Sona xəyal


          Nəzirələr, təzminlər, ithaflar



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#53901
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

31 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 

 

 

 

 

ATABABA HİCRİ MƏŞQƏTƏLİDƏN 

 

“Ey dil, bu cəhan cümləsi əfsanə degilmi? 



Dünyayə uyanlar dəli-divanə degilmi?” 

 

Hər kəs çalışır ki, özünə qəsr edə inşa



Tiksən də saray, axırı viranə degilmi? 

 

Məscid calanır məscidə hər tin başı, əmma 



Ariflərə rahət yenə meyxanə degilmi? 

 

Çoxlar heç edir ömrünü bir parça çörəkçün, 



Bəs Adəmi cənnətdən edən danə degilmi? 

 

Ey eşqini tə’rif eyləyib dözməyən hicrə, 



Bəs şəm’ə yanan hər gecə pərvanə degilmi? 

 

Ey tə’nə edən aşiqi-biçarəyə hər an, 



Boynunda onun göz yaşı dürdanə degilmi? 

 

Yadlardan umursan, Sona, sən sidqü məhəbbət, 



Öz doğmaların bəs sənə biganə degilmi? 

16 avqust, 1998 

 


32 

         



Sona Xəyal  

      

 

 

 

 

 

 

 

MUXTAR BİSAVADDAN 

 

“Qoymusan hüsnünə həsrət, a gözü qarə məni



Etmisən eşqin ucundan necə əvvarə məni”. 

 

Seyrə çıxdım ki, gəlib səhni-gülüstanı gəzəm, 



Niyə bəs tay elədin, ay güli-tər, xarə məni? 

 

Elə ki, müjgan oxun keçdi sinəmdən, billah, 



Ağrıdar qəbrə kimi açdığın ol yarə məni. 

 

Hələ bu azlıq edirmiş, gülür əğyar üzümə, 



Düşmənin tə’nələri eylədi sədparə məni. 

 

Mən ki, pərvanəsifət yanmadayam, istərsən 



Ki, səməndər təki sən yandırasan narə məni. 

 

Kim isə xətrinə dəymiş, ürəyin sındırmış, 



Bəlkə oxşatmısan, ey gül, həmin əğyarə məni? 

 

Sona, bundan belə düşmənlərimə şükr edərəm, 



Elə ki, doğma adamlar gətirib zarə məni. 

2 avqust, 1998 

 



33 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 

 

 

 

 

İSMAYIL ZƏBİHDƏN

 

 

“Bir mehrsiz nigarı olan ağlar, ağlamaz? 

Namehriban düçarı olan ağlar, ağlamaz?” 

 

Ol şəm’ üzünü görməyə imkani olmayan, 



Hər ləhzə ahu zarı olan ağlar, ağlamaz? 

 

Ömründə bir kərə sevinib gülməyən könül, 



Qəm-qüssənin şikarı olan ağlar, ağlamaz? 

 

Göz yaşı içib əhli-vətən dərd, qəm yeyir, 



Bunca qara ruzgarı olan ağlar, ağlamaz? 

 

Fəqr əhli düşüb möhnətə, möhtacdı nakəsə, 



Birəhm şəhriyari olan ağlar, ağlamaz? 

 

Qorxur Sona göz yaşı bu dünyanı qərq edə, 



Zalımda ixtiyarı olan ağlar, ağlamaz? 

2 avqust, 1998 


34 

         



Sona Xəyal  

      

 

 

 

 

 

 

 

MƏŞƏDİXANIM LEYLADAN 

 

“Nedim, yarəb, nə çarə, məndən ol cananım ayrıldı, 



Bu hicrandidə canımdan o şirin canım ayrıldı” 

 

Bezikməzdim cəfasından, çəkərdim gizli hər dərdin, 



Könül, neyçün rəva gördün, qəmi-pünhanım ayrıldı? 

 

Başım üstdə bulud dolmuş, məgər rəngi al-əlvandır? 



Və ya gözdən axan yaşla cigərdən qanım ayrıldı? 

 

Züleyxayi-cəhan idim yanıb nari-məhəbbətdə, 



Fəqət, gün gəldi məndən Yusifi-Kən’anım ayrıldı. 

 

Qoşardi şə’nimə nəğmə mənə lay-lay çalıb sanki, 



Niyə öz körpəsindən Davudi-xoşxanım ayrıldı? 

 

Daha çıxdım beşikdən mən, ovunmam özgə laylayla, 



Qoyub meydanda tək-tənha məni, dörd yanım ayrıldı. 

 

Sona, altında torpaqdır, başın üstündə Allahın,  



Qoy ayrılsın bütün dünya, demə cananım ayrıldı. 

19 avqust, 1998 

 


35 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 

 

 

 

 

AĞABƏYİM AĞADAN 

 

Könlüm evini qoydu nigaran necə getdi? 

Etdi bəhanə bircə sözüm, yar bicə getdi. 

 

Baxdım yoluna, göz görəsi itdi gözümdən



Yandım, odumu görmədi heç, öyləcə getdi. 

 

Eşqin əsiri Məcnun idi, çöllərə yoldaş, 



Səhralara düşdüm, bu ömür bir kəcə getdi. 

 

Gördüm yuxu,  zülmət gecə, ulduzlar içində 



Bəxtim ki, göründü gözümə, san gecə getdi. 

 

Gördüm yarı mən gah yuxuda, gah da xəyalda, 



“Heç bilmədim ömrüm necə gəldi, necə getdi”. 

 

 

 

10 aprel, 1983 


36 

         



Sona Xəyal  

      

 

 

 

 

 

 

 

SƏMƏD VURĞUNDAN 

 

Yan, ey şəm, qoy olum pərvanə, eşqim aşikar olsun. 



“Əgər səndən dönər isəm, nəsibim ahü zar olsun”.   

 

Solub bağcam, uçub bülbül,  çətin bir də bahar olsun, 



Çətin bir də dönə dövran, məkanım ol diyar olsun, 

Bu hicran günləri qəlbimdə qoy dərdü qübar olsun, 

Sənə həsrət qalam, daim gözümdə intizar olsun. 

“Əgər səndən dönər isəm, nəsibim ahü zar olsun”. 

 

Dayan, ey  cərxi-kəcrəftar, demə fikrim şikayətdir,  



Göyə əl açmağım deyil bir acizlik, ibadətdir, 

Bu dünyaya gələndən məqsədim bir ol səyahətdir

Uyarsam fani dünyaya, mənə min dəfə ar olsun.  

“Əgər səndən dönər isəm, nəsibim ahü zar olsun”.  

 

27 noyabr, 2000 

 

 

                 



 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə