Sona xəyal


          Nəzirələr, təzminlər, ithaflar



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#53901
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

55 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

Əməkdar elm xadimi, professor 

SAMƏT ƏLİZADƏYƏ

 

 

Nola məclis qurula, dost, qohum, yad gələ, 

Ata dərdi, kədəri, hamı bura şad gələ.

 

 



Ala peymanə ələ, nuş edə mey ariflər, 

Yetə vəslə, ağıza özgə cürə dad gələ.

 

 

Ahuya zülm eləyənlər qovula çöllərdən, 



Təkcə aşiqlər ola onlara səyyad, gələ.

 

 



Çalına cəngi, səsi aləmə meydan oxuya, 

Buraxıb Bisütunu, meydana Fərhad gələ.

 

 

Göndərə sahibini, döndərə çərxi düzünə, 



Şəri bərbad eləyə, xeyrisə abad, gələ.

 

 



Sona istər qurulan hər ürəfa məclisinə, 

Təbrikə söz deməyə bir belə ustad gələ. 



20 fevral, 1998 

 



Bizdə azar çox idi, amma ki, bizar yox idi

Hücrdən zar çox idi, vəsldə dildar yox idi.

 

 

Gülşənə getdim o gün bəxtimə bir yar seçəm, 



Nazənin yar çox idi, yari-vəfadar yox idi.

 

 



Səbəbi-naləni sordum, dedi şeyda bülbül, 

Bağçada sar çox idi, güldə də ki ar yox idi.

 

 

Şəm’ə pərvanə yanır söylə niyə, sorduqda, 



Dedi şəm’, nar çox idi, dövrədə əğyar yox idi.

 

 



Sona, gəlmişsə bu gün məclisə ol ustadun, 

Demə ki, xar çox idi, orda mənə yar yox idi. 



11 avqust, 1998 


56 

         



Sona Xəyal  

      

 

 

 



Olubsan könlümə hakim, de hansı bir zaman içrə?  

Ucaltmış qəsrini ol anda ən ali məkan içrə.

 

 

Üzündən nur alar aləm, günəşdən ehtiyac olmaz,  



Gecə ay istəməz könlüm, səni ansa güman içrə.

 

 



Elmçün nurini tökmüş gözündə var həyat eşqi,  

Baxanda görsənir sanki bütün dünya o can içrə.

 

 

De, fıkrimdə xəta tapdınmı kim, məndən uzaq oldun,  



Vəlakin kimlərə bənzətdin, ey ustad, cəhan içrə?

 

 



Dilənçi tək mənə pay vermək hardan fikrinə gəldi?  

Sona susdu, sualından çaşıb qaldı duman içrə. 



May, 1998 

 



 

Adının yanına artırdı yeni ad, bu xəbər, 

Eylədi qəmlə dolu könlümüzü şad, bu xəbər. 

 

Neçə aydır ki, yaxır köksümü Mail kədəri, 



Sanki səngitdi bir az yanğımı, ustad, bu xəbər. 

 

Yolun üstə tökülüb çoxlu kəsək, daş, dağ olub, 



Sındıra dağı-daşı, kaş ola Fərhad, bu xəbər. 

 

Toy olar, bayram olar dostlara dost yüksəlişi, 



Eləyə düşməninin könlünü bərbad, bu xəbər. 

 

Sona bu şeiri yazarkən, dilədi Allahdan: 



Çəkə səhman işinə, eyləyə abad, bu xəbər. 

10 dekabr, 1999 

 

 



 

 



Ruh gedib canan ilə, yox ixtilatı can ilə, 

Hansı aşiq canını verməz, gedə canan ilə? 




57 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 

Çün xəzan gəlmiş, çəmənzarın soluxmuş gülləri, 



Naləvü zar eyləyir bülbül qəmi hicran ilə. 

 

Altımış beş olmamış dərdə tutuldu çarəsiz, 



Altımışda arzu etmişdik, çata doxsan ilə. 

 

Ey Sona, bəsdir, gözün yaşın töküb zar eyləmə, 



Kim, yetib ustad vəslə sevdiyi Sübhan ilə. 

6 iyun, 2002  

 

 



f.e.n. dosent 

BƏXTİYAR MƏMMƏDZADƏYƏ 

 

Gələ bir gün tapa səhman hər işi Bəxtiyarın. 

Onda bəlkə dəyişə bu yerişi Bəxtiyarın. 

 

Ala şətrənci-həyatın qələbə bayrağını, 



Edə mat aləmi hər bir gedişi Bəxtiyarın. 

2003 

 



 

O qədər zülm eləyir qardaşa-qardaş indi

Bakının əhli deyir, bircə ölək can qutaraq. 

 

Bakının nefti gedir “düşmən” əliylə, sizə, “yan”! 



Bakının dərdi gedə nefti ilə, yan, qutaraq. 

 

Dedi ustadə Sona, yad elə əhli-Bakını, 



Dedi Seyyid qonağımdır, hələ ondan qutaraq... 

2003 

 

 




58 

         



Sona Xəyal  

      

 

 

                          

 

 

 

 

 

f.e.n. mətnşünas 

MƏNTİQƏ MURADOVAYA 

 

Tapıb məntiqini hər bir sözün dünyadə Məntiqə,  

Edib sərf ömrüni yalnız təmiz bir adə Məntiqə. 

 

Qazanmış hörmət aləmdə gözəl, sadə təbiətlə,  



Köçüb yaddaşlara daim salınar yadə Məntiqə. 

 

Ağartmışdır saçın, vermiş qara rəngin qəralarçün,  



Kimə lazım olubdursa, yetib imdadə Məntiqə. 

 

Sevib əlyazma tək yarı, evi olmuş kitabxanə,  



Kitabsız qalsa, hiss eylər özün səhrada Məntiqə. 

 

Tapılmaz bizdə gənc alim ki, ondan sormasm bir söz,  



Oxunmaz xətləri bir anda etmiş sadə Məntiqə. 

 

Açıb söz Sadiqi tək alimü şairü rəssamın  



Həyatından və irsindən gözəl mə'nadə Məntiqə. 

 

Bu gün dostlar yığılrmş ki, edə təbrik xoş arzuyla,  



Verə Sadiq bulağından bizə bir badə Məntiqə. 

aprel, 1999 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə