Sona xəyal



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə26/31
tarix08.07.2018
ölçüsü0,83 Mb.
#54631
1   ...   23   24   25   26   27   28   29   30   31

Yaddaşlarda yaşayacaq 

77 


bircə-bircə bu qurumlar haqqında araşdırmalar apararaq, 

onların yaranmasını, yaşamını, süqutunu, bir sözlə, bütün 

yaşadıqları tarixi keçmişi az da olsa oxuculara çatdırmaq 

istəmişdir.  

Mesopatamiyada  şumer-türk dövlətlərindən başlayan 

müəllif İranda, Orta Asiyada, Orta Avropada və s.-də olan 

elamlılar, kasitlər, hunlar, sakarlar, iskitlər, medlər, piratlar, 

ağhunlar, göytürklər, avarlar, xəzərlər, şaman oğulları, qa-

raxanlılar, qəznəvilər, səlcuqlar, xarəzmşahlar, monqollar

qıpçaqlar, özbəklər, babürlər haqqında, onların imperator-

luğu, dövlətləri haqqında məlumatlar vermiş, nəhayət, Bö-

yük osmanlı imperatorluğu ilə bağlı geniş,  əhatəli araşdır-

ma apararaq, onun qurulmasını, yüksəliş dövrünü, durğun-

luq, geriləmə  və islahatlar dövrünü, dünya müharibəsi və 

dağılma dövrünü əhatəli şəkildə açıb oxucuya göstərmişdir. 

Bu kitabda osmanlı imperatorluğunun sultanlarına xüsusi 

geniş bölmə ayrılmışdır ki, burada müxtəlif illərdə haki-

miyyətdə olan sultanlardan I Osman qazi, Orxan qazi, I 

Murad xan, I Bəyazid xan, Çələbi Mahmud xan, II Murad 

xan, II Bəyazid xan, I Sultan Səlim xan, I Sülüeyman xan, 

II Səlim xan, III Murad xan, III Məhəmməd xan, I Əhməd 

xan, I Mustafa xan, II Osman xan, III İbrahim xan, II Mə-

həmməd xan, II Süleyman xan, II Əhməd xan, II Mustafa 

xan, III Əhməd xan, I Mahmud xan, I Osman xan, II Mus-

tafa xan, I Əbdülhəmid xan, III Səlim xan, IV Mustafa xan, 

II Mahmud xan, Əbdülməcid xan, Əbdüləziz xan, V Murad 

xan, II Əbdülhəmid xan, Rəşid xan, Vəhdəddin xan haqqın-

da, onların hakimiyyət zamanındakı fəalıiyyəti, şəxsiyyəti, 

səciyyəvi cəhətləri barədə geniş məlumat vermişdir. 

Kitabın “Türk millətinin ata-babaları” bölümü Atatürk 

haqqında yazı ilə başlanır və onun “Nə xoşbəxtdir türkəm 

deyən” sözü epiqraf kimi səslənir. Bu yazıda bir sıra məsə-

lələrə toxunan müəllif, Atatürkü bir şəxsiyyət kimi, bir türk 

oğlu kimi səciyyələndirməyə çalışır və yazır: ”Mustafa Ka-

mal Atatürk ilə inqilabları arasında möhkəm bir bağ vardır. 



Sona Xəyal 

78 


Onun həyata keçirdiyi inqilablar tələbə Mustafa Kamaldan 

onun vəfatına qədər həyatının qayəsi, idealları, xəyalları və 

həyatının ayrılmaz bir parçası olmuşdur.” 

Bu bölümdə müəllif türkün böyük övladlarından Alp-

arslan, Alp Ər Tonqa, Atilla, Babür şah, Bilgə xan, Bilgə 

Tonyukuk, Qəznəli Mahmud, Əbülqazi Bahadur xan, Ər 

Manas, Dədə Qorqud, Ərtoğrul qazi, Koroğlu, Mətə xan, 

Teymur xan. Uzun Həsən, Uluğbəy, Çingiz xan, Məhəm-

mədəmin Rəsulzadə, Heydər  Əliyev,  şairlərdən Nizami, 

Nəsimi, Füzuli, Nəvai, Ziya Gögalp, İbrahim Abay. Yunus 

İmrə, Məhdimqulu, Mövlanə, Nazim Hikmət, Namiq Ka-

mal,  Şəhriyar, Bəxtiyar Vahabzadə, Səməd Vurğun, alim-

lərdən Mahmud Kaşğari, Zəməxşəri, İbn Sina, Əhməd Yə-

səvi və bir çoxları haqqında ayrı-ayrı yazılar öz əksini tap-

mışdır. 

Kitab bu gün türk millətinin tarixini, ədəbiyyatını, elmi-

ni, mədəniyyətini öyrənmək istəyənlər üçün olduqca qiy-

mətli vəsaitdir. Professor Fazil Qaraoğlu bu kitabı  ərsəyə 

gətirməklə böyük türk dünyasına dəyərli töhfəsini vermiş, 

eləcə  də biz azərbaycanlıların Türk dünyasını öyrənməsi 

yolunda gərəkli iş görmüşdür. Bu kitab “türkəm” deyən, öz 

keçmişi ilə, tarixi, mədəniyyəti ilə fəxr edən hər bir türkün 

stolüstü kitabı ola bilər.  

 

 “Aydın fikir” qəzeti, 17-23.01.09 

 

“MİLLİ SƏNƏTİN NƏZƏRİ TƏHLİLİNƏ GİRİŞ” 

 

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda sözün 



əsl mənasında zəhmətkeş alimlər çalışır ki, bunlardan biri 

də Nəsib Göyüşovdur. Hər dəfə Nəsib müəllimin bir kitabı-

nı oxuyanda, haqqında nəsə yazmaq keçib fikrimdən.  

Nəsib Göyüşovun ən çox xoşuma gələn kitablarından bi-

ri “Füzulinin sənət və mərifət dünyası”dır. Bu kitab çoxları-

nın çox şey öyrənə biləcəyi kitabdır. Burada diqqətimi çə-




Yaddaşlarda yaşayacaq 

79 


kən  ərəb və fars mənbələrindən tərcümə edilmiş ürfanla 

bağlı fikirlərdir. O fikirlər ki, anadilli ədəbiyyatlarda biz 

onlara rast gəlmirik. Nəsib müəllim yüzlərlə kitab araşdırıb 

bu kitabı ərsəyə gətirmək üçün. Bu kitab illərin gərgin əmə-

yi sayəsində başa gəlib. 

Nəsib Göyüşovun bir maraqlı kitabı da “Quran” və irfan 

işığında” adlanır. 

Bu yaxınlarda Nəsib müəllim mənə “Milli sənətin nəzəri 

təhlilinə giriş” adlı kitabını verdi. Kitab giriş, üç fəsil və 

nəticədən ibarətdir. Elmi məsləhətçi  əməkdar elm xadimi, 

AMEA-nın müxbir üzvü Vasim Məmmədəliyev, elmi re-

daktorlar Kamil Allahyarov və Mahirə Quliyevadır.  

Kitabın girişini oxuyanda mənə elə gəldi ki, bu kitab bə-

şər mədəniyyəti içində islam mədəniyyəti, islam mədəniy-

yəti içində Azərbaycan mədəniyyətinin araşdırılmasıdır. 

Müəllif ədəbiyyat, sənət və elm sahəsindəki uğurların məhz 

islam dəyərləri ilə paralel olduğu fikrini irəli sürür.  

Kitabda inanc və mifoloji düşüncəyə, folklora, bədii-es-

tetik dəyərlərə söykənən milli sənətin özəlliklərini elmi-nə-

zəri baxımdan təhlil etməyə çalışan müəllif qarşısına qoy-

duğu məqsədə çatmaq üçün hərtərəfli araşdırma aparmış və 

ortaya sanballı bir əsər qoymuşdur.  

Kitabın “Milli sənətin nəzəri anlamı və ümumi özəlliklə-

ri” fəslində müəllif, fikirlərini dörd geniş məqalədə açıqla-

yır. Ümumi sənət anlamından bəhs edərkən sənətin 

dəyərlər sistemindəki üç mühüm cəhəti (bədii-estetik və 

emosional-poetik duyum, milli-mənəvi özünüifadə və əxla-

qi təkamül, intiutiv anlaq və intellektual qavrayış) diqqətə 

çatdıran alim sənəti bəşərin əqli-mənəvi təkamülünün nəti-

cəsi hesab edir və onun təxəyyül və özünüifadə qabiliyyəti 

ilə bağlı olduğunu göstərir.  

Mədəniyyət tarixi prosesinin dörd böyük mərhələdən (Şərq 

və yunandan öncəki qədim dövr, yunan dövrü və ya antik 

mədəniyyət, orta çağlar xristian və islam mədəniyyəti, yeni 

Qərb mədəniyyəti) ibarət olduğunu qeyd edərək, sənət dün-



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə