Sona xəyal



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə19/31
tarix08.07.2018
ölçüsü0,83 Mb.
#54631
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

Sona Xəyal 

56 


çəkməklə  işini bitirir: M.F.Axundov, C.Məmmədquluzadə, 

Ə.Haqverdiyev, H.Cavid, C.Cabbarlı, S.Vurğun, S.Rüstəm 

A.Babayev,  İ.Səfərli, A.N.Ostrovski, B.Sanqo, V.Şekspir, 

J.B.Molyer, Quan Xan-Tein və b. Bəlkə də tarixilik və müa-

sirlik,  ənənə  və novatorluq problemini açmaq üçün bu 

dramaturqların əsərləri haqqında yazılan məqalələr tədqiqata 

cəlb olunsaydı və paralellər aparılsaydı yaxşı olardı. 

Müəllif “Əkbər Ağayevin elmi-nəzəri irsində Azərbay-

can  şeiri və onun sənətkarlıq məsələləri” bölümünü daha 

geniş şəkildə təqdim edir. Yəqin, bu da ondan irəli gəlir ki, 

Əkbər Ağayevin yaradıcılığında  əsas yeri poeziya tutur. 

Əkbər Ağayevin “tənqiddə böyük, maraqlı, çoxcəhətli yol 

keçdiyini” xüsusi vurğulayan  Şamil Salmanov yazır 

ki: ”Əkbər Ağayev dedikdə mənim nəzərimdə, ilk növbədə, 

bir poeziya tənqidçisinin obrazı canlanır”.  

Bu bölümdə ilkin tədqiqata cəlb olunan tənqidçinin mü-

haribə dövrünü əks etdirən poeziya nümunələrindən danı-

şan  əsərləridir. Səməd Vurğun, Süleyman Rüstəm, Osman 

Sarıvəlli, Məmməd Rahim, Mikayıl Müşfiq, Rəsul Rza, 

Əhməd Cəmil kimi şairlərin yaradıcılığına müraciət edən 

tənqidçinin yaradıcılığından bəhs açan müəllif onun fəaliy-

yətinin məhsuldar mərhələsinin məhz müharibə illərinə tə-

sadüf etdiyini qeyd edir və həmin dövrdə yaranan poeziya-

nın Əkbər Ağayevin tənqidçi qələmindən keçən məqamla-

rını diqqətə çatdırır. Müəllif burada bu mövzuda yazan 

Məmməd Arif, Məmməd Cəfər, Mir Cəlal, Həmid Araslı, 

Əziz Şərif kimi tənqidçilərin də fəaliyyətini də qeyd edir.  

Tədqiqatçı-alim,  Əkbər Ağayevin doktorluq dissertasi-

yasını da tədqiqata cəlb edib, Azərbaycan poeziyasının in-

kişafının əsas meyllərini, sənətkarlıq məsələlərini, ənənə və 

novatorluq məsələsini hərtərəfli araşdırıb aydın şəkildə təq-

dim edən tənqidçinin fəaliyyətini dəyərləndirmiş, hətta di-

gər müəlliflərin yazıları ilə paralellər apararaq, məsələyə 

aydınlıq gətirməyə və tədqiqat obyektinin qənaətbəxş fikir-

lərini qiymətləndirməyə çalışmışdır.  



Yaddaşlarda yaşayacaq 

57 


Əsərin III fəsli “Əkbər Ağayev klassik irs və qarşılıqlı 

əlaqə problemi haqqında” adlanır. Müəllif yazır:”Əkbər 

Ağayevin klassik irs və qarşılıqlı əlaqə probleminin bilava-

sitə  təhlilinə geniş imkan verən faktları  həm Azərbaycan 

ədəbiyyatı kontekstində, həm də digər milli ədəbiyyatların 

müqayisəsi əsasında, həmçinin daha əhatəli miqyasda–dün-

ya  ədəbi-bədii fonunda araşdırmaları bu xüsusda fikir və 

mülahizə yürütməyə əsas verir”.  

Fəsil üç bölümü əhatə edir. “Əkbər Ağayevin nəzəri ir-

sində milli və dünya ədəbiyyatı problemi” bölümündə Ək-

bər Ağayevi klassik ədəbiyyatımızın görkəmli simalarının 

dövrü, ədəbi mühiti, yaradıcılığı haqqında fundamental təd-

qiqatlar müəllifi kimi təqdim edən müəllif, tənqidçi-ədəbiy-

yatşünas-alimin milli ədəbiyyatla bərabər dünya ədəbiyya-

tına və müxtəlif xalqların ədəbi-mədəni təfəkkür tərzinə bə-

ləd olduğunu qeyd edir və onun araşdırıcı  səriştəsini, uni-

versal tədqiqatçılıq bacarığını xüsusi vurğulayır. Burada 

onun “Nizami və dünya ədəbiyyatı” monoqrafiyasından və 

bir sıra sanballı məqalələrindən söz açır, bir ədəbiyyatşünas 

kimi fəaliyyətini qiymətləndirməyə çalışır.  

“Əkbər Ağayev rus ədəbiyyatı haqqında” bölümündə ali-

min M.Y.Lermantov, A.İ.Gertsen, A.S.Puşkin, P.Antakol-

ski, V.Q.Belinski, M.Qorki, D.İ.Pisarev, A.P.Çexov, V.Ma-

yakovski, B.Lavrenov, V.Q.Korolenko, Q.İ.Uspenski, 

N.A.Nekrasov, N.Q.Çernışevski, A.S.Qriboyedov, L.Leo-

nov, M.V.Lomonosov, S.Yesenin, A.N.Ostrovski, L.N.Tol-

stoy və b. sənətkarlar haqqında məqalələrinin, “Lermantov 

və Azərbaycan” və “A.İ.Gertsen” adlı monoqrafiyalarının, 

eyni zamanda L.N.Tolstoyun anadan olmasının 150 illiyi 

münasibəti ilə tərtib etdiyi məqalələr məcmuəsinin olduğu-

nu diqqətə çatdıran müəllif bu yazıların bir çöxunu tədqiqa-

ta cəlb edir və öz qənaətlərini oxucularla bölüşür.  

Son bölüm “Əkbər Ağayev bədii tərcümənin milli mədə-

niyyətlərin yaxınlaşmasında rolu barədə” adlanır və müəllif 

burada ədəbiyyatşünas alimin bu sahədəki tədqiqatlarından 



Sona Xəyal 

58 


söz açır, onun tərcümə  məsələlərindən bəhs edən “Oğul” 

poemasının tərcüməsi haqqında”, “Bir tərcümə haqqında”, 

“Dostluq töhfələri” adlı məqalələrinin olduğunu qeyd edir. 

Müəllif alimin özünün də gözəl tərcüməçi olduğunu diqqə-

tə çatdırır, onun tərcümələrindən də danışır və  həm tərcü-

məçi, həm də tərcümə işinin tənqidçisi kimi onun fəaliyyə-

tini dəyərləndirməyə çalışır.  

Kitaba nəticə, ədəbiyyat siyahısı, şəkillər və rəsmi oppo-

nentlər filologiya elmləri doktorları Nizaməddin  Şəmsiza-

dənin, Rəhim  Əliyevin dissertasiyaya verdiyi rəylər daxil 

edilmişdir.  

Qürbət Mirzəzadənin bu monoqrafiyası on il bundan əvvəl 

çap olunmuşdur. Bu on il ərzində bir sıra tədqiqatlar aparmış 

və onun onlarla məqaləsi çap olunmuşdur. Tədqiqatçı-alim 

hal-hazırda “Azərbaycan  ədəbi tənqidinin nəzəri-metodoloji 

problemləri” mövzusunda doktorluq işi üzərində çalışır. 

2008-ci ildən Bakı Pedoqoji Kadrların  İxtisasartırma və 

Yenidənhazırlanma İnstitutunun mühazirəçisidir.  

Qürbət Mirzəzadə 2000-ci ildən Azərbaycan Jurnalistlər 

Birliyinin və 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin 

üzvüdür. 

Qürbətin “Ədəbi tənqid: nəzəriyyə  və janrların inkişaf 

təkamülü” adlı  məqalələr toplusu və “Tənqidçi  şəxsiyyəti 

və bədii gerçəklik” adlı monoqrafiyası çapa hazırlanır. Gə-

lən ay alim dostumuzun 50 yaşı tamam olur. Onu səmimi 

qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı və yeni ya-

radıcılıq uğurları arzulayırıq.  

 

 “Nüanslar” qəzeti, 05-12.06.10 

  

RAQİF NAZİMOĞLU YARADICILIĞI 

 

İstedadlı şair və publisist Raqif Nazimoğlunun qələmini 



təsdiq edən onlarla kitabı  nəşr olunub. Bu yaxınlarda isə 

onun yaradıcılığını əhatə edən monoqrafiya işıq üzü görüb. 




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə