Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə154/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   150   151   152   153   154   155   156   157   ...   167

 500 

 

 



ANNA MARİYA MATUTE 

İspan yazıçısı 

 

Hələ faşist Franko quruluşunun son süqut dövründə yeni ispan 



ədəbiyyatının istedadlı  gənc nümayəndələri öz etiraz səslərini 

qaldırmış  və bütün dünyada şöhrət qazanmışdılar. Faşist 

quruluşunun boğucu mühiti hər cür azad fikrə qənim kəsilsə də, gənc 

ispan yazıçıları  mənsub olduqları xalqın həyatı, problemləri, taleyi 

haqqında həqiqəti deməyə bu ya digər dərəcədə nail olurdular. 

Onların bir çoxunun kitabları Franko İspaniyasında qadağan 

edilmişdi. Bu yazıçıların bəziləri İspaniyadan kənarda, mühacirətdə 

yaşayır və əsərlərini də başqa ölkələrdə nəşr etdirirdilər. Azadlıq və 

həqiqət ideallarına sadiq qalmış bir ədəbiyyatı məhz bu gənc ədəbi 

nəslin nümayəndələri təmsil edirdilər. Sovet oxucusuna Xuan 

Qoytisolonun, Armanda Lopes Salinasın, Antonio Ferresin və 

başqalarının adı tanışdır. Bu yazıçılar nəslinə Anna Mariya Matute 

də mənsubdur.  

Antifaşist demokratik əqidələrə malik olan yazıçının romanları və 

hekayələri bizim ölkədə  də geniş oxucu kütləsinə tanışdır. Anna 

Mariya Matutenin rus dilində "Ölü oğullar" (1967), "Əsgərlər gecə 

ağlayır" (1969), "İlk xatirələr"(1977) kitabları, habelə, dövrü 

mətbuatda və müasir ispan novellaları antologiyasında bir sıra 

hekayələri, şerləri, məqalələri çap olunmuşdur. Məqalələrin birində 

A.M.Matute ehtiras və yanğı ilə faşist Franko dövründə mütərəqqi 

ispan  ədəbiyyatının gənc nəslinin (A.M.Matutenin mənsub olduğu 

nəslin) azad düşüncə, fikir sərbəstliyi, insan ləyaqəti uğrunda çətin 

mübarizəsindən, öz həmyaşlarının ağrılarından, əzablarından, ümid 

və arzularından söz açır. Bu mülahizələrlə oxucularımızı tanış etmək 

istəyirik (Tərcüməçinin qeydi. 1980). 

 

 



 

 

 



 


 501 

 

"BİZ ONA GÖRƏ YAZMAĞA BAŞLADIQ Kİ,  



NARAZIYDIQ…" 

 

Mənsub olduğum yazıçılar nəslini bütünlüklə, bütün mürəkkəbliyi 



və əhəmiyyəti ilə əhatə etməyi qarşıma məqsəd qoymuram. Həm də 

"nəsil" məvhumunun özü çox qeyri-müəyyən anlayışdır, bu anlayışı 

müxtəlif cür yozmaq olar.  

Mən ancaq yaxşı tanıdığım bir dəstə ispan yazıçısı haqqında 

danışa bilərəm. Bu dəstə sayca kiçik olsa da, siqləti böyükdür. Mən 

onlarla birlikdə yaşamış, mübarizə etmiş, ümid bəsləmişəm. Bizi 

dostluq və qardaşlıq hissləri bağlayıb. Mən nə  tənqidçiyəm, nə 

tədqiqatçı, onları mühakimə edə bilmərəm. Onlar mənə çox yaxındır. 

Mən özüm də onlardan biriyəm. Mənim məqsədim amansız vətəndaş 

müharibəsi illərində və bu müharibədən sonra böyüyüb yetkinləşmiş 

bir dəstə  oğlan və  qız haqqında söhbət açmaqdır. Mən bu 

yazıçılardan danışmaq üçün onların uşaqlıq illərinə qayıtmalıyam. 

Uşaqlıq bizi daima təqib edir və yazdığım bütün əsərlərdə bunu görə 

bilərsiniz. O gün — 1936-cı ilin 18 iyulunda bizim səkkiz-on 

yaşımız vardı. Vətəndaş müharibəsi ağır bir yara idi. Bizim nəslin 

yazıçı  həyatının sağalmaz yarası… Biz uşaq idik, bir qədər ürkək, 

narahat və hər şeyə maraq göstərən tamaşaçılar idik. Qarşımızda isə 

böyüklərin faciəsi oynanılırdı. 1936-cı ilin 18 iyulundan dünya 

gözlərimiz qarşısında dəyişməyə başladı. Bizə sabit görünən varlıq 

birdən-birə parçalandı. Biz — bir dəstə  uşaq eyvanlardan, pərdəli 

pəncərələrin arxasından ürkək-ürkək, heyran-heyran küçələrə, silahlı 

adamlara baxırdıq. Onları indiyədək görməmişdik. Bu əsəbi 

adamların sifətlərində aclıq və nifrət izləri vardı. Onların tüfəng və 

pulemyotları varlı evlərinə tərəf tuşlanmışdı. Əvvəllərdən bizə yaxşı 

və pis deyə  təqdim edilən  şeylər, indi şübhə doğururdu. Həqiqət, 

ədalət harda idi? Onları bizə kim göstərəcək? Bütün bu suallar 

dəyişməz, sabit, məntiqli görünən keçmiş dünyaya ittihamnamə kimi 

səslənirdi. Radionun səsi gecə sükutunu parçalayırdı. Mikrofonlar 

qarşısında kişilər, qadınlar sanki eyni bir sözü tələffüz etməkdə bəhsə 

girmişdilər, Bu söz bizim üçün təzə  və anlaşılmaz idi. Bu — 

"azadlıq" — "hürriyyət" sözü idi. Mütəhərrik, amansız, titrək həqiqi 

həyat gözlərimiz qarşısında açıldı. Və  dərhal bizim qarşımızda 

yüzlərlə sual durdu, Nə üçün? Nəyə görə? Nə səbəbdən? Biz anladıq 



 502 

ki, dünyada aclıq mövcuddur, bərabərsizlik mövcuddur. Habelə 

eqoizm, qorxu, zülm və ölüm mövcuddur. İnqilabın və müharibənin 

təlatümə  gətirdiyi  şəhərlərin həyatı külək kimi pəncərələrimizdən 

içəri dolurdu. Müharibə qurtardı  və biz böyüdük. Yeni bir dövr 

başlandı. Biz təzə  həyat dərsləri aldıq. Biz pıçıltılı, xısın danışıqlar 

və boğuq qışqırıqlar mühitinə düşdük. Biz başqa bir vahiməni, başqa 

bir nigarançılığı duyduq. Nəhəng, qeyri-müəyyən bir sükutu əski 

parçası kimi min-min ağıza, gözə, qulağa və  nəhayət  şüura 

tıxayırdılar. Biz sükut səhrasının içinə  pərakəndə dağılmış cavanlar 

idik. Zülmət və yalanlar, aldanışlar və uydurmalar dünyasında 

həqiqətə yol tapmaq üçün, narazılığımızı, ümidlərimizi və cavabsız 

suallarımızı aləmə bağırmaq üçün yazırdıq. Biz yalnız sükutla və 

laqeydliklə üzləşirdik. Ətrafımızdakı bütün dünya gözlərini yummuş, 

qulaqlarını bağlamışdı. O, nə bərk danışırdı, nə yavaş. O, yalnız küt-

küt eyni şeyi təkrar edirdi. Ancaq biz axtarırdıq. Liman rayonlarında, 

şəhər kənarında, kəndlərdə və qəsəbələrdə biz xalqımızın nəbzini və 

qəlbini axtarırdıq. Bizə onun sözləri lazım idi. Əgər bir şeyi inadla 

axtarırsansa, mütləq tapacaqsan. Bizim yetişdiyimiz vaxt ispan 

ədəbiyyatının  ən ağır günləri idi. İspan romanı cürbəcür mürəkkəb 

hisslərin təsviri ilə  məşğul idi. Romançılar müharibə mövzusuna 

müraciət edəndə yalnız təntənəli və  təmtəraqlı  ədayla danışırdılar. 

Mələklərin iblislər üzərində  əbədi qələbəsindən dəm vururdular. 

Bizim uşaqlıq nağıllarımızda olduğu kimi yenə  də yaxşılar mütləq 

pislərə üstün gəlirdi. Biz romanı yeni əsaslar üzərində qurmağa 

başladıq. Müharibədən danışarkən biz onu nə "müqəddəs qiyam", nə 

də "zəfər yürüşü" adlandırırdıq. Biz onu "vətəndaş müharibəsi" 

adlandırırdıq. "Vətəndaş" sözü dərhal qadağan olundu. Gərək 

"müqəddəs qiyam" ya da "zəfər yürüşü" deyəydin. Bizim 

kitablarımızdan "hürriyyət" sözü kənar edildi. O dövr ispan 

ədəbiyyatı üçün müəyyən yasaq mövzular vardı. Bu yasaqların 

nəticəsində belə  çıxırdı ki, guya İspaniyada heç kəs intihar etmir, 

ailədə  ər ya arvad heç vaxt bir-birinə  vəfasız çıxmır. Senzura bu 

cəhətdən sayıq idi. Biz belə kəsif havalı mühitdə yazmağa başladıq. 

On səkkiz, iyirmi yaşımız vardı. Çətin idi. Beş-on il ərzində biz hələ 

"pis uşaqlar" sayılırdıq. Vaxt keçdikcə biz də düzələcəkdik, 

düzəlməliydik. Ancaq bizimlə bir qədər sərt davranmaq lazımdı. Biz 

mübarizə aparırdıq. Bizim ən dəhşətli düşmənimiz tənqid deyildi, 

hətta senzura da deyildi. Ən amansız düşmənimiz bizi əhatə edən 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə