Sona xəyal


          Nəzirələr, təzminlər, ithaflar



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#53901
1   ...   11   12   13   14   15   16   17   18   19

69 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

FÜZULİ ƏDƏBİ MƏCLİSİNƏ 

 

Ey könül, ol gülşənə hər gün səyahət etginən

Ordakı arifləri sən bir ziyarət etginən.

 

 



Etsələr də’vət səni qəm mülkünə, şad olginən, 

Həm də ol mülkü özünçün sən iqamət etginən.

 

 

Versə saqi mey sənə, iç, can evində od qala, 



Qəbrəcən yandırmağa canı cəsarət etginən.

 

 



Bax, sənə tapşırsalar hansı işin icrasını, 

Gör içində ol işə varsa məharət, etginən.

 

 

Arifə lazım degil əsla cəhan ne’mətləri,  



Eşq dəryasın dolan, ruhini rahət etginən.

 

 



Heç zaman çərxi-fələk rə’yinlə dövr etməz sənin, 

Fərqi yox ya razı ol, ya da şikayət etginən.

 

 

Gör sənə Tanrı nələr vermiş, Sona, şükr et ona, 



Şe’r ilə yadə düşürsənsə, fəxarət etginən.

 

18 mart, 1995 



 

Fikr eyləmə, dostum, o gülüstan yenə vardır, 

Orda danışıb-gülməyə imkan yenə vardır.

 

 



Bülbül boyanıb qanə gülün eşqi ucundan, 

Gülşəndə həmən naləvü əfğan yenə vardır.

 

 

Çoxlar şəhid olmuş vətən uğrunda görürsən, 



Qızlar da olurlar hələ qurban, yenə vardır.

 

 



Xasiyyəti gər bir adamın olsa mələk tək, 

Adəm yaranıbsa, ona nöqsan yenə vardır.

 

 



70 

         



Sona Xəyal  

      

 

 

Tarixə Xanın, Cabbarın hərgiz düşüb adı, 

Alim, Ağaxan səsdə xoşəlhan yenə vardır.

 

 



Ölməz qəzəl aləmdə hələ çoxlu qəzəlxan, 

Ustad ola Mail kimi insan, yenə vardır.

 

 

Üç-beş qəzəl ilə Sonanın təb’i tükənməz, 



İstərsə yaza, bağlaya divan, yenə vardır.

 

23 mart, 1996 



 

 



Etmə tərif elə bir məclisi, məstanəsi yox! 

Saqisi, mey-məzəsi, ya da ki, peymanəsi yox 

 

Şəm yanır ki, gecənin zülmətini parçalasın, 



Ama zövq verməz əgər, dövrədə pərvanəsi yox. 

 

Zülfi-yarı dağıdıb, badi-səba, təqsiri nə? 



Öyrəşib çünki pərişanlığa, heç şanəsi yox. 

 

Bakının arifü danası olub təkliyə dost, 



Nə qədər axtarasan, bir dənə meyxanəsi yox. 

 

Bir zaman vardı, “Füzuli ədəbi məclisi”miz, 



Dağılıb, çünki onun Maili-divanəsi yox. 

 

Sonaya etmə şikayət yenə də, qəmli könlü, 



Tap elə aşiqi-biçarə ki, qəmxanəsi yox. 

24 dekabr, 1999  

 

HACI  MAİLƏ

 

 

Tapmıram bircə nəfər tay sənə, səndən bu yana, 

Yerinə yoxdu əvəz bir dənə, səndən bu yana.

 

 



Oxuyardım sözünü, şerini ol ustadın, 

İndi bu adət olub ənənə, səndən bu yana.

 



71 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

Cür’ətim yoxdu girəm mən qəzəlin xanəsinə

Dönmüşəm şahə çıxan köhlənə, səndən bu yana.

 

 



Tamam Allahə gedən düz yolu dərk etməz idim, 

Bənzərəm dağlar ara kuhkənə, səndən bu yana.

 

 

Təkcə öz kəndim idi cümlə dilimdə əzbər, 



Nardaran doğmalaşıb həm mənə, səndən bu yana.

 

 



Çoxları könlümə girmiş, ay ata, indi biri 

Çox çətin ki, gözümə görsənə səndən bu yana.

 

 

Çox da kimlər sürünüb kölgə kimi ardınca, 



Çevrilib indi Sona kölgənə, səndən bu yana. 

1 may, 1995 

 



 

Məcnun adına dövran divanəni göndərdi, 

Gizlətdi gülüstanı, viranəni göndərdi.

 

 



Gördü bu kəmal ilə insan bir həqiqətdir, 

Çaşdırmağa dünyanı əfsanəni göndərdi.

 

 

Xeyr ilə şəri hərgiz birgə yaradıb Allah, 



Arif doğulan anda biganəni göndərdi.

 

 



Məscidə gəlib doldu çox qafilü cahillər, 

Ariflər üçün gizli meyxanəni göndərdi.

 

 

Qafillərin əlbəttə qaş-daşla başın qatdı, 



Ariflərə mey verdi, peymanəni göndərdi.

 

 



Dünyayə gəlib-getdi çox güclü sənətkarlar, 

Şairlərə şe’r ilə dürdanəni göndərdi.

 

 

İstərdi Sona Tanrı versin ona bir ustad



Mail kimi rəftarı mərdanəni göndərdi.

 

6 mart, 1995 




72 

         



Sona Xəyal  

      

 

 

 



 

Tərgidib Məcnuna mən dəhrdə əfsanəliyi, 

Yazmışam öz adıma ən ulu divanəliyi.

 

 



Nə olardı, bəşər övladı gəlib imanə, 

Çalışıb tərk eləsin əsrdə biganəliyi.

 

 

Ola qardaş, ya ata xalqımın hər oğlu mənə, 



Mən qəbul eyləmişəm bir belə rindanəliyi.

 

 



Daima cəhlü səfalətdə olanlar nə bilər 

Təmiz ülfət eləyən şəxsdə fərzanəliyi.

 

 

Atasız qızları övlad elədin sən özünə, 



Tanrı hər işdə verib çun sənə birdanəliyi.

 

 



Açıq-aydın edirik ülfəti, gizlində deyil

Anlamaz nakişilər, ay ata, mərdanəliyi.

 

 

Əbri-neysan Sonaya verməsə idi xəbərin, 



Sənə bənzətməz idi misldə dürdanəliyi.

 

1 iyul, 1995 



 

 

Varlığın dünya üzündə ən ulu dünya kimi, 



Yoxluğun məndən alan dünyanı bir sevda kimi.

 

 



Eşqinin sonsuzluğu ün yetməyən göylər qədər, 

Fikrinin dərinliyi göz görməyən dərya kimi.

 

 

Əqlinin kamilliyindən nur alır bir çoxları, 



Hissinin aliliyi Məcnun kimi, Leyla kimi.

 

 



Sözlərin dərya dibində gizlənən gövhərmisal

Hardasa aşkar olur ən dürlü bir mə’na kimi.

 

 



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə