Sona xəyal



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə22/31
tarix08.07.2018
ölçüsü0,83 Mb.
#54631
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

Yaddaşlarda yaşayacaq 

65 


ilahiyyatçı,  ədib Xiyabaninin həyat və yaradıcılığını, eyni 

zamanda Cənubi Azərbaycanda gedən milli-azadlıq hərəka-

tını öyrənmək baxımından dəyərli vəsaitdir. 

 

 “Kredo” qəzeti, 17.04.10. 

 

ŞAH VƏ ŞAH OBRAZI 

 

Azərbaycan folkloru öz zənginliyi ilə həmişə diqqət mər-



kəzində olub. Eləcə  də folklorşünaslıq elmi il-ildən zəngin 

tədqiqatları  və  dəyərli tədqiqatçıları ilə özünü təsdiqləyir ki, 

bunun da bariz faktı Milli Elmlər Akademiyasında ayrıca 

Folklor İnstitutunun fəaliyyətə başlamasıdır. Bir neçə il bun-

dan əvvəl yaradılmış bu elm ocağında hər il onlarla kitab işıq 

üzü görür. Burada çalışan gənc alimlərin işləri də diqqəti 

çəkir. Bu alımlərdən biri də Şakir Albalıyevdir.  

Şakiri on ildir ki, tanıyıram. Hələ o zamanlar “Kredo” qə-

zetində onunla bağlı çap olunan “Tarix dərsləri” adlı silsilə 

yazılardan, sonra onun “Şakir  Əlifoğlu”, “Şakir Albalı” im-

zası ilə çap etdirdiyi publisistik yazılarından və daha sonra 

namizədlik işi olan, folklorla bağlı elmi məqalələrindən.... 

1969-cu ildə  Cəbrayıl rayonunda dünyaya göz açan, 

1989-95-ci illərdə BDU-nun filologiya fakültəsində  təhsil 

alan, Cəbrayıl və Saatlı rayonlarında dil-ədəbiyyat müəlli-

mi işləyən, “Kredo” qəzetində məsul katib və şöbə müdiri 

kimi çalışan, “Xudafərin” qəzetinin baş redaktoru olan Şa-

kir Əlifoğlu, nəhayət, uzun zəhmət və səydən sonra müda-

fiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi alaraq 

bu sahədə də özünü təsdiqlədi.  

Onun “Təknur” nəşriyyatında çap olunmuş “Azərbaycan 

nağıllarında şah obrazı” adlı ilk kitabı elmı tədqiqat işidir. 

Kitab AMEA Folklor İnstitutunun elmi şurasının qərarı ilə 

nəşr olunmuşdur. Kitabın redaktoru AMEA-nın müxbir üz-

vü, professor Azad Nəbiyev, rəyçiləri f.e.d. Məhərrəm Cə-

fərli, f.e.n. Oruc Əliyevdir. Azad Nəbiyev kitaba ön söz 




Sona Xəyal 

66 


yazmışdır. Gənc alimin işini müsbət qiymətləndirən profes-

sor monoqrafiyanın əhəmiyyətini qeyd edərək yazır:”Gənc 

tədqiqatçı monoqrafiyada şah obrazının yaranma və inkişa-

fının tarixi əsaslarından başlayaraq, bugünəqədərki inkişaf 

dövrünə ümumi bir nəzər yetirmişdir. Məsələ ilə bağlı ma-

raqlı cəhətləri müşahidə etmiş, idarəetmə üçün əhəmiyyətli 

detallara diqqət yetirə bilmişdir. Tədqiqat göstərir ki, Şakir 

Albalıyev nağılçılıq probleminə ümumiyyətlə yaxından bə-

ləddir, onunla bağlı həm praktiki, həm də nəzəri materialla-

rı kifayət qədər öyrənmişdir”.  

Monoqrafiya giriş və üç fəsildən ibarətdir. Müəllif giriş-

də Azərbaycan folklorşünaslığının genişhəcmli janrı olan 

məişət nağıllarının toplanması  işindən və bu sahədə  əldə 

edilmiş müvəffəqiyyətlərdən söz açır və ömrünü folklorşü-

naslıq elminin inkişafına həsr edən dəyərli alimlərin nəşrlə-

rini diqqətə çatdırır. O, məişət nağıllarının bu vaxta kimi 

əhatəli araşdırmaya cəlb edilmədiyini və ümumi tədqiqat-

larda isə nağıllardakı şah obrazına çox vaxt mənfi tərəfdən 

yanaşıldığını qeyd edir, bu səbəbdən araşdırmaların dərin-

ləşdirilməsinə, daha əhatəli tədqiqatların aparılmasına bö-

yük ehtiyac olduğunu və bu səbəbdən də bu mövzuya mü-

raciət etdiyini bildirir. 

“Nağılların təsnifi məsələlərinə dair” adlı birinci fəsildə 

tədqiqatçı-alim nağıllarımızın yazıya alınması və nəşr olun-

ması ilə bağlı görülən işləri diqqətə çatdırır və bu sahədə zəh-

mət çəkən tədqiqatçıları, naşirləri minnətdarlıqla yad edir. Bu-

rada həm çap, həm də arxiv materiallarına istinad edərək, fol-

klor tariximizə bir növ ekskursiya edir, həm toplama 

materiallarını, həm də tədqiqat işlərini diqqətə çatdırır.  

Nağılların təsnifinin və  tədqiqinin bəzi məsələlərinə öz 

münasibətini bildirən müəllif Hənəfi Zeynallı, Məhəmməd-

hüseyn Təhmasib, Paşa  Əfəndiyev, Vaqif Vəliyev, Azad 

Nəbiyev kimi böyük alimlərin və bir sıra gənc tədqiqatçı-

alimlərin işlərini dəyərləndirir. Burada Yusif Vəzir Çəmən-

zəminlinin, A.Arne və N.P.Andreyevin, Azad Nəbiyevin 



Yaddaşlarda yaşayacaq 

67 


tədqiqat işlərini və təsnifat üsullarını daha qabarıq göstərən 

tədqiqatçı müqayisələr apararaq, hər bir xalqın nağılının 

milli zəmində öyrənilməsinin vacibliyini qəbul edir və ya-

zır:”...dünya nağıl yaradıcılığının tərkib hissəsi olan Azər-

baycan nağıllarını dünya nağıl modeli ilə birləşdirən nə qə-

dər müxtəlif ümumiliklər olsa da, nağılların nə qədər müx-

təlif təsnifat qrupları və sistemləri mövcud olsa da, onu öz 

milli zəminində, mövcud toplanma materialı əsasında araş-

dırmaya cəlb etmək gərəkdir. Bu mənada professor A.Nəbi-

yevin son təsnifatını əsas götürməklə Azərbaycan nağılları-

nı ənənəvi təsnifat bölgüsündə götürməyi daha düzgün he-

sab edirik: heyvanlar aləmindən bəhs edən nağıllar, sehrli 

nağıllar, məişət nağilları, uşaq nağılları...” 

Monoqrafiyanın ikinci fəsli “Məişət nağıllarında şah obra-

zının meydana gəlməsinin tarixi əsasları” adlanır. Tarixə üz 

tutan müəllif Şərqin böyük nağıl kitabı hesab olunan və ilkin 

şah obrazlarının göründüyü “Kəlilə  və dimnə”dən başlayır, 

onun ilk naşirlərindən biri olan Behnud ibn-Səhvanın kitaba 

yazdığı müqəddiməyə istinad edərək, kitabın yazılma səbəbi-

ni açıqlayır, kitabın filosof Beydəba tərəfindən məhz şahların 

tərbiyənləndirilməsi üçün yazıldığını diqqətə çatdırır. Daha 

sonra “Min bir gecə nağılları”ndan bəhs açan tədqiqatçı-alim 

hər iki silsilənin tarixi dəyərini göstərməyə çalışır.  

Bu fəsildə  məişət nağıllarındakı hökmdar obrazının sə-

ləfləri olan sehrli nağılların padşah, şah, xan obrazlarından 

ayrıca danışan müəllif həm  ədalətli, həm də  ədalətsiz 

hökmdarların səciyyəvi xüsusiyyətlərini göstərir. O, ədalət-

li şah obrazının tarixən formalaşması məsələsinə ciddi ya-

naşır və geniş, əhatəli tədqiqatları ilə fikirlərini əsaslandırır. 

Bəzi nağıllarda zalım,  ədalətsiz  şahların sonda ədalətli 

hökmdara çevrildiyini, bəzən isə  əksinə,  ədalətli  şahların 

cəmiyyətdə zalımlaşdığını göstərir və misallarla fikirlərini 

əsaslandırır.  

Tədqiqatçı məişət nağıllarında padşah və rəiyyət münasi-

bətlərini də araşdırır və tarixi tədqiqatlara əsaslanaraq, rəiy-



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə