Sona xəyal


            Sona Xəyal



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə6/19
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#53901
1   2   3   4   5   6   7   8   9   ...   19

20 

         



Sona Xəyal  

      

 

 

 

 

 

 

 

XƏTAİDƏN 

 

Sənsiz, ey dil gör ki, bu könlüm necə qəmxanədir, 

Kimsəyə dərdin deməz, dərdi məgər bir danədir? 

 

Kim baxırsa, zahirən əlbət məni xoşbəxt sanır, 



Kimsə bilmir ki, içim bərbad olan bir xanədir. 

 

Adəmin övladları bax bir-birin düşmən bilir, 



Ta əzəldən fani dünya aqilə viranədir. 

 

Bu cahan mülkündə çox az rast gəlib aqil mənə, 



Kim ki, qəlbimdə özündən iz salıb, fərzanədir. 

 

Baş alıb getdin yenə sevda yoluyla, ey Sona, 



Bilmədin guya nəhayətdə yolum hicranədir? 

 

Şah Xətai məncə doğru söyləmiş bu fikri kim, 



“Bivəfalərdən məhəbbət istəyən divanədir”. 

 

14 asqut, 1998 



 


21 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 

 

 

 

 

FÜZULİDƏN 

 

 



“Qəm diyarındə əcəl peyki güzar etməz mənə

Yox sanır varım məgər kim, e’tibar etməz mənə?” 

 

Zülmdən etməm şikayət, var qəmin sal könlümə, 



Öylə bir dərd-qəm qalıbmı ruzigar etməz mənə? 

 

Eşqdə gəlməz hesaba naləsi aşiqlərin, 



Söylə, səhralar bu sirri aşikar etməz mənə? 

 

Qarlı çöldə eşqimi qəlbim qanıyla bəslədim, 



Bu zimistanı nədən rəbbim bahar etməz mənə? 

 

Yağsa neysan, eyləməz tə’sir axan qanım kəsə, 



Bu sağalmaz dərddə dərmanı yar etməz mənə? 

 

Eyləmə təklif mənə bir cam suyu, neylim ki mən, 



Öylə ki, od məndə var, ümman da kar etməz mənə. 

 

Bunca ki, dərdi çəkər, amma yenə söylər Sona, – 



Bu fələk gərdişidir, pərvərdigar etməz mənə. 

10 noyabr, 1994 

 


22 

         



Sona Xəyal  

      

 

 

 

 

 

 

 

HAMİDİDƏN 

 

Bəşərin dərdi böyük, halı yamandır, bilirəm. 

Görə bundan sora ağ gün, nagümandır, bilirəm. 

 

Hamının baxsan əgər üz-gözünə, qəm tökülür, 



Könlünü açsa mənə, dopdolu qandır, bilirəm. 

 

Hər kəsin əqli nə kəssə, danışır meydan ara



Azı doğru, çoxusu ağca yalandır, bilirəm. 

 

Kimə lazımdı çəkə  özgələrin dərdi-sərin, 



Çoxu da özgələri dərdə salandır, bilirəm. 

 

Tanıram mən fələyi, yüz yerə hərlətsə də qol, 



İstəsən çərxini lap tərsə dolandır, bilirəm. 

 

Sona, gəl yorma özün yerdəki qanunlar ilə, 



Hər nə göydə yazılıb, bir o qalandır, bilirəm. 

 

Beş yüz il öncə yazıb Hamidi bu misranı: 



“Göstərən yol bana, Mehdiyi-zəmandır, bilirəm” 

13 avqust, 1998  

 

 

 

 

 


23 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 

 

 

 

 

MƏSİHİDƏN 

 

“Əldən aldın, ey fələk, nəqdi-vüsali-yarımi, 



Eylədin ümman sirişki-çeşmi-gövhərbarımi”. 

 

Yaydı ahim atəşin badi-xəzan yad ellərə



Doğmalar tutmaz xəbər, bilməz nədən azarımi? 

 

Ey könül, bir də gülüstan seyrinə etmə həvəs, 



Görməsin qoy gözlərim xar ilə həmdəm yarımi. 

 

Gəl qaçaq burdan, könül, ta görməsün heç kəs bizi, 



Həm eşitməz olsun el fəryadımi, ah-zarımi. 

 

Bir daha meyl etmərəm gülşən ara bir həmdəmə 



Kim, yaxa atəşlərə ol gündüzümlə tarımi. 

 

Yox dəxi bu dəhrdə bir ehtiyacım kimsəyə, 



Bir heçəm, onsuz fələk almış, aparmış varımi. 

 

Yox Sona, zalım fələk hər nə alıbsa, şükr elə, 



Hər qədər sə’y eyləyibsə, almamışdır arımi. 

18 avqust, 1998 

 


24 

         



Sona Xəyal  

      

 

 

 

 

 

 

 

SAİB TƏBRİZİDƏN 

 

“Qəmi başdan aşanın olmaz ölümdən həzəri

Qurumuş bir çəmənə ildırımın yox xətəri”. 

 

Yandırıb gərdişi-dövran ki, məni kül eləmiş, 



Lap cəhənnəm odu olsun, külə olmaz əsəri. 

 

Varını yox bilənə yaş, quru birdir yəqin, 



Fərqi yox aşiq üçün hər hara olsa səfəri. 

 

Ey könül, bağlama bel əhli-bəşərdən olana



Sə’y et üstündə ola daima Allah nəzəri. 

 

Uyma dünya varına, həqqə tərəf tut üzünü, 



Həqq işin dəhrdə, həm baqidə olmaz zərəri. 

 

Tanrı saleh əməlin haqqını hökmən verəcək, 



Amma şəkk eyləmə gördükdə qəzavü qədəri. 

 

Sona, Allahə tərəf əl götürüb gözləyirəm, 



Axı, zülmət gecənin bir gün olur al səhəri. 

17 avqust, 1998 

 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə