Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə157/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   153   154   155   156   157   158   159   160   ...   167

 513 

Nə ağır iş tapşırıb Yaradan insanlara 

Gün altında nə varsa 

Hamsını gördüm, bildim,  

 

Bunların hamısı hədər, boş həvəs imiş demə 



Küləyi tutmaq kimi əbəsmiş, əbəs, demə 

Mən zəkamı hamıdan parlaq etdim, nə olsun 

Mənə qədər Qüdsdə belə müdrik olmamış 

Tək bir ağlı, idrakı, zəkanı deyil ancaq 

Axmaqlığı da gördüm, dəliliyi də bildim.  

Axırda anladım ki, bunların da hamısı 

Ruhun sozalmasıdır, hamsı hədər həvəsdi 

Müdrüklüyün çoxluğu kədərin çoxluğudur 

Biliyini artıran — qəm-qüssəsin artırır.  

 

Hər şeyin öz vaxtı var 



Doğulmaq vaxtı da var,  

Ölmək zamanı da var 

Öldürmək məqamı var,  

Diriltmək məqamı var.  

Dağıtmaq zamanı var,  

Yaratmaq zamanı var.  

Ağlamaq zamanı var 

Şadlanmaq zamanı var 

Hönkürmək məqamı var 

Rəqs etmək məqamı var 

Axtarmaq zamanı var 

İtirmək zamanı var 

Sevginin öz vaxtı var 

Nifrətin öz vaxtı var 

Müharibə vaxtı var,  

Sülh, barış vaxtı da var 

Nə olubsa — indi var,  

Nə olacaqsa — olub 

Heç nə artırmaq olmaz,  

Heç nə əksiltmək olmaz 

İnsan da, hər heyvan da 

Eyni cürə ölümlü,  




 514 

O da, bu da öləcək.  

Hamsı torpaqdan gəlib 

Torpağa da dönəcək.  

Kim deyir insan ruhu səmalara ucalır 

Heyvanın ruhu isə yerin altına enir? 

Bircə şeyi anladım 

İnsançün böyük sevinc 

İşinin bəhrəsini öz gözüylə görməkdir 

Axı gedəndən sonra 

Kim onu qaytaracaq 

Bü bəhrəni görməyə? 

Hər şey uçub gedəcək 

Hər şey hədər həvəsdir.  

 

 



 515 

 

SÜLEYMAN PEYĞƏMBƏRİN  

"NƏĞMƏLƏR NƏĞMƏSİ" KİTABINDAN  

 

Qoy dodaqları məni öpsün 



Sənin nəvazişlərin 

Hər şərabdan gözəldir 

Adın baldır, onunçün,  

Qızlar səni sevirlər.  

Qarabənizəm, amma 

 

Gözələm, Qüds qızları 



Baxmayın ki, siyaham 

Günəş məni yandırıb 

Qardaşlarım tapşırıb 

Üzümlüyü qoruyum 

Amma öz üzümümü  

Qoruya bilmədim mən.  

 

Nə gözəlsən, əzizim 



Nə gözəl göyərçinsən 

Nə gözəlsən əzizim 

Yatağımız çəmənlik 

Tavanımız yarpaqlar 

Divarımız sərvlər.  

Çöllərin nərgiziyəm 

Vadilərin zambağı 

Rəfiqələr içində — 

Tikanların içində  

Zambaq kimidir yarım.  

 

Meyvə verin sağalım 



Axı mən də xəstəyəm, məhəbbət xəstəsiyəm.  

 

Sol əlin başım altda 



Sağ əlin qucur məni 

Qüdsün gözəl qızları 

And verirəm mən sizə.  



 516 

Məhəbbət oyanmamış, siz onu oyatmayın.  

 

Gecələr yatağımda 



Sevgilimi axtardım 

Axtardım tapammadım 

Durub şəhəri gəzdim 

Küçəni, dalanları 

Ürəyimdə axtardım,  

Axtardım, tapammadım,  

Keşikçiləri gördüm 

Soruşdum mən onlardan 

Sevgilimi gördüzmü: 

Onlardan sonra dərhal 

Sevgilimi gördüm mən,  

Qollarından yapışıb,  

Buraxmadım bir daha.  

Anasının evinə yola saldım onu mən.  

And verirəm mən sizə 

Qüdsün gözəl qızları 

Məhəbbət oyanmamış, onu oyatmayın siz 

Bayraqlı alay kimi qorxuncdur eşq, məhəbbət 

Ölüm kimi güclüdür 

Ölüm tək güclüdür eşq 

 

Nə gözəlsən, qəşəngsən 



Sevgi — ləzzətin qızı 

Qamətin palma təki 

Döşün üzüm giləsi 

Palmaya çıxım — dedim 

Salxımları üzüm mən 

Nəfəsin — alma ətri 

Damağın şərab kimi.  

 

Göbəyin — şərbət qabı,  



Boynun — fil dişi — qüllə.  

Çiynin, belin, ağ sinən 

Qalanın divarıdır 

Dırmaşmaq olmur axı.  




 517 

Səndəldə ayaqların 

Necə gözəldir, xanım 

Uyuyuram, amma ki,  

Ürəyim yatmır mənim 

Qapım döyüldü, açdım 

Elə bildim yarımdır 

Qapıda heç kəs yoxdu,  

Çox axtardım, aradım,  

Çağırdım, hay vermədi.  

Sizə and verirəm mən 

Qüdsün gözəl qızları 

Sevgilimi görsəniz 

Deyin, yaman xəstəyəm 

Məhəbbət xəstəsiyəm.  

 



 518 

Lİ  BO  

(701-762, Çin şairi) 

 

SAKİT GECƏDƏ DÜŞÜNCƏLƏR 

 

Çarpayımın yanında 



Ay işığı çığırtək  

 

Ya bəlkə bu qırovdu 



Mən də yaxşı bilmirəm 

 

Başımı qaldırıram 



Pəncərəmdə aydır bax 

 

Başımı endirirəm 



Vətən yadıma düşür.  

 

 



DAĞLARDA TƏK-TƏNHA OTURMUŞAM 

 

Buludlar uçur 



Bürkü gündən sonra 

Dincəlmək üçün 

 

İti qanad quşların 



Son qatarı da uçdu. 

 

Dağlara baxıram,  



Dağlar da mənə baxır.  

 

Beləcə baxışırıq 



Nə onlardan bıkıram,  

Nə onlar məndən bıkır.  

 

ÇAĞLAYAN SULAR 

 

Çağlayan sularda 



Payız hilalı 


 519 

 

Cənub gölündə 



Dinclik, sakitlik 

 

Lotos da mənə 



Qəmli hekayət  

söyləmək istər 

Mənim də könlüm 

Kədərlə dolsun deyə. 

 

ŞƏRQ DAĞLARINI XATILAYIRAM 

 

Şərq dağlarında 



Olmamışam çoxdandır 

Orda çəhrayı çiçəklər açıb  

Ay da uzaqlarda 

Buludlar üstə üzür beləcə 

Görən kimin pəncərəsinə 

Enəcəkdi ay? 



(Rəvayətə görə Li Bo qayıqla çayda üzərkən əyilib ayın sulardakı 

əksini tutmaq istəyib, bu zaman çaya yıxılıb,  boğulub ölüb) 

 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə