Sona xəyal


            Sona Xəyal



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə4/19
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#53901
1   2   3   4   5   6   7   8   9   ...   19

12 

         



Sona Xəyal  

      

 

 

FÜZULİYƏ

 

 

 

Göz yaşım qanə dönüb dideyi-giryan içrə



Könlümün dərd yükü də həm görünür qan içrə.

 

 



Diqqət ilə nəzər et gözlərimin qarəsinə, 

Gör nələr saxlamışam sineyi-suzan içrə.

 

 

Xaliqim hər kəsə vermiş yaradanda bir ürək, 



Leyk min dərd veribdür ona bir can içrə.

 

 



Qanlı göz yaşi üzümdə elə durmuş, sanki 

Abi-neysandı, düşübdür güli-xəndan içrə.

 

 

Söndürər kim görəsən məndəki qəm məş’əlini, 



Ey Sona, yanmadayam atəşi-hicran içrə. 

29 dekabr, 1994 

 



 

Göz görərsə surətin, nitqimdə lal eylər məni

Çəkdiyim hicran qəmi aşüftəhal eylər məni.

 

 



Sən ki baxmazsan mənə, şad eyləməzsən könlümü, 

Böylə bir biganəlik qərqi-məlal eylər məni.

 

 

Varlığım titrər gələrsə baş önündə səcdəyə, 



Çün bükər xövf qəddimi, sanki sual eylər məni.

 

 



Mən kiməm yetsin əlim sən tək üfüqlər təxtinə

Bu vüsalın talibi bir xam xəyal eylər məni.

 

 

Arizu etməz Sona, Məcnun ola ruhum bu gün, 



Çünki hicran atəşi Leylimisal eylər məni. 

22 dekabr, 1994 

 

 




13 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 

 



 

Nədəndü bu cəm’iyyyətdə nizamü intizam olmaz



Nədən əhli-bəşər göydən gələn ayatə ram olmaz.

 

 



Bu övladi-vətən almaz muradını səvab işdən, 

Neçün bilməz bu dünyadə onun tək dürlü kam olmaz.

 

 

Əməl dəftərləri dolsa gər insanda səvablarla, 



Qiyamətdə tutarkən əldə, ondan xoş məqam olmaz.

 

 



Hər iş başlansa və bitsə əgər Allah kəlamıyla, 

Həm əldən verdigün, həm aldığın əsla həram olmaz.

 

 

Əgər özül həram olsa, nə qədri yığsan üst-üstə, 



Qurub-tiksən imarətlər, aşar, onda dəvam olmaz.

 

 



Nədən insanə fərq etmir həlal ilə həram indi? 

Dəqiqdir göylərin hər bir işi, yerdə nizam olmaz?

 

 

Hörüblər silsilə şairlər ustadın bu şe’rindən, 



Sona, bir həlqə sən assan da bu dövrə təmam olmaz.! 

15 avqust, 1998 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


14 

         



Sona Xəyal  

      

 

 

 

 

 

 

 

SEYİD ƏZİMƏ 

 

 



Yar görsə əgər yar eləyir yarə məhəbbət, 

Heç və’də dönüb eyləməz əğyarə məhəbbət. 

 

Bil, görsən əgər yarını sən xar ilə bahəm, 



Etmiş o sənin xatirinə xarə məhəbbət. 

 

İncinmə cəfa çəksən əgər eşq yolunda, 



Mənsur kimisin bax ki, çəkib darə məhəbbət. 

 

Əql ilə məhəbbət yolunu tərk elədin sən



Gör eylədi bir kimləri əvvarə məhəbbət. 

 

Döndərməz üzün eşqdən özgə yola, çox da 



Etmiş Sonanın günlərini qarə məhəbbət. 

8 avqust, 1998 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



15 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

ƏLIAĞA VAHİDƏ

 

 

Tökməsə göz yaşı yarım mən öləndən sonra, 



Yanacaq qəmli məzarım mən öləndən sonra.

 

 



Bu vətən torpağının sevgili Leylasi mənəm

Qazıla burda məzarım mən öləndən sonra.

 

 

Aşikar etməliyəm sevgidə Leylalığımı, 



Yaşasın “eşq” şüarım mən öləndən sonra.

 

 



Gecəni gündüzə qatdım ki, yaransın əsərim, 

Saysın ellər onu barım, mən öləndən sonra.

 

 

Mənə heykəl nə gərək, başdaşı da istəmirəm, 



Qoyula üstümə tarım mən öləndən sonra.

 

 



Nəyə lazımdu şeir, yoxsa əgər musiqisi, 

Çalına “Şur”ü “Qatar”ım mən öləndən sonra.

 

 

Kiminin, ay Sona, var-dövləti, ya mülkü qalır, 



Oxunan şeirdi varım, mən öləndən sonra.

 

25 dekabr, 1999 



 

Hicranın üzündən bu könül dərbədər oldu

Həm aləmi-sevdadə işim qəm-kədər oldu.

 

 



Ol gündən əsirin oluban göz yola dikdim, 

Çeşmimdən axan yaş ilə xuni-cigər oldu.

 

 

Gər yandı könül eşq oduna, duymadın əsla, 



Atdın məni hicranə, bu da bir qədər oldu.

 

 



Bir çox gecələr yatmayıb hicrinlə alışdım, 

Bəlkə şəbi-hicran çəkilib xoş səhər oldu.

 

 

Çox ahü nəva etdi Sona eşqin ucundan, 



Yetmib sənə bu ahü nəva, bisəmər oldu.

 

20 yanvar, 1995 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə