Sona xəyal


          Nəzirələr, təzminlər, ithaflar



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə18/19
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#53901
1   ...   11   12   13   14   15   16   17   18   19

77 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 

MÜXTƏLİF ÜNVANLAR

 

 

Şəhid anası 

ŞÖVKƏT FAZİLOVAYA

 

 



Demə Azər kədəri təkcə sənindir, ay ana!  

Şəhid övlada bütün Azəribaycandır ana!

 

 

Demə ölmüş, şəhid ölməz, diridür, göylərdə  



Qurulub ən uca bir mərtəbədə təxt ona.

 

 



İstəsə bizləri görmək, enərək Yer üzünə,  

Baş çəkər torpağına, həm dağına, həm arana.

 

 

Sənəsə hər gecə ruhilə həyandır yəqin,  



Qapılar bax, gecə yarı açılar, Şövkət ana!

 

 



Özgənin həsrətini can bahasıyla ovudan, 

Qoymaz həsrət ilə doğma ananın bağrı yana.

 

 

Ağlama, qüsli-şəhid ilə özün pak eləyən,  



Nəyə lazım yenidən göz yaşın ilə yuyuna.

 

 



Azacıq almaq üçün səndən oğul həsrətini,  

Doğma övlad təki yazdı bu kiçik şeri Sona.



 

 

 

QARABAĞ ŞƏHİDİ MƏMMƏDƏ

 

 



Aldı torpaq qoynuna sən tək çinar övladını, 

Bükdü boynun sərvlər, bir dəm unutdu adını.

 

 

Onda ki, ərşə ucaldı naləsi dərd əhlinin, 



Səslədi el vəhdətə həm doğmasını, yadını.

 

 




78 

         



Sona Xəyal  

      

 

 

Tökdü göz yaşın anan, sanki buludlar ağladı, 

Bəlkə də göylər eşitdi “can bala” fəryadını.

 

 



Bir oğul verdin, İlahi, tez apardın, etmə kəm, 

Bir ana, bir dul gəlin, bir körpədən imdadını.

 

 

Yazdı bu şe’ri Sona mərd Məmmədin ünvanına, 



Çün qazandı o şücaətlə şəhidlik adını.

 

 



7 dekabr, 1994 

 

 

MƏRZİYYƏ SƏLAHƏDDİNƏ 

 

Gəldi yeni bir nasir, - Mərziyyə Səlahəddin, 



Birləşdi nəyə xatir Mərziyyə, Səlahəddin? 

 

Sordum, dedilər, nakam qardaş yarasın qəlbdə  



Bu adla edib bir sirr, Mərziyyə Səlahəddin. 

 

Yandı oduna aləm, çəkdi elə bir ah ki,  



Etdi daşa da təsir, Mərziyyə Səlahəddin. 

 

Olmuşdu döyüşlərdə, görmüş, Vətənə qurban  



Getmişdi cavan, həm pir, Mərziyyə Səlahəddin. 

 

Yazmışdı olanlardan, nəsrində və şerində  



Etmiş qəmini zahir Mərziyyə Səlahəddin. 

 

Bircə kitaba sığmaz dərdi, ələmi vallah,  



Dastanda tapa təsvir Mərziyyə Səlahəddin. 

 

İstər Sona, gəlsin gün, doğsun günəş ömründə,  



Bəxtində ola təğyir, Mərziyyə Səlahəddin. 

 

 


79 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

“Gülüstan” verilişinin aparıcısı 

ƏJDƏR OLA 

 

Elə bir gün dolanıb Azəribaycanə gələ, 

Tapdanan yurd yerinin gül-çiçəyi canə gələ. 

 

Bir gülüstan yarana, örtə məzar daşlarını, 



Hər bir eldə, obada hamı gülüstanə gələ. 

 

Batıraq ağı səsin orda kaman-tar ilə biz, 



Söz verək sənətə, şeirə, dilə dürdanə gələ. 

 

Ataq avropasayaq bər-bəzəyi, yad havanı, 



Milli adətlər ilə musiqi ekranə gələ. 

 

Qayıda soy-kökünə azəri türk övladı, 



Babalar xatirinə kökdə olan qanə gələ. 

 

Elmü ürfanı edək təbliğ “serial” əvəzi, 



Yeni verilişlər ilə ekranımız canə gələ. 

 

Sona Allahdan edər arizu: illər uzunu 



Əjdər Ol dəstə yığıb hər ay “Gülüstan”ə gələ. 

2003 

 

 

RƏFİQƏM REYHANA



 

 

Neyləyir dağ-daşı, bir dəfə gülüstanı görən? 

Özgə bir yer tanımaz burdakı imkanı görən.

 

 



Gözləmə, getdi o yarın, daha dönməz geriyə, 

Neyləyir ot-ələfi rövzeyi-rizvanı görən?

 

 

Təxtü taca gəl öyünmə, demə daim olacaq, 



Çox olub dəhrdə bu mülki-Süleymanı görən.

 

 




80 

         



Sona Xəyal  

      

 

 

Neçə vaxtdır ki, olub guşənişin rahibə tək, 

Söyləsin bir xəbəri, varsa, o Reyhanı görən,

 

 



Kim bilir bəlkə poman, ya da ki, dastan yaradır, 

Xəbər etsin Sonaya, varsa o dastanı görən.

 

28 aprel, 1996 

 

TƏLƏBƏ YOLDAŞIM HUMAYA

 

 

Bənzədib surətini bir güli-rənayə, Humay, 

Göndərib Tanrı səni, lütfilə dünyayə, Humay!

 

 



Anana səbr verib, həm də dözüm gün uzunu, 

Eyləyib yoldaş onu həm gecələr Ayə, Humay!

 

 

Ta ki, sən tək çiçəyi bəsləyərək illərlə



Döndərə məhz belə günçün, güli-zibayə, Humay!

 

 



Atana verdi cəsarət cəkə  zəhmət o qədər, 

O günəycən başı üstə sala o, sayə, Humay!

 

 

Özünə əqlü kamal verdi İlahi, böyüyüb, 



Elmilə endirəsən baş neçə dəryayə, Humay!

 

 



Ən nəhayət yetirib yarını Məcnun sayağı, 

Səni də nisbət edib eşqdə Leylayə, Humay!

 

 

Sona təbrik edərək toy gününü arzu edir: 



Sərf ola sonrakı ömrün yeni mənayə, Humay!  

3 yanvar, 1996 

 

OĞLUM RAMİLƏ



 

 

Dedilər zəng eləyibsən mənə, ey taci-sərim, 

Sardı şadlıq məni, bir anda yox oldu kədərim.

 

 



Az qalıb dörd ay ola, tərk eləyibsən vətəni, 

Düşüb hicranə könül, böylə yazılmış qədərim.

 



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə