Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə191/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   187   188   189   190   191   192   193   194   ...   197

www.vivo-book.com 

 

956 



olan  hörmətimi  sübut  eləmək  üçün  yetər.  Gələn  həftə, 

dördüncü  gündən  gec  olmayaraq,  mən  ata  evini  tərk 

eləyəcəyəm.  Sizin  hədiyyəniz  bizə  ehtiyac  görmədən 

yaĢamağa  kömək  edəcək.  Abbat  Pirardan  baĢqa  heç  kim 

mənim  sirrimi  bilmir.  Mən  onun  yanına  gedəcəyəm,  o  bizi 

gizlicə  evləndirəcək  və  bir  saat  sonra  biz  artıq  Langedoka 

yollanacağıq.  Sonra  sizin  razılığınız  olmadan  Parisə 

qayıtmayacağıq. Bu məsələdə məni ağrıdan bircə Ģey var – 

bu  gizli  nikah  həm  sizin,  həm  mənim  barəmdə  saysız-

hesabsız  dedi-qodulara,  lətifələrə  səbəb  olacaq.  Bəzi 

axmaqların  kinayəli  sözləri  bizim  Ģücaətli  Norberi  Jülyenlə 

haqq-hesab çəkməyə məcbur edəcək. Belə olanda, mən daha 

heç  nə  edə  bilməyəcəyəm  –  çünki  Jülyenin  xasiyyətinə 

bələdəm.  Diz  çöküb  sizə  yalvarıram,  ata,  gələn  dördüncü 

gün abbat Pirarın kilsəsinə, mənim kəbin mərasimimə gəlin. 

Bu hərəkətiniz kübar ağzıgöyçəklərin kinayələrinin qarĢısını 

alar və sizin yeganə oğlunuzun, mənimsə ərimin həyatlarına 

son qoya biləcək təhlükənin qarĢısını almıĢ olar...” 




www.vivo-book.com 

 

957 



Bu məktub markizi tamam çaĢdırdı. Deməli, mütləq bir 

qərara  gəlmək  lazımdır.  Bu  məsələdə  onun  bütün  oyun 

qaydaları, dost məsləhətləri öz gücünü itirmiĢdi. 

Belə  qeyri-adi  vəziyyətdə,  markizin  gəncliyində 

yaĢadığı  böyük  sarsıntılardan  bərkimiĢ  xarakteri  dilə  gəldi. 

Mühacirət həyatının çətinlikləri onu xəyalpərəst eləmiĢdi.  

Düz  iki  il  özünü  böyük  var-dövlətin  sahibi  kimi 

görəndən,  sarayda  hamıdan  seçilməyininin  qürurunu 

yaĢayandan sonra min yeddi yüz doxsanıncı il onu qəfildən 

mühacirətə  ataraq,  dəhĢətli  səfalətlə  üzbəüz  qoydu.  Bu  acı 

həyat  dərsi  iyirmi  yaĢlı  gəncin  ruhunu  möhkəmləndirdi. 

Əslində  o  özünü  çadırını  var-dövlətinin  ortasında  qurmuĢ 

fateh  kimi  hiss  eləyirdi  –  mühacirət  onun  ruhunu  əzə 

bilməmiĢdi.  Amma  onu  qızılın  öldürücü  zəhərində  xilas 

edən bu çılğın təxəyyül, markizi baĢqa bir ehtirasın – nəyin 

bahasına  olursa  olsun,  qızına  uca  zadəgan  ünvanı  almaq 

ehtirasının qurbanı eləmiĢdi. 

Son ay yarımda markiz özünün qəfil Ģıltaqlığına uyub, 

Jülyeni varlandırmaq qərarına gəlmiĢdi. Kasıblıq onun üçün, 

markiz  de  La-Moll üçün, onun qızının həyat  yoldaĢı olacaq 




www.vivo-book.com 

 

958 



adama yaraĢmayan, nəsə alçaldıcı, rüsvayçı bir Ģey idi. Buna 

görə də o, pulu sağa-sola səpələyirdi. Səhəri gün onun çılğın 

təxəyyülü baĢqa Ģeylə məĢğul olurdu. Markiz düĢünürdü ki, 

bu  qədər  pulu  alandan  sonra  Jülyen  bu  səxavətin  lal  dilini 

baĢa  düĢərək,  soyadını  dəyiĢəcək,  Amerikaya  qaçacaq  və 

oradan  Matildaya  ayrılıq  məktubu  yazacaq.  Cənab  de  La-

Moll  artıq  bu  məktubun  yazıldığını  təsəvvür  edir  və  onun 

qızına necə təsir edəcəyini götür-qoy eləyirdi. 

Bu  gənclik  xəyallarının  hamısı  Matildanın  məktubuyla 

darmadağın  olandan  sonra,  markiz  Jülyeni  öldürmək  və  ya 

yoxa  çıxarmaq  barədə  düĢünürdü  ki,  qəfildən  ilhama 

gələrək,  oğlana  gözəl  Ģərait  yaratmaq  fikrinə  düĢdü.  O, 

Jülyenə öz mülklərindən birini vermək qərarına gəldi. Niyə 

ona  titul  da  verməsin?  Markizin  qayınatası,  hersoq  de  ġon, 

yeganə  oğlu  Ġspaniyada  öldürüləndən  sonra  öz  titulunu 

Norberə vermək istədiyini dəfələrlə demiĢdi. 

Jülyenin  nadir  iĢgüzar  qabiliyyətini,  ələdüĢməz 

cəsarətini,  hətta  bəzi  məsələlərdə  müdrikliyini  danmaq 

mümkün  deyil,  –  markiz  düĢünürdü.  –  Amma  bu  oğlanın 



www.vivo-book.com 

 

959 



içində nəsə, adamı qorxudan bir Ģey var. O hamıya belə təsir 

bağıĢlayır, deməli, onda dəqiq nəsə var. 

Və  bu  “nəsə”ni  müəyyən  etmək  çətinləĢdikcə  qoca 

markizin çılğın təxəyyülü daha çox ehtiyatlanırdı.  

Qızım bu günlərdə mənə yazdığı bir məktubda onun bu 

xüsusiyyətini  olduqca  incə  Ģəkildə  qeyd  eləmiĢdi  “Jülyen 

heç  bir  salona,  heç  bir  qruplaĢmaya  qoĢulmadı”.  O  mənim 

əleyhimə olan heç kimlə zərrə qədər də yaxınlıq yaratmayıb, 

əgər  mən  ondan  imtina  eləsəm,  Jülyen  heç  nəsiz  qalacaq... 

Amma nə bilmək olar, bəlkə də bu ancaq onun müasir kübar 

cəmiyyətin  qaydalarını  bilməməsindən  irəli  gəlir?  Mən  iki-

üç  dəfə  ona  demiĢəm  ki,  cəmiyyətdə  nəsə  bir  yer  tutmaq, 

irəli getmək üçün mütləq kiminsə ziyafət zalında özünə Ģirin 

yer  eləməlisən...Yox,  onda  heç  bir  uyğun  vaxtı,  imkanı 

əldən  verməyən  sırtıq  adamların  bicliyi  və  fərasəti  yoxdur. 

O heç on birinci Lüdovik zamanlarının da adamı deyil. Bir 

tərəfdən də baxıb görürəm ki, o heç də ali qanunlarla oturub-

durmur.  Yox,  nəsə  mən  bunu  baĢa  düĢə  bilmirəm.  Bəlkə  o 

özü  üçün  bu  qaydaları  müəyyənləĢdirib  ki,  hisslərini 

cilovlaya bilsin? 




www.vivo-book.com 

 

960 



Amma  bir  məsələdə  Ģübhələnməyə  əsas  yoxdur:  o, 

alçaldıcı  münasibəti  həzm  eləyə  bilmir,  mən  onu  elə  bu 

xasiyyətinə görə əlimdə saxlaya bilirəm. 

O,  zadəganlar  qarĢısında  təzim  eləməyə  öyrəĢməyib, 

onun  bizlərə  qarĢı  fitri  hörməti  yoxdur.  Onun  əsas 

çatıĢmayan  cəhəti  budur.  Amma  sıradan  seminariya 

məzununun  əsas  dərdi  puldan  və  həyat  nemətlərindən 

məhrum olmaqdır. O isə tamam baĢqa adamdı – o heç vaxt 

heç kimə özünə həqarətlə yanaĢmağa imkan verməz. 

Qızının  məktubundan  sonra  dalana  dirənmiĢ  cənab  de 

La-Moll  baĢa  düĢürdü  ki,  artıq  qərar  vermək  vaxtıdır. 

Əvvəlcə bir Ģeyi müəyyənləĢdirmək vacib idi: Jülyenə onun 

qızına  aĢiq  olma  cəsarətini  verən  Ģey,  oğlanın  markizin 

qızını hamıdan çox sevdiyini və onun ildə yüz min ekü icarə 

gəliri olduğunu bilməsi deyildi ki? 

“Matilda  bunun  əksini  iddia  eləyir.  Yox,  əziz  cənab 

Jülyen,  istəyirəm  ki,  bu  məsələdə  mənim  zərrə  qədər 

Ģübhəm qalmasın. Bu nə idi; qəfil və qarĢısıalınmaz sevgi? 

Yoxsa,  alçaq  haqq-hesab,  yüksəlmə  ehtirası,  özünə  parlaq 

gələcək  qurma  planı?  Matilda  çox  uzaqgörən  qızdır, o  baĢa 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə