Sona xəyal


          Nəzirələr, təzminlər, ithaflar



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə2/19
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#53901
1   2   3   4   5   6   7   8   9   ...   19

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

«hər  şey poeziyanın predmeti ola bilər, hər  şeydə poeziya var, onu 

yalnız tapmaq gərəkdir» kəlamının imkan daxilində  tətbiqinə rast 

gəlirik. Odur ki, aşiq-məşuq arasında, dost-aşna arasında hər cür ya-

lana, hiyləyə, saxtakarlığa qarşı  məhəbbət lirikasının hətta hissi-

emosional  misraları arasından sızıb gələn bir etiraza, tənə və təhrikə 

də yer verildiyinin əyani  şahidləri oluruq; bu qəbildən olan irili-

xırdalı bütün yazılarında müəllif buna nail olmağa cəhd göstərir. 



 

Cəlal Abdullayev 

f.e.d. professor 

 

* * * 

 

Əsas qayəsi "dünya, Vətən, məhəbbət" olan Sona Xəyal yaradıcılı-



ğında oxucu öz istək və arzularının, özünü narahat edən problemlərin 

bədii ifadəsini tapır. Sona Xəyal hər  şeydən  əvvəl səmimi olub, 

dərdlərini oxucu ilə bölüşür. "Sən demə qanana möhnətmiş dünya", - 

deyən Sona Xəyal da "anlamaq dərdi"ndən əziyyət çəkir. Elə anladığı 

üçündür ki, dünyadakı  ədalətsizliklər, dünyanın etibarsızlığı, yalan 

üstə qurulub, ləyaqətlilər üçün əzab, yaxşılar üçün pis olması, vicdanın 

susdurulması, qeyrətsizlik, satqınlıq onu darıxdırır, etirazına səbəb 

olur:  


Nijad Mikayılzadə 

t.e.n. dosent 

 

* * * 

 

Qəzəldən göründüyü kimi, Sona Xəyalın sevgi aləmi xəyal deyil, 



real həyatdır, onun gözəllikləridir, həqiqi insanlardır. Elə buna görə 

də onun həssas  şair qəlbi romantik qəzəllərlə  məhdudlaşa bilməzdi. 

O, yaşadığı anların tələb etdiyi poeziyasını (bu istər şən, istər kədərli 

olsun) qələmə almalı idi. Şair belə  də etmişdir, onun qəzəllər 

“Divan”ında həyatın reallığı poeziya güzgüsündə aydın-aşkar görü-

nür.... Sona Xəyal şairdir. O, təkcə qəzəl yazmamış, poeziyanın müx-

təlif forma və  vəznlərində  də gözəl  şeirlər yazmışdır. Onun heca 

vəznində yazdığı qoşmalar, uşaqlar üçün yazdığı kiçik tərbiyəvi 

şeirlər də Sonanın  şair ilhamından xəbər verir. Biz buraya Sonanın 

elmi əsərlərini də əlavə etsək, deyə bilərik ki, o bu dünyaya elm və 

ədəbiyyat üçün gəlmişdir.  

Balaş Azəroğlu 

xalq şairi 



         



Sona Xəyal  

      

 

 

* * * 

 

Mənə bağışladığın «Göylər yazdı  eşqimizi adlanan kitabda, top-



lanmış  şeirlər sənin qəlbində toplanmış sevgilərin salnaməsidir, 

günbəgün, ilbəil... Bu gündən keçmişə gedir, keçmişdən bu günə gəl-

mir. Varaqladıqca hər il Sən daha gənc, daha cazibədar, daha çılğın 

olursan. O yumruq boyda ürəyində nə dərdlər varmış, Allah, Allah! 

Sən klassik şeirimizin gözəl bilicilərindən birisən. O səbəbdən 

sənin məhəbbət poeziyan, o kökdə bitən təzə pöhrələrdir,--incə, zərif, 

səmimi, cəsarətli,  Şərqdən su içmiş, nəşvü numa tapmtş, hissiyat. 

Hər biri bir şərqidir, hər biri bir türküdür bu şeirlərin! 



Fikrət Sadıq 

şair 

 

* * * 

 

Çoxsahəli, çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan Sona 



Xəyal  şair kimi lirikdir. Dərin, psixoloji lirizm onun şairlik dünya-

sının, şeir-sənət aləminin ən ümdə xassəsi, ən mühüm xüsusiyyətidir. 

Onun lirikası lirik «məni»ni, demək olar ki, bütün cəhətlərdən 

açıqlayır, arzu, xəyal və istəklərini, fikir, düşüncə  və duyğularını, 

hiss və həyəcanlarını, bütövlükdə əhval-ruhiyyəsini ən münasib for-

malarda  əks etdirir. Bu lirik «mən»-qəhrəman isə  şairin, yəni Sona 

Xəyalın özüdür. Onun zahirən sakit bir ovqatla yazıldığını söylə-

məyə daha çox haq verən  şeirlərində fikir, düşüncə  və duyğuların 

daxili və  dəruni bir gərginlikdən yarandığını söyləmək lazım gəlir. 

Bu baxımdan Sona Xəyalın şeirləri onun özünə çox bənzəyir. Onun 

sakit və  səmimi baxışlar altında narahat qəlbinin çırpıntılarını ilk 

təmasdan duymaq, anlamaq asan deyil. Sona Xəyalın klassik əruzun 

müxtəlif bəhrlərində, hecada yazdığı  şeirləri, sərbəst  şeirləri də 

belədir. Bu şeirlərdə  qəlbin müxtəlif hallarını görə bilmək, hiss edə 

bilmək, duya bilmək üçün onları bircə dəfə yox, bəzən təkrar, hətta  

dönə-dönə oxumaq lazım gəlir.  Şairin elə  şeirləri var ki, ona hər 

dönüşdə, hər yeni oxunuşda yeni assosiasiyalar, intibalar oyatmış 

olur. Belə  şeirlər müləlifinin könül dünyasının, ruhi vəziyyətinin, 

halının və istəyinin ifadəsi kimi daha güclü təsirə malik olur. 

 

Tofiq Hüseynoğlu 

f.e.d. professor 



       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

* * * 

 

Kövrək duyğular  şairi, yazıçı, istedadlı alim Sona Xəyalla  һər 



dəfə söhbətləşəndə etiraf edirəm ki, daxilən zənginləşirəm. Həyatın 

gündəlik sosial-məişət qayğılarından uzaqlaşıram. Yüksək insani 

duyğu və düşüncələr ovqatı ilə köklənirəm. Dağ yamacları, ormanlar, 

çəmənliklər kimi һər bir insanın da özünəməxsus aurası vardır. 

Sonanın təbiətindən ya-ranan aura şəfqət, qayğı, mərhəmət aurasıdır. 

Bu mühitdə həmsöhbət özünü çox rahat hiss edir, bütün pisliklərdən 

təmizlənmək istəyir. Bu xüsusiyyət onun poeziyasına da xasdır.   

Allahşükür Qurbanov 

f.e.n. türkoloq 

 

* * * 

 

Sona Xəyalın imzası  şair, publisist, tədqiqatçı kimi oxuculara 



yaxşı tanışdır. Son illərdə daha çox monoqrafiyalar müəllifi kimi 

yadda qalan qələm dostumuz əslində  ədəbiyyata  şeirlə  gəlib və bu 

gəlişin davamı kimi yaxın zamanlarda nəşr etdirdiyi "Kimsəsiz bən-

dəyəm" (Bakı, "MBM", 2008) adlı  şeirlər kitabı müəllifin poetik 

düşüncəsindən, həyata obrazlı baxışından xəbər verir. 

Adil Cəmil 

f.e.n. şair 

 

* * * 

 

Duyğulu taleyi özü ilə birgə doğulubdur. Heç kəsdən seçilmək is-



təməsə də, sirlə, ovsunla dolu şeirləri onu orijinal bir şair kimi tanı-

dıb. Poeziyasından gələn həyatın dadı, tamı bu məmləkətin dörd bir 

tərəfinə yayılıb və yayıldıqca özü ilə bir ad yaşayıb: şair Sona Xəyal! 

Sona Xəyal  şeirinə  məftunluq  ən  əvvəl onun poeziyasındakı 

səmimiyyətdən irəli gəlir. Bəlkə elə bu səmimiyyət həyatdan Sona 

Xəyal şeirinə hopub. 

Xəyalları rak, nurlu olan Sona Xəyal xəyalları ilə çarpışır, həqıqət 

çırağı ilə həqiqətı bu həyatda, bu dünyada yox, elə xəyallarda axtarır. 



Daşdəmir Əjdəroğlu 

“Azərbaycan qəzetinin əməkdaşı” 

 

* * * 

 

Sona Xəyal poeziyası özündə ehtiva etdiyi və qoruduğu dil zəngin-



liyi, milli qürur, mənəvi özünüdərk, klassik ənənə  təntənəsinin uca 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə