Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə96/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   92   93   94   95   96   97   98   99   ...   138

Faciə  baş  verən  gün  əsasən  qadınlar,  uşaqlar və  qocalardan 

ibarət  dəstə  Qaraqaya  tərəfə  üz  tutaraq  Əsgəranın  qarşısın­

da,  meşədə  gizlənmişdi.  Adamlar  gecə  şaxtalı  havada  səhərə 

qədər  dayanıb  gözlədikdən  sonra  dan  yeri  ağaran  zaman  me­

şədən  çıxıb  Ağdama  tərəf  hərəkət  etmək  istəyəndə  pusquda 

dayanan  ermənilərin  güllələrinə  tuş  gəldilər.  Təlaş  və  vahimə 

içərisində  qaçan  adamların  bir dəstəsi  böyük çətinliklə  Dəhraz 

kəndinə  gəlib  çıxsa  da,  burada  yenə  silahlı  ermənilər  tərəfin­

dən  kütləvi  şəkildə  qətlə  yetirildilər,  əsir  götürüldülər.  Kətik 

meşəsinə qaçanlardan  da xeyli  insan  qətlə yetirildi.  Silahsız  in­

sanlara  qarşı  kütləvi  qətllər  törədən,  soyqırımı  həyata  keçirən 

ermənilər  ən  vəhşi  üsullardan,  işgəncə  metodlarından  istifadə 

edirdilər.  Bununla  kifayətlənməyərək  öldürülmüş  insanların 

meyitlərinin  başına  da  min  bir  oyun  açdılar.

Baş  verənləri  Xocalı  sakinləri  belə  xatırlayır:

Camal  Heydərov:  «Qaraqaya  deyilən  yerin  yaxınlığındakı 

fermanın  2  kilometrliyində  eybəcər  hala  salınmış  xeyli  azər­

baycanlı  meyiti  var  idi.  Qətlə  yetirilmiş  uşaqların  sinəsini  yarıb 

ürəklərini  parçalamış,  əksər  meyitlər  isə  tikə-tikə  doğranmış­

dı.  Şahin  Heydərov  Naxçıvanik  kəndi  yaxınlığında  80-ə  yaxın 

meyit  görmüşdür.  Meyitlər  qorxulu  vəziyyətə  salınmış,  başları 

kəsilmişdi.  Hümbətov  Cəlilin  gözu  qarşısında  ermənilər  həyat 

yoldaşı  Firuzə,  oğlu  Muğan,  qızı  Simuzər  və  gəlini  Südabəni 

güllələmişdilər».

Kübra  Paşayeva  Kətik  meşəsinə  girəndə  ermənilərin  müha­

sirəsinə  düşmüşdü.  Gizləndiyi  kolluqdan  həyat  yoldaşı  Şura 

Paşayevin,  oğlu  Elşadın  güllələnməsinin  şahidi  olmuşdur.  Xo­

calı  işğal  edilən  zaman  Xəzəngül  Əmirovanın  ailəsini  erməni 

silah1

1

lari  bütünlüklə  girov  götürmüşlər.  Ermənilər  Xəzəngiilün 



anası  Rayam,  7  yaşlı  bacısı  Yeganəni  və  xalası  Göycəni  güI- 

lələyib,  atası  Əmirov  Təvəkkülü  isə  benzin  tökərək  yandır­

mışlar.  Zoya  Əliyeva  150  nəfərə  qədər  adamla  3  gün  meşədə 

qalıb.  Meşədə  Zoyanın  yanında  Əhmədova  Dünya  və  onun

307



bacısı  Giilxar  donub  ölmüşlər.  Səidə  Kərimovanın  qızı  Nəza­

kəti,  yanında  olan  Tapdığı,  Səadəti,  İradəni  işgəncə  ilə  qətlə 

yetirmişlər.  Səriyyə  Talıbova  isə  belə  bir  dəhşətli  hadisənin 

şahidi  olmuşdu:  «Bizi  erməni  qəbiristanlığına  gətirdilər...  Bu­

rada  erməni  döyüşçüsünün  qəbri  üstündə  4  Məhsəti  türkünü 

və  3  azərbaycanlını  qurban  kəsdilər...  Sonra  valideynlərinin 

gözü  qarşısında  uşaqlarına  işgəncə  verdilər  və  öldürdülər... 

Az  sonra  M illi  Ordunun  formasında  2  azərbaycanlı  gətirdilər, 

ucu  iti  dəmirlə  onların  gözlərini  çıxartdılar».  Faciə  bas  verən

O  


^  

-

zaman  11  yaşı  olan  Ramil  Həsənov  xatırlayır  ki,  «dostlarım 



Elçin  və  Elgizin  meşədə  necə  öldüklərini  yadımdan  çıxara  bil­

mirəm,  onların  ayaqları  donmuşdu,  bizimlə  qaça  bilmirdilər, 

lal-dinməz  qarın  üstündə  uzanmışdılar  və  yavaş-yavaş  gözlə­

rini  yumurdular».

Həmin  dövrdə  Xocalıdan  Ağdama  gətirilmiş  181  meyit (130 

kişi,  51  qadın,  onlardan  13-ü  uşaq)  məhkəmə-tibbi  ekspertiza­

dan  keçirilmişdir.  Nəticədə  müəyyən  edilmişdir  ki,  151  nəfər 

güllə,  20  nəfər  qəlpə,  10  nəfər  küt  alətlərlə  öldürülüb,  me­

yitlərin əksəriyyətinin  baş dəriləri  soyulub,  burunları,  qulaqları 

və  digər orqanları  kəsilib.

Törədilən vəhşilikləri  sonradan  ermənilər özləri  də  açıq  eti­

raf  edirdilər.  Qarabağ  hadisələrinin  iştirakçısı,  ermənilərin  ən 

çox  sevdiyi  ideoloqlarından  biri  yazıçı  Zori  Balayan  «Ruhu­

muzun  dirçəlişi»  adlı  kitabında  Xocalıda  törətdikləri  soyqırımı 

haqqında  yazın  «Biz  Xaçaturla  ələ  keçirdiyimiz  evə  girərkən 

əsgərlərimiz  13  yaşlı  bir türk  uşağını  pəncərəyə  mismarlamış- 

dılar.  Türk  uşağı  çox  səs-küy  salmasın  deyə  Xaçatur  uşağın 

anasının  kəsilmiş  döşünü  onun  ağzına  soxdu.  Daha  sonra  13 

yaşındakı  türkün  başından,  sinəsindən  və  qarnından  dərisini 

soydum.  Saata  baxdım,  türk  uşağı  7  dəqiqə  sonra  qan  itirə­

rək  dünyasım  dəyişdi.  Ruhum  sevincdən  qürurlandı.  Xaçatur 

daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və 

bu  türklə  eyni  kökdən  oian  itlərə  atdı.  Axşam  eyni  şeyi  daha



3  türk  uşağına  etdik.  Mən  bir  erməni  kimi  öz  vəzifəmi  yeri­

nə  yetirdim.  Bilirdim  ki,  hər  bir  erməni  hərəkətlərimizlə  fəxr 

duyacaq».

Daha  bir  erməni  müəllif,  yazıçı-jurnalist  David  Xerdiyan 

da  Xocalıda  ermənilərin  azərbaycanlıların  başına  gətirdikləri 

müsibətləri  «Xaç  uğrunda»  kitabında  fəxrlə  xatırlayır:  «Səhərin 

soyuğunda  biz  Daşbulaq  yaxınlığındakı  bataqlıqdan  keçmək 

üçün  ölülərdən  körpü  düzəltməli  olduq.  Mən  ölülərin  üstündə 

getmək  istəmədim.  Bunu  görən  podpolkovnik  Ohanyan  mənə 

işarə  etdi  ki,  qorxmayım.  Mən  ayağımı  9-11  yaşlı  qız  meyiti­

nin  sinəsinə  basıb  addımlamağa  başladım.  Mənim  ayaqlarım 

və  şalvarım  qan  içində  idi...  Martın  2-də  «Qaflan»  erməni 

qrupu  türklərin  cəsədlərini  toplayıb  ayrı-ayrı  hissələrlə  Xoca­

lının  1  kilometrliyində  yandırdı.  Axırıncı  yük  maşınında  mən 

başından  və  qollarından  yaralanmış  təxminən  10  yaşlı  bir  qız 

uşağını  gördüm.  Diqqətlə  baxanda  gördüm  ki,  o,  yavaş-yavaş 

nəfəs alır.  Soyuğa,  aclığa və  ağır yaralanmasına  baxmayaraq, o 

hələ  də  sağ  idi.  Ölümlə  mübarizə  aparan  bu  uşağın  gözlərini 

mən  heç vaxt yaddan  çıxarmayacağam.  Sonra  Tiqranyan  fami- 

liyalı  bir  əsgər  onun  qulaqlarından  tutub  artıq  üzərinə  mazut 

tökülmüş cəsədlərin  içərisinə  atdı.  Daha  sonra  onları  yandırdı­

lar.  Tonqaldan  ağlamaq  və  irndad  səsləri  gəlirdi».

Baş  verən  bu  dəhşət  haqqında  dünya  mediasında  aşağıdakı 

fikirlər  yer  almışdı:  «Krua  l'Eveneman»  jurnalı  (Paris):  «Er­

mənilər  Xocalıya  hücum  etmişlər.  Bütün  dünya  eybəcər  hala 

salınmış  meyitlərin  şahidi  oldu.  Azərbaycanlılar  çoxlu  sayda 

ölənlər barədə  xəbər verirlər».

«Sandl  Tayms»  qəzeti  (London),  1  mart  1992-cl  il:  «Ermə­

ni  əsgərləri  minlərlə  ailəni  məhv etmişlər».

O  

>

«Faynənşl  Tayms»  qəzeti  (London),  9  mart  1992-cl  /7; 



«Ermənilər  Ağdama  tərəf  gedən  dəstəni  güllələmişlər.  Azər­

baycanlılar  1.200-ə  qədər  cəsəd  saymışlar.  Livanlı  kinoope- 

rator  təsdiq  etmişdir  ki,  onun  ölkəsinin  varlı  daşnak  icması 

Qarabağa,  silah  və  adam  göndərir».




Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə