Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə158/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   154   155   156   157   158   159   160   161   ...   167

 520 

 

DU FU  

(712-770, Çin şairi) 

 

YAZ GÜNÜ LI BONU XATIRLAYIRAM 

 

Ey Li Bo! 



Şerin necə də kamil 

Fikrin necə azaddır 

Üslubun nə gözəldir! 

Mən paytaxta baxıram 

Yaz necə çiçəkləyir 

Sən cənubda qalmısan    

Həsrət çəkirsən yaman.  

Görəsən bir də haçan 

Əldə şərab kuzəsi 

Şerdən danışacayıq? 

 

YIRTICI PƏLƏNG 

 

Ancaq zəifləri qorxutmur axı 



Amma o da 

Tora düşür axırda.  

Pəncələri bağlanmış 

Ha bağırsın, çığırsın.  

Sonra ölü dərisi  

Yatağa səriləcək.  

Gözləri şüşə kimi 

Hərəkətsiz qalacaq,  

İnsanlar da bu cürdür,  

Qoy bütün müstəbidlər 

Bunu unutmasın heç.  

 

    AĞ AT 

 

Şimal-Şərqdən çapıb gəldi at 



Yəhəri oxlardan dəlik-deşikdi.  

Süvarisi hanı, qanlı döyüşdə 




 521 

Yenilən, yıxılan kim bilir kimdi? 

Ölüm indi hər yanda, hər çığırda gəzişir.  

Hələ çox göz yaşı 

Axıdacayıq yəqin.  

 

 



 


 522 

RUDƏKİ  

(860-941, tacik şairi) 

 

QİTƏ 

 

Zəmanə söylədi ki, Zamana yaxşı baxsan 



Onda neçə məsləhət, onda neçə öyüd var 

Başqası xoşbəxtdirsə — özünə dərd eyləmə 

Çoxları sənin kimi yaşamağı arzular 

Zəmanə söylədi ki, hirsini gizlət sən də 

Dilinə bənd vurmasan, ayağın düşər bəndə 

 

RÜBAİLƏR 

 

Kim gəldi? Yar. Nə vaxt? Səhər 



Atasından qorxmur məgər? 

Öpdüm onun tər ləbindən 

Dodaq deyil — şəhdu şəkər 

 

Eşqə düşməyəydim gərək 



Sənsiz qaldım, yalqızam, tək 

Qaf dağıdır məndə dərdlər 

Daş, qayadır səndə ürək 

 

 




 523 

HAFİZ ŞİRAZİ  

(1323-1380, İran şairi) 

 

QƏZƏL 

 

Dün səhər qəm-qüssədən o yar mənə nicat verdi 



Gecənin zülmət çağında mənə abı-həyat verdi 

 

Nurunun parlaqlığında bayıldım, qəşş eylədim 



Badəsin nuş eylədim mən, ruhuma yeni dad verdi 

 

Nə mübarək səhər idi, nə uğurlu, xoş gecə 



O Qədir gecəsində mənə kağız barat verdi 

 

Göylərdən gələn səs səadət müjdələdi 



Cövrü-cəfalar çəkməyə mənə səbrü-səbat verdi 

 

Aynada gördüm çöhrəmi, işığın nişanəsi 



Mənə gözəlliklə dolu işıqlı kainat verdi 

 

Murada yetib sevindim, sədəqə uman kimiydim 



Könlüm rahət olsun deyə, əta etdi, zəkat verdi 

 

Sözümdən axıb süzülən həm şəkərdi, həm nabatdı 



Mənə şəkəri, nabatı sevgilim Şahnabat verdi 

 

O gün bildim və dərk etdim, axır zəfər çalacağam 



Düşməni yenməkçün mənə Tanrı səbr, dəyanət verdi 

 

Bu təbinçün, bu vəhyinçün Yaradana şükr et Hafiz 



Şer, qəzəl yazmaq üçün sənə də istedad verdi. 

 

(Rudəkinin və Hafizin şerləri professor Rafael Hüseynovun 



farscadan sətri tərcümələri əsasında çevrilmişdir) 

 

 




 524 

FRANÇESKO PETRARKA  

(1301-1374, italyan şairi) 

 

SONET 



 

Sevirdim, qəlbimlə sevirəm indi 

Hər gün daha artıq, güclü sevirəm 

Göz yaşı tökməyin yerin bilirəm 

Həsrətə, kədərə eşqim bələndi 

 

O ana, o dəmə heyran qalıram 



Unudub dünyanın qeylü-qalını 

Sevdiyim gözəlin duyub halını 

Yanında özüm də gözəl oluram 

 

Hardan biləydim ki, riyakar düşman 



Dost kimi qəlbimi alacaq yaman 

İstərəm köksümə, bağrıma basam 

 

Sevgi, sən də məni eyləmisən ram 



Əgər ümidimə arxalanmasam 

Bircə yolum qalır — özümü asam. 

 

 



 525 

İNKVİZİSİYA QURBANI NAMƏLUM  

(XV əsr ispan şairi) 

 

MƏHBUSUN NƏĞMƏSİ 

 

Mayıs ayında idi, günlər isti ötürdü 



Bülbüllər cəh-cəh vurur, torağaylar ötürdü 

Aşıq-məşuqlar da ki, eşqin gizli sirrinə 

Agah olurdu birgə 

Bircə mən əzab çəkir, dar məhbəsdə yatırdım 

Gecə-gündüz bilmədən günü günə qatırdım.  

 

Bir quşcuğaz oxurdu mənə axşam və sabah 



Oxçu oxladı onu, cəzasın versin Allah.  

 

 



 FRANSUA 

 

VİYON  

 

(XV əsr fransız şairi) 

 

Şahzadə əlbəttə mat qalmayacaq 



Xəbər tutanda ki, ölüm badəsin 

Viyon dibinəcən ləzzətlə içib 

Sonra bu dünyadan arxayın köçüb.  

 

Bilirəm milçəklər qonur şirniyə 



Ölüm də axtarır, adam girriyə 

Kitab oxumuşam, hər şeyi billəm 

Bircə mən özümü bilmirəm niyə? 

 

Hər şey tərsinədir, hər şey tərsinə 



Müdriklər axmaqdır, axmaq əksinə 

Ahıllar dərs alır qoca yaşında 

Bircə aşiqlərdir ağlı başında 

 

İlahi aç cənnət qapısın bizə 



Burda cəhənnəmdə yaşamışıq biz 

Durmuşuq ölümlə indi üz-üzə 

Bizimçün dualar etməzmisiniz? 



 526 

Başıma sözlərim gəldi çox baha.  

Edam edilənə gülməzlər daha. 

  

   



CON DONN  

(1571-1631, ingilis şairi) 

 

ÇAN KİMİNÇÜN ÇALINIR 



 

Ada kimi tək olan 

İnsan yoxdu dünyada 

Bir qitənin, qurunun parçasıdır hər adam 

Sahildə bir qayanı tufan yıxarsa ya da 

Avropa bir qayacan kiçik olacaq müdam 

Dostunun ya özünün uçarsa bir gün damı 

Dünya bir ev azalar 

Dünya bir ev az olar 

Mən də ölürəm hər gün 

Öləndə hər bir insan 

Bəşəriyyətlə birəm 

İnsanlıqdır azalan 

Odurki ölənlərə çanlar çalınan zaman 

Heç vədə soruşma ki, çan kiminçün çalınır 

Bunu bil ki, sən hər an 

Çan səninçün çalınır 

Çan səninçün çalınır. 

 

 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə