Sona xəyal



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə21/31
tarix08.07.2018
ölçüsü0,83 Mb.
#54631
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

Sona Xəyal 

62 


Xiyabaninin inqilabi fəaliyyətini, ümumiyyətlə 1917-20-ci 

illərdə  cənubda gedən milli-azadlıq hərəkatını  işıqlandıran 

“Xiyabani” adlı bir kitab yazır. Sonralar filologiya elmləri 

doktoru Qafar Kəndli, tarix elmləri doktoru Şövkət Tağıye-

va Xiyabani ilə bağlı dəyərli məqalələrlə çıxış edirlər. Cə-

nubda Xiyabani haqqında tədqiqatlar aparılır, kitablar nəşr 

olunur. 

Bu yaxınlarda Nizami adına Ədəbiyyat İnstitutunun Cə-

nubi Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı, filologiya 

elmləri doktoru, professor Vüqar Əhmədin “Şeyx Məhəm-

məd Xiyabani” adlı kitabı  işıq üzü görmüşdür. Kitabın elmi 

redaktoru filologiya elmləri doktoru, professor Teymur Əh-

mədov, rəyçiləri filologiya elmləri doktoru, professor Elman 

Quliyev və Əkrəm Rəhimlidir. Professor Elman Quliyev ki-

taba “Xiyabanişünaslığa yeni bir töhfə” adlı ön söz yazmışdır. 

Öz yazısında Vüqar Əhmədin Xiyabani ilə bağlı  təd-

qiqatlarına güzgü tutan müəllif, onun problemə bir ədəbiy-

yatşünas kimi yanaşdığını, özündən  əvvəlki tədqiqatlara da 

nəzər yetirdiyini, Xiyabani haqqında yazılanlardan xəbərdar 

olduğunu və monoqrafiyasında fikirlərini konkret faktlara 

əsaslanaraq diqqətə çatdırdığını qeyd edərək, müəllifin işini 

qiymətləndirməyə çalışır və  rəyini bu dəyərli cümlə ilə 

tamamlayır: ”Mən sevimli şairimiz, istedadlı, zəhmətkeş ədə-

biyyatşünas alimimiz, prof. Vüqar Əhmədin görkəmli azadlıq 

mücahidi Şeyx Məhəmməd Xiyabaninin həyatı, dövrü, mühi-

ti, ictimai-siyasi və  ədəbi fəaliyyəti ilə bağlı yazılmış 

tədqiqatını yüksək qiymətləndirir və bu əsəri Azərbaycanda 

xiyabanişünaslığın layiqli töhfəsi hesab edirəm”.  

Monoqrafiyanın birinci hissəsi “Şeyx Məhəmməd Xiya-

bani (1879-1920). Həyatı və mühiti” adlanır. Müəllif bura-

da Azərbaycanın mütəfəkkir oğlu, görkəmli siyasətçi, ədib 

Xiyabaninin həyatı  və mühiti ilə bağlı xeyli tədqiqat işi 

aparmış, onunla bağlı bütün yazıları oxumuş, yazılanları öz 

baxış bucağından dəyərləndirmiş, ümumi nəticə  çıxararaq 

öz fikirlərini  əsaslandırmış  və anlaşıqlı  şəkildə oxuculara 



Yaddaşlarda yaşayacaq 

63 


çatdırmağa çalışmışdır. O bu taydakı tədqiqatlarla kifayət-

lənməmiş, cənubda çap olunan mətbu orqanlarını da araş-

dırmış, o cümlədən fars dilində olan məqalələri, kitabları da 

tədqiq etmişdir. Tədqiqatçı bu zaman həm mənbələri açıq-

layır, həm bizi müəlliflərlə tanış edir, həm də yazılardan si-

tatlar gətirir ki, bu da fikirlərin əyaniliyinə, dəqiqliyinə in-

am yaradır.  

Xiyabaninin publisistikasından söhbət açan müəllif ya-

zır: ”Öz odlu qələmi ilə mübariz publisistikanın gözəl nü-

munələrini yaratmış Xiyabaninin də bu sahədəki fəaliyyəti-

nin tədqiqi,  şübhəsiz ki, çox faydalıdır.  Ş.M.Xiyabaninin 

publisistik yazıları mövzu genişliyi ilə, obrazlılığı, çoxmo-

tivliliyi, zəngin epizodluluğu ilə seçilir.  

Xiyabaninin publisistikası Azərbaycan  ədəbiyyatının 

mütərəqqi  ənənələrinin bünövrəsi üzərində yüksəlirdi.  İc-

timai həyat həqiqətlərini əks etdirən, çağdaş həyatın tələb-

ləri səviyyəsində durmaq onun fəaliyyətinin  əsasını  təşkil 

edirdi. Xiyabani publisist əsərlərində humanizmin, azadlı-

ğın, demokratiyanın böyük müdafiəçisi kimi çıxış edirdi”.  

Bu bölümdə müəllifin, “Xiyabaninin bədii obrazı”nı 

oxuculara çatdırmaq istəyini görürük. O İlyas Əfəndiyevin 

“Şeyx Xiyabani” pyesini, Pənahi Makulunun “Xiyabani” 

romanını, Xəlil Rza Ulutürkün, Arif Səfanın şeirlərini diq-

qətə çatdırır, hətta sitatlar da verir.  

Əsərin ikinci hissəsi Xiyabaninin “Ədəbi fəaliyyəti”nə 

həsr olunmuşdur. Müəllif “alovlu natiq, istedadlı publisist, 

jurnalist-mühərrir” Xiyabaninin əsasən “Təsəddüd” qəze-

tində çap olunduğunu, lakin İranda çıxan bütün qəzet və 

məcmuələri mütaliə etdiyini, çap olunan yazılara münasibət 

bildirdiyini diqqətə çatdırır. 

Monoqrafiyanın üçüncü hissəsi “Xiyabani və din” adla-

nır. Burada Xiyabanini ilahiyyatçı kimi xarakterizə etməyə 

çalışan müəllif, onun çıxışlarında daim islami dəyərlərə 

söykəndiyini, azadlıq uğrunda mübarizədə  həqiqəti rəhbər 

tutmağı, ağıl, təfəkkür, səbat, həmrəylik  əldə etmək üçün 



Sona Xəyal 

64 


Qurani-kərimin göstərdiyi yolla irəliləməyi məsləhət gör-

düyünü diqqətə çatdırır.  İslam ümmətinin son illər elmdə, 

hikmətdə zəiflədiyini özünə dərd eləyən Xiyabaninin çıxış-

larında daim islam əxlaqını ön plana çəkdiyini vurğulayan 

tədqiqatçı burada sovet dönəminə də səyahət edir, diqqəti-

mizi islami dəyərlərin məhv edilməsi faktlarına yönəldir. 

Xiyabaninin çıxışlarından danışan müəllif, yenə  də, onun 

publisistikasına qayıdır və biz yenə də vətənpərvər Xiyaba-

ninin səsini eşidirik. Bəlkə də bu ondan irəli gəlir ki, Xiya-

bani hər şeydən əvvəl alovlu vətənpərvərdir. Onun inqilabi 

fəaliyyəti, siyasi həyatı hardasa digər sahələri üstələyir. 

Tədqiqatçı burada Xiyabaninin çıxışlarından danışır, sitat-

lar verir və onun səciyyəsini göstərərək yazır: ”Hər bir pub-

lisistin özünəməxsus üslubu, metodu, öz dəst-xətti olur. 

Xiyabani heç vaxt planlı, tərtibli çıxışlar etmirdi, lakin bu-

na baxmayaraq, oxucunun və dinləyicinin diqqətini vacib 

bir mətləbə, daha doğrusu, problemlərə yönəltməyi bacarır-

dı. Onun ədəbi-nəzəri-siyasi söhbətləri silsiləsində  ədəbi 

fəaliyyətinin idrak və inikas xüsusiyyəti, obrazlılıq spesifi-

kası idi. Xiyabani heç bir həyati məsələni, heç bir temanı 

ədəbi cərəyana yabançı hesab eləmirdi. Ona görə də, onun 

hər bir sözündə, hər bir kəlamında, hikmətdən başqa bir 

poetiklik, bədiilik vardı. O, siyasi aktuallıq xatirinə heç za-

man bədiiliyin üstündən xətt çəkmirdi. Məhz buna görə də 

onun publisistikasında bədii ifadələr daha çöx öz əksini 

tapırdı...”  

Əsərin sonunda nəticə və ədəbiyyat siyahısı verilmişdir.  

Xiyabaninin “Azərbaycan və Azərbaycanın demokratik 

qüvvələri” əsəri vaxtilə İsmayıl Şəms tərəfindən fars dilin-

dən tərcümə edilmiş, Balaş Azəroğlunun və İsmayıl Cəfər-

purun redaktorluğu ilə nəşrə hazırlanmışdır. Vüqar Əhməd 

həmin  əsəri  ərəb qrafikalı  əlifbadan transliterasiya edərək, 

kitaba daxil etmişdir.  

Vüqar Əhmədin uzun illərin, ağır zəhmətin bəhrəsi olan 

bu kitabı xalqımızın mütəfəkkir oğlu, görkəmli siyasətçi, 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə