Sona xəyal


          Nəzirələr, təzminlər, ithaflar



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə17/19
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#53901
1   ...   11   12   13   14   15   16   17   18   19

73 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

Hər nə var fikrində, yaz, ver xəlqinə bəxşiş elə, 

Ay ata, kaş ki, bu arzum olmasın xülya kimi.

 

 



Dinsiz, allahsız sayıb bir çoxları ustadını, 

Şərh elə düzgün onu, ta olmayaq rüsva kimi.

 

 

Bu işi sən görməsən, söylər Sona, xəlq həm bilir 



Mailin bir də cəhanə gəlməsi rö’ya kimi. 

11 avqust, 1995 

 



 

Hüsnünə, ey gül, bütün dünyanı heyran bilginən 

Ki, ona həsrət çəkər bağü gülüstan, bilginən.

 

 



Vəsfinə söz tapmıram, gözlər üzündən nur alır, 

Şə’ninə ellər qoşub çoxdandı dastan, bilginən.

 

 

Hər kəlamın bir gühərdir, sanki dəryadən çıxıb, 



Sən Füzuli şe’rini bir əbri-neysan bilginən.

 

 



Var şeir, şair, xiridar, bəs nə lazımdır bizə? 

Bu “Füzuli məclisi”n bir baği-rizvan bilginən.

 

 

Bəhri-eşq içrə dözüb tufanlara gərdin sinə, 



Eylədin nadanları bunca pərişan, bilginən.

 

 



Bu sənə dərddir, qoyub düşmən xərabə ölkəni, 

Millətim qalxar, çəkər axırda səhman, bilginən.

 

 

Kim Sona söylər, fikir etmə o günlər tez gələr, 



Bu həvəslə sən yazarsan tazə Divan, bilginən.

 

12 mart, 1995 



 

 



 

Sən mənim dünya evimdə tapdığım dürdanəsən, 

Çün bütün insanlar içrə, ay atam, bir danəsən.

 



74 

         



Sona Xəyal  

      

 

 

Görmədim bir kimsədə könlündəki pak eşqi mən, 

Sən müqəddəs bir imamsan, ya nəbisən, ya nəsən.  

 

 



Çəkdirib zülmü sənə ömrün boyu dövri-zəman, 

Əymədi qəmlər səni əsla, yenə mərdanəsən.

 

 

Sözbəsöz açdın Füzuli şe’rinin əsrarını, 



Oldu qəlbin bir çıraq, oldun ona pərvanə sən.

 

 



Qeys alıb Leyla yolunda bir zaman Məcnun adın, 

Sən sənət leylası üçün indi də divanəsən.

 

 

Açmayıbsa gər əsrlərcə Füzuli sirrini, 



Sən bu əsrin şahmatında sirr dolu bir xanəsən.

 

 



Atmaz idi kim Sona addım, qəzəl dünyasına,  

Qoymasaydın qol onunçün bir belə fərmanə sən. 



5 mart, 1995 

 



 

 

Bayram günü sən biz tərəfə töhfə gətirdin, 



Gəldin, gəlişinlə yeni bir lövhə gətirdin.

 

 



Könlüm evinə daima sakindi kədər, qəm, 

Güldün, gülüşünlə kədəri məhvə gətirdin.

 

 

Yazdın mənə bir xatirə olsun bu günümdən, 



Bu cümlədə dilvə yeni bir kəlmə gətirdin.

 

 



Vurdun telə mizrab kim, açıldı yeni pərdə, 

Səs çatmayan ünvanə həzin nəğmə gətirdin.

 

 

Söylər Sona, sən ömrümə, yaddaş kitabımda 



İllər boyu xatırlanacaq səhfə gətirdin. 

22 mart, 1995 

 



75 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

ƏLİƏKBƏR ŞAHİDƏ 

 

Gəlsəydi zaman, fikrimi mərdanə deyərdim, 



Ən dürlü zaman bəlkə də ol anə deyərdim.

 

 



Etsəydi məni dostlar əgər qəlbinə sakin, 

“Açdım qapını rövzeyi-rizvanə” – deyərdim.

 

 

Övladi-vətən bir-birinə qardaş olaydı, 



Düşmən girə bilməz daha meydanə, deyərdim.

 

 



Yadlar çəkilib getsə idi torpağımızdan, 

Yox hacət inan özgə gülüstanə, – deyərdim.

 

 

Ömrü belə məclislər ilə xoş keçirərdim, 



Şahid kimi şairləri hər yanə deyərdim.

 

 



Yetmiş beşə çatdı, deməsinlər qocalıbdır, 

Gər söyləsə hər kim, ona divanə deyərdim.

 

 

Söylər Sona, hərdən belə imkan ələ düşsə, 



Kimlər yetirib Maştağa tək xanə, deyərdim.  

4 dekabr, 1994 

 

 

BABA PÜNHANA

 

 

Bir gün bu cahan mülkü, əlbəttə, olar bərbad. 

Bir kimsə də cəhd etməz etsin onu gəl abad.

 

 



Çərxi-fələyin dövrü beş-on nəfərə işlər

Baxsan hara məzlumdur, əl göydə, edir fəryad.

 

 

İblisə qul olmuşlar kefində-dəmağındə, 



Fəqrü füqəra olmaz neyçün belə gündə şad?

 

 



Bazarə gedən yollar ah-vay ilə dolmuşdur, 

Bayramın özü yoxdur, pulsuzlara var bir ad.

 



76 

         



Sona Xəyal  

      

 

 

Ekranda gülər üzlər,  gündə çıxan ulduzlar, 

Çox evdə ürək sızlar, kimdir eləyən yad.

 

 



Tində dayanıb dəstə, qorxur gələ bərbadə

Gözlər ki, gecə düşsün, bəlkəm ki, yata arvad.

 

 

Kim aldı səni bizdən, çıxdın tam əlimizdən, 



Ey parə, qayıt gəl ki, millət diləyir imdad.

 

 



Öylə günə qaldıq ki, insan pula qul olmuş, 

Həbs etmiş onu parə, görmür gözü heç bir zad. 

 

 

Hər gün Sona Allahə min razü niyaz eylər: 



Ya parəni həbs eylə, ya adəmi et azad.

 

2005 



 

 



ATV səhnəmizə gündə bir ulduz çıxarır. 

Çıxarır, bəlkə elə haqq eləyir, düz çıxarır. 

 

ANS-də çağırırlar bəşəri “Hərb”, “Qisas”a, 



Ya ki, “Qulp”un gülüşü yaş yerinə göz çıxarır. 

 

STV-də görürük həftədə bir “Mavi yuxu”, 



O da ölməzlər üçün ayrı cürə bez çıxarır. 

 

Amma insafla desək haqqa gedən düz yolu da 



Köndələn get, kəsə get, fərqi nədir, düz çıxarır. 

 

TRT-ni də sayan yoxdu bizim AzTV tək, 



Çox da ki, hər şeyi ölçüb biçərək yüz, çıxarır, 

 

Yeni nəslə nə gərək “Misri”, “Qala”,  ya “Yaddaş”, 



Seriallardakı süslənməyə bax, göz çıxarır. 

 

AzTV də bu səbəbdən itirib izzətini,  



Demə, vallah deyəcəklər ki, Sona söz çıxarır. 

2005 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə