Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə155/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   151   152   153   154   155   156   157   158   ...   167

 503 

laqeydlik, etinasızlıq, biganəlik idi. Ymumiyyətlə, ədəbi və hər növ 

intellektual, zehni fəaliyyətə həqarətlə baxılırdı. Heç kəs ədəbiyyatla 

maraqlanmırdı.  Lakin biz yazmaq istəyirdik. Nə qazanc xatirinə. nə 

məşğuliyyət naminə.  İfşa etmək, təəccüblənmək və suallar vermək 

üçün yazmaq istəyirdik. Yadımdadır necə yazırdıq. Yadımdadır 

qadağan olunmuş kitabları necə  kəşf edirdik. Bukinistlərin tozlu 

dükanlarında indiyəcən bilmədiyimiz adları  və  ədəbi cərəyanları 

açırdıq. Bizi yalnız sükut, səssizlik əhatə edirdi. Amma biz artıq öz 

həyat məqsədimizi tapmışdıq. Başımızda rədd, qadağa divarlarını 

sökməyə hazırdıq. Senzura kitablarımızı çarmıxa çəkirdi. 

İdeyalarımızı pərdələnmiş bir şəkildə ifadə etmək üçün dolayı yollar 

və  cığırlar axtarırdıq. Bu axtarışlar  şüurumuzu gərginləşdirir, 

qurudurdu. Bizdə tənqid yox idi. Ortabab tənqidin biganə və laqeyd 

nümayəndələri anlamadığı  və  dərk etməyi bacarmadığı  hər  ədəbi 

hadisəyə "ekzistensializm" adı verirdi. Biz isə dönə-dönə müharibə 

illərinə qayıdırdıq. Axı, müharibə mövzusu bizim üçün birdən açılıb 

həyatı bizə göstərən və yenidən qapanan yeganə  pəncərə idi. Biz 

yalnız onun uzaq əks-sədasını eşidirdik. Hürriyyət və insan azadlığı 

kimi sözlər bizim əsərlərdən pozulurdu, kitablarımızdan çıxarılırdı. 

Ancaq pəncərədən bizə yavaş-yavaş yeni adlar, fikirlər süzülməyə 

başlayırdı. Axı bizim nəsil  ədəbiyyatsız böyümüş bir nəsildi. Onu 

deyim ki, Dostoyevskinin bütün əsərləri, "Anna Karenina", Balzakın 

romanları qadağan olunmuşdu. Müasir Fransa, İtaliya, Amerika 

yazıçılarını oxumaq qanunsuz hərəkət sayılırdı. Bizim öz ispan 

yazıçılarımızın  əksəriyyətinin kitabları qadağan olunmuşdu, 

senzuranın izn verdiyi kitablar belə  təhrif olunur və  dəyişdirilirdi. 

Bizim gənclər mənəvi axtarışlardan uzaq idi. Onlar yalnız futbol 

həvəsləri ilə yaşayır, yalnız idmanla maraqlanırdılar. Gənclik nə 

ədəbiyyatdan danışırdı, nə siyasətdən. Gənclik bu sözlərin mənasını 

belə başa düşmürdü. Yadımladır biz bir-birimizi korlar kimi axtarır 

və tapırdıq. Bizim məsləkdaş axtarışlarımız, qardaşlığımız, ehtiraslı 

yığıncaqlarımız — hamısı, hamısı sükut səhrasının içində idi. Biz 

sanki yox idik. Bizi oxuyan az idi. Oxuyanlar da ya məzəmmət, ya 

da rişxənd edirdilər. Biz çətin uşaqlar idik. Modda idik. Ətrafımızda 

keçilməz sərhədlər vardı. Fransaya getmək xülya, yuxu idi. 

Piraneyləri aşmaq xoşbəxt bir macəra idi. Qadağan olunmuş kitabı 

almaq cəsarət tələb edirdi. Biz bu sükut içində bağırır və yalnız öz 

səsimizin  əks-sədasını  eşidirdik.  İndiki nəsil bizim o vaxtkı 



 504 

həsrətimizi bilmir. Rəsmi senzuradan daha ağır, başqa bir senzura 

vardı. Bizim hekayələri oxuyan bəzi adamlar redaksiyalara belə 

məktublar yazırdılar: 

"Belə xoşagəlməz yazıçıları jurnalınızın səhifələrində çap 

etməyin. Mən evimə qayıdıb qəhvə içirəm. Ancaq sizin jurnalın 

səhifələrini vərəqləyəndə başqalarının aclığı, kasıblığı mənim evimə 

də daxil olur. Mən bütün bu şeyləri bilmək istəmirəm. Mən rahat 

yaşamaq istəyirəm". 

Bəli, belə oxucular da vardı, Bizə hücum edirdilər,  əsərlərimizi 

oxumağı qadağan edirdilər. Amma bütün bunlar bizim əzmimizi 

daha da qüvvətləndirirdi. Çünki biz mövcud idik. Biz laqeydliyi və 

arxayınçılığı sarsıtmışdıq. Biz nə isə deyirdik, nə isə  qışqırırdıq və 

yavaş-yavaş bizi dinləməyə başlayırdılar. Ətrafımıza baxıb camaatın 

yavaş-yavaş  qəflət yuxusundan oyandığını görürdük. Müharibə 

yaraları bütün tənziflərə baxmayaraq açıq qalmışdı. Bu yaralar 

xatırladırdı ki, "yaxşılar" — "pislər" məvhumu yalandır. Əslində heç 

bilmirdik yaxşı kimdir, pis kimdir. Ancaq bunu bilmək imkanı 

yaranmışdı. Cavan yazıçılar uydurma fərdlərdən deyil, real 

adamlardan, hər gün küçədə gördüyümüz, həyatın çətinlikləri ilə 

çarpışan adamlardan yazmağa başladılar. Bizim yazıçılarda açıq 

maraq, qorxmazlıq və  ədalət eşqi oyandı.  İspan romanı unudulmuş 

və arxivlərə təhvil verilmiş problemlər üzərində düşünməyə başladı. 

Biz məzmun haqqında düşünməyə başladıq. Yazıçı dostlarımın 

romanlarının birinin qəhrəmanı deyir: 

—Biz yalan dünyasında yaşayırdıq. Bütöv bizim varlığımız 

saxtakarlıqdı. Biz mühitimizin yalanına, riyakarlığına, laqeydliyinə 

qarşı mübarizəyə başladıq. Biz ona görə yazmağa başladıq ki, 

narazıydıq. Məhz buna görə də müharibədən neçə il sonra biz yenə 

də o illərdən yazırıq. Çünki biz nə uyumuşuq, nə də təslim olmuşuq. 

Biz nə kor, nə də ölüyük. Biz yazırıq, çünki bizim əsərlərimiz etiraz 

formalarından biridir. Nə  qədər ki, biz sağıq, nə  qədər ki, 

qüvvələrimiz var, biz istismara, riyakarlığa və  ədalətsizliyə qarşı 

mübarizə aparacayıq.  

 

Ön söz və tərcümə vaxtilə "Azərbaycan" jurnalında (№2, 1980-ci 

il) dərc olunmuşdu.  

 



 505 

 

 



ŞEİRLƏR 

(sərbəst tərcümələr) 

 

ŞEİR TƏRCÜMƏLƏRİM HAQQINDA BİR NEÇƏ SÖZ.  



 

Vaxtilə dörd rus şairindən — Blokdan, Pasternakdan, 

Mayakovskidən, Yesenindən etdiyim on şerin tərcüməsi dövrü 

mətbuatda dərc olunmuşdu, ayrıca kitab kimi çıxmışdı. Həmin 

şerlərin  əksəriyyəti dilimizə ilk dəfə çevrilirdi. Pasternak isə 

ümumiyyətlə Azərbaycan türkcəsinə ilk dəfə  tərcümə olunmuşdu. 

Amma mənim tərcümələrim, o cümlədən rus poeziyasından 

tərcümələrim tək bunlardan ibarət deyildi. Müxtəlif illərdə ya 

bütünlüklə, ya qismən etdiyim tərcümələri çap etməmişdim. 

Beləliklə bu bölümdə gedən (on rus şerindən başqa) bütün qalan 

tərcümələr ilk dəfə  nəşr edilir. Bir çox şerlər, özəlliklə rus 

şairlərindən edilən tərcümələr orijinallarına çox yaxın, çox 

dəqiqdirlərsə  də (rus dilini bildiyim üçün buna əminəm) hər halda 

küll halında bünları sərbəst tərcümələr adlandırıram. 

Səbəbini izah edim. Oxucu görəcək ki, burda ən qədimlərdən üzü 

bəri, çağdaş zamana qədər müxtəlif dövrlərin, müxtəlif xalqların 

şerləri təmsil olunub. "Mətnlər" bölümündə dediklərimi burda da 

təkrar edirəm:  ən fərqli  şer mətnlərinin dilimizdə  səslənmə 

imkanlarını öyrənmək yeganə olmasa da məqsədlərimdən biriydi. 

Başqa bir məqsəd — oxucularımızı dünyanın, tarixin bu söz 

inciləriylə tanış etməkdi. Nə yazıq ki, rus dilindən başqa bütün 

çevirmələri (fransız, ingilis, alman, ispan, çin, yapon, hind və s.) 

orijinaldan yox, rus dilindən etmişəm. Bəzən eyni bir şerin rus dilinə 

üç-dörd tərcüməsiylə tanış olmuşam, bir-birindən çox fərqləniblər. 

Hansı orijinala daha yaxındır, bilmirəm. Odur ki, tərcümədə  şerin 

əsas məğzini saxlamaqla müəyyən sərbəstliyə də yol verirəm.  

Ümumiyyətlə  şer tərcümələrim üç mərhələdə olur. Birinci 

mərhələdə şeri sətri tərcümə edirəm, mənasını, məzmununu, ritmini, 

ahəngini saxlamaq istəyirəm.  İkinci  mərhələdə  sərbəst, qafiyəsiz 

şerlərlə  vəznli, qafiyəli  şerlərin tərcümələri üzərində  iş  fərqlidir. 

Qədim dünyanın şerləri, Çin, Yapon, Koreya, Hind şerləri, XX əsrin 

bir çox Qərb  şeri sərbəstdir, qafiyəsizdir. Vəznli qafiyəli  şerlərçün 




Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə