Sona xəyal



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə23/31
tarix08.07.2018
ölçüsü0,83 Mb.
#54631
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

Sona Xəyal 

68 


yətlə münasibətinə görə  ədalətsiz hökmdarların belə qrup-

laşmasını qəbul edir və bunlar haqqında geniş danışır:  

1.Ümumiyyətlə, rəiyyətin kasıblığına çalışan və bununla 

da hakimiyyətinin əbədiliyini təmin etmək istəyənlər. 

2.Cəmiyyətdə özündən ağıllı hesab edilən adamları 

məhv etməklə öz taxt-tacını möhkəmlətmək istəyənlər. 

3.Xalqın qəhrəmanlıq, mübarizlik ruhunu məhv etməklə 

rəiyyəti kölə halına salıb özünə tabe etmək istəyənlər.  

Monoqrafiyanın üçüncü fəsli “Məişət nağıllarında  Şah 

Abbas obrazı” adlanır və adından göründüyü kimi bütöv-

lükdə bu obrazın açılmasına həsr edilmişdir. Müəllif bir sı-

ra Azərbaycan nağıllarında Şah Abbas obrazını misal gös-

tərir və onu həm bir nağılın şah obrazı kimi səciyyələndirir, 

həm də tarixi şəxsiyyət kimi rolunu qeyd edir. 

Kitabın sonunda nəticə və ədəbiyyat siyahısı verilmişdir. 

Kitab həm folklorşünaslıqla məşğul olmaq istəyənlər üçün, 

həm də nağıllarımızın dəyərini, onların tariximizdə, milli 

mentalitetimizdə oynadığı rolu öyrənmək baxımından qiy-

mətlidir. Kitabı oxuduqda və  zəngin  ədəbiyyat siyahısına 

nəzər yetirdikdə hiss olunur ki, gənc tədqiqatçı-alimin uzun 

illər çəkdiyi əzab-əziyyətinin bəhrəsidir. Müəllifə gələcək-

də daha böyük uğurlar arzulayırıq.  

 

 “Bütöv Azərbaycan”, 07-14.04.10. 

 

YADDAN ÇIXMAYACAQ 

 

Azərbaycan ədəbiyyatşünaslığı bir alim də itirdi. Dərin bil-



iyi, intellektual düşüncəsi, əhatəli nitqi, bütün insani dəyərləri 

özündə ehtiva edən  şəxsiyyəti, eyni zamanda heç kəsə  bən-

zəməyən zahiri davranışı, rəftarı, ilə seçilən Bəxtiyar müəllim 

haqqında keçmiş zamanda danışmaq nə qədər ağırdır.  

Yaxşı müəllim olmazdan əvəl yaxşı insan olmaq lazım-

dır. Bəxtiyar müəllimin atası vaxtilə müxtəlif rayonlarda 

katib vəzifəsində çalışıb. Amma Bəxtiyar müəllim bir dəfə 



Yaddaşlarda yaşayacaq 

69 


də olsun öz keçmişi ilə fəxr etməyib. Çünki, onun buna eh-

tiyacı olmayıb. Hər məqaləsi başqa alimlərin bir kitabına 

bərabər, bəzən isə hətta onu ötüb keçən bir alimin bu zama-

na kimi sadəcə elmlər namizədi olması, doktorluq disserta-

siyası otuz il bundan əvvəl hazır olsa da, müdafiəyə can at-

maması, ancaq və ancaq təmiz alim vicdanıyla, həqiqi mü-

əllim düşüncəsiylə, səmimi insan ürəyiylə baş-başa qalıb 

şərəfli bir ömür yaşaması zəmanəmiz üçün bəlkə də möcü-

zədir. Bu gün Bəxtiyar müəllimin yas mərasimində tez-tez 

onun bütün müəllimlərdən fərqli, bütün alimlərdən fərqli 

bir ömür yaşaması faktı dilə gətirilir.  

Filologiya elmləri doktoru Azadə Musayevanın görkəmli 

türkoloq, filologiya elmləri doktoru, professor Samət Əliza-

də haqqında dediyi bir fikri xatırlayıram:”Samət müəllim 

klassik müəllim xüsusiyyətlərini özündə qoruyub saxlayan 

yeganə alimdir”. Mən bunu Bəxtiyar müəllimə  də  şamil 

edirəm. Qoy müəllimlərim məndən inciməsin, tanıdığım 

müəllimlər içərisində  Bəxtiyar müəllimdən savadlı, məs-

uliyyətli, səmimi ikinci bir müəllim tanımıram. Bir dəfə Pe-

doqoji Universitetin professoru Xeyrulla Məmmədovla 

söhbətimizdə söz müəllimlərdən düşdü. Dedim ki, ən çox 

sevdiyim müəllimlər Samət Əlizadə və Bəxtiyar Məmməd-

zadədir. Xeyrulla müəllim gülə-gülə qayıtdı ki, Bakı Dövlət 

Universitetində iki nəfər ciddi alim var, sən də onları seç-

misən”. Bu sözü yəqin ki, tələbələrin, hətta müəllimlərin 

çoxu, əlbəttə, gücü çatanlar təsdiq edə bilərlər...  

Bəxtiyar müəllim sadəcə “Bəxtiyar müəllim” idi. Bu 

Bəxtiyar müəllimin içində elə bir aləm var idi ki, onu gö-

rənlər bəxtiyardır. Mən Bəxtiyar müəllimə ilk kitabımı ve-

rəndə belə bir avtoqraf yazmışdım:”Bəxtiyar tələbələrin 

bəxtinə düşən Bəxtiyar müəllimə”. O vaxtdan on altı il ke-

çib. Hər dəfə Bəxtiyar müəllimə kitab verəndə nəsə yeni bir 

söz yazmaq istəyirdim, amma hər dəfə qələmimə eyni söz-

lər gəlirdi:”Ən sevimli müəllimim Bəxtiyar Məmmədzadə-

yə”. Bəzən söz düşəndə müəllimlərim içərisində qibtə ilə



Sona Xəyal 

70 


hətta paxıllıqla gileylənənlər də olurdu. Amma onları qına-

mıram, axı Bəxtiyar müəllimin içindəki aləmi görmək üçün 

adi göz kifayət deyildi... 

Haşiyə: Bəxtiyar Məmməd oğlu Məmmədzadə 1947-ci 

il, fevralın 10-da anadan olub. 1964-cü ildə Bakıdakı 172 

saylı orta məktəbi qızıl medalla, 1969-cu ildə Azərbaycan 

Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə dip-

lomu ilə bitirib. 1969-72-ci illərdə Biləsuvar rayonunun 

Xırmandalı  kənd orta məktəbində dil-ədəbiyyat müəllimi 

işləyib. 1972-ci ildən BDU-nun Azərbaycan ədəbiyyatı ta-

rixi kafedrasının müəllimi idi, 1985-ci ildən dosent vəzifə-

sində çalışırdı. Eyni zamanda Asiya Universitetində şərqşü-

naslıq və filologiya fakültəsinin dekanı idi.  

Bəxtiyar Məmmədzadə 1979-cu ildə “Nəcəf bəy Vəziro-

vun komediyalarında sənətkarlıq” mövzusunda namizədlik 

dissertasiyası müdafiə edib. Hələ o zaman Abbas Zamanov 

bu işin doktorluq dissertasiyası  səviyyəsində olduğunu 

qeyd edib.  

Bəxtiyar Məmmədzadə yüzdən artıq elmi məqalənin mü-

əllifidir. Amma istəsəydi bu sayı beş  dəfə artıra bilərdi. 

Bəxtiyar müəllimin cəmi üç kitabı var, amma istəsəydi, 

otuz kitab müəllifi ola bilərdi.  

Onun “Seyid Əzim  Şirvani anadilli poeziyasında bədii 

dil (poetik sintaaksis)” kitabı görkəmli  şairin yaradıcılığı 

üzərində apardığı gözəl, dərin tədqiqat işidir. Bu yəqin ki, 

Bəxtiyar müəllimin doktorluq dissertasiyasının bir hissəsi-

dir. Bədii dilin müəyyənləşməsində bədii semantika ilə bə-

dii sintaksisin vəhdətini zəruri amil hesab edən, poetik sin-

taksisin işığında məcazlar sisteminin daha dərindən aydın-

laşa bildiyini əsas götürən müəllif Seyid Əzim poeziyasın-

da istifadə olunan poetik fiqurları önə çəkir, onların özünə-

məxsus funksiyasını, xüsusiyyətlərini və potensial imkanla-

rını açıb göstərir. Burada bədii təyin, ellipsis, inversiya, 

təkrir, təzad, bədii sual, nida, xitab haqqında məlumat ve-

rən müəllif bu vasitələrin Seyid Əzim poeziyasında yaratdı-



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə