Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə156/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   152   153   154   155   156   157   158   159   ...   167

 506 

ikinci mərhələdə qafiyə axtarıram. Amma elə olsun ki, məna, 

məzmun, ritm, ahəng pozulmasın, qafiyəyə qurban verilməsin.  

Bundan sonra həm vəznli, həm sərbəst, həm qafiyəli, həm 

qafiyəsiz  şerlərin tərcüməsində üçüncü və  ən çətin mərhələ  gəlir. 

Necə edəsən ki, orijinalın ruhunu. mənasını, məzmununu, ahəngini, 

ritmini, qafiyə sistemini — məsələn  qəzəlin ya sonetin qediyə 

sistemini qorumaqla bu mətni Azərbaycan  şeri edəsən?  Ən böyük 

sərbəstlik bax burda lazım olur. Mənim qənaətimcə (heç kəsi bu 

qənaəti paylaşmağa çağırmıram) tərcümədə qafiyə xətası da ola bilər, 

təqribi qulaq qafiyələri də mümkündür, köhnə, çox işlənmiş 

qafiyələrdən istifadə etmək də  məqbuldur, təki  şer həm orijinala 

yaxın, həm də Azərbaycan şeri kimi səslənsin. Çevirmələrimdə əsas 

məqsəd bu idi. Buna nail olmuşam ya yox — oxucu desin.  

 

29 yanvar 2006 

 



 507 

 

 



PEŞMANIN ÖZ QƏLBİYLƏ SÖHBƏTLƏRİNDƏN 

ixtisarla 

 

(ən 

əski Qədim Misir 

mətnlərindəndir, eramızdan əvvəl II ya 

III minilliklərə aid edilir

 

İKINCI ŞIKAYƏT 



 

Kimə açım qəlbimi? 

Qardaşlarım namussuz,  

Dostlar məndən soyuyub 

 

Kimə açım qəlbimi? 



Ürəklər həris 

Göz tikib hamı özgə malına 

 

Kimə açım qəlbimi? 



Qəddarlar at oynadır 

Yaxşı adamlar da yox.  

 

Kimə açım qəlbimi 



Başqasının son tikə 

Çörəyini qapırlar 

 

Kumə açım qəlbimi? 



Yaxşılıq unudulur,  

Yamanlığın çağıdı 

 

Kimə açım qəlbimi 



Adil insan qalmayıb 

Yalançılar vaxtıdır.  

 

Kimə açım qəlbimi? 



Dünyada xoşbəxt yoxdu 


 508 

Dostlar da yoxa çıxıb 

 

Kimə açım qəlbimi 



Şər dünyanı tutubdur 

Nə səddi var, nə sonu… 

 

 

ÜÇÜNCÜ ŞIKAYƏT 



 

Bu gün qarşımda  

Ölüm dayanıb 

Azardan şəfa kimi 

 

Ölüm durub qarşımda 



Mişk-ənbər qoxulu,  

Bahar günü yelkənin 

Sərin kölgəsi kimi 

 

Ölüm durub qarşımda 



Tutqun, boz havaların 

Axırı, sonu kimi 

Bir insanın səfərdən 

Evə dönüşü kimi 

Qarşımda ölüm durub 

Çox illər dustağının 

Evini-eşiyini  

Görmək arzusu kimi 

 



 509 

 

HESİOD 



(Qədim yunan şairi, eramızdan əvvəl VIII əsr) 

 

 



   QADINA MÜNASİBƏT 

 

Evinə gəlin gətir, yaşı gəlib çatanda 



Otuzacan tələsmə, ondan sonra yubanma 

Otuz yaşda evlənmək — ən böyük savab budur.  

Qoy üç dörd il yetişsin, onu beşinci il al  

Qıza tərbiyə vermək çox-çox daha asandır 

Hər şeyi yaxşı düşün, qonşuların gülməsin 

Yaxşı arvaddan yaxşı dünyada nə vardır ki… 

Pis arvaddan da ki, pis bir şey tapılmaz heç vaxt 

Şəhvət hərisi qadın ən güclü kişini də 

Qurudub qaxac edər, vaxtından tez qocaldar.  

 



 510 

 

 



 

 

       OVİDİ  

(Publi Nazon Ovidi) 

 (Qədim Roma şairi, eramızdan əvvəl  

43-cü il — eradan sonra 18-ci il) 

 

MƏHƏBBƏT ELEGİYALARI  

 

Yaman istiydi o gün, günorta vaxtı idi 



Pəndəm olmuşdum mən də, yatağıma uzandım 

Bir pəncərə örtülü, o biri açıq idi 

Otaq yarıqaranlıq —elə bil meşədəsən 

Qürub çağıymış kimi toranlıq işığıydı 

Ya da ki, səhər çağı, hava açılmamışdan 

Belə alatoranlıq ismətli gənc qızları 

Daha çox cəlb eləyir 

Zərif bir paltar geymiş Korinna bu vaxt gəldi 

Saçları tökülmüşdü bəyaz çiyinlərinə 

 

Deyirlər Semiramis də, birdən bu cür gələrmiş 



Çox kişinin eşqini dadmış Landa da boylə.  

Yumşaq paltar parçasın 

Bir anda sıyırdım mən 

Doğrudur, heç bu parça mane olmurdu bizə 

Hər halda Korinna da müqavimət göstərdi 

Amma əlbəyaxada məğlub olmaq istərdi 

Axır ki, təslim olub ağuşuma atıldı 

Gördüm çılpaq əndamın kamil gözəlliyini 

Nə qəşəng çiyinlərdi, necə gözəl əllərdi 

Opüb oxşadıqlarım,  

Dolu döşlərini də ovcumda sıxan zaman 

Ehtiras aşdı-daşdı 

Döşlərindən aşağı yupyumru, yumşaq qarnı 

Qaməti dümdüz, hamar, budları cavan, möhkəm 

Daha davam etməyim… zövqü-səfa tamamdı 

Onun lüt bədənini bədənimə sıxdım mən 

Ardını hər kəs bilir — yorulub birgə yatdıq 

Ah, kaş hər gün olaydı bax belə günortalar 




 511 

 

 




 512 

 

"VARLIQ KİTABI"NDAN 

(Qədim yəhudi mətnləri) 

 

EKKLEZİAST 



(parçalar) 

 

Vaiz: — Hədər həvəsdi — dedi — hamsı hədər həvəsdi.  



İnsan çox əmək çəkir, amma nəyə gərəkdi? 

Nəsil gəlir, nəsil gedir, torpaqsa daim qalır 

Gün çıxır, qürub edir, öz yerinə tələsir 

 

Yenidən doğmaq üçün 



Külək əsir cənubdan, əsir şimala sarı 

Hey hərlənir, fırlanır 

Yenə öz çevrəsinə 

Qayıdıb gəlir külək 

Çaylar dənizə axır 

Amma dənizlər dolmur 

Çaylar hey axır, axır 

Hamsı hədər həvəsdi,  

Baxırsan, gözün doymur,  

Nə olubsa, olacaq,  

Günəşin altında da 

Yeni heç bir şey yoxdur 

Bəzən gördün bir şeyə  

Dedilər ki, təzədir.  

Amma o da olubdu 

Əvvəlki əsrlərdə.  

Olmuşlar unudulur,  

Olacaqlar bilinmir,  

Bu gün olanları da 

Bizdən sonra gələnlər 

Unudacaqlar bir gün,  

İsrayılın və Qüdsün 

Ulu hökmdarıydım 

Ürəyimi idraka, müdrikliyə bağladım,  

Hər şeyi bilim deyə, hər şeyi dadım deyə,  



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə