Ş.Şəkərəliyev Z. A.Şəkərəliyeva



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə11/53
tarix20.09.2018
ölçüsü1,21 Mb.
#69517
1   ...   7   8   9   10   11   12   13   14   ...   53

31
 
 
Rüsumların dəyişmə diapazonu elə müəyyən edilməlidir ki
onların kəmiyyət qaydasını təyin etmək tamamilə mümkün olsun 
v
ə eyni zamanda hökumətə milli və dünya bazarında konyunktu-
ra
dakı dəyişikliyə reaksiya vermək imkanı yaratsın. 
 
1.4. Gömrük siyas
ətinin normativ-hüquqi  
bazasının formalaşması 
 
Az
ərbaycan Resupblikasında gömrük-tarif tənzimlənməsi mə-
s
ələləri,  «Gömrük  Məcəlləsi»  və  «Gömrük  tarifı  haqqında»  Azər-
baycan  Respublikas
ının  Qanununda  və  digər  qanunlarda  nəzərdə 
tutulmu
ş hüquq normaları ilə həll olunur. 
“Gömrük M
əcəlləsi” «Gömrük işinin hüquqi, iqtisadi və təş-
kilati 
əsaslarını müəyyən edir, Azərbaycan Respublikasının iqtisa-
di  t
əhlükəsizliyinin, suverenliyinin və maraqlarının qorunmasına, 
Az
ərbaycan iqtisadiyyatının dünya təsərrüfatı ilə əlaqələrinin geniş-
l
ənməsinə,  gömrük  işi  sahəsində  təsərrüfat  subyektlərinin,  fiziki 
şəxslərin  və  dövlət  orqanlarının  hüquqlarının  müdafiəsinin  təmin 
olunmas
ına, onların öz vəzifələrini yerinə yetirilməsinə yönəldilmiş-
dir». M
əcəllə 14 bölmə, 61 fəsil və 450 maddədən ibarət olub Azər-
baycan Respublikas
ında Gömrük orqanlarının işinin hüquqi təmi-
nat
ının əsas qanunudur. 
Qalan gömrük qanunlar
ını, gömrük hüququnun mənbəyi kimi 

şərti yarımqrupa bölmək olar: 
a) bilavasit
ə gömrük məsəllələrini tənzimləyən qanunlar
b) dolay
ısı ilə gömrük hüquq normalarını tənzimləyən qanun-
lar;  
 Birinci  qrupa  «Gömrük  tarifi  haqq
ında» qanun, habelə bun-
dan sonra bilavasit
ə gömrük işi ilə baglı qəbul ediləcək digər qanun-
lar daxildir.  
İkinci  qrupa  isə  «Azərbaycan  Respublikasının  Vergi  Məcəl-
l
əsi», «Girov
 
haqq
ında»,
 
«Valyuta
 
t
ənzimi haqqında», “İstehlakçıla-
r
ın  hüquqlarının  müdafiəsi  haqqında”  və  s.  qanunlar  daxil  etmək 
olar. 


32
 
 
«Gömrük tarifi haqq
ında» qanun 1995-ci ildə qəbul olunub, 7 
f
əsil və 37 maddədən ibarətdir. Bu Qanun Azərbaycan Respublika-
s
ında daxili bazarın xarici bazarla səmərəli əlaqəsini təmin etməklə, 
xarici  ticar
ətin  dövlət  tənzimlənməsinin  mühüm  vasitəsi  olan 
gömrük  tarifinin  formala
şdırılması  və  tətbiqi,  həmçinin  ölkənin 
gömrük s
ərhədindən keçən mallardan rüsum tutulması qaydalarını 

əyyən edir. Qanunun tətbiq sahəsi Azərbaycan Respublikasının 
vahid gömrük 
ərazisidir. 
Gömrük tarifinin formala
şdırılması və tətbiqi qaydası bu qa-
nunda mü
əyyən edilmiş və əsas məqsədləri aşagıdakılardır: 
-  Az
ərbaycan  Respublikası  üzrə  idxalın  əmtəə  strukturunu 
s
əmərəliləşdirmək; 
-  Az
ərbaycan  Respublikası  ərazisində  malların  gətirilməsi  və 
çıxarılmasının,  valyuta  gəlirlərinin  və  xərclərinin  əlverişli  nisbətini 
t
əmin etmək; 
-  valyuta  s
ərvətlərinin  Azərbaycan  Respublikasının  gömrük 
ərazisinə  gətirilməsi  və  bu  ərazidən  çıxarılması  üzərində  səmərəli 
n
əzarət etmək; 
-  Az
ərbaycan  Respublikasında  malların  istehsal  və  istehlak 
strukturunda müt
ərəqqi dəyişikliklər üçün şərait yaratmaq; 
- Az
ərbaycan Respublikasının iqtisadiyyatını xarici rəqabətin 
m
ənfi təsirindən qorumaq; 
- Az
ərbaycan Respublikasının iqtisadiyyatının dünya təsərrüfat 
il
ə səmərəli inteqrasiyasına şərait yaratmaq. 
 
Gömrük rüsumunun d
ərəcəsi vahid olub, malları gömrük sər-
h
ədindən  keçirən  şəxslərdən,  əqdlərin  növlərindən,  «Gömrük  tarifi 
haqqunda»  qanunla  n
əzərdə tutulmsuş hallar  istisna olmaqla digər 
faktlardan as
ılı olaraq dəyişdirə bilməz. 
Az
ərbaycan Respublikasının ərazisinə gətirilən gömrük rüsu-
mua  c
əlb  olunan  (olunmayan)  malların  siyahısı  və  tətbiq  edilən 
rüsum  d
ərəcələri  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti 
t
ərəfindən müəyyən edilir (GT maddə 3., b. 3). 
İxrac gömrük rüsumlarının dərəcələri və onların tətbiq olundu-
gu mallar
ın siyahısı, həmçinin xarici iqtisadi tənzimlənmənin qeyri-


33
 
 
tarif t
ədbirləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərə-
find
ən müəyyən olunur. Azərbaycan Respublikasının əlverişli ticarət 
rejimi  t
ətbiq  etdiyi  ölkələrin  malları  üçün  ixrac  gömrük  rüsumları 
d
ərəcələrinin  son  həddi  Azərbaycan  Respublikasının  Milli  Məclisi 
t
ərəfindən təyin olunur. Gömrük tarif tənzimlənməsinin hüququnun 
əsas məqsədləri aşagıdakılardır: 
1) gömrük i
şini həyata keçirmək, onun inkişafını və təkmilləşdi-
rilm
əsini təmin etmək üçün, gömrük və digər müvafiq dövlət orqan-
lar
ına səmərəli fəaliyyət şəraiti yaratmaq; 
2) gömrük siyas
ətinin həyata keçirilməsi üçün optimal, elmi cə-
h
ətdən əsaslandırlmış və daha çox demokratik dəyərlərə söykənmiş 
gömrük sistemi yaratmaq; 
3) ölk
ə vətəndaşlarının hüquq və azadlıqlarının qanuni təminatı, 
onlar
ın birləşdiyi ictimai birliklərin gömrük işi ilə əlaqədar fəaliyyət-
l
əri zamanı, habelə, xarici vətəndaşlarvə vətəndaşlığı olmayan fiziki 
şəxslərin, həmçinin hüquqi şəxslərin gömrük qanunvericiliyində nə-
z
ərdə  tutulan  bütün  hüquqların  qorunması  üçün  möhkəm,  sabit 
hüquqi t
əminat yaratmaq; 
4) Az
ərbaycan Respublikasının sosial-iqtisadi üstünlüklərini və 
maraqlar
ını qorumaq (ilk növbədə, burada söhbət ölkəmizin iqtisadi 
süverenliyi v
ə iqtisadi təhlükəsizliyindən, daxili bazarın qorunmasın-
dan, milli iqtisadiyyat
ın inkişafının stimullaşdırılmasından, həmçinin 
Az
ərbaycan iqtisadiyyatının beynəlxalq əlaqələrindən getməlidir). 
Gömrük-tarif  t
ənzimlənməsinin mühüm tərəflərindən biri də 
gömrük öd
ənişlərinin tutulmasıdır. Bildiyimiz kimi gömrük ödəniş-
l
əri  «Gömrük  Məcəlləsi»nin  108-ci  maddəsində  nəzərdə  tutulub. 
M
əcəllədə  nəzərdə  tutulmuş  gömrük  ödənişlərinə  əlavə  dəyər  ver-
gisi,  aksizl
ər,  gömrük  rəsmiləşdirilməsinə  görə  gömrük  yıgımları, 
saxlanmas
ına görə gömrük yığımları, malların gömrük müşayiətinə 
gör
ə gömrük yıgımları və s. aid edilir. 
Mal v
ə nəqliyyat vasitələrini keçirən şəxslərdən gömrük orqanı 
ist
ənilən aldıgı pul vəsaitləri gömrük ödəmələri adlanır. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə