Sona xəyal



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə25/31
tarix08.07.2018
ölçüsü0,83 Mb.
#54631
1   ...   21   22   23   24   25   26   27   28   ...   31

Sona Xəyal 

74 


transliterasiya edərək nəşr etdirmişdir. 

2003-cü ildə Tahirə xanım Marağalı Məhəmmədhəsən xan 

Etimadüssəltənənin “Xeyrati-hesan”(Gözəllər sərvəti) kitabını 

fars dilindən tərcümə edərək, ön söz və qeydlərlə birlikdə 

nəşrə hazırlayıb, çap etdirmişdir. 2007-ci ildə isə Tahirə 

xanımın Mehdi Bamdadın “Tarixi-ricali-İran”  əsəri  əsasında 

yazdığı “XVIII-XIX əsrlərdə İranda yaşamış azərbaycanlı ic-

timai-siyasi xadimlər” adlı monoqrafiyası işıq üzü görmüşdür. 

Bu, Tahirə xanımın doktorluq işi ilə  əlaqədardır. O, 

müdafiəyə hazırlaşır. Tahirə xanıma uğurlar arzulayırıq. 

   

“Yazıçı qadınlar” jurnalı, yanvar-fevral, 2009. 

 

BÖYÜK TÜRK MİLLƏTİ 

 

Qədim tarixə malik türklüyün böyüklüyü, yenilməzliyi 



bu gün də danılmazdır. Sovet dönəmində türklüklə bağlı 

məlumatların yazılması, yayılması qadağan olunduğundan 

Azərbaycanda yaranan informasiya qıtlığı rejim dağıldıq-

dan sonra qismən aradan qaldırılsa da, indiyə kimi dəqiq 

mənbələrə söykənən məlumatların azlığı özünü göstərmək-

dədir. Türkiyəyə gediş-gəlişin asanlaşması, keçən əsrin əv-

vəllərində olduğu kimi Türkiyədə təhsil alanların, eyni za-

manda orada işləməyə dəvət alanların və işləyənlərin hesa-

bına dövri mətbuatda müxtəlif səpgili məqalələr görünsə 

də, tam, dolğun məlumatlarla açıqlanan tarix hələ də bizim 

üçün qaranlıqdır. 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitu-

tunda  Əliabbas Müznibin arxivində türk xalqlarının tarixi, 

adət-ənənələri və s. ilə bağlı xeyli əlyazma saxlanılır. Eyni 

zamanda “Dirilik” jurnalının müxtəlif nömrələrində də belə 

yazılara rast gəlmişik. Bunları tarixçilərin öhdəsinə burax-

dığımızdan, ancaq ədəbiyyatla bağlı yazıların üzərində da-

yanmışıq. Amma bir dəfə “Əlli yaşlı xəzinədən əlli məqa-

lə” adlı kitabımıza əlyazmalarla bağlı məqalələr daxil edən-



Yaddaşlarda yaşayacaq 

75 


də bir yazımızda Müznibin “Doqquz oğuz” məqaləsindən 

də söz açmışdıq. 

Bu yaxınlarda Ankarada yaşayan həmyerlimiz Fazil Qa-

raoğlunun bizə hədiyyə elədiyi kitablar arasında belə bir ki-

tab diqqətimi daha çox cəlb etdi: ”Türk millətinin tarixi, 

qurduğu dövlətlər və ata-babaları”. Kitabın məsləhətçisi 

t.e.n. L.Məmmədova, baş redaktoru Ə.Əmirbəyli, redaktoru 

B.Abdullayevdir. Professor Fazil Qaraoğlu kitaba yazdığı 

ön sözə iki məşhur epiqraf vermişdir. Bunlardan biri Hey-

dər Əliyevin “Biz bir millət, iki dövlətik”, ikincisi Atatür-

kün “Milli mənliyini bilməyən millətlər başqa millətlərin 

şikarıdır” sözləridir. 

Ön sözdə Türk millətinin tarixi ilə bağlı araşdırmaların 

aparıldığını, lakin tutarlı mənbələrin azlığı üzündən bu təd-

qiqatların yüksək səviyyədə olmadığını, yazılan fikirlərin 

çox vaxt subyektiv xarakter daşıdığını qeyd edən müəllif 

bu tarixi yazarkən miladdan çox-çox əvvəlki hadisələrdən 

başladığını, Türkiyə dövlətinin arxiv sənədlərinə müraciət 

etdiyini və genuiş aspektdə  tədqiqat aparmağa çalışdığını 

bildirir və yazır: ”Bu kitabda türk millətinin yaradıcı qüdrə-

ti müəyyən edilmiş və bu qüdrətin yüz illər boyunca davam 

etdiyi göstərilmişdir. Bu nəticəni  əldə etmək üçün də  hər 

şeydən əvvəl üç ana fikir üzərində durduq: Türk millətinin 

tarixi, qurduğu dövlətlər və ata-babaları.” Müəllif kitabını 

elə belə də adlandırıb. 

“Türk kəlməsinin əsli və yayılması” adlı yazıda bir sıra 

alimlərin fikirlərinə istinad edən tədqiqatçı bu kəlmənin 

mənşəyini, etimologiyasını araşdırır, müqayisəli  şəkildə 

təhlillər aparır və konkret nəticəyə gəlir. Burada Namiq Or-

xonun “Türk sözünün mənşəyi”, Zəki Vəlidi Toqanın 

“Ümumi türk tarixinə giriş” adlı  əsərlərinə müraciət edən 

müəllif macar alimi Vamberqinin, Von Le Qoq tərəfindən 

irəli sürülən, Nemeth, Müller və Tomson kimi alimlərin qə-

bul etdiyi açıqlamalardan sitatlar gətirir. Edkinsin və Sroo-

tun fikirlərinə müraciət edir, eyni zamanda səhv düşünən 



Sona Xəyal 

76 


tədqiqatçıların fikirlərinə də münasibətini bildirir. Bir söz-

lə, türk kəlməsinin haradan gəldiyini, necə formalaşdığını, 

bizə bu gün nələr dediyini açıqlamağa çalışır. Özünün yaz-

dığı kimi “Nə idik, nə olduq?” sualına cavab verməyimizin 

vaxtı çatdığını qeyd edərək, fikrini belə yekunlaşdırır: ”Ta-

rixin ilk mədəniyyətlərində atalarımız böyük rol oynamış-

dlr. Çinin ilk çağları da, Misirin quruluş illəri də buna şa-

hidlik edirlər. Fəqət, o mədəniyyətlər türk mədəniyəti de-

yildir, sadəcə onların quruluşlarında atalarımızın bir payı 

olmuşdur. Buna müqabil şumer mədəniyyəti tamamilə ata-

larımızın əsəridir.” 

“Türklərin soyu, dili və dünya dilləri” adlı yazıda türk 

tarixinə səyahət edən tədqiqatçı yenə də sözünə uzaq keç-

mişdən başlayır və müqayisəli  şəkildə araşdırmalar apara-

raq, Orxon yazılarını, Mahmud Kaşğarinin “Divani-lüğatit-

türk” əsərini tarixi sənəd kimi təqdim edir və yazır: ”Türk 

dilinin digər dillər üzərində də təsiri vardır. Keçmiş zaman-

larda yer üzünün hər tərəfində  mədəniyyət toxumları  səp-

miş olan türk millətinin dili digər qövmlərin dillərinə bir 

çox sözlər vermişdir. Bu sözlərin başqa dillərdəki qalıqları 

türk dilinin köhnəliyini və çox yayqın olduğunu isbat etmə-

yə yetər. Yenə türk dilinin başqa dillərdə görülən izləri türk 

millətinin yer üzünün dörd tərəfinə münasibətdə olduğuna 

şahidlik edir. Bu cəhətlər az sonra türklərin başqa ölkələrlə 

olan münasibətlərini araşdırarkən daha yaxşı anlaşılacaq-

dır.” 


Daha sonra müəllif “Türklərin ana yurdu və köç hadisə-

ləri”ndən bəhs açır, türk tarixini dövrlər üzrə tədqiqata cəlb 

edir, müxtəlif  ərazilərdə  məskunlaşan türklərin tarixini iz-

ləyir, mədəniyyətlərinə əhatəli nəzər yetirir, tarixi çağlarda 

türklərin xasiyyətini belə açıqlamağa səy göstərir. 

Tarixən türklərin qurduqları dövlətlərdən danışarkən Fa-

zil Qaraoğlu bütün türk imperatorluqlarının, türk dövlətləri-

nin, bəyliklərin, atabəyliklərin, xanlıqların, respublikaların 

və sultanlıqların siyahısını da kitaba daxil etmiş, sonra isə 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə