Sona xəyal



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə31/31
tarix08.07.2018
ölçüsü0,83 Mb.
#54631
1   ...   23   24   25   26   27   28   29   30   31

Sona Xəyal 

92 


“KİTABİ-DƏDƏ QORQUD”DA ŞƏXS ADLARI” 

 

Bu gün dünya miqyasında 1300 yaşı qeyd olunan 



“Kitabi-Dədə Qorqud” abidəsi tarixən keçdiyi yollarda bir 

çox olaylarla qarşılaşmış, hər dövrün keşməkeşindən azca 

saralıb-solmuş, hər dövrün təntənəsindən bir qədər zinət-

lənmiş, nəhayət, bu gün əlimizdə olan şəklə düşmüşdür. 

Bu gün hər bir alim bu qiymətli abidənin tədqiqində 

daha bacarıqla qələm sınayır. Axtarışlar, tapıntılar bu gün 

“Kitabi-Dədə-Qorqud”a müxtəlif tərəflərdən baxmağa im-

kan yaradır. Tədqiqat işində, xüsusən, dilçi alimlərimizin 

xidməti  əvəzsizdir. Son vaxtlar bu sahədə  dəyərli kitablar 

işıq üzü görmüşdür ki,  bu kitablardan biri də Azərbaycan 

EA-nın müxbir üzvü, professor Afat Qurbanovun elmi 

redaktorluğu ilə “Elm” nəşriyyatında çap olunmuş, filo-

logiya elmləri doktoru Əzizxan Tanrıverdiyevin “Kitabi-

Dədə Qorqud”da şəxs adları” əsəridir. Əsərə N.Tusi adına 

Pedoqoji Universitetin müəllimlərindən prof. V.Əliyev, 

prof. Q.Məşədiyev, dos. R.Qafarlı, tənqidçi  Ə.Qənbəroğlu 

və İ.Abbasiov” rəy vermişlər. 

“Kitabi-Dədə Qorqud”da şəxs adları ilə bağlı ara-sıra 

məqalələr yazılsa da, hərtərəfli tədqiqata, araşdırmalara, ye-

ni tapıntılara  əsaslanan geniş  həcmli samballı bir əsərə 

ehtiyac duyulurdu. Ön sözün müəllifi  İ.Abbasov bunu ol-

duqca gözəl açıqlayaraq, iradını bildirir və görkəmli türkoloq 

Samət  Əlizadənin fikrini təsdiqləyir: “Dastanın görkəmli 

tədqiqatçısı prof. Samət Əlizadə hələ 1989-cu ildə yazlırdı ki, 

“Kitabi-Dədə Qorqud”dakı xüsusi maraq doğuran bir sıra 

adlar tarixi-etimoloji istiqamətdə tədqiqini gözləyir”. Hər bir 

adla bağlı aparılan araşdırma, yürüdülən fikirlər, istifadə 

olunan qaynaqlar, nəhayət, ortaya çıxarılan faktik material 

maraq doğurmaya bilmir. Əlbəttə, tarixi-etimoloji təhlildə 

müxtəlif fikirlər, bir-birini təsdiq və ya təkzib edən baxışlar 

təbiidir. Burada fikirlər haçalana bilər, hər bir alim öz baxışını 

müdafiə üçün söz tapa bilər, fikrini əsaslandıra bilər. Əzizxan 

müəllimin əsərində diqqəti cəlb edən bir cəhət də onun digər 



Yaddaşlarda yaşayacaq 

93 


alimlərin fikirlərinə istinad etməsi, özündən  əvvəlki mən-

bələrə öz münasibətini bildirməsi və sonra özünün sərrast 

fikrini açıqlamasıdır. Tədqiqatçı-alim yüzlərlə  ədəbiyyatdan 

istifadə edərək, təkcə Azərbaycan alimlərinin deyil, həm də 

xarici ölkə mütəxəssislərinin əsərlərindən də sitatlar gətirmiş

öz fikrini hərtərəfli əsaslandırmaq üçün bəzən bir ad ilə bağlı 

bir neçə fikrə istinad etmişdir. 

Bu gün gənc türkoloqun A.Qurbanov, S.Əlizadə kimi 

alimlərin ardıcılı olaraq isrtiqamətlənməsi, hər hansı bir 

elmi problemi həll edə biləcək mövzulara müraciət etməsi 

və ortaya belə bir samballı monoqrafiya çıxararaq, öz 

mənini təsdiq edə bilməsi doğrudan da böyük cəsarətdir. 

Biz  Əzizxan müəllimə tutduğu keşməkeşli, lakin çətin ol-

duğu qədər də müqəddəs olan bu yolda yeni uğurlar diləyir 

və ondan daha böyük tədqiqatlar, elmi əsərlər gözləyirik. 

 

 “Azərbaycan XXI əsr” qəzeti, 23-29.02.2000. 

 

DİL TARİXİMİZDƏN 

 

Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun elmi 



əməkdaşı, filologiya elmləri doktoru, “Kişvəri Divanının 

dili”, “Əfqanıstanda türk mənşəli toponimlər” adlı monoq-

rafiyaların, bir çox kollektiv əsərlərin və 50-dən artıq elmi 

məqalənin müəllifi Roza Hüseyn qızı Eyvazovanın “Otra 

əsr ədəbi dil əlaqələrinin Kişvəri əsərlərində təzahürü” adlı 

kitabı bu yaxınlarda “Elm” nəşriyyatında çapdan çıxmışdır. 

Giriş  və iki fəsildən ibarət olan bu əsər Kişvəri Divanının 

linqvistik təhlili olsa da, burada dil tarixuimizin müəyyən 

dövrü, bu dövrün ədəbi dil əlaqələri haqqında məlumat əldə 

edilir. Müəllif təhlil üçün Kişvəri Divanının EA Əlyazma-

lar  İnstitutunda M-27/8408 şifrəsi altında saxlanılan Bakı 

nüsxəsini  əsas götürmüş, burada olmayan əsərlər üçün isə 

Özbəkistan Şərqşünaslıq İnstitutunda 652 nömrəli əlyazma 

içərisində olan Daşkənd nüsxəsinə müraciət etmiş, müqayi-

səli təhlil aparmışdır. Orta əsr ədəbi dil əlaqələrinin Divan-



Sona Xəyal 

94 


da təzahürünü açıqlamaq üçün dil tarixinə nəzər salaraq di-

limizin Kişvəri dövründə hansı təsirlərə məruz qaldığını və 

hansı dillərin Azərbaycan dilinin formalaşmasında, təşək-

kül tapmasında  əhəmiyyətli rol oynadığını qeyd etmişdir. 

Tədqiqatçı-alim həmçinin Kişvəri Divanı haqqında yazıl-

mış elmi-tənqidi əsərlərə müraciət etmiş görkəmli alimlər-

dən Həmid Araslının, Məhəmməd  Əli Tərbiyətin, Pənahi 

Makulunun adlarını xatırlamış, onlardan sitat gətirmişdir. 

Orta  əsr  ədəbi dilimizin cığatay ünsürlərinə  məruz qal-

dığını qeyd edən müəllif, Kişvəri  şeirinə  Nəvai təsirindən 

və özbək ədəbi dilinin təsirindən danışmışdır. 

Əsərdə Kişvərinin yaşadığı dövr haqqında danışılmış,  

hakimiyyətdə olan şahların şairə münasibəti də bildirilmiş, 

Həbibi ilə dostluğu, Nəsimi irsinə bağlılığı  şeirlərindən 

götürülən misallarla açıqlanmışdır. 

Şairin  əsərlərinin leksikasından danışan tədqiqatçı Di-

vanda klassik ənənə ilə bağlı  qədim ifadə vasitələrindən, 

sabit söz birləşmələrindən, məcazlardan, omonim, sinonim 

və antonimlərdən, habelə alliterasiya və  təkrir kimi ifadə 

vasitələrindən bəhs edir. 

I fəsildə  əsas yeri qrammatık kateqoriyalara və isim, 

sifət, say, əvəzlik, zərf kimi nitq hissələrinə verən müəllif, 

hal, mənsubiyyət, kəmiyyət və  xəbərlik kateqoriyalarını 

şairin  əsərlərindən gətirdiyi misallarla aydınlaşdırır, ayrı-

ayrı nitq hissələri üzərində apardığı müşahidələri  əyani 

şəkildə oxucuya çatdırır. 

II fəsil tamamilə feildən bəhs edir. Burada həm bugünkü 

dilimiz üçün arxaik olan feillərdən, həm də canlı danışıq di-

lində, dialekt və şivələrdə olan feillərdən danışılır və əsər-

lərdən misallar verilir. Tədqiqatçı bununla dilimizdəki feil-

lər ilə yanaşı başqa türkdilli xalqların dilində olan feillərin 

ümumi mənzərəsini müqayisəli şəkildə göstərir. 

Kitabın sonunda nəticə  və  ədəbiyyat siyahısından sonra 

Kişvəri Divanının surəti verilmişdir ki, bu,  kitabın dəyərini 

daha da artırır. 

                              “Yeni Azərbaycan” qəzeti, 21.04.99. 



Yaddaşlarda yaşayacaq 

95 


 

 

 



 

SONA XƏYALIN  

QISA TƏRCÜMEYİ-HALI 

 

Sonaxanım Həmid qızı Hadiyeva 1961-ci il iyunun 19-



da Bakının Maştağa qəsəbəsində anadan olub. 1976-cı ildə 

255 saylı  səkkizillik məktəbi, 1978-ci ildə 187 saylı orta 

məktəbi bitirib.  

1981-ci ildə Bakı 1 saylı Tibb Məktəbinin mamalıq 

şöbəsini, 1991-ci ildə BDU-nun biologiya fakültəsini bitir-

miş, 1986-88-ci illərdə İxtiraçılıq İnstitutunda, 1995-1999-

cu illərdə Elmi-Tədqiqat  Əkinçilik  İnstitutunun aspirantu-

rasında (qiyabi) təhsil almışdır. 

Tibb məktəbində oxuyarkən, 1979-cu ilin sentyabrında 7 

saylı Birləşmiş Şəhər Xəstəxanasının laboratoriya şöbəsinə 

işə  qəbul edilmişdir. Tibb Məktəbini bitirdikdən sonra 

xəstəxananın cərrahiyyə  şöbəsinə tibb bacısı  vəzifəsinə 

keçirilmiş  və altı aylıq anesteziya və reanimatologiya 

kursuna göndərilmişdir. Bir müddət cərrahiyyə  şöbəsində 

çalışmış, yenidən laboratoriya şöbəsinə böyük laborant 

vəzifəsinə keçirilmişdir. Kliniki, biokimyəvi, seroloji 

laboratoriya kurslarında təkmilləşmişdir. Qiyabi təhsil 

aldıqdan sonra bir il laboratoriya həkimi işləmiş sonra 

həmin laboratoriyaya müdir vəzifəsinə  təyin olunmuş  və 

beş il bu vəzifədə çalışmışdır.  İki il tədris-istehsalat 

kombinatında IX-X siniflərə tibb bacısı kursunu tədris 

etmiş  və daha sonra Maştağa Mədəniyyət Evindəki ikillik 

tibb kursunu aparmışdır. Xəstəxanada işlədiyi on yeddi il 

ərzində  dəfələrlə müdiriyyətin, rayon səhiyyə  şöbəsinin, 

rayon icraiyyə komitəsinin və rayon komsomol komitəsinin 



Sona Xəyal 

96 


fəxri fərmanları ilə  təltif edilmişdir. Beş il xəstəxana 

komsomol təşkilatının katibi, daha sonra həmkarlar təşki-

latının sədri vəzifələrində çalışmışdır. İşlədiyi müddətdə bir 

sıra qəzet və jurnallarda elmi-publisistik, tibbi-bioloji 

yazıları, habelə elmi hekayələri çap olunmuşdur. Hal-

hazırda Məhəmməd Füzuli adına  Əlyazmalar  İnstitutunda 

böyük elmi işçi vəzifəsində çalışır, elm tarixi ilə 

məşğuldur. 

                                 

* * * 


 

Qarabağ münaqişəsi başlandıqda hərəkata qoşulmuş, bir 

sıra qadın təşkilatlarında qaçqınlarla iş aparmış, bir sıra 

yardımların təşkilində iştirak etmiş, dəfələrlə cəbhə bölgə-

lərinə getmiş, qaynar nöqtələrdə belə, əsgərlərlə görüşmüş, 

bir müddət könüllü hərbi qospitalda laboratoriya həkimi 

kimi çalışmışdır. Həmin müddətdə müxtəlif qəzetlərdə 

vətənpərvərlik mövzusunda onlarla publisistik məqalələri 

çap olunmuş, «Maştağadan Qarabağa bir yol vardı gedər-

gəlməz» adlı kitabını yazmışdır. 1992-ci ildə ikillik Jurna-

list Sənətkarlığı İnstitutunu bitirmiş və 1993-cü ildə Azər-

baycan Jurnalistlər Birliyinə üzv qəbul olunmuşdur. Maş-

tağa Mədəniyyət Eivndə  Gənc jurnalistlər dərnəyi təşkil 

etmiş və onun rəhbəri olmuşdur. «Murovdağ», «Paklıq» və 

«Vətən həsrəti» qəzetlərində müxbir işləmişdir. Sonralar 

“Respublika” qəzetinin  əməkdaşı olmuşdur. 2008-2009-cu 

illərdə “Yazıçı qadın” jurnalının baş redaktor müavini 

olmuş, hal-hazırda «Paklıq» qəzetinin baş redaktorudur. 

                                 

 

* * * 



 

Sona Xəyal 12 yaşından  şeir, 14 yaşından hekayə yaz-

mağa başlayıb. 1987-ci ildə Maştağa Mədəniyyət Evində 

Novruz Gəncəlinin təşkil etdiyi Səməd Vurğun poeziya 




Yaddaşlarda yaşayacaq 

97 


klubunun üzvü olub və  həmin il «Azərbaycan gəncləri» 

qəzetində Novruz Gəncəlinin «Yaradıcılıq iradə tələb edir» 

adlı «Uğurlu yolu» ilə birlikdə ilk şeiri dərc olunub.  

1993-cü ildə «Aç qapını  gəlim, dünya» adlı ilk şeirlər 

kitabı çap olunub. Həmin il Maştağa Mədəniyyət Evində 

«Maştağa şairlər məclisi»ni təşkil edib, məclisin sədri olub. 

1994-cü ildə «Məcməüşşüəra» ədəbi məclisinin üzvü olub 

və elə  həmin ilin dekabrında Hacı Maillə birlikdə «Füzuli 

ədəbi məclisi»ni təşkil edib, məclisin katibi olub. 1995-ci 

ildə Füzuli məclisinin nəzdində Maştağa qəsəbəsində 

«Şəfai», Bakıxanov qəsəbəsində «Qüdsi» və I Zabrat 

qəsəbəsində «Vahid» ədəbi məclislərini təşkil edib. 1996-cı 

ildə  Məhəməd Füzuli adına  Əlyazmalar  İnstitutuna işə 

qəbul olunub və XIX əsrin dəyərli  şairlərindən «Mirzə 

Əbdülxaliq Yusifin həyat və yaradıcılığı» mövzusunda 

namizədlik işi yazıb. Sonralar II Zabrat qəsəbəsində Mədə-

niyyət Evində «Yusif» ədəbi məclisini təşkil edib və ona 

rəhbərlik edib. Hacı Mailin vəfatından sonra Füzuli ədəbi 

məclisini bərpa edib. Amma məclis davam etməyib. 2000-

ci ildə ustadına verdiyi sözə əməl edərək «Divan» bağlayıb. 

2005-ci ildə  həmin divandan seçilmiş 101 qəzəl daxil 

edilmiş «Qəzəllər» kitabı  nəşr olub. Nəhayət: Maştağada 

«Bakı şairlər məclisi»ni yaradıb, əruz vəznli şeirin inkişafı 

üçün bakılı  şairləri bir araya gətirmək istəyib, yenə 

alınmayıb, bir müddətdən sonra məclis dağılıb. Bütün bun-

lardan sonra məclislərdən yığışıb. Əlyazmalar İnstitutunda 

ciddi tədqiqat işi ilə  məşğul olmağa başlayıb. Bir-birinin 

ardınca bakılı  şairlərin  şeir kitablarını  nəşrə hazırlayıb və 

klassik  şeirlə bağlı iyirmiyə yaxın təlif və  tərtib kitabları 

nəşr olunub. Qəzet və jurnallarda, eləcə  də konfrans 

materiallarında klassik şeirlə bağlı iki yüzdən artıq 

məqaləsi çap olunub. 




Sona Xəyal 

98 


* * * 

 

1993-98-ci illərdə Bakı Dövlət Universitetinin filologiya 



fakültəsində axşam, 2004-06-cı illərdə Bakı Slavyan 

Universitetinin magistiraturasında qiyabi təhsil alıb, 1997-

98-ci dərs ilində 255 saylı orta məktəbdə biologiya və dil-

ədəbiyyat fənlərini tədris edib. 

1998-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul 

edilib. Yazıçıların XI qurultayına nümayəndə, qurultaydan 

sonrakı plenumda Yazıçılar Birliyinin «İrs» komissiyasının 

sədri seçilib. Altı il müasir ədəbiyyatın tədqiqi ilə  məşğul 

olub və «Müasirlərim» seriyasından iyirmidən artıq mono-

qrafiya yazıb. Yaradıcılığı bir sıra mükafat və diplomlarla 

qiymətləndirilib. Dövri mətbuatda çağdaş yazıçılar 

haqqında məqalələrlə  çıxış edib. «İrs» komissiyasının işi 

kimi dünyasını  dəyişmiş  şairlərlə bağlı xatirə kitabları  və 

«Yüzilliklər» silsiləsindən toplular üzərində çalışır.  

2003-cü ildə Akademiyada qadın alimləri birləşdirən və 

onların elmi fəaliyyətinin tədqiqi və təbliği ilə məşğul olan 

«Nigar» elmi-ədəbi məclisini yaradıb, hal-hazıra qədər 

onun sədridir. 2009-cu ildə «Gənc qələm»  ədəbi birliyini 

yaratmışdır. 2011-ci ildə “Ziyalı qadınlar məclisi”ni 

yaradıb, onun sədridir. 

 



Yaddaşlarda yaşayacaq 

99 


 

 

MÜNDƏRİCAT 

 

Sona Xəyal qələmində Azərbaycan ədəbiyyatşünaslığı 



məsələləri .................................................................................... 3 

“Rəsul Rza poeziyası ədəbi tənqiddə” ........................................ 7 

“Aşıq Şəmşirin poetik aləminə səyahət”................................... 10 

“Yaşamaq, yaşatmaq, yaratmaq” .............................................. 15 

Dərviş Nidainin “Mənafeünnas” əsəri və onun dili .................. 19 

Novxanı .....................................................................................  27 

“Obrazlar aləmində” ................................................................. 32 

“Vahid Əlioğlunun poetik dünyası”.......................................... 38 

“Yusif Vəzir Çəmənzəminli və rus mədəniyyəti” .................... 43 

Poeziyanın sirri ......................................................................... 47 

Qürbət Mirzəzadə - 50 .............................................................. 52 

Raqif Nazimoğlu yaradıcılığı ....................................................  58 

Şeyx Məhəmməd xiyabanı ........................................................  61 

Şah və şah obrazı ...................................................................... 65 

Yaddan çıxmayacaq .................................................................. 68 

Alim qadınlarımız: Tahirə Həsənzadə ...................................... 72 

Böyük türk milləti ..................................................................... 74 

“Milli sənətin nəzəri təhlilinə giriş” ..........................................  78 

“Îðòà əñðëəð ãəðá əäəáèééàòû” ................................................... 81 

Áþéöê øàèðə ùəñð îëóíóá .......................................................... 86 

Orxon-Yenisey abidələrində toponimlər ...................................  88 

Nəsirəddin Tusi elm haqqında .................................................. 89 

“Kitabi-Dədə Qorqud”da şəxs adları” ...................................... 92 

Dil tariximizdən ........................................................................ 93 

Sona Xəyaın qısa tərcümeyi-halı .............................................. 95 



Sona Xəyal 

100 


 

 

S o n a   X ə y a l 



 

 

YADDAŞLARDA  YAŞAYACAQ 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Naşir: Rafiq Xan-Sayadoğlu 

Korrektor: Nuranə Axundzadə 

Texniki redaktor: Ülvi Arif 

Dizaynerlər: Ceyhun Əliyev, İradə Əhmədova 

Operator: Rübabə Vəliyeva 

 

_______________________________________________ 



Yığılmağa verilmişdir: 15.10.2010 

Çapa imzalanmışdır: 18.11.2011 

Tiraj: 300 ş.ç.v. 8 

“MBM” mətbəssində çap edilmişdir. 



 

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə