Sona xəyal


          Nəzirələr, təzminlər, ithaflar



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə11/19
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#53901
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

45 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 



 

Gözlərimə dün gecə getdikcə xab, 

Atmadı röyadə də yarım hicab. 

Ey güli-rəna deyirəm et səvab

“Sübh salıb mah rüxündən niqab, 

Çıx ki, tamaşayə çıxa afitab”.

 

 

Qoyma ki, hicrinlə könül odlana, 



Ya ki, gülüstan boyana al-qana, 

Çox da ki bu haqqı veriblər sana, 

“Məst çıxıb salma nəzər har yana, 

Görmə rəva kim, ola aləm xərab.”

 

 

Bəsdi daha qoyma çəkəm qəm, məni, 



Gəl özünə eylə sən həmdəm məni. 

Atma, unutma dəxi bir dəm məni

“Saldı ayaqdan qəmi-aləm məni, 

Ver mənə qəm dəfinə saqi, şərab”.

 

 

Kimləri Məcnun eləyibdir cahan? 



Gör nə qədər eşq olubdur nihan. 

Dərdü əzabı çəkər ancaq qanan, 

“Düzəxə girməz sitəmindən yanan, 

Qabili-cənnət deyil əhli-əzab.”

 

 

Ey Sona, bilməm ki, xəyalın nədir? 



Eşqdə dərd ilə məlalın nədir? 

Hikməti-dünyayə sualın nədir? 

“Yar sual etsə ki, halın nədir? 

Xəstə Füzuli, nə verərsən cavab?”

 

 

 



 


46 

         



Sona Xəyal  

      

 

 

 



 

Eşq üçün hər cürə imkandan keç, 

Tut qəmi, seyri-gülüstandan keç, 

Dur uzaq, zülfi-pərişandan keç, 

“Ey könül, yarı istə, candan keç, 

Səri-kuyin gözət, cahandan keç.” 

 

Saxla nəfsi büsat zövqündən, 



Olma mərhum bərat zövqündən

Keç Hüseyin tək Fərat zövqündən, 

“Ya təmə' kəs, həyat zövqündən, 

Ya ləbi-ləli-dilsitandan keç”. 

 

Özünə tikmə fəxarət evi, 



Qəbrini eylə ziyarət evi, 

İstəsən “orda” səadət evi, 

“Mülki-təcriddir fərağət evi, 

Tərki-mal eylə, xanimandan keç.” 

 

Əlində axirət qənimətin et, 



Düşərsə, Kəbənin ziyarətin et

Tövbə qıl orda gəl ibadətin et, 

“Laməkan seyrinin əzimətin et, 

Bu xərab olacaq məkandan keç” 

 

Verməyib dəhr heç kəsə mayə, 



Olmayıb kimsəyə bir an dayə, 

Salmayıb başına heç kəsin sayə, 

“Etibar etmə mülki-dünyayə

Etibarü ülüvvi-şandan keç”. 

 



47 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 

Bilin ağca almaz axirəti, 



Ağcalı yadə salmaz axirəti, 

Hər əməlli bulmaz axirəti, 

Əhli-dünyanın olmaz axirəti, 

Gər bunu istər isən, ondan keç.” 

 

Fanilik dəhrü üçün həqiqətdir, 



Sona, sanma bu mülk rahətdir, 

Tez köç etmək burdan ibadətdir. 

“Məskənin bəzmgahi-vəhdətdir, 

Ey Füzuli, bu xakidandan keç”.          

 

 

 




48 

         



Sona Xəyal  

      

 

 

 

 



İTHAFLAR

 

 

 

Alimlərə

 

 



 

Akademik 

 ZƏRİFƏ ƏLİYEVAYA

 

 

Naxçıvan torpağının bir gülruxsari Zərifə, 

Sözü dünya tutanın bir yox olan vari Zərifə.

 

 



Elminin, sən’ətinin şöhrəti dillərdə gəzər

Yad edər daima xəlq əhdilə ilqarı Zərifə.

 

 

Nurə həsrətlilərin zülmət ara nur payı var, 



Sən də açdın əməlinlə belə əsrarı Zərifə.

 

 



Qapını ümmüd ilə açdı ümüdsüz kəslər, 

Neçə nursuz gözə bəxş eylədin ənvarı Zərifə.

 

 

Tanrının bəxşişi idi bu elm, bu şəfqət, 



Çevirib gündüzə sən yox elədin tarı Zərifə.

 

 



Tarixin hardasa təkrar olunur dövranı, 

Amma bir də eləməz sən kimi təkrarı Zərifə.

 

 

Sona söylər, yığışıb ruhunu şad etmək üçün, 



Gəl özün eylə qəbul bir belə zəvvarı Zərifə.

 

 



27 fevral, 1999 

 

 

 

 


49 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 

 

 

 

 

Akademik 

 UMNİSƏ MUSABƏYOVAYA 

 

Dağıtsın möhnətin, dərdin, könül meyxanə istərdi,  

Həmin dərgahə ki girdi, gələ peymanə istərdi. 

 

Dolanıb daim elm adlı şəmin ətrafına, yalnız  



Ona verməkçün öz canın ola pərvanə, istərdi. 

 

O şəm'rüx nigarıyla olub həmdəm yaratdıqca,  



Özündən sonrakı nəslə qoya dürdanə, istərdi. 

 

Gözün nurun verib qurban nə qədri gözsüzə dərman, 



 Elmdə hamını hər an belə mərdanə istərdi. 

 

Tunis, Beyrut, Xirosima, Brüssel, Qahirə, - gəzmiş,  



Hər eldə ali xidmətli təbabətxanə istərdi. 

 

Vuqarlıydı, vüqarıyla alardı zirvələrdən qar,  



Hara getsə, nəcabətdən qura kaşanə, istərdi. 

 

Sona, ölmüş, həm öldürmüş, ölümsüz varlığa dönmüş,  



Min illər Umnisə adı ola əfsanə, istərdi. 

28 fevral, 1999 

 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə