Sona xəyal


          Nəzirələr, təzminlər, ithaflar



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə14/19
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#53901
1   ...   11   12   13   14   15   16   17   18   19

59 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 

 

 

Sənət adamlarına

 

 

 

Rəssam 

MARAL RƏHMANZADƏYƏ 

 

Yaranıb sərvə münasib qədü qamətdə Maral,  

Yaşayıb eşqi ilə rəssam əlamətdə Maral. 

 

Rəsm edib huri təkin Azəribaycan qadının,  



Qaldırıb göylərə sən'ətdə və qiymətdə Maral. 

 

İlk qadın rəssamıdır Azəribaycanımızın  



Ki, yayılmış sorağı sən'ətə xidmətdə Maral. 

 

Sərf edib ömrünü rənglər, boyalar aləminə,  



Sınayıb bəxtini daim belə zəhmətdə Maral. 

 

Çəkdiyi mənzərələr bakirəlik rəmzi olub,  



Boyalar aləmini göstərib ismətdə Maral. 

 

Xəlqimin Reyhanı var, İzzəti, Elmirası var,  



Deməyək ki, yaranıb təkcə bu qismətdə Maral. 

 

Sona, arzumdu ki, daim bu Vətən torpağımız  



Elə qızlar yetirə hər biri hikmətdə Maral. 

5 mart, 1999 

 



60 

         



Sona Xəyal  

      

 

 

 

 

 

 

 

Xalq artisti 

AMALYA PƏNAHOVAYA 

 

Könül istər sənin tək bir gülü, reyhanı seyr etsin, 

Bu minvalla güman ki, rövzeyi-rizvanı seyr etsin. 

 

Ucaldın sənətinlə sən, bütün dünyanı fəth etdin, 



Səni görməklə göz bir də bütün dünyanı seyr etsin. 

 

Yaratdın şanlı obrazlar, səni hamı bu cür gördü, 



Kim istərsə özün görsün, gərək pünhani seyr etsin. 

 

Neçə könlü edib viran, olub tək səhnəyə canan



Gəlib indi neçə viran sənin tək canı seyr etsin. 

 

Sona çoxdan duyub eşqin, olub amalına heyran, 



Baxıb indi bütün aləm sənə heyranı seyr etsin. 

 

18 fevral, 1999 

 

 



61 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 

 

 

 

 

Xalq artisti 

ƏLİBABA MƏMMƏDOVA 

 

Sənə Tanrım verib insan kimi bir ad, əmi, 

Sonralar Əlibaba ismilə olub yad əmi. 

 

Çoxları fəxrlə çox-çox yeni adlar qazanıb, 



Əlibaba həm el içində olunur yad: “ƏMİ”. 

 

Muğamın sirlərinə vaqif olubsan erkən,  



Sonralar çox cavana olmusan ustad, əmi. 

 

Nə qədər daş-qayanı parçaladın öz gücünə, 



Bisütunda necə çapdı dağı Fərhad, əmi. 

 

Sən muğamla qəzəli öylə nikah eyləmisən, 



Belə ustadlığa heyrandı qohum, yad, əmi. 

 

Musiqi səhnəsinin fəxri sənətkarı kimi 



Eşidək biz səni, daim elə fəryad, əmi. 

 

Bir kiçik şeirlə bildirdi Sona hörmətini, 



Adamı çün belə təbrik edər övlad, əmi. 

2005 

 

 




62 

         



Sona Xəyal  

      

 

 

Ağac üzərində oyma ustası 

SEYFƏDDIN MƏNSİMOĞLUYA

 

 

Sənət dünyasını zənn eyləyib meyxanə, Seyfəddin. 

Ağaclardan oyub ariflərə peymanə,  Seyfəddin.

 

 



Çəkib rəsmin sənət Leylasının bir şəm şəklində, 

Yanıb dövründə eşq içrə olub pərvanə Seyfəddin.

 

 

Füzuli adını həkk eyləyib, adi ağac üstdə



Edib ustad tək öz qəlbini viranə Seyfəddin.

 

 



Hələ vəslə yetib Mövlanə Şəms ilə tapıb vəhdət, 

Bu vəhdətdən alıb ləzzət olub divanə Seyfəddin.

 

 

Sona baxdıqca, qəlbindən belə bir arzu boylandı: 



Çata ömrü, hələ min-min yona dürdanə, Seyfəddin. 

     20 

dekabr 

2003 

 

Gələrkən dəhrə Seyfəddin, dedilər Tanrı yar oldu, 

Sevindi yad, qohum, qəlbdən qəmü qüssə kənar oldu.

 

 



Yazıldı alnına tale əzəl gündən fəqət qəmli, 

Nəyə əl atdısa, daim qəmə, dərdə şikar oldu.

 

 

Bu dünyayə könül verdi, inandı çox səfasına, 



Cəfa gördü, zülüm çəkdi, həyat bietibar oldu.

 

 



Gecə dərdin Aya, ulduza derkən şükr edib dözdü

Ümüd etdi ki, gündüz var, fəqət gündüz də tar oldu.

 

 

Verib Tanrı ona dörd pay əzəl günlər sevindirdi, 



Birin bir yol alıb getdi, biri el içrə xar oldu.

 

 



Fələk sinəsini oydu o qədri, oymaq öyrəndi, 

Bu təlimi-sənət sonra ağacda aşikar oldu.

 

 

Sona, el fəxrilə söylər bu gün tərifü təbriklər, 



Sən isə bildiyin yazdın, bu da bir yadigar oldu. 

2004 

 



63 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 

 

 

 

Təyyarəçi 

ZÜLEYXA SEYİDMƏMMƏDOVAYA 

 

Dəhrdə qalmalıdır hər gələn insanın izi,  



Necə gör bir yaşayır Şirinü Leylanın izi. 

 

Yaradan nəqşini gər pozmasa bu dünyanm,  



Sanma bir özgə qələmlə itə dünyanın izi. 

 

Görmürük burda günaha batırıq, məhşərdə  



Görünər gözlərə hər xırdaca nöqsanın izi. 

 

Sün'i yolla yaranan göllərə bel bağlama çox,  



Əvvəlində gərək onda ola dəryanın izi. 

 

Çox vətənsizlər olub sahibi hər parçasının,  



Amma hər yerdə qalıb Azəribaycanın izi. 

 

Necə ağlar gözünü silmək olar yurdumuzun,  



Hər dağında, dərəsində görünür qanın izi. 

 

Hərbdə öndə uçub gəzdi Vətən göylərini,  



Bu günəycən yaşayır yerdə Züleyxanın izi. 

 

Ver təsəlli, Sona, xəlqə bu kiçik şeirinlə,  



Kəsilər torpağımızdan səhər ədnanın izi. 

3 mart, 1999 

 

 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə