


tədqiqə çalışır.  

Kitabda müəllif  şairin ayrı-ayrı  şeir toplularından söz 

açır: “Əsrin günəş yağışı”, “Ürəyim dünyanın məzar yeri-

dir, “Bələnmişəm dərdlərinə dünyanın”, “Desəm öldürərlər, 

deməsəm ölləm”, “Üzüm necə gülsün”, “Mavi kədər”, 

“Ağsu şəhidləri”, “Atalı dünyam”, “Ağla, Xocalım, ağla”. 

Burada A.P.Çexovdan, Z.Freyddən, K.Marksdan, A.Kiş-

nerdən, M.Qorkidən, V.Q.Belinskidən, Loqoşfukodan, 

Penndən, Nizamidən, Sokratdan, M.Avqustindən, Aristotel-

dən, U.Tekkereydən, Kantdan, Holbaxdan, hətta zərb-mə-

səllərdən bol-bol sitatlar verən müəllif müqayisələr aparır, 

bu paralellərdə fikirlərini əsaslandırmağa çalışır. Məncə bu 

sitatların yerinə Raqif Nazimoğlunun digər kitablarından, 

elmi-publisistik və publisistik yazılarından sitatlar verilsəy-

di, daha maraqlı olardı. Çünki, onun məqalələrində həqiqə-

tən diqqəti çəkən və yeri gələndə aforizm kimi səslənən 

məqamlar çoxdur. Əgər belə etsəydi, Raqifin təkcə poezi-

yası deyil, bütün yaradıcılığı  əhatə olunmuş olardı  və bu 

monoqrafiyanın adına da uyğun olardı.  

Monoqrafiyanın “Raqif Nazimoğlu poetikası  və qlobal 

ədəbi istiləşmə” bölümündə  şairin poeziyasını  əhatəli də-

yərləndirən fikirlər diqqəti çəkir. Müəllif yazır: ”O, lirik fi-

kirləri ilə həyatın, dünyanın--bəşərin poetik mahiyyətini elə 

verir ki, oxucu heyrətlənməyə bilmir. Onun şair ovqatı qə-

ləmə aldığı ən xırda hisslərdə belə çöx bədii ifadəsini tapır. 

Heç bir şübhə yoxdur ki, Raqif Nazimoğlunun poetikası 

qlobal istiləşmənin cəngində fırlanan dünyanın rəngli xüsu-

satlarında, lirikası kövrək ürəyinin torpağa, vətənə, el-oba-

ya məhəbbətindən püskürür. 

Raqif Nazimoğlunun şeirləri ən adi elementlərdən ibarət 

olmaqla, həm də ən vacib prosesləri oxucu dərkində sistem-

ləşdirir. Bu cəhətdən şairin bədiilik xüsusu daxili duyğula-

rının tipik göstəricisi kimi özünü təzahür etdirir”. 

Bu bölümdə  də Jül Renardan, V.İ.Lenindən, K.Marks-

dan, H.Caviddən sitatlar verilmiş, amma Raqif poeziyasın-



Yaddaşlarda yaşayacaq 

61 


dan iki misra belə sitat yoxdur. Nədənsə, şairin poetikasın-

dan söhbət açan müəllif, bunu əyaniləşdirmək üçün şairin 

poetik nümunələrindən istifadə etməyi lazım bilməmişdir... 

Monoqrafiyanın “Cavid taleyi şairin yaradıcılıq fəlsəfə-

si” adlı bölümündə  şairin Cavidə  həsr olunmuş poeması 

tədqiq olunur. Daha sonra Raqifin qəzəllərindən danışılır.  

Son bölümlərdə Raqif şeirində  bədii təsvir vasitələrin-

dən, vəzndən, qafiyədən də  bəhs olunur və  şair haqqında 

deyilən fikirlər diqqətə çatdırılır.  

  

 “Haqqın sədası” qəzeti, 12.06.10. 

 

ŞEYX MƏHƏMMƏD XİYABANİ 

 

Azərbaycan xalqının görkəmli tarixi şəxsiyyətlərindən 



olan Şeyx Məhəmməd Xiyabani ömrünü elm öyrənməyə və 

vətənin azadlığı  uğrunda mübarizəyə  həsr etmişdir. Gənc 

yaşlarından ilahiyyata maraq göstərən, yüksək dini təhsil 

alıb müctəhidlik dərəcəsinə çatan Məhəmməd astronomiya-

nı, riyaziyyatı, tarixi, fəlsəfəni, eləcə  də  ədəbiyyatı gözəl 

bilmişdir. Bəlağətli nitqi ilə camaatın diqqətini çəkmiş, in-

sanların dünyagörüşünə güclü təsir edə bilmişdir. Səttarxan 

hərəkatında (1905-1911) inqilabi fəaliyyətə başlayan Xiya-

bani II İran məclisinə seçilmişdir. 1911-ci ildə məclis bura-

xılmış  və mitinqdə hökumətə qarşı  çıxan Xiyabani İranı 

tərk etməli olmuşdur. 

Xiyabani bir müddət Rusiyada yaşayır, oradakı siyasi 

mühiti öyrənir, Bakıdakı demokratlarla da tanış olur. 1914-

cü ildə yenidən Təbrizə qayıdır. 1917-ci ildən güclü siyasi 

fəaliyyətə başlayan Xiyabani, nəhayət, 1920-ci ildə yaranan 

Milli Hökumətin sədri seçilir. Hökumət başçısı kimi böyük 

islahatlar aparır. Təəssüf ki, bu cəmi bir neçə ay çəkir və 

sentyabrda Xiyabani öldürülür.  

Xiyabaninin elmi, fəlsəfi, siyasi görüşləri sonradan təd-

qiq olunmağa başlayır. Cəfakeş ziyalı Qulam Məmmədli 




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə