Sona xəyal


          Nəzirələr, təzminlər, ithaflar



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#53901
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

41 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 



 

Yazılıb ömrümə bəxt hansı daş altında mənim?  

Yumulub gör neçə illərdi, açılmaz dəhənim.  

Satılıb gizli xəyanət ilə dilbər Vətənim, " 

“Pəmbeyi-daği-cinun içrə nihandır bədənim,  

Diri olduqca libasım, budur ölsəm kəfənim".

 

 

Torpağın qeyrətini çəkməmək olmaz, ey dil,   



Xalqımın göz yaşını silməmək olmaz, ey dil,  

Vətən uğrunda gedib ölməmək olmaz, ey dil,  

"Canı canan diləmiş, verməmək olmaz, ey dil,  

Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim".

 

 

Kişi can versə Vətənçün, bu böyük şöhrətdir,  



Qan Vətənçin axıdılsa, kişiyə rahətdir, 

Gər satarsa Vətəni, xəlqi üçün xiclətdir,  

“Töfqi-zənciri-cinun daireyi-dövlətdir,  

Nə rəva kim, məni ondan çıxara zəfi-tənim"!

 

 

Düşmənin məhvinə, əlbəttə, varımdır hünərim,  



Bəs haçan olmalıdır bu Vətənimçün səmərim? 

Razıyam torpaq üçün paralənərsə cigərim.  

“Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim,  

Bir hübabərn ki, həvadən doludur pirəhənim.”

 

 

Üzmə ümmidi Sona, ömrü çox olmaz xarın, 



Açılar Tanrı əliylə düyünü ruzgarın,  

Çıxar övladi-vətən axırına əğyarın,  

"Edəmən tərk, Füzuli, səri-kuyin yarın,  

Vətənimdir, vətənimdir, vətənimdir, vətənim .

 

 



42 

         



Sona Xəyal  

      

 

 

 



 

Yarın tərəfinə bu gözüm yaşı rəvandır,  

Rüsvalığım ahimlə dəxi xəlqə əyandır,  

Bir kimsə şüar eyləməsin eşqi, amandır,  

"Can vermə qəmi-eşqə ki, eşq atəşi candır,  

Eşq atəşi can olduğu məşhuri-cahandır".

 

 

Bünyadsız eşq aşiqi eylər bəli, aciz,  



Eşq aləmini eyləmə təsvir kədərsiz. 

Bir aşiqi mən görmədim eşq içrə zərərsiz,  

"Sud istəmə seydayi-qəmi-eşqdə hərgiz,  

Kim, hasili-sevdayi-qəmi-eşq ziyandır".

 

 

Hər gün bükülə qəddi bəlakeşlərin, əmma,  



Yaxşı olur əhvalı pərivəşlərin, əmma,  

Əhvalını bilməzlə müşəvvəşlərin, əmma,  

"Yaxşı görünür surəti məhvəşlərin,əmma  

Yaxşı nəzər etdikdə, sərəncamı yamandır".

 

 

Ömrün boyu onlarda vəfa eyləmə təxmin,  



Bir zərrə şəfa etməyəcək, qan saça zəxmin,  

Qan içməyin əvvəldə qoyublar dəxi rəsmin,  

"Yad etmə qaragözlülərin mərdümi-çeşmin, 

 Mərdüm deyib aldanma ki, içdikləri qandır".

 

 

Bu eşq yolunda deyilir çoxlu cəfa var,  



Boş sözdü deyə kimsə ki, eşq içrə səfa var, 

Sanma, Sona, söylənsə ki,  zülmətdə ziya var

“Gər desə Füzuli ki, gözəllərdə vəfa var, 

Aldanma ki, şair sözü, əlbəttə, yalandır”.

 

 



43 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 



 

Girmə qəm dəryasına, könlün dönüb qan olmasın, 

Yum gözün nemətlərə, qəlbin nigaran olmasın. 

Elm oxu, öylə çalış fikrində nöqsan olmasın, 

“Cəm' könlün dövr çövründən pərişan olmasın, 

Çərx fərmanınla gəzməkdən peşman olmasın”.

 

 

Gör necə nur paylayır hər yanə göydən afitab, 



Sən də yan, ver nurunu yoxsullara, et bir səvab

Gər sənə zülm eyləsə çərxi-fələk, gəl eylə tab. 

“Qılmasa aləm muradınca mədar, olsun xərab, 

Olmasa dövran sənin rəyincə, dövran olmasın”.

 

 

Pis əməllərdən çəkin, nöqsan olar ad-sanına, 



Yaxşı işlər görginən, rövnəq verə imanına, 

Qoy bəşər fəxr ilə baxsın daima imkanına. 

“Tabe olsun cümleyi-aləm sənin fərmanına, 

Cümleyi-aləmdə səndən özgə sultan olmasın”.

 

 

Olmasın qoy dövlətin arzum budur ki, binizam, 



Dövlətindən ehtiyac əhli ala aləmdə kam, 

Həm mənə ey sağəri-dövran yetir bir cürə cam. 

“Bir binadır dövlətin, bolmuş pənahi-xasü am, 

Ol bina ya Rəbb, cahan olduqca viran olmasın”.

 

 

Neylirəm dünyanı mən gər eşqü sevda olmasa, 



Eşqsiz dünya bu gün, yainki, fərda olmasa, 

Ey Sona, şeirin nədir, gər onda məna olmasa? 

“Ləhzə-ləhzə gülşəni-mədhində güya olmasa, 

Bülbüli-nitqi Füzulinin xoşəlhan olmasın”.

 

 



44 

         



Sona Xəyal  

      

 

 

 



 

Dərd əlindən dağə çıxdım, bilmərəm səhra nədir, 

Eşqdir ən yaxşı sevda, qeyri bir sevda nədir? 

Od tutub cismin sərasər, yandıran aya nədir? 

“Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir, 

Mən kiməm, saqi olan kimdir, meyü səhba nədir”.

 

 

Sanma ki, sevda qəmindən azca aram istərəm



Əhli-dərdəm, dərdimə sanma ki, əncam istərəm, 

Yarıma çatdırmağa bir xoşca peyğam istərəm, 

“Gərçi canandan dili-şeyda üçün kam istərəm, 

Sorsa canan bilməzəm kami-dili-şeyda nədir?”

 

 

Yar görsənməz gözə sanki, dönüb olmuş xəyal, 



Hicrə aşiq dözsə də qalmıb bir onda leyk hal, 

Hicri-məşuq eyləyər aşiqləri çün pürkəmal, 

“Vəsldən çün aşiqi müstəğni eylər bir vüsal

Aşiqə məşuqdən hər dəm bu istiğna nədir?”

 

 

Hər “əlif, bey” öyrənən sirri-həqə kaşif deyil, 



Eşqdən bunca xəbərsiz kaşifi-hatif deyil, 

Yanmayan odlara hər dəm eşqdən vaqif deyil, 

“Hikməti  dünyavü mafiha bilən arif deyil, 

Arif oldur bilməyə dünyavü mafiha nədir?”

 

 

Eşq bir dərddir, Sona, yox yer üzündə məlhəmi, 



Versələr dünyanı da, aşiqlər atmazlar qəmi, 

Çün yaratmışdır Xuda dərd ilə bahəm adəmi

“Ahü fəryadın, Füzuli, incidibdir aləmi, 

Gər bəlayi-eşq ilə xoşnud isən, qovğa nədir?”

 

 



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə