Ş.Şəkərəliyev Z. A.Şəkərəliyeva



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə51/53
tarix20.09.2018
ölçüsü1,21 Mb.
#69517
1   ...   45   46   47   48   49   50   51   52   53

153
 
 
mallarla müqayis
ə edilən eyni və ya eynicinsli mallar yaxın və ya 
nisb
ətən  yaxın  vaxtda  idxal  edilməli, eyni bir ölkədə  istehsal 
olunmalı, onların layihə, təcrübə-konstruktor, eskiz-çertyoj və  s. 
işləri idxal ölkəsindən kənarda yerinə yetirilmiş olmalıdır. Müx-
t
əlif  istehsalçılar  tərəfindən  istehsal  olunmuş  mallar,  müqayisə 
edilm
ək üçün digər mallar olmadıqda baxılmalıdır. 
Eynicinsli mallar dedikd
ə  isə  bütün parametrlərə  görə 
olmasa da qiym
ətləndirilən mallarla müqayisədə eyni funksiyaları 
yerin
ə  yetirə  və  kommersiya  baxımından  qarşılıqlı  əvəz oluna 
bil
ən mallar başa düşülür. Malın keyfiyyəti, bazardakı nüfuzu və 
ticar
ət markası malların eynicinsli olmasının təyin edilməsi üçün 
əsas amillərdən hesab edilməlidir. 
Razılaşmanın 2-ci və 3-cü maddələrində qeyd edilir ki, bu 
üsulların  tətbiqi  zamanı  müqayisə  üçün iki və  daha  artıq 
sövd
ələşmə qiyməti aşkar edildikdə gömrük dəyərinin təyini üçün 
onlardan 
ən aşağısı istifadə olunmalıdır. 
Razılaşmanın 4-cü maddəsinə əsasən gömrük dəyəri 1,2 və 
3-cü üsullarla mü
əyyən oluna bilmədikdə  idxalçının  istəyi ilə 
növb
əti gömrük qiymətləndirilməsi  üsullarının  ardıcıllığı  dəyiş-
diril
ə  bilər,  yəni dəyərin  çıxılması  və  ya  toplanması  üsulları 
ist
ənilən ardıcıllıqla tətbiq oluna bilər. 
Razılaşmanın 5-ci maddəsi dəyərin çıxılması üsulunun əsas 
şərtlərindən biri kimi,  qarşılıqlı  asılı  olmayan  satıcı  ilə  alıcı 
arasında  razılaşdırılmış  sövdələşmə  qiyməti ilə  idxal  edilmiş, 
qiym
ətləndirilən mallara eyni və ya nisbətən eyni vaxtda, lakin 90 
günd
ən artıq olmayan müddətdə, idxal edilmiş ən böyük eyni və 
ya  eynicinsli  mal  partiyasının  qiymətinin götürülməsini  şərt-
l
əndirir.  Başqa  sözlə, qiymətləndirilən mallara münasibətdə 
müqayis
ə üçün qəbul edilən malların gömrük dəyəri bir üsulla – 
g
ətirilən  malların  sövdələşmə  qiyməti üsulu ilə  müəyyən edil-
m
əlidir. Digər mühüm şərt müqayisə üçün qəbul edilmiş malların 
öz ilkin v
əziyyətini dəyişdirmədən  satılmasıdır.  Əgər belə  mal 
yoxdursa, onda gömrük d
əyəri idxalçının  istəyilə  emal xərcləri 
çıxılmaqla  təshih  edilmiş  qiymət  əsasında  təyin edilir. Emal 


154
 
 
x
ərcləri obyektiv və  ölçülə, kəmiyyəti müəyyən oluna bilən 
m
əlumatlar əsasında təyin edilməlidir. 
Müqayis
ə  üçün qəbul edilən mal  vahidinin qiymətindən 
aşağıdakı xərclər çıxılmalıdır: 
- komisy
on mükafatlandırmaları da daxil olmaqla mənfəətlə 
əlavələr, idxal ölkəsinə  gətirilən  eyni  növ  malların  satışı  ilə 
əlaqədar ümumi xərclər; 
-  idxal ölk
əsində idxal və satış ilə əlaqədar ödənilmiş olan 
gömrük rüsumlarının vergilərin və yığımların məbləği; 
-  idxal ölk
əsində  daşınma,  yükləmə-boşaltma  və  sığorta 
x
ərcləri. 
Müqayis
ə  üçün  idxaldan  sonrakı  ilkin  kommersiya  (top-
dansatış) mərhələsində olan malların qiyməti qəbul edilməlidir. 
Gömrük m
əqsədləri  üçün  malların  gömrük  qiymətləndiril-
m
əsinin beynəlxalq təcrübəsində  ən az tətbiq olunan üsul 5-ci 
d
əyərin toplanması üsuludur. Belə ki, əksər idxalatçılar tərəfindən 
istehsal satış məsrəfləri haqqında kommersiya sirri olan məluma-
tın  təqdim edilməsi  praktiki cəhətdən mümkün deyildir. Digər 
t
ərəfdən razılaşmanın 6-ci maddəsinin 2-ci maddəsinə əsasən heç 
bir t
ərəf onun ərazisində rezidenti olmayan hər hansı bir şəxsdən 
gömrük d
əyəri hesablamaları məqsədilə sənədlərini tələb edə və 
ya h
ər hansı hesablamaların öyrənilməsi üçün məlumatları təqdim 
edilm
əsinə məcbur edilə bilməz. Ancaq bu maddənin tələblərinə 
uyğun  olaraq  gömrük  dəyərinin təyin edilməsi məqsədi üçün 
malların istehsalçıları tərəfindən təqdim olunan məlumatları, idxal 
ölk
əsinin səlahiyyətli orqanları tərəfindən istehsalçının razılığı və 
maraqlı  ölkənin hökumətini  vaxtında  xəbərdar etmək və  onun 
t
əhqiqat aparılmasına etiraz etməməsi şərti ilə yoxlanıla bilər. 
Bu üsulla malların gömrük dəyəri aşağıdakı xərc maddələri-
nin toplanması yolu ilə təyin edilir: 

materialların  dəyəri və  qiymətləndirilən  malların  istehsal 
x
ərcləri; 
- ixrac ed
ən ölkədən idxal ölkəsinə eyni növ malların satışı 
üçün s
əciyyəvi olan ümumi xərclər; 


155
 
 
- idxal ölk
əsinə belə malların göndərilməsi nəticəsində ixrac 
ed
ənin əldə etdiyi mənfəət. 
Bütün bu m
əlumatlar  istehsalçı  ölkədə  tətbiq olunan 
mühasibat uçotunun q
əbul  edilmiş  ümumi  prinsiplərinə  uyğun 
olmalıdır. 
Qeyd etm
ək  lazımdır  ki,  “Gömrük  tarifi  haqqında”  Azər-
bay
can Respublikası Qanunun II maddəsində qeyd edildiyi kimi, 
resp
ublikada  malların  gömrük  dəyərinin müəyyən edilməsi 
(gömrük qiym
ətləndirilməsi) sistemi gömrük qiymətləndirilmə-
sinin beyn
əlxalq təcrübədə  qəbul  olunmuş  ümumi  prinsiplərinə 
əsaslanır və Qanunun IV fəsli “Gömrük dəyərinin müəyyən edil-
m
əsi üsulları və onların tətbiqi qaydaları”nı müəyyənləşdirir. 
Gömrük n
əzarətinin  lazımi  səviyyədə  həyata keçirilməsi 
üçün Dövl
ət Gömrük Komitəsinin və digər nəzarət orqanları və 
idar
ələrinin razılaşdırılmış fəaliyyəti böyük əhəmiyyətə malikdir. 
Bununla  yanaşı,  malın  idxalı  və  ixracı  uçotunun  işində  xarici 
ticar
ətin  gömrük  statistikası  xüsusi  rola  malidkdir.  Ticarət 
statistikası  ölkədə  fəaliyyət göstərən beynəlxalq standartlara uy-
ğun  statistika  metodologiyası  əsasında  həyata keçirilir ki, bu da 
h
əm ölkə  daxilində, həm də  beynəlxalq səviyyədə  ticarət statis-
tikası məlumatlarının müqayisə olunacağını təmin edir. 
Xarici ticar
ət üzrə  natura və  dəyər ifadəsində  ixrac-idxal 
göst
əricilərinin təhlili ölkənin xarici ticarəti üzrə  mal döv-
riyy
əsinin əsas meyillərini təyin etməyə, onun coğrafi və sahə st-
ruk
turlarını  müəyyən etməyə  və  nəticədə  cari təhlili həyata 
keçirm
əyə, zəruri informasiyanı hazırlamağa imkan verir. 
Gömrük v
ə statistika uçotunun metodologiyasında ixrac və 
tranzit uçotunun nizamsız aparılmasına, əmtəələrin SİF və FOB 
qiym
ətləri  arasında  qeyri-müəyyən fərqlərin  yaranmasına  səbəb 
olan bir sıra nöqsanlar mövcuddur. Bütün bunların nəticəsidir ki, 
ticar
ət hesabatlarında subyektiv xarakterli nöqsanlar üzə çıxır ki, 
bu  da  ixracın  qeydiyyatdan  yayınmasında,  idxal  və  ixracın 
d
əyərinin və həcminin süni olaraq azaldılmasında ifadə olunur. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə