Sona xəyal


          Nəzirələr, təzminlər, ithaflar



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə7/19
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#53901
1   2   3   4   5   6   7   8   9   10   ...   19

25 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 

 

 

 

 

QÖVSİ TƏBRİZİDƏN 

 

“Ey sünbüli-zülf, ol gülrüxsarə düşərsən, 

Öz başına fikr et ki, ayaqlarə düşərsən”. 

 

Çəkmə məni, ey dil, yenə də özgə məkanə, 



İmdad eləməz kimsə sənə, darə düşərsən. 

 

Xoş gündə yaxın dostlarının qeydinə qal ki, 



Mümkündü gələ gün, borana, qarə düşərsən. 

 

Püşk atsa bu aşiqlərin, ey yar, bilirəm ki



Verməz bu fələk bəxtimə, əğyarə düşərsən. 

 

Ey gül, bu təravət sənə də qalmayacaqdır, 



Peşman eləmə bülbüli ki, xarə düşərsən. 

 

Arifləri nadandır edən daşqalaq, ey daş, 



Bir kəs səni atsa Günəşə, harə düşərsən? 

 

Gəzmə, Sona, Yusif sorağında kəlaf əldə, 



Et tərki-təriq, minnəti-dinarə düşərsən. 

20 avqust, 1998 

 


26 

         



Sona Xəyal  

      

 

 

 

 

 

 

 

NİŞAT ŞİRVANİDƏN 

 

“Qeyri-səndən dəxi bir özgəyə heyran degiləm



Maili-sərvü güli-bağü gülüstan degiləm”. 

 

Açmaram qönçə kimi sirrimi bir kimsəyə mən, 



Çəkərəm gizli cəfa, çün güli-xəndan degiləm. 

 

Mən ki, səssiz yanıram şəm’im üçün, bülbül tək 



Etmirəm naləvü əfğan, demə xoşxan degiləm. 

 

Ta əzəldən elə Məcnunsuz olub Leyliliyim, 



Sevməsin kimsə məni, heç kəsə canan degiləm. 

 

Eşq mülkündə xəyal təxtinə sultan oldum,  



Gözlə görmür məni kimsə, dəxi insan degiləm. 

 

Çox uzaqdır bənə od, torpaq, həva, su, – hər şey! 



Sona, yox olmağıma zərrəcə peşman degiləm. 

19 avqust, 1998 

 


27 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 

 

 

 

 

MİRZƏ HƏSİB QÜDSİDƏN 

 

Mənim könlüm sənin tək bir mələkrüxsarə maildir, 



Xəzan sevməz, bəhar istər, gülə, gülzarə maildir. 

 

Gülün ayinəsin döndər, görünsün əksi-ruxsarın, 



Gülə hər dəm baxan gözlər cəmali-yarə maildir. 

 

Gözümdə cilvələnsə afitabın telləri hər an, 



Dəli könlüm yenə ol türreyi-tərrarə maildir. 

 

Könül görməz Yerin, Mahın, Günün dövriyyəsin əsla, 



Cəmalın çevrəsin çəkmiş həmin pərgarə maildir. 

 

Sona yazmış necə Mirzə Həsib Qüdsi bu mə’nadə: 



“Dolanır şəm’ə pərvanə, səməndər narə maildir.” 

1 avqust, 1998 

 


28 

         



Sona Xəyal  

      

 

 

 

 

 

 

 

SEYİD ƏZİMDƏN 

 

“Könül ümmidi-vəsl ilə qəmi-hicranə səbr eylər”, 



Nə qədri olsa dərdindən dəli-divanə, səbr eylər. 

 

Güman varsa sabah pərvaz edə əngin səmalarda



Dözər hər cür cəfayə, möhnəti-zindanə səbr eylər. 

 

Nədən bülbül gülüstanda sinə yırtar fəğan ilə, 



Mənim könlüm o şəm üçün olar pərvanə, səbr eylər. 

 

Dilim ərz eyləməz, dərdimi qan dolmuş gözümdən sor, 



Qəminlə gər hər an qəlbim dönərsə qanə, səbr eylər. 

 

Sənin lütfündədür mərhəm mənim sədparə könlümçün



Yox isə e’tiraz eylər səva dərmanə, səbr eylər. 

 

Səni tapmaq xəyalilə Sona çox gəzdi dünyanı, 



İtirmək istəməz əlbət, nə gəlsə canə, səbr eylər. 

11 avqust, 1998 

 


29 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 

 

 

 

 

MİRZƏ ƏBDÜLXALIQ YUSİFDƏN 

 

“Köhnələndikcə həqiqət meyi meyxanələrin, 



Rəğbəti tazələnir badəyə məstanələrin”. 

 

Əqli başda olanın sevgisi nöqsanlı olar, 



Çəməni-eşqə yetişməz əli fərzanələrin. 

 

Ürəfa məclisinə aşiqi-nalanı çağır, 



Yeri yoxdur bü çəmənzardə biganələrin. 

 

Aşiqin məstliyi könlündə olan meydəndir



Məst olar burda içilməz meyi peymanələrin. 

 

Şəm’ə pərvanə dolanmış gecələr həsrət ilə, 



Vəslə yetməkmi olub məqsədi pərvanələrin? 

 

Zatı pakdırsa o mərdin, dönüb olmaz namərd, 



Sınar, əmma ki, əyilməz başı mərdanələrin. 

 

Yusifin müştərisi çoxdu bazar içrə, Sona, 



Yoxsa ki, şərh eləyərdi belə dürdanələrin. 

16 dekabr, 1998 

 


30 

         



Sona Xəyal  

      

 

 

 

 

 

 

 

 



 

Tapmısan könlünü sən mülki-Süleymanda imiş. 

Nələr istər ürəyin məhz bu gülüstanda imiş. 

 

Hara baxsan “maqazin, mini və super market”, 



Hər cürə xarici mal Azəribaycanda imiş. 

 

Nitq şirinliyi ancaq satıcı qızlarda, 



Kəbk rəftarı da dollar olan oğlanda imiş. 

 

Vədeyi-vəsl hara, getdi daha torpağımız, 



Düşmənin arzusu orda tökülən qanda imiş. 

 

“Yox imiş hic tərəfdə ədəbü elmü kəmal”, 



Elə bircə Qarabağda və Yerevanda imiş. 

 

Sona, yoxdur xəbəri xaçpərəsin Qurandan, 



Nə bilə hər cürə ülfət necə insanda imiş. 

 

Odu Yusif yetirib Sureyi-Yusifə nəzər



Söyləmiş: “Eşqü məhəbbət sözü Quranda imiş”. 

19 iyul, 1998 

 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə