Sona xəyal


          Nəzirələr, təzminlər, ithaflar



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə19/19
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#53901
1   ...   11   12   13   14   15   16   17   18   19

81 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 

Nə qədər qaldı gözüm yolda, qulağım səsdə, 



Hamıdan gəldi xəbər, olmadı səndən xəbərim.

 

 



Dedilər bal nədi, baldan da şirindir övlad, 

Bildim indi bu sözün doğruluğun, ey şəkərim.

 

 

Tez qayıt, ayrılığın könlümü bərbad elədi, 



Gəl ki, sil gözlərimin yaşını, itsin qəhərim.

 

 



Gəl bu zülmət gecəmə nurlu çıraq ol, qayıda 

Sən gedəndən bəri itmiş nələrim, ah nələrim.

 

 

Ananın sevgisini bildirə övladə, Sona, 



Ramilin xatirinə ərsəyə gəlmiş əsərim. 

                        Avqust, 1998 

 

QIZIM ŞƏHLAYA



 

 

12 il öncə yetib həsrəti Şəhla qızımın. 

Günəşə, Ayə baxıb surəti Şəhla qızımın!  

 

 



Çatdırıb arzusuna həm ananı, həm atanı, 

Bizə də həm yetişib xidməti Şəhla qızımın. 

 

 

Nənəyə, həm xalaya, həm bibiyə sevgisi var,  



Bəs edir hamısına hörməti Şəhla qızımın. 

 

 



Sevilib on iki ildə ədəb-ərkanı ilə,  

İndidən bəllidi şəxsiyyəti Şəhla qızımın. 

 

 

Sona, Tann qoruya on iki imam xatirinə, 



Arta ildən-ilə qoy şöhrəti Şəhla qızımın!

 

May, 1999 




82 

         



Sona Xəyal  

      

 

 

 

 



SONA XƏYALIN QISA TƏRCÜMEYİ-HALI

 

 

Sonaxanım Həmid qızı Hadiyeva 1961-ci il iyunun 19-

da Bakının Maştağa qəsəbəsində anadan olub. 1976-cı ildə 

255 saylı  səkkizillik məktəbi, 1978-ci ildə 187 saylı orta 

məktəbi bitirib.  

1981-ci ildə Bakı 1 saylı Tibb Məktəbinin mamalıq 

şöbəsini, 1991-ci ildə BDU-nun biologiya fakültəsini bitir-

miş, 1986-88-ci illərdə İxtiraçılıq İnstitutunda, 1995-1999-

cu illərdə Elmi-Tədqiqat Əkinçilik İnstitutunun aspirantu-

rasında (qiyabi) təhsil almışdır. 

Tibb məktəbində oxuyarkən, 1979-cu ilin sentyabrında 

7 saylı Birləşmiş  Şəhər Xəstəxanasının laboratoriya 

şöbəsinə işə qəbul edilmişdir. Tibb Məktəbini bitirdikdən 

sonra xəstəxananın cərrahiyyə  şöbəsinə tibb bacısı 

vəzifəsinə keçirilmiş  və altı aylıq anesteziya və reanima-

tologiya kursuna göndərilmişdir. Bir müddət cərrahiyyə 

şöbəsində çalışmış, yenidən laboratoriya şöbəsinə böyük 

laborant vəzifəsinə keçirilmişdir. Kliniki, biokimyəvi, 

seroloji laboratoriya kurslarında təkmilləşmişdir. Qiyabi 

təhsil aldıqdan sonra bir il laboratoriya həkimi işləmiş 

sonra həmin laboratoriyaya müdir vəzifəsinə  təyin 

olunmuş  və beş il bu vəzifədə çalışmışdır.  İki il tədris-

istehsalat kombinatında IX-X siniflərə tibb bacısı kursunu 

tədris etmiş və daha sonra Maştağa Mədəniyyət Evindəki 

ikillik tibb kursunu aparmışdır. Xəstəxanada işlədiyi on 

yeddi il ərzində  dəfələrlə müdiriyyətin, rayon səhiyyə 

şöbəsinin, rayon icraiyyə komitəsinin və rayon komsomol 

komitəsinin fəxri fərmanları ilə  təltif edilmişdir. Beş il 

xəstəxana komsomol təşkilatının katibi, daha sonra 



83 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

həmkarlar təşkilatının sədri vəzifələrində çalışmışdır. 

İşlədiyi müddətdə bir sıra qəzet və jurnallarda elmi-

publisistik, tibbi-bioloji yazıları, habelə elmi hekayələri 

çap olunmuşdur. Hal-hazırda Məhəmməd Füzuli adına 

Əlyazmalar  İnstitutunda böyük elmi işçi vəzifəsində 

çalışır, elm tarixi ilə məşğuldur. 

 

* * *



 

 

Qarabağ münaqişəsi başlandıqda hərəkata qoşulmuş, 



bir sıra qadın təşkilatlarında qaçqınlarla iş aparmış, bir sıra 

yardımların təşkilində iştirak etmiş, dəfələrlə cəbhə bölgə-

lərinə getmiş, qaynar nöqtələrdə belə,  əsgərlərlə görüş-

müş, bir müddət könüllü hərbi qospitalda laboratoriya 

həkimi kimi çalışmışdır. Həmin müddətdə müxtəlif 

qəzetlərdə  vətənpərvərlik mövzusunda onlarla publisistik 

məqalələri çap olunmuş, «Maştağadan Qarabağa bir yol 

vardı gedərgəlməz» adlı kitabını yazmışdır. 1992-ci ildə 

ikillik Jurnalist Sənətkarlığı  İnstitutunu bitirmiş  və 1993-

cü ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olun-

muşdur. Maştağa Mədəniyyət Eivndə  Gənc jurnalistlər 

dərnəyi təşkil etmiş  və onun rəhbəri olmuşdur. 

«Murovdağ», «Paklıq» və «Vətən həsrəti» qəzetlərində 

müxbir işləmiş, hal-hazırda «Respublika» qəzetinin 

əməkdaşıdır.  

 

* * * 



Sona Xəyal 12 yaşından  şeir, 14 yaşından hekayə 

yazmağa başlayıb. 1987-ci ildə Maştağa Mədəniyyət 

Evində Novruz Gəncəlinin təşkil etdiyi Səməd Vurğun 

poeziya klubunun üzvü olub və  həmin il «Azərbaycan 

gəncləri» qəzetində Novruz Gəncəlinin «Yaradıcılıq iradə 



84 

         



Sona Xəyal  

      

 

 

tələb edir» adlı «Uğurlu yolu» ilə birlikdə ilk şeiri dərc 

olunub.  

1993-cü ildə «Aç qapını  gəlim, dünya» adlı ilk şeirlər 

kitabı çap olunub. Həmin il Maştağa Mədəniyyət Evində 

«Maştağa  şairlər məclisi»ni təşkil edib, məclisin sədri 

olub. 1994-cü ildə «Məcməüşşüəra»  ədəbi məclisinin 

üzvü olub və elə  həmin ilin dekabrında Hacı Maillə 

birlikdə «Füzuli ədəbi məclisi»ni təşkil edib, məclisin 

katibi olub. 1995-ci ildə Füzuli məclisinin nəzdində Maş-

tağa qəsəbəsində  «Şəfai», Bakıxanov qəsəbəsində «Qüd-

si» və I Zabrat qəsəbəsində «Vahid» ədəbi məclislərini 

təşkil edib. 1996-cı ildə  Məhəməd Füzuli adına 

Əlyazmalar  İnstitutuna işə  qəbul olunub və XIX əsrin 

dəyərli  şairlərindən «Mirzə  Əbdülxaliq Yusifin həyat və 

yaradıcılığı» mövzusunda namizədlik işi yazıb. Sonralar II 

Zabrat qəsəbəsində  Mədəniyyət Evində «Yusif» ədəbi 

məclisini təşkil edib və ona rəhbərlik edib. Hacı Mailin 

vəfatından sonra Füzuli ədəbi məclisini bərpa edib. Amma 

məclis davam etməyib. 2000-ci ildə ustadına verdiyi sözə 

əməl edərək «Divan» bağlayıb. 2005-ci ildə  həmin 

divandan seçilmiş 101 qəzəl daxil edilmiş «Qəzəllər» 

kitabı  nəşr olub. Nəhayət: Maştağada «Bakı  şairlər 

məclisi»ni yaradıb, əruz vəznli şeirin inkişafı üçün bakılı 

şairləri bir araya gətirmək istəyib, yenə alınmayıb, bir 

müddətdən sonra məclis dağılıb. Bütün bunlardan sonra 

məclislərdən yığışıb.  Əlyazmalar  İnstitutunda ciddi 

tədqiqat işi ilə məşğul olmağa başlayıb. Bir-birinin ardınca 

bakılı  şairlərin  şeir kitablarını  nəşrə hazırlayıb və klassik 

şeirlə bağlı iyirmiyə yaxın təlif və  tərtib kitabları  nəşr 

olunub. Qəzet və jurnallarda, eləcə  də konfrans 

materiallarında klassik şeirlə bağlı iki yüzdən artıq 

məqaləsi çap olunub. 



85 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

* * *


 

 

1993-98-ci illərdə Bakı Dövlət Universitetinin filolo-



giya fakültəsində axşam, 2004-06-cı illərdə Bakı Slavyan 

Universitetinin magistiraturasında qiyabi təhsil alıb, 1997-

98-ci dərs ilində 255 saylı orta məktəbdə biologiya və dil-

ədəbiyyat fənlərini tədris edib. 

1998-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul 

edilib. Yazıçıların XI qurultayına nümayəndə, qurultaydan 

sonrakı plenumda Yazıçılar Birliyinin «İrs» komissiya-

sının sədri seçilib. Altı il müasir ədəbiyyatın tədqiqi ilə 

məşğul olub və «Müasirlərim» seriyasından iyirmidən 

artıq monoqrafiya yazıb. Yaradıcılığı bir sıra mükafat və 

diplomlarla qiymətləndirilib. Dövri mətbuatda çağdaş 

yazıçılar haqqında məqalələrlə  çıxış edib. «İrs» komis-

siyasının işi kimi dünyasını dəyişmiş şairlərlə bağlı xatirə 

kitabları  və «Yüzilliklər» silsiləsindən toplular üzərində 

çalışır.  

2003-cü ildə Akademiyada qadın alimləri birləşdirən və 

onların elmi fəaliyyətinin tədqiqi və təbliği ilə məşğul olan 

«Nigar» elmi-ədəbi məclisini yaradıb, hal-hazıra qədər 

onun sədridir. 2009-cu ildə «Gənc qələm» ədəbi birliyini 

yaradıb, hal-hazırda onun sədridir.  




86 

         



Sona Xəyal  

      

 

 

MÜNDƏRİCAT 

 

ÖN SÖZ ƏVƏZİ .......................................................................................... 3 



NƏZİRƏLƏR 

NƏSİMİYƏ .................................................................................................. 9 

FÜZULİYƏ ................................................................................................ 12 

SEYİD ƏZİMƏ .......................................................................................... 14 

ƏLIAĞA VAHİDƏ .................................................................................... 15 

HACI MAİLƏ ............................................................................................ 16 

ƏLƏMDAR MAHİRƏ ............................................................................... 18 

TƏZMİNLƏR 

Təzmin-qəzəllər 

XƏLİLİDƏN .............................................................................................. 19 

XƏTAİDƏN ............................................................................................... 20 

FÜZULİDƏN ............................................................................................. 21 

HAMİDİDƏN .............................................................................................  22 

MƏSİHİDƏN ............................................................................................. 23 

SAİB TƏBRİZİDƏN ..................................................................................  24 

QÖVSİ TƏBRİZİDƏN ...............................................................................  25 

NİŞAT ŞİRVANİDƏN ...............................................................................  26 

MİRZƏ HƏSİB QÜDSİDƏN .....................................................................  27 

SEYİD ƏZİMDƏN .....................................................................................  28 

MİRZƏ ƏBDÜLXALIQ YUSİFDƏN ....................................................... 29 

ATABABA HİCRİ MƏŞQƏTƏLİDƏN .................................................... 31 

MUXTAR BİSAVADDAN ........................................................................  32 

İSMAYIL ZƏBİHDƏN ..............................................................................  33 

MƏŞƏDİXANIM LEYLADAN ................................................................ 34 

AĞABƏYİM AĞADAN ............................................................................ 35 

SƏMƏD VURĞUNDAN ........................................................................... 36 

ƏLİ FƏHMİDƏN ....................................................................................... 37 

HACI MAİLDƏN .......................................................................................  38 

TƏXMİSLƏR 

XƏTAİDƏN ............................................................................................... 39 

FÜZULİDƏN ............................................................................................. 40 

İTHAFLAR 



Alimlərə 

Akademik ZƏRİFƏ ƏLİYEVAYA ............................................................ 48 

Akademik UMNİSƏ MUSABƏYOVAYA .................................................. 49 



87 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

Akademik ADİLƏ NAMAZOVAYA ........................................................ 50 

Akademik MƏŞƏDİXANIM NEMƏTƏ ................................................... 51 

Kimyaçi alim, aktrisa İZZƏT XANIMA .................................................... 52 

Professor ZƏHRA QULİYEVAYA ........................................................... 53 

Professor MİNİRƏ AĞAHÜSEYNOVAYA ............................................. 54 

Əməkdar elm xadimi, professor SAMƏT ƏLİZADƏYƏ .......................... 55 

f.e.n. dosent BƏXTİYAR MƏMMƏDZADƏYƏ ...................................... 57 

f.e.n. mətnşünas MƏNTİQƏ MURADOVAYA ........................................ 58 

Sənət adamlarına 

Rəssam MARAL RƏHMANZADƏYƏ ..................................................... 59 

Xalq artisti AMALYA PƏNAHOVAYA ................................................... 60 

Xalq artisti ƏLİBABA MƏMMƏDOVA ................................................... 61 

Ağac üzərində oyma ustası SEYFƏDDIN MƏNSİMOĞLUYA ................  62 

Təyyarəçi ZÜLEYXA SEYİDMƏMMƏDOVAYA .................................. 63 



Yazıçı və şairlərə 

CƏFƏR CABBARLIYA ............................................................................ 64 

Xalq yazıçısı ANARA ................................................................................ 65 

Xalq şairi FİKRƏT QOCAYA ................................................................... 66 

Xalq şairi QABİLƏ .................................................................................... 67 

Yazıçı


 

ƏLİ SƏMƏDLİYƏ ......................................................................... 68 

FÜZULİ ƏDƏBİ MƏCLİSİNƏ ................................................................... 69 

HACI  MAİLƏ ........................................................................................... 70 

ƏLƏKBƏR ŞAHİDƏ ................................................................................. 75 

BABA PÜNHANA .....................................................................................  75 

MÜXTƏLİF ÜNVANLAR .......................................................................... 77 

Şəhid anası ŞÖVKƏT FAZİLOVAYA ...................................................... 77 

QARABAĞ ŞƏHİDİ MƏMMƏDƏ ........................................................... 77 

MƏRZİYYƏ SƏLAHƏDDİNƏ .................................................................  78 

“Gülüstan” verilişinin aparıcısı ƏJDƏR OLA ............................................  79 

RƏFİQƏM REYHANA ............................................................................. 79 

TƏLƏBƏ YOLDAŞIM HUMAYA ........................................................... 80 

OĞLUM RAMİLƏ ..................................................................................... 80 

QIZIM ŞƏHLAYA .....................................................................................  81 

SONA XƏYALIN QISA TƏRCÜMEYİ-HALI......................................... 82

 

 

 

 

 



88 

         



Sona Xəyal  

      

 

 

 

 

S O N A  X Ə Y A L 

 

Nəzirələr 

Təzminlər 

İthaflar 

 

 



 

 

 



 

 

Нашир:  Рафиг Хан-Сайад оьлу 

Корректор: Цлвиййя Щадийева 

Техники редактор: Цлви Новрузов 

Дизайнерляр: Ирадя Ящмядова, Жейщун Ялийев 

Оператор: Рцбабя Вялийева 



 

 

 

______________________________ 

Йыьылмаьа верилиб: 25.06.2009 

Чапа имзаланыб: 21.08.2011 

Ш.ч.в. 5, тираж 300 

«МБМ» мятбяясиндя чап олунуб. 



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə