Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə153/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   149   150   151   152   153   154   155   156   ...   167

 497 

mənasız və məqsədsiz zəhmət — ən ağır cəzadır.  

Homerə görə Sizif müdrüklərin müdrüyü imiş. Başqa bir qaynağa 

görə o, quldurluq da edirmiş. Məncə burda ziddiyyət yoxdur.  

Cəhənnəmə düşməyinin səbəbləri haqqında da müxtəlif rəylər 

var. Deyirlər ki, Sizif ölümün özünü tutub əl-ayağını qandallayıb. 

Cəhənnəmin sahibi Pluton cəhənnəmin boşaldığını görüb müharibə 

allahını Sizifin üstünə göndərir və ölümü onun əlindən xilas edir. 

Onu da danışırlar ki, Sizif arvadının sədaqətini yoxlamaq üçün ölən 

zaman meyitinin basdırılmamasını, meydanda qoyulmasını ona 

vəsiyyət edib. Arvad vəsiyyətə əməl edəndə isə Sizif bu işin  necə də 

insana yaraşmayan itaətkarlıq olduğuna görə o dünyada Plutondan 

icazə istəyir ki, bu dünyaya qayıdıb arvadını  cəzalandırsın. Amma 

icazəni alıb dünyaya qayıdandan sonra suyu, günəşi, daşların istisini 

və  dənizi yenidən görüb kölgələr aləminə, cəhənnəmə qayıtmaq 

istəməyib. Allahlar nə  qədər xəbərdarlıq etsələr, nə  qədər ismarış 

göndərsələr də xeyri olmayıb. Sizif bir körfəzin sahilində  məskən 

salıb, — dəniz uğuldayan, torpaq gülümsünən bu güşədə. Nəhayət 

Merkuri özü gəlir, Sizifin yaxasından yapışır, dartıb cəhənnəmə 

aparır və burda o daş məsələsi başlayır.  

Bütün bunlardan aylın olur ki, Sizif absurd qəhrəmandır. 

Ehtiraslarında da, iztirablarında da absurdun simvoludur. Allahları 

saymaması, ölümə nifrət etməsi, həyat eşqi onu görünməmiş əzablara 

düçar edir. Mənasız bir işə məhkum olur —ağır daşın dağın başında 

durmayacağını bilə-bilə onu yenə  və yenə ora qaldırmaq… Aşağı 

düşən daşı yenidən, yenidən zirvəyə daşımaq… Cəza məqsədə çatıb. 

Sizif dağ başına qalxır, daşın yenidən aşağı düşməsini seyr edir. 

Məni bax bu məqam maraqlandırır. Onun yorğun-arğın sifəti daşdan 

fərqlənmir. Mən bu insanı  ağır, amma möhkəm addımlarla aşağı 

düşən görürəm, o əbədi bitməyəcək iztirablarına tərəf addımlayır. 

Amma bu an şüuru da ona qayıdır. Dağ başından ətəyinə enərkən o 

öz taleyindən ucadadır. Daşıdığı daşdan möhkəmdir.  

Bu faciəvi mifdir, ona görə ki, mifin qəhrəmanı  şüura maliklir. 

Əgər hər addımda onu bu əzabın sonu gözləsəydi, bu necə  cəza 

olardı? Bügünün fəhləsi də ömrünü belə yaşayır və onun da taleyi bu 

cür faciəvidir. Amma Sizif yalnız  şüuru oyanan zaman faciəsini 

duyur. Allahların proletarı Sizif gücsüz və qiyamçıdır, cəzasının 

əbədiliyini bilir, dağın  ətəyinə enərkən bunu düşünür. Taleyini 

bilməsi qələbəsinə çevrilir. Qismətini saya salmamaqla ona qalib 



 498 

gəlir.  


Bu ətəklərə enmə iztirabdırsa,  sevinc də ola bilər. Mən yenə də 

daşın dalınca aşağılara enən Sizifi təsəvvürümdə canlandırıram. 

Əvvəlcə iztirab çəkib, yaddaşında dünyanın obrazlarını yaşadırkən, 

qəlbi səadət arzularıyla çırpınırkən Sizif kədərlənir — bu daşın 

qələbəsidir, daşın özüdür. Kədərin ağır yükünü daşımaq çətindir. 

Hefsiman bağındakı  kədər də belədir. Amma bizi yıxan həqiqətləri 

tanıdığımız zaman onlar geri çəkilir. Beləcə Edip öz taleyini biləndən 

sonra onunla barışır. Faciə  və onun faciə kimi dərk olunması eyni 

vaxtda, bir yerdə başlanır. Kor olmuş ümidsiz Edip elə o anlardaca 

anlayır ki, onu dünyayla yalnız incə  qız  əli bağlayır. Elə o zaman 

məğrur danışmağa başlayır: Bütün bəlalarına rəğmən, sinni çox olsa 

da qəlbinin genişliyi "hər  şey yaxşıdır" deməyə  məcbur edir. 

Sofoklun Edipi də Dostoyevskinin Kirillovu kimi bizə absurd zəfərin 

disturunu verir. Antik müdriklik çağdaş qəhrəmanlıqla birləşir.  

Absurdu kəşf edən həmişə  səadət dərsliyi yazmaq fikrinə düşür. 

"Niyə, belə dar yolla gedirik?" Amma dünya yeganədir, səadət və 

absurd eyni yerin törəməsidir. Onlar ayrılmazdır. Səadətin yalnız 

absurdun kəşflərindən doğulduğunu söyləmək səhv olardı. Elə də ola 

bilər ki, absurd hissi səadətdən doğulur. Edip: Elə bilirəm ki, hər şey 

yaxşıdır — deyir və bu ilahi sözlərdir. Bu sözlər insanın sərt və son 

kainatından səslənir. Onlar öyrədir ki, bu hələ hamısı deyil, hələ hər 

şey bitib tükənməyib. Onlar bu dünyadan mənasız iztirablara meyl 

edən Allahı qovurlar. Onlar taleyi insanın öz əlinə verirlər, insanların 

öz aralarında həll etməli olduqları  məsələ sayırlar. Sizifin sakit 

sevinci bundadır. Bu tale onundur. Daş onun varı-yoxudur. Beləcə 

absurd insan öz iztirablarını seyr edərək bütləri susdurur. Birdən birə 

susan kainatda minlərlə gözəl səsin pıçıltıları eşidilir, yerdən qalxan 

səslərin. Bu dünyanın bütün obrazlarının şüursuz və sirli çağırışıdır. 

Qələbənin üzü və astarı belədir. Kölgəsiz günəş olmur, gecəni də 

tanımaq gərəkdir. Absurd insan "Hə" — deyir və onun cəhdlərinin 

sonu yoxdur. Əgər  şəxsi taleyi varsa, bu da göylərin iradəsi deyil. 

Qədər insanın özünün ona necə yanaşmasından asılıdır — ona baş 

əyir və saya salmır. Qalan məsələlərdə özünü günlərinin hakimi 

hesab edir. Sezilən bir an içinlə insan geri qanrılıb keçmiş həyatına 

baxarkən Sizif də daşını  və öz taleyinə çevrilmiş  mənasız işlərin 

ardıcıllığını seyr edir. Bunu özü yaradıb, yaddaşı bunları bir 

vəhdətdə birləşdirib və ölümlə tamamlayıb. Bütün insan əməllərinin 



 499 

insan tərəfindən yarandığına inanan, gecənin sonsuz olduğunu bilən 

kor qoca yoluna davam edir. Daş yenidən dığırlanıb aşağı düşür.  

Mən Sizifdən dağın  ətəklərində ayrılıram. Yük həmişə tapılar. 

Sizif Allahları inkar edən və daşları yerindən dəbərdən etibarı təlqin 

edir. O da hesab edir ki, hər şey yaxşıdır. İndən bəri sahibsiz qalmış 

bu kainat ona qısır və boş gəlmir.  

Daşın hər qəlpəsi onunçün bütöv bir aləmdir. Dağın zirvəsinə 

qalxmaq insanın qəlbini doldura bilər. Sizif özünü xoşbəxt hesab 

etməlidir. 




Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə