Sona xəyal



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə24/31
tarix08.07.2018
ölçüsü0,83 Mb.
#54631
1   ...   20   21   22   23   24   25   26   27   ...   31

Yaddaşlarda yaşayacaq 

71 


ğı poetik zənginliyi şairin əsərlərindən götürdüyü əyani mi-

sallarla bizə çatdırır. Kitabda təkrirə daha çox yer ayrılmış-

dır. Səs təkriri, söz təkriri, rəddül-əcüz, anafora, epifora kimi 

təkrir növlərinin geniş  işləndiyini və onların  şeirə  gətirdiyi 

rəngarəngliyi diqqətə çatdıran alim, bütün vasitələrin əsərlərin 

bədiilik səviyyəsini tətin edən amillər,  əsəri tanıdan cəhətlər 

sistemi kimi gərəkli rolunu qeyd edir. Bütün bu bədii 

vasitələri Seyid Əzim yaradıcılığında axtarıb tapan, onların 

dəyərini açıqlayan tədqiqatçı  həcmcə kiçik olan bu kitabda 

əslində olduqca böyük tədqiqat işi aparmışdır. Kitab klassik 

şeirlə  məşğul olan tədqiqatçılar, alimlər, tələbələr, habelə 

klassik üslubda yazan şairlər üçün gərəkli, qiymətli vəsaitdir. 

Kitabın elmi redaktorları f.e.n. dosent T.Cəfərli və f.e.n. do-

sent T.Cahangirov, rəyçiləri f.e.d. Vasim Məmmədəliyev

f.e.d. E.Z.Əzizov və f.e.n. E.Ə.Talıblıdır.  

Bəxtiyar Məmmədzadənin “Seyid Əzim Şirvani anadilli 

poeziyasında vəzn” adlı kitabı daha çətin, daha gərgin illə-

rin məhsuludur. Müəllif burada şairin 1172 əsərini tədqiqa-

ta cəlb edərək, onun qələmini sınadığı 9 bəhr—həzəc, rə-

məl, rəcəz, müzare, münsərih, müctəs, mütəqarib, xəfif, sə-

ri bəhrləri üzrə  təhlillər aparmış,  şairin müraciət etdiyi 14 

janrdan bəhrlər və janrlara görə  kəmiyyət göstəricilərini 

konkret cədvəllər şəklində vermişdir. Burada təkcə bəhrlər 

deyil, eyni zamanda onların növləri və variantları üzrə təd-

qiqat aparılmış və şairin əsərlərindən gətirilən misallar ay-

dın  şəkildə oxuculara çatdırılmışdır. Müəllif həm də  hər 

janr üzrə hansı  bəhrin daha aktiv və ya daha passiv işlən-

məsini də diqqət mərkəzində saxlamış, hətta əsərlərin növ-

lərinə görə də təhlil aparmışdır. Əsərdəki hər bir cədvəl ay-

rıca bir əsərin skeletidir, əsəri oxuduqca göz önünə mahir 

bir konstruktorun quraşdırdığı bir ölkə maketi gəlir, hər 

cədvəl isə bir şəhər misalındadır. Müəllifin bu qədər elmi 

fikir yığcamlığına, konkretliyinə heyrət etməyə bilmirsən. 

Mənə elə gəlir ki, Bəxtiyar Məmmədzadənin elə bu bir əsə-

ri onun bənzərsiz alim kimi tanınması üçün kifayət edir. 



Sona Xəyal 

72 


Seyid  Əzimin ustad sənətkarlığını,  şairin  əruz vəzninin 

bəhrlərindən istifadə dərəcəsini oxucuya açıqlayan bu əsər 

bütünlükdə Azərbaycan divan ədəbiyyatını öyrənmək istə-

yənlərə, filoloq olmaq istəyən tələbələrə, müəllimlərə bö-

yük hədiyyədir. Kitabın elmi redaktoru professor Vasim 

Məmmədəliyev, rəyçiləri professsorlardan S.X.Əliyev, 

C.M.Əhmədov, V.Ə.Vəliyevdir. 

Bəxtiyar Məmmədzadənin “Feyzulla Qasımzadə. Ömrün 

yüz ili” kitabı f.e.d. professor Şamil Salmanovun redaktor-

luğu ilə çap olunub. Görkəmli alimin 100 illik yubileyinə 

ithaf olunan bu kitabda müəllif filologiyamızda özünəməx-

sus yeri olan, yüzdən artıq kitabın, yüzlərlə məqalənin mü-

əllifi olan akademik Feyzulla Qasımzadənin dəyərli, zəngin 

ömrünə nəzər salmış, bu ömrün nələrə sərf olunduğunu, bir 

alim ömürünün nələri yaratmağa və yaşatmağa qadir oldu-

ğunu açıqlamışdır. Akademikin mənalı ömür yolunu izlə-

yən müəllif onun həyatı, yaradıcılığı və şəxsiyyəti haqqında 

danışarkən müxtəlif mənbələrə müraciət etmiş, akademikin 

portretini olduğu kimi yaratmağa çalışmışdır. 

Bəxtiyar Məmmədzadənin bu kitabları haqqında, habelə 

müxtəlif məqalələri haqqında çox danışmaq olar, hətta elə 

onun özü haqqında belə bir kitab yazmaq olar. Çünki, Bəxti-

yar müəllim mənalı, təmiz bir ömür yaşamış, araşdıırılmalı, 

tədqiq olunmalı olduqca dəyərli elmi irs qoyub getmişdir. 

Bəxtiyar müəllimə Allah-təaladan rəhmət diləyirik. 

 

 “Aydın fikir” qəzeti, 06-12.03.10. 

 

ALİM QADINLARIMIZ:TAHİRƏ HƏSƏNZADƏ 

 

Allah-təala insana dünyaya göz açdığı gündən onun əha-



tə olunduğu mühütə uyğunlaşması üçün dəyərlər verir. Hər 

kəsə yazılan alın yazısı beş gün tez, beş gün gec məqamını 

tapıb zühur edir. Hər bir insanın yazısında böyüyəndə  nə 

ola biləcəyi, kim ola biləcəyi qabaqcadan qeyd olunur. Hə-




Yaddaşlarda yaşayacaq 

73 


yatın elə məqamları olur ki, çətinliklər bizi, hətta bizə yazılan 

bu yazıdan belə  kənarlaşmağa sövq eləyir. Amma müəyyən 

zaman kəsiyində insan yenidən həmin məqama qayıdır və 

dərk edir ki, alın yazısından qaçmaq qeyri-mümkündür. 

Tahirə xanımı  Əlyazmalar  İnstitutuna gələndən tanımı-

şam. Olduqca mehriban, qayğıkeş, işində prinsipial, zəh-

mətkeş bir insandır. Universitetin tarix fakültəsini bitirib. 

Şərq fakültəsinə daxil olmaq arzusu olsa da və hətta bu ar-

zuya çatmağın bir addımlığında olan məqamda olsa da, ye-

nə  də bu arzusuna çata bilməyib. Tarix fakültəsini bitirib 

Əlyazmalar  İnstitutuna işə  gəlib. Amma tale onu burada 

farsdilli  əlyazmalarla həmdəm edib. Bu, Tahirə xanımın 

alın yazısı idi. Şərq fakültəsini bitirmək qismətinə düşməsə 

də, elmi-tədqiqat institutunda şərqşünas kimi fəaliyyət gös-

tərməklə tələbəlik vaxtı əlçatmaz olan arzusuna çatması Al-

lahın ona mükafatı idi. 

Haşiyə: Tahirə Həsənzadə 1942-ci ildə Bakının Ramana 

kəndində anadan olub, 1954-cü ildə 198 saylı orta məktəbi, 

1965-ci ildə ADU-nu (indiki BDU) fərqlənmə diplomu ilə 

bitirib. 

1969-cu ildən Respublika Əlyazmalar  İnstitutunda çalı-

şır. Tahirə xanım 1994-cü ildə “Marağalı Məhəmmədhəsən 

xanın ictimai-siyasi fəaliyyəti” mövzusunda namizədlik 

dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, tarix elmləri 

namizədi alimlik dərəcəsi almışdır. 2001-ci ildə “Marağalı 

Məhəmmədhəsən xan Etimadüssəltənənin  əsərlərində 

Azərbaycan tarixi məsələləri” adlı monoqrafiyası çapdan 

çıxmışdır. 

Əlyazmalar İnstitutunun aparıcı  elmi işçisi Tahirə Həsən-

zadə  ərəb  əlifbasında olan türkdilli əlyazmaların üzə  çıxa-

rılması ilə  də  məşğul olur. Məmməd Səid Ordubadinin 

“İstanbul səhnələrində Dursunəli Ballıbadı” komediyasını, 

Rəşid bəy Əfəndizadə haqqında xatirələri, 1926-cı ildə çap-

dan çıxan, M.Ə.Sabir haqqında ilk tədqiqat işi olan “Sabir 

yaradıcılığının  əsasi nöqtələri” adlı kitabı müasir əlifbaya 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə