Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə95/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   91   92   93   94   95   96   97   98   ...   138

müdafiə  olunurdular.  Şəhərin  müdafiəsi  əsasən  avtomat  və  ov 

əri  ilə silahlanmış yerli  özünümüdafiə dəstəsi, yerli  milis 

qüvvələri  və M illi  Ordunun  döyüşçülərindən təşkil  olunmuşdu. 

Fevralın  ikinci  yarısından  başlayaraq  erməni  silahlı  dəstələrinin 

mühasirəsinə  alınmış  Xocalı  hər  gün  toplardan,  ağır  texnika­

dan  atəşlərə,  erməni  dəstələrinin  həmlələrinə  məruz  qalırdı. 

Şəhəri  əhatə  edən  Daşbulaq,  Mehdikənd,  Ballıca,  Həsənabad, 

Pirəməki,  Noraguh  və  Mirzəcan  kəndlərinə  avtomat və  pulem­

yotlarla  silahlanmış  yüzlərlə  erməni  yaraqlısı,  «Alazan»  raket 

qurğuları,  PDM,  ZTR  və  tanklar  cəmlənmişdi.  Qüvvələrin  əsas 

hissəsi  isə  Xankəndidə  və  Əsgəranda  əmrə  hazır  dayanmış­

dı.  Həmin  dövrdə  şəhərdə  hələ  3  min  nəfər  yerli  əhali  olsa 

da,  Xocalıya  vertolyot  da  göndərilmirdi.  Ermənilər  istər  canlı 

qüvvə,  istərsə  də  hərbi  texnika  və  silah  cəhətdən  xocal

1

1Mar­


dan  müqayisəedilməz  dərəcədə  üstün  idi.  Buna  rəğmən  ölkə 

rəhbərliyi  şəhərin  xilası  istiqamətində  heç  bir  addım  atmırdı.

Halbuki  düşmənin  Xocalını  yeni  əsas  hədəf kimi  seçməsi  və 

buraya  hücuma  hazırlaşması  barədə  şəhərdə  olanlar  tərəfin­

dən  o  vaxtkı  Azərbaycan  rəhbərliyinə  lazımi  məlumatlar veril­

mişdi.  Baş  verənlərdən  mərkəzi  hakimiyyət tam  məlumatlı  idi. 

Lakin  hər  hansı  qabaqlayıcı  tədbir  görülmədi.  Digər  tərəfdən, 

həmin  vaxtlar  hakimiyyətə  gəlmək  istəyən  AXC  də  bir  tərəf­

dən  hakimiyyəti  iflic  vəziyyətinə  salmışdı.  İqtidardakı  qüvvə 

hakimiyyəti  qoruyub  saxlamaq,  AXC  də  hakimiyyətə  gəlmək 

istəyirdi.  Bakıda  başlar  hakimiyyət  davasına  qarışdığından 

təkcə  Xocalı  yox,  bütün  Qarabağ  taleyin  ümidinə  buraxılmış­

dı.  Belə vəziyyət erməniləri  daha da  şirnikləndirir,  Xocalını  ələ 

keçirmək  planlarının  daha  tez  həyata  keçirilməsi  üçün  onlara 

sanki  bir  stimul  verirdi.

Yaranan  vəziyyətdən  maksimum  dərəcədə  faydalanmağa 

çalışan  ermənilər  Xocalını  daha  tez  ələ  keçirməyə  səy  göstə­

rirdilər.  1992-ci  il  fevralın  25-də  saat  22  radələrində  Ermənis­

tandan  Azərbaycan  Respublikası  ərazisinə  qanunsuz  keçirilmiş

304



silahlı  qüvvələr,  habelə  Dağlıq  Qarabağın  millətçi  ermənilə­

rindən  təşkil  olunmuş  qanunsuz  silahlı  birləşmələri  keçmiş 

SSRİ  Müdafiə  Nazirliyinin  366-cı  motoatıcı  alayının  komandir 

heyəti  və  hərbi  texnikası  ilə  birgə  Xocalı  şəhərinə  hücuma 

keçdilər.  Hücumda  366-cı  alayın  komandiri  Zarviqorov  Yuri 

Yuryeviç  və  mayor  Ohanyan  Seyran  Muşeqoviçin  komandan­

lığı  altında  alayın  2-ci  batalyonu,  Nabokix  Yevgeni  Aleksan- 

droviçin  komandanlığı  altında  3-cü  batalyonu,  həmçinin  1-ci 

batalyonun  qərargah  rəisi  Çitçiyan  Valeriy  İsaakoviç,  habelə 

alayda  xidmət  edən  50-dən  çox  erməni  və  digər  millətlərdən 

olan  zabit  və  gizirlər  iştirak  edirdilər.  Eyni  zamanda,  hücum 

zamanı  90-dan  çox  tank,  piyadaların  döyüş  maşını,  top,  D-30 

qaubitsası  və  digər  müasir  hərbi  texnikadan  istifadə  olundu. 

Hücumdan  əvvəl  şəhər  şiddətli  artilleriya  atəşinə  tutuldu. 

Güclü  artilleriya  atəşi  şəhərdə  olan  müdafiə  postlarını  və 

müdafiə  nöqtələrini  sıradan  çıxardı.  Şəhəri  artilleriya  atəşinə 

tutduqdan  sonra  gecə  saat  1-dən  başlayaraq  4-ə  qədər  piyada­

ların  şəhərə  daxil  olması  davam  etdi.  Şəhərdə  axırıncı  müqa­

vimət  məntəqəsi  səhər  saat  7-də  susduruldu.  Bu  işdə  yenə  də 

366-cı  alayın  texnikasından  geniş  şəkildə  istifadə  olundu.

Beləliklə,  ermənilər  çoxsaylı  ağır  tanklar,  PDM  və  zireh­

li  transportyorların  müşayiətilə  Xocalını  ələ  keçirdilər.  Onlar 

şəhərə  daxil  olduqdan  sonra  dinc  əhalini  xüsusi  amansızlıq­

la  qətlə  yetirməyə  başladılar.  Bu  zaman  azğınlaşmış  düşmən 

mülki  əhaliyə,  o  cümlədən  qadınlara,  uşaqlara,  qocalara  aman 

vermədən,  qarşılarına  çıxan  insanlara  müxtəlif çaplı  odlu  silah­

lardan  atəş  açır,  tank,  PDM  və  digər  texnikanın  altına  salaraq 

əzməklə  qətlə  yetirirdilər.  Qanunsuz  erməni  silahlı  qüvvələri 

mühasirədən  çıxıb  qaçmağa  müvəffəq  olmuş  azərbaycanlıları 

milli  mənsubiyyətlərinə  görə  yollarda,  keçidlərdə,  meşələrdə 

təqib  edərək  vəhşicəsinə  öldürürdülər.  Habelə  azğınlaşmış 

erməni  hərbçiləri  əsir  və  girov  götürdükləri  azərbaycanlıları 

xüsusi  amansızlıqla,  işgəncə  verərək  qətlə  yetirirdilər.  Müha-

305



şirədən  çıxıb  qaçmağa  müvəffəq  olan  sakinlər  təqib  edilərək 

Kətik  meşəsində,  Naxçıvanik  yolunda,  Qaraqaya  ətrafında, 

Dəhraz  kəndi  yaxınlığında,  Şelli  istiqamətində,  Əsgəran  asfalt 

yolunun  86-cı  kilometrliyində  və  digər  ərazilərdə  amansızlıq­

la  öldürüldü.  Əsir  götürülənlərdən  18  nəfəri  Əsgəran  Rayon 

Daxili  İşlər  Şöbəsində  işgəncə  verilməklə  qətlə  yetirilmişdilər.

Hücum  zamanı  dinc  əhaliyə  qarşı  ağlasığmaz  vəhşiliklər 

törədilir,  dözülməz  işgəncələr  verilir,  insanların  başlarının  də­

risi  soyulur,  müxtəlif  əzaları  kəsilir,  gözləri  çıxarılırdı.  Habelə 

qadınların  qarınları  yarılır,  adamlar  diri-diri  torpağa  basdırılır 

və  ya  yandırılır,  meyitlər  zorakılığa  məruz  qalırdı.  Xocalıda 

mülki  əhalinin  düşünülmüş  şəkildə  qətlə  yetirilməsini  sübut 

edən  çoxsaylı  faktlardan  biri  də  budur  ki,  həmin  gün  əhalinin 

qaçıb  qurtarmaq  istəyən  xeyli  hissəsi  ərazidən  çıxış  yollarında 

əvvəlcədən  xüsusi  hazırlanmış  pusqularda  güllələnmişlər.

Faciənin törədilməsinə xeyir-dua verənlər sırasında  Ermənis­

tanın  sabiq  prezidentləri  Levon  Ter-Petrosyan,  Robert  Koçar- 

yan  və  işğalçı  ölkənin  indiki  dövlət  başçısı  Serj  Sarkisyan  da 

yer  alır.  Hələ  1992-ci  ildə  erməni  ordusuna  müraciətində  Le­

von  Ter-Petrosyan  deyirdi:  «Siz  ermənilər  düşməni  öldürərkən 

ürəyiyumşaqlıq  göstərməməlisiniz.  Dağlıq  Qarabağda  azər­

baycanlı  deyilənləri  qırıb  qurtarana  və  orada  öz  sivilizasiyamı­

zı  bərqərar  edənə  qədər  sizin  düşmənə  yazığınız  gəlməməli­

dir».  Dağlıq  Qarabağ separatçılarına  rəhbərlik edən  Robert  Ko- 

çaryan  da  eyni  mövqeyin  sahibi  idi.  Ermənistan  prezidenti  Serj 

Sarkisyan  isə  1992-ci  ildə  Xocalı  soyqırımını  törədən  qüvvə­

lərin  komandanlarından  olub,  bu  qüvvələri  təşkilatlandıraraq 

yüzlərlə  insanın  ölüm  əmrini  verib  və  beləliklə,  soyqırımıda 

birbaşa  iştirak  edib.  Bu  mənada  Sarkisyanın  Tomas  de  Vaalın 

«Qara  bağ»  kitabında  yer  alan  aşağıdakı  fikirləri  də  çox  şey 

deyir:  «Xocalıya  qədər azərbaycanlılar elə  bilirdilər  ki,  bizimlə 

zarafat  etmək  olar,  onlar  elə  fikirləşirdilər  ki>  ermənilər  dinc 

əhaliyə  əl  qaldırmazlar.  Biz  o  stereotipi  sındırdıq».

306



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə