Sona xəyal



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə30/31
tarix08.07.2018
ölçüsü0,83 Mb.
#54631
1   ...   23   24   25   26   27   28   29   30   31

Yaddaşlarda yaşayacaq 

89 


Qafqaz toponimikasında  əksi” bölümündə türk, oğuz, avar, 

qırğız, kurikan, qıpçak, tatar, kitay və s. tayfalardan bəhs 

edilir. Abidələrdəki həm etnonimlərin, həm də  qədim türk 

sözlərinin Cənubi Qafqaz toponimiyasında  əksi göstərilir. 

Türk sözlərindən rəng bildirən, müsbət və mənfi relyef for-

malarını bildirən, təsərrüfat tikintisi, yaşayış yeri və düşərgə 

bildirən sözlər ayrıca yarımbaşlıqlar altında tədqiq edilir. 

Hiss olunur ki, müəllif əsəri ərsəyə gətirmək üçün uzun 

müddət gərgin  əmək sərf etmişdir. Kitaba daxil edilmiş 

sözlük,  ədəbiyyat siyahısı da bunu sübut edir. Əsərdəki 

mətnlər, onların oxunuşunun necə  çətin olduğunu bizə 

açıqlayır. Bizə elə gəlir ki, kitab dilçilik təhsili alan tələbə-

lər, habelə aspirantlar və dissertantlar üçün gərəkli vəsait 

ola bilər. Biz müəllifi bu uğurlu işi üçün təbrik edir, ona gə-

ləcək elmi fəaliyyətində daha böyük uğurlar arzulayırıq. 

 

“Paklıq” qəzeti, 25.10.03. 

 

NƏSİRƏDDİN TUSİ ELM HAQQINDA 

 

Bu yaxınlarda 800 illik yubileyini qeyd etməyə hazırlaş-



dığımız görkəmli alim Nəsirəddin Tusi (1201-1274) 

“Əxlaqi-nasiri”, “Tənsuqeyi-Elxani”, “Şərhül-işarət”, “Öv-

safül-əşraf”, “Ədəbül-mütəəllimin” və s. bu kimi qiymətli 

əsərlərilə ümumdünya şöhrəti qazanmışdır. Tusinin əsər-

lərində açıqlanan əxlaqi, fəlsəfi, riyazi, astronomik, tibbi və 

s. elmi fikirlər səkkiz əsrə yaxındır ki, tədqiqatçılar tərəfin-

dən araşdırılır, özündən sonrakı alimlərin elmi fəaliy-

yətində  tədqiqat obyekti olmaqla, həm də onlara yardımçı 

rolunu oynayır. Onun əsərlərindən bəhrələnmək bu gün də 

davam edir. Elmin bir çox sahələrində öz sözünü deyən 

alimin elm haqqında dedikləri də maraqlıdır. 

Alim “Əxlaqi-Nasiri”  əsərində yazır: “Elm varlıqların 

həqiqətən necə olduqlarını düzgün təsəvvür etmək, insanın 



Sona Xəyal 

90 


yaradıcı  ağlı (nəfse-əmr) və sağlam düşüncəsi dairəsində, 

onun xüsusiyyət və keyfiyyətlərini kəşf etməkdir.” 

Əsərdə Tusi elm öyrənməyin bünövrəsini, gediş xəttini

aşdığı  sərhədləri də göstərir. Onun fikrincə, elmə  uşaqlıq-

dan yiyələnmək lazımdır, lakin elm dalınca getməzdən 

əvvəl uşağa əxlaq dərsi keçmək, ondan sonra hikmət nəzə-

riyysini öyrətmək lazımdır.  Əgər belə olarsa, uşaq  əzbər-

ləmə yolu ilə  əldə etdiyi biliklərın mənasını düzgün anlar 

və bununla da böyük bir səadətə sahib olduğunu bilər, 

qazandıqları üçün də böyüklərinə təşəkkür edər. Doğrudan 

da bu günün alimlərilə müqayisə edəndə, (Əlbəttə, bu ağla-

sığmaz müqayisədir), keçmiş alimlərin öz müəllimlərinə 

olan hörməti, məhəbbəti müqabilində bugünkü bəzi alimlə-

rin “mən, mən” deməklə, öz ustadlarını bəyənmədiklərinin 

şahidi oluruq. Belələri, Tusinin fikrincə, alim deyil, nadan-

dırlar. Bir çox elmlər namizədi olan müəllimlərin vaxtilə 

dərs dediyi, lakin onlardan qat-qat savadsız olan “tələbə-

lər”dən elmlər doktoru, professor olan, hər hansı bir mötə-

bər məclisdə müəllimi olan yerdə həyasızcasına durub elm-

dən dəm vuran, əslində isə öz savadsızlığını büruzə verən 

nadanlar azdırmı?... 

Tusi fəzilətlərlə fəzilətə oxşayanları fərqləndirərkən ilkin 

olaraq hikmət sahiblərindən danışır: “Hikmət aləmində elə 

adamlar olur ki, elmi məsəlləri toplayıb əzbərləyər, danışıq, 

söhbət, mübahisə zamanı başqalarından eşitdikləri, tutivari 

əzbərlədikləri incə  həqiqətlərin birini elə bir tərzdə izah 

edərlər ki, qulaq asanların ağzı açıla qalar və belə adamla-

rın, həqiqətən, fəzilət, elm dəryası olduqlarını təsdiq edər-

lər, lakin əslində isə onların nəfsində bu deyilən şeydən heç 

bir  əsər olmaz, onlar həqiqətləri düzgün dərk edib, dəqiq 

izah edə bilməzlər, onların yürütdüyü mühakimə, verdikləri 

məlumatlar  şübhəli və etibarsız olar, elmə yiyələnməkdə 

onlar insan hərəkətlərini öyrənmiş  bəzi heyvanlara və ya 

özlərini böyük göstərməyə çalışan uşaqlara bənzərlər.” 

Tusi bunu cahillik adlandıraraq, belə xüsusiyyərti 



Yaddaşlarda yaşayacaq 

91 


mürəkkəb cəhlə misal göstərir və öz əsərlərində bunun 

əlacını da açıqlayır: “Bu cəhlin mahiyyəti ondan ibarətdir 

ki, nəfsin elmdən xəbəri olmadığı halda elə bilər ki, hə-

qiqətən alimdir və məşğuliyyəti də elmdir...” 

Tusinin fikrincə bu, ən dəhşətli rəzalətdir və nəfs həkim-

ləri bu xəstəliyi müalicə etməkdə aciz qalırlar. Bunun üçün 

ən gözəl tədbir odur ki, həmin bu cəhalət sahibini riyazi 

elmlərlə məşğul olmağa məcbur edəsən. Əgər o maraqlanıb 

öyrənməyə başlasa, həqiqi elmin nə olduğunu başa düşər və 

onda ayılma baş verər. Sonra keçmişə baxıb öz alimliyinə 

şübhə edər, insafı olsa, səhvini başa düşüb“ sadə cəhl” mər-

təbəsinə enər və  təlim-tərbiyə edilməsinə razı olar. Əgər 

ciddi elmlərlə maraqlanmaqdan boyun qaçırsa, deməli sa-

ğalması müşküldür.” 

Tusi hətta bir çox xofların,  şəkk-şübhələrin elm ilə 

aradan qaldırılmasını  qeyd  edir  və ölüm vahiməsinin  əla-

cından bəhs edərkən yazır: “...Adamın ölümdən qorxusu 

nəfsin haraya qayıdacağını bilməməsidir, deməli onun 

qorxusunun səbəbi ölüm deyil, nadanlıqdır.” 

Tusiyə görə bu nadanlıqdan azad olmaq üçün çoxlu əziy-

yət çəkmək, cismani ləzzət və istirahətdən  əl çəkmək la-

zımdır. Burada filosofların həyatını misal göstərən alim qeyd 

edir ki, əsl  əziyyət cəhldir,  əsl rahatlıq isə elmdir. Elmi 

olanların gözündə dünya nemətləri əhəmiyyətsizdir. Elmə yi-

yələnmək daimi səadət qazanmaqdır. Dünyagirlik sonsuzdur, 

bir arzuya çatdın, yenisi yaranar. “Əsl ölüm dünyagirlikdir, 

xof etdikləri dünyadan getmək deyildir.” fikrini başa düşmək 

üçün elm öyrənmək lazımdır. Tusi “Əxlaqın saflaşdırılması” 

bəhsində də göstərir ki: ”Elm bu dünyada da, axirətdə də həm 

ümüdə səbəb olar, həm qorxuya, çünki bu fəzilət əbədi, ölməz 

“mələk” nəfsinə aiddir.” 

Əlbəttə, Tusinin elm haqqındakı fikirlərini bu kiçik ya-

zıya yerləşdirmək çətindir, bu, geniş elmi tədqiqat işinin 

mövzusudur... 



“Azərbaycan XXI əsr” qəzeti, 16-22.05.01.  


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə