Stefan şvayq bir qadinin həyatindan iYİRMİ DÖrd saat



Yüklə 389,35 Kb.
səhifə14/16
tarix25.06.2018
ölçüsü389,35 Kb.
#51909
1   ...   8   9   10   11   12   13   14   15   16

– Saxlayın, – deyə mən sürücüyə müraciət etdim və tələsik faytondan düşdüm. O, 

təəccüblə ardımca yerə endi. 

– Hara gedirsiz?  

Mən yalnız: 

– Dalımca gəlin, – deyə cavab verdim. 

Biz yolla bir neçə addım geri qayıdıb kilsəyə, kərpicdən tikilmiş bu balaca allah 

evinə yaxınlaşdıq. Qapı açıq idi, suvaqlı, çılpaq divarları tutqunlaşıb bozarmışdı. 

Biz içəri daxil olduq. Sarı işıq zolağı açıq qapıdan içəriyə hücum çəkib, kiçik 

mehrabı işıqlandırırdı. İki zəif şam işığı isə qaranlıqda gözümüzü qamaşdırdı. 

Kilsədən buxur iyi gəlirdi. O, əlini qaldırıb, şlyapasını çıxardı və günahları yumaq 

üçün barmaqlarını müqəddəs su olan kasaya salıb xaç çəkdi və diz çökdü. O, duran 

kimi mən əlindən yapışdım. «Yaxın gəlin, – dedim. – Sizə müqəddəs olan bir surət 

qarşısında dayanın və mənim dediklərimi təkrarlayıb, tövbə edin. O, qorxmuş kimi, 

təəccüblə mənə baxdı. Lakin o saat fikrimi başa düşdü. O, səcdəgaha yaxınlaşaraq 

xaç çəkdi və dinməzcə diz çökdü. Həyəcandan titrəyə-titrəyə dilləndim: 

– Mən dedikcə siz də təkrar edin, təkrar edin: «And içirəm...» 

O təkrar etdi: 

– And içirəm... 

Mən sözümə davam etdim: 

– ...ki, heç bir zaman, fərqi yoxdur, qoy necə olursa olsun, mən pulla qumar 

oynamayacağam, heç bir zaman bu oyundan ötrü həyatıma, şərəfimə risk 

etməyəcəyəm! 

O, əsə-əsə mənim sözlərimi təkrar etdi, bomboş kilsədə onun səsi aydın və ucadan 

səsləndi. Sonra birdən ətrafa sakitlik çökdü, elə bir sakitlik ki, eşikdən küləyin 

aramla tərpətdiyi yarpaqların xışıltısı belə eşidilirdi. Birdən o, fəryad edən 

günahkarlar kimi gözlənilmədən özünü yerə atdı, mənim bu vaxta qədər təsadüf 

etmədiyim bir tərzdə, son dərəcə iti sürətlə, polyak dilində anlaşılmaz sözlərlə 

hansı duanısa təlaşla hüdüləyib tökdü. Bu odlu bir dua idi, minnətdarlıq tövbə 

duası. Belə ki, tövbə zamanı onun başı get-gedə itaətkarlıqla daha da aşağı enir, 



dodaqlarından hədsiz coşqunluqla naməlum sözlər bir-birinin ardınca axıb 

tökülürdü. Eyni sözü o, bu dəfə daha ehtirasla, daha qızğın bir canfəşanlıqla təkrar 

edirdi. Nə bu vaxta qədər, nə belə dua etmək görmüşdüm, nə də bundan sonra 

dünyanın heç bir kilsəsində belə dua etmək görərəm. Onun əlləri əsə-əsə balaca 

kürsünün böyrünü qamarladı, bütün bədəni daxili təlatümdən aramsız bir lərzəyə 

düşmüşdü. O, daha heç nə görmür, heç nə hiss etmirdi, elə bil, başqa bir dünyadan, 

günahkarların odla yuyulduğu bir dünyadan qayıtmışdı, müqəddəs bir aləmə 

yüksəlmişdi. Nəhayət, o, yavaşca ayağa qalxdı, xaç çəkdi və yorğun-yorğun mənə 

sarı çevrildi. Onun dizləri əsirdi, sifəti ölümcül, yorulmuş adamların sifəti kimi 

sapsarı olmuşdu. Ancaq o, mənə baxanda gözləri, elə bil, işardı, təmiz, həqiqi bir 

mömin təbəssümü onun yorğun üzünü nura qərq etdi. O, yaxına gəldi, ruslar kimi, 

dərindən təzim edib, əllərimi əlinə aldı, ehtirasla onları dodaqlarına yaxınlaşdırdı: 

«Sizi mənim üçün Allah göndərib, ona görə də, mən ona minnətdarlığımı 

bildirdim» – dedi. Mən bilmədim nə cavab verim. Lakin ürəkdən istəyirdim ki, bu 

saat həzin bir səslə orqan çalsınlar, çünki mən hiss etdim ki, artıq məqsədimə nail 

olmuşam, bu insanı mən həmişəlik xilas etmişəm! 

Biz kilsədən çıxdıq. əsl may günəşi ətrafı parlaq nura qərq etmişdi. Dünya heç bir 

vaxt mənim üçün belə gözəl olmamışdı. Biz miniklə daha iki saat təpələrin başına 

hərlənən mənzərəli yolu asta-asta getdik. Hər döngədə yeni, daha gözəl mənzərə ilə 

rastlaşdıq. Lakin biz susurduq, hisslərin o cür partlayışından sonra sözlər, elə bil, 

bayağılaşmışdı. Başıma gələn bu qəribə hadisə məni elə həyəcanlandırmışdı ki, 

nəzərlərim təsadüfən onun nəzərləri ilə rastlaşanda özümü itirib, cəld üzümü yana 

çevirirdim. 

Saat beş radələrində biz Monte-Karloya qayıtdıq. Qohumlarıma baş çəkməli idim, 

bunu təxirə salmaq isə heç cür mümkün deyildi. Doğrusu, keçirdiyim həddindən 

artıq həyəcanlardan sonra sakitliyə daxilən bir ehtiyac duyurdum, çünki hədsiz 

sevinc məni tamam üzmüşdü. Hiss edirdim ki, ömrümdə ilk dəfə rast gəldiyim bu 

vəcdə gətirən hadisədən sonra bir qədər dincəlməliyəm. Ona görə də mən ondan 

xahiş etdim ki, yalnız bir dəqiqəliyə oteldəki mənzilimə gedək; orada mən ona yol 

xərci və sırğaları geri almaq üçün pul verim. Biz şərtləşdik ki, mən qohumlarımla 

görüşənə qədər o, bilet alar; sonra biz Genuyadan keçərək onu evlərinə aparacaq 

qatarın gəlməsinə yarım saat qalmış, düz saat yeddidə vağzalın giriş zalında 

görüşərik. Mən ona beş banknot uzadanda onun birdən-birə dodaqlarının qanı 

qaçdı: 



– Yox, pul lazım deyil... Xahiş edirəm, pul lazım deyil! – deyə o, boğuq səslə 

kəkələdi və əsməyə başlayan barmaqlarını cəld geri çəkdi. «Pul lazım deyil... pul 

lazım deyil... Mən onlara baxa bilmirəm» – deyə bir daha təkrar etdi. O, bu sözləri 

bütün bədəni ürpəşə-ürpəşə, elə tərzdə dedi ki, elə bil, bir iyrənclik və qorxu 

duyurdu. Lakin mən onu sakitləşdirdim, dedim ki, ona borc verirəm, əgər elə-belə 

götürməyə utanırsa, mənə qəbz verə bilər. 

– Hə... hə... qəbz, – deyə gözünü çəkmədən pulu yapışqanlı bir şey kimi 

barmaqlarında bürmələyib, baxmadan cibinə soxdu və cəld, tələsik xətlə bir parça 

kağız üzərinə bir neçə söz atdı. O, başını qaldıranda alnı tərdən islanmışdı, elə bil, 

daxildən nəsə onun nəfəsini kəsirdi. Mənə vərəq uzadar-uzatmaz səksənən kimi 

oldu və mən özümdən asılı olmayaraq birdən qorxub geri çəkildim. O, qarşımda 

diz çöküb ətəyimdən öpməyə başladı. Onun bu hərəkətlərində o qədər coşqunluq, o 

qədər hiss var idi ki, bir anda bütün bədənim lərzəyə gəldi, məni qəribə bir təlaş 

bürüdü, yalnız pıçıltı ilə: 

– Bu minnətdarlığınıza görə təşəkkür edirəm, – deyə bildim. – Ancaq rica edirəm, 

indi gedin. Biz axşam saat yeddidə vağzalın giriş zalında vidalaşarıq. 

O, nəzərlərini qaldırıb üzümə baxdı, gözləri riqqətli yaşla dolmuşdu; bir anda mənə 

elə gəldi ki, o, nəsə demək istəyir, mənə elə göründü ki, o, özünü bu saat mənə 

tərəf atacaqdır. Lakin bir dəfə də mənə lap alçaqdan baş əyib otaqdan çıxdı. 

 

***. 



Missis K. yenidən hekayətinə ara verdi. O ayağa qalxdı, pəncərəyə yaxınlaşıb, 

tərpənmədən bir müddət beləcə bayıra tamaşa etdi. Onun yaraşıqlı çiyinləri 

yüngülcə titrəyirdi. Birdən o, qətiyyətlə geri döndü. Onun əlləri, bu vaxta qədər 

sakit, tərpənməz əlləri gözlənilmədən kəskin bir hərəkət etdi; elə bil, nəyisə bu saat 

parçalamaq istəyirdi. Sonra o, əzmkarlıq ifadə edən nəzərlərini mənə tərəf çevirdi 

və qətiyyətlə sözünə davam etdi: 

– Mən söz vermişəm ki, tamam açıq danışım. İndi mən görürəm ki, bu vədim nə 

qədər vacib imiş. Yalnız indi həmin o saatlarda baş verən hadisələri rabitəli bir 

ardıcıllıqla, özü də o zaman tamamilə bir-birinə qarışmış dolaşıq hissləri aydın 

sözlərlə təsvir etməyə məcbur olduğum bir zamanda, mən əvvəllər başa 




Yüklə 389,35 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə