Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə93/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   89   90   91   92   93   94   95   96   ...   138

Mərkəzi  Komitəsinin  ikinci  katibi  V.Konovalovun,  şöbə  müdi­

ri  M.Əsədovun  iştirakına  baxmayaraq,  ermənilər  Ermənistana 

birləşmək  istədiklərini  açıq  şəkildə  bəyan  etdilər.  Xocalının 

sabiq  icra  başçısı  Elman  Məmmədov  bildirir  ki,  həmin  yığın­

caqdan  çıxıb  Xocalıya  gəldikdən  sonra  ağsaqqallar  və  ziyalı­

larla  təcili  görüş  keçirərək  vəziyyəti  müzakirə  edib.  Elə  həmin 

gündən  Xocalının  və  ətraf  kəndlərin  müdafiəsi  üçün  Müdafiə 

Komitəsi  yaradıldı.  Həmçinin  Xocalının  müdafiəsi  məqsədi  ilə 

müdafiə  postları  formalaşdırıldı.  Bu  postlara  çıxan  dəstələrin 

isə  silahları  yalnız  ov  tüfənglərindən  ibarət  idi.  Ermənilərin 

Xocalı  və  bütövlükdə  Dağlıq  Qarabağ  üçün  yaratdığı  təhlükə 

ilə  bağlı  Bakıya,  Moskvaya  saysız-hesabsız  teleqramlar  vurulsa 

da,  nəticə  görünmürdü.

Belə  bir  vaxtda  Ermənistanda  yaşayan  azərbaycanlıların  və­

ziyyəti  getdikcə  ağırlaşırdı.  Ermənistanda  repressiyaya  məruz 

qalan  və  tarixi  ata-baba  yurdlarından  qovulan  soydaşlarımız 

Azərbaycana  pənah  gətirərək  ölkənin  müxtəlif  yerlərində,  o 

cümlədən  Xocalıda  məskunlaşdılar.  Onlara  Xocalı  rəhbərliyi 

tərəfindən  torpaq  sahəsinin  ayrılmasını  isə  nə  Əsgəran,  nə  də 

Xankəndi  qəbul  edir  və  bu  qərarı  özbaşınalıq  kimi  qiymətlən­

dirirdilər.

Ümumiyyətlə,  Dağlıq  Qarabağ  münaqişəsinin  ilk  günlərin­

dən  etibarən  Xocalı  bu  problemin  ağırlıqlarını  öz  üzərində  hiss 

edirdi.  Ermənistandan  qovulmuş  soydaşlarımızın  və  Fərqanə- 

dən  olan  Axıska  türklərinin  böyük  bir  dəstəsi  məhz  Xocalıya 

pənah  gətirmişdi.  1.500  Ermənistan  qaçqını  və  495  Axıska 

türkü  Xocalıda  məskunlaşmış,  onlara  torpaq  sahəsi  ayrılmış, 

evlər  tikilmişdi.  Bu  dövrdə,  ümumiyyətlə,  Xocalıda  tikinti- 

quruculuq  işləri  geniş  vüsət  alırdı.  Belə  ki,  1988-ci  ilin  oktyab­

rında  Azərbaycan  hökuməti  tərəfindən  Xocalının  sosial  inki­

şafına  dair  xüsusi  qərar  qəbul  edilmişdi.  Bu  qərarla  əlaqədar 

ölkənin  müxtəlif  rayonları  Xocalıya  və  bütövlükdə  Qarabağa 

kömək  göstərirdi.  Azərbaycanın  rayonlarından  Xocalıya  tikinti

298



materialı  daşınır,  işçi  qüvvəsi  gəlirdi.  Xocalı  sürətlə  tikilir,  ge­

nişlənir  və  gözəl  bir  şəhərə  çevrilirdi.

Ancaq  təəssüf  ki,  bu  dövrdə  Ermənistandan  olduğu  kimi, 

Kremlin  xeyir-duası  ilə  Dağlıq  Qarabağdan  da  azərbaycanlı­

ların  sıxışdırılıb  çıxarılması  prosesinə  start  verilmişdi.  Təkcə 

Xankəndidən  18  min  azərbaycanlı  qovuldu.  Xankəndini  tərk 

etməyə  məcbur  qalan  azərbaycanlıların  bir  qismi  yenə  də  pə­

nah  yeri  kimi  Xocalıya  üz tutdu.  Azərbaycanın  o vaxtkı  rəhbər­

liyi  hadisələrə  fəal  müdaxilə  etmək  əvəzinə  Kremldən  gələn 

əmrlər  əsasında  hərəkət  edir,  xalqın  taleyinə  biganə  yanaşma­

ğa  üstünlük  verirdilər.

Xocalıya  ilk  böyük  hücum

Belə  bir  vaxtda  Dağlıq  Qarabağda  yaşanan  qarşıdurmanın 

xarakterik  xüsusiyyətlərindən  biri  də  yollarda  «daş  müharibə- 

si»nin  getməsi  idi.  Bu  müharibə  əsas  etibarilə  Xankəndi-Xoca- 

lı-Əsgəran  arasında  özünü  göstərirdi.  Həmin  istiqamətdə  ke­

çən  yoldan  azərbaycanlılara  məxsus  avtomobilləri  ermənilər 

daşa  tutur,  onları  əzir,  sahiblərinə  müxtəlif xəsarətlər  yetirirdi­

lər.  Bunun  əvəzi  isə  daha  çox  Əsgərandan  Xankəndiyə  və  ya 

əks  istiqamətdə  hərəkət  edən  və  beləliklə  Xocalıdan  keçmək 

məcburiyyətində qalan ermənilərə  məxsus avtomobillərdən  çı­

xılırdı.  Elə  bu  səbəbdən  ermənilər Xocalı  maneəsinin  mümkün 

qədər  tez  neytrallaşdırılmasına  çalışır  və  kiçik  bir  həmlə  ilə 

Xocalını  məhv  edəcəklərinə  inanırdılar.  Elə  bu  fikirlə  1988-ci 

il  sentyabrın  18-də  Xankəndidə  keçirilən  nümayiş  meydanın­

dan  12  minə  qədər  erməni  10  kilometrlik  bir  məsafəni  piyada 

qət  edərək  Xocalıya  tərəf  üz  tutdu.  Ermənilərdən  irəlidə  isə 

4  «KrAZ»  və  «KamAZ»  markalı  yük  avtomobilləri  gəlirdi.  O 

da  məlum  olmuşdu  ki,  ermənilərin  arasında  xüsusi  təlim  keç­

miş  döyüşçülər  var.  Bundan  başqa,  ermənilər  benzin  doldu­

rulmuş  butulkalarla,  ucu  itilənmiş  dəmirlərlə  silahlanmışdılar.

299



Lakin  bunlar  Xocalı  sakinlərini  qorxutmadı.  Əksinə,  Xocalıya 

iki  kilometr  qalmış  ermənilərə  qarşı  az  bir  qüvvə  ilə  həmləyə 

keçən  xocalılılar  erməniləri  geri  oturtclular.  Sonradan  isə  mə­

lum  olmuşdu  ki,  həmin  vaxt  ermənilər  arasında  yaşanan  qar­

maqarışıqlıq  nəticəsində  onlardan  27-si  ölmüş,  100-dən  çoxu 

isə  yaralanmışdı.  Hadisənin  səhərisi  günü  Zori  Balayan  «YAK- 

140»  təyyarəsilə  12  nəfər  həkimlə  birlikdə  Ermənistandan  Ste- 

panakertə  (Xankəndi)  gəldi.  Yalnız  sentyabrın  21-də  Mərkəzi 

Komitə  Bakıdan  Xocalıya  nümayəndə  heyəti  göndərdi.  Lakin 

bu  nümayəndələr  daha  çox  ermənilərin  əzişdirilməsinə  görə 

öz  iradlarını  bildirirdilər.  Hadisədən  az  sonra  mərkəzdən  gə­

lən  istintaq  qrupu  baş  verənlərə  görə  bir  neçə  Xocalı  sakininin 

həbsinə  dair  qərar  çıxardı.  Elə  bundan  sonra  yollarda  və  digər 

məntəqələrdə  keşik  çəkən  sovet ordu  qüvvələri  erməniləri  Xo­

calı  sakinlərindən  müdafiə  etməyə  daha  çox  diqqət  yetirirdi. 

Bu  dövrdə  artıq  «daş  müharibəsi»  intensivləşir  və  odlu  silah­

lardan  daha  geniş  istifadə  olunurdu.  Həmin  dövrdə  Yerevan­

dan  Xocalı  aeroportuna  edilən  gündəlik  reyslərin  sayı  30-a 

çatırdı.  Bu  təyyarələr  vasitəsilə  ermənilər  Xankəndiyə  hərbi 

sursat  daşıyırdılar.  Ancaq  sonradan  Xocalı  polisinin  fədakar 

əməyi  sayəsində  Ermənistandan  gələn  reyslərin  sayı  4-ə  qədər 

azaldı.  Hətta  Moskvanın  bu  məsələyə  qəti  etirazını  bildirmə­

sinə  baxmayaraq,  Xocalı  polisi  inadından  dönmədi  və  sərnişin 

reyslərindən  başqa  heç  bir  yük  təyyarəsinin  Xocalı  aeroportu­

na  enməsinə  yol  vermədi.

Beləliklə,  Dağlıq  Qarabağ  münaqişəsi  fonunda  ermənilə­

rin  əsas  hədəflərindən  biri  olaraq  Xocalını  seçməsi  heç  də 

təsadüfi  deyildi.  Ermənilərin  Xocalı  şəhərini  hədəfə  almaqda 

əsas  məqsədi  bir  tərəfdən  Qarabağın  dağlıq  hissəsində  azər­

baycanlılardan  ibarət  olan,  strateji  əhəmiyyətli  maneəni  ara­

dan  qaldırmaq  idisə,  digər  tərəfdən  ümumiyyətlə  Xocalını  yer 

üzündən  birdəfəlik  silmək  idi.  Öz  miqyasına  və  dəhşətlərinə 

görə  dünya  tarixində  analoqu  az  olan  Xocalı  soyqırımını  törət-

зоо



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə